Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 10.Sığorta təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu



Yüklə 73,96 Kb.
səhifə14/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
kitab (2)

Mövzu 10.Sığorta təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu

Plan:

1.Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

2.Qısamüddətli hüquqi öhdəliklərin uçotu

3.Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər

4.Vergi,sosial sığorta üzrə öhdəliklərin uçotu

5.Digər məcburi ödənişlər üzrə öhdəliklərin uçotu

Sığorta təşkilatlarında qısamüddətli öhdəliklər,sığortalılarla,malsatan və podratçılarla olan kreditor borcları,işçilərlə hesablaşmalar və digər əməliyyat məsrəfləri müəssisənin normal əməliyyat dövründə istifadə edilən dövriyyə kapitalının bir hissəsini təşkil edir.Bu cür əməliyyat öhdəlikləri hesabat tarixindən etibarən 12 aydan sonra ödənilməlidirsə də,qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.Qısamüddətli öhdəliklərə aşağıdakilar daxildir:



  1. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

  2. Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

  3. Vergi və sair ödənişlər üzrə öhdəliklər

  4. Kreditor borcları

  5. Sair qısamüddətli öhdəliklər

  6. Təsisçilər və səhimdarlarla hesablaşmalar

  7. Sair öhdəliklər
    Aşağıdakı hallarda öhdəliklər qısamüddətli öhdəlik kimi təsnifləşdirilməlidir:

  8. Müəssisənin normal əməliyyat dövründə onların ödənilməsi nəzərdə tutulduqda

  9. Hesabat tarixindən etibarən on iki ay ərzində ödənilməli olduqda

Bütün digər hallarda öhdəliklər uzunmüddətli öhdəlik kimi təsnifləşdirilir.

Qısamüddətli öhdəliklər sığorta təşkilatlarında cari əməliyyat dövrünə aid edilmir.Lakin,onlar hesabat tarixindən etibarən on iki ay ərzində ödənilməlidir.Məsələn,faiz xərcləri yaradan uzunmüddətli öhdəliklərin cari hissəsi,bank overdraftları,(müəssisə ilə kredit təşkilatı arasında xüsusi müqavilənin olduğu halda,müəssisənin bu kredit təşkilatı qarşısında yaranan qısamüddətli öhdəlikdir) ödəniləcək dvidentlər,mənfəətdən vergi və digər cari əməliyyat dövrünə aid edilməyən kreditor borcları.

Sığorta təşkilatlarında aktivlərin və öhdəliklərin ayrı-ayrılıqda təqdim edilməsi haqqında aşağıdakı faktorların qiymətləndirilməsinə əsaslanır:

a)aktivlərin xüsusiyyətləri,likvidliyi və əhəmiyyətliliyi

b)aktivlərin müəssisənin təsərrüfat fəaliyyətində funksiyaları

c)öhdəliklərin həcmi,mahiyyəti və müddət baxımından bölgüsü.

Mahiyyət və funksiyasına görə bir-birindən fərqlənən aktivlər və öhdəliklər bəzən müxtəlif qiymətləndirmə əsasları ilə uçota alınırlar.Bu hallarda onlar maliyyə hesabatlarında ayrı-ayrı maddələr kimi təqdim edilirlər.

Sığorta təşkilatlarında faizlər üzrə bağlı qısamüddətli öhdəliklər təşkilatın 12 ay ərzində həyata keçirməli olan faiz ödənişləri üzrə öhdəlikləri,vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər isə təşkilatın vergi,sosial sığorta və təminat haqları,gömrük rüsumları və başqa məcburi ödənişlər üzrə məbləğləri sintetik hesablar üzrə ayrı-ayrılıqda uçota alır.





Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin