Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 5. Sığorta orqanlarında mühasibat uçotunun qeyd vasitələri(regestr) və formaları



Yüklə 73,96 Kb.
səhifə8/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
kitab (2)

Mövzu 5. Sığorta orqanlarında mühasibat uçotunun qeyd vasitələri(regestr)
və formaları.


Plan:

1.Uçot registrləri,mühasibat uçotunda onların rolu

2. Uçot registirlərinin növləri və formaları

3. Söğorta təşkilatlarında təşkil edilmiş mühasibat uçotunun formaları.

Memorial-order,jurnal –order,əməliyyat jurnalı,baş kitab.

Mühasibat uçotu çoxsaylı uçot registrlərində aparılır.Uçot registiri kimi müxtəlif uçot kitabları,qeydiyyat jurnalları,uçot kartları,cədvəl və vərəqələri,müxtəlif təyinatlı uçot qeydlərinin yazıldığı vərəqələrdən istifadə edilə bilər.Bütün bunlar tarixən müxtəlif mənşəli mühasibat uçotu formalarının yaranmasına gətirib çıxartmışdır.Mühasibat uçotunun forması dedikdə ,mühasibat uçotunun aparılması prosesində istifadə olunan uçot registirlərinin məcmusu başa düşülür.Müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlarda mühasibat uçotunun aşağıda göstərilən formaları tətbiq olunur.

1.Memorial-order forması
2.Jurnal-order forması
3.Baş jurnal forması
4.Kitab-jurnal forması
5.Avtomatlaşdırılmış uçot forması
6.sadələşdirilmiş uçot forması

Göstərilən uçot formalarının hər birinin özünəməxsus uçot registirləri vardır.Belə ki,memorial-order formasının tətbiq ilunduğu mühasibat uçotu prosedurasında əsas uçot registirləri memorial-orderlərdən və onların qeydə alındığı uçot kitablarından,Jurnal-order formasının tətbiq olunduğu mühasibat uçotu prosedurasında jurnal-orderlərdən,kitab-jurnal formasında müxtəlif quruluşa malik olan ixtisaslaşdırılmış uçot jurnalları və uçot kitablarından ,avtomatlaşdırılmış uçot formalarında isə müxtəlif təyinatlı məlumat bazaları və onların çap olunduğu cədvəllərdən ibarət olur.


Sığorta təşkilatlarında mühasibat uçotunun hansı formasının tətbiq edilməsi baş mühasib tərəfindən müəssisə rəhbəri ilə razılaşmaqla müəyyən edilir.Müasir dövrdə sığorta təşkilatlarında mühasibat uçotunun memorial-order və yaxud kitab-jurnal formasının tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Bu halda mühasibat uçotunun kitab-jurnal formasına daha çox üstünlük verilir.
Sığorta təşkilatlarında mühasibat uçotunun memorial-order forması tətbiq edildikdə mühasibat uçotunun aparılması prosesləri memorial-orderlərdən istifadə etməklə işlənir. Bu halda təsərrüfat əməliyyatlarının əks olunduğu ilkin sənədlərin hər birinin üzərində həmin təsərrüfat əməliyyatlarına dair müxabirləşmə yazılır.Hər bir maddi-məsul şəxsin mühasibat şöbəsinə təqdim etdiyi müxtəlif təyinatlı xidmət və idarəetmə hesabatına aid bir memorial-order işlənir.Bu memorial-orderdə həmin hesabata daxil edilmiş mühasibat müxabirləşmələri yazılır.Bu zaman eynitipli müxabirləşmələr üzrə məbləğlər toplanaraq bir müxabirləşmədə yazılır.
Memorial-orderlərdə yazılmış mühasibat müxabirləşmələri əsasında əvvəlcə Baş kitab,sonra dövriyyə-qalıq cədvəli və balans işlənir.


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin