Bakı Qızlar Universiteti
Ad:Aysel
Soyad:Abbasova
Qrup: sp2-18
Fakultə: Sosial-psixalogiya
Müəllim:Yeganə Mikayılova
Mövzu: Menecment fəaliyyətinin əsas tələbləri
Menecment fəaliyyəinin əsas tələbləri
Müasir iqtisadi konsepsiyaların cəld dəyişilməsi (tarnsformasiyası), iqtisadi paradiqmaların inkişafı bütün səviyyədən olan mütəxəssislərdən və rəhbərlərdən yüksək səriştəlik və peşəkarlıq, menecment sahəsində dərin nəzəri biliklərin olmasını tələb edir. «Menecment» anlayışı müasir iqtisadi leksikaya cəld və möhkəm daxil olmuşdur və mahiyyətcə «idarəetmə» anlayışına oxşar bir ifadəyə çevrilmişdir. O, bazar şəraitində müəssisələrdə həyata keçirilən müxtəlif sosial-iqtisadi proseslərə geniş tətbiq olunur. Dünya təcrübəsində olduğu kimi, ümumi (baş) menecmentlə yanaşı Azərbaycanda menecmentin xüsusi formaları da geniş yayılmağa başlamışdır ki, bunlar da təşkilatların və müəssisələrin ayrı-ayrı funksional fəaliyyət sahələrinə yönəldilmişlər: innovasiyalı menecment, maliyyə menecmenti, işçi heyətinin menecmenti və s. Menecmentin müxtəlif cür formalarının vahid metodoloji əsasını onun ümumi nəzəriyyəsi yaradır ki, bunun tərkibinə də funksional kateqoriyalar və anlayışlar, prinsip və metodlar, menecmentin funksiyaları və vəzifələri sistemi daxildirlər. Müasir menecmentin nəzəri əsaslarını bilmə istənilən mütəxəssisin peşəkar kimi hazırlanması üçün lazımi əsaslı özül yaradır. Bütün ixtisaslardan olan iqtisadçıların peşəkar təhsilində bu məqam vacib olan «Menecment» ixtisasında öz əksini tapır. Menecment – biliklərin və peşəkar fəaliyyətin elə bir sahəsidir ki, o, təşkilatın məqsədlərinin formalaşdırılmasına və həmin məqsdələrə çatmağın təmin olunmasına yönəldilmişdir və bunu mövcud resurslardan səmərəli istifadə olunması yolu ilə əldə edir. Idarəetmə, menecment və rəhbərlik anlayışlarını birbirlərindən ayırmaq lazımdır. Idarəetmə > Menecment Menecment >Rəhbərlik Menecmentin əsas məqsədi – təşkilatın işində ahəngliyin təmin olunmasından, yəni təşkilatın bütün daxili və xarici elementlərinin uyğunlaşdırılmış və effektif fəaliyyət göstərməsindən ibarətdir. Ahəngliyin vəzifəsi daxili və xarici məqamlara malikdir. Menecmentin məzmununaiki amil qrupu təsir göstərir: - təşkilatların inkişaf meylləri; - iqtisadiyyatın inkişafının spesifik milli amilləri. Ticarətdə menecmentin təşəkkül tapmasına və inkişafına təsir göstərən amillər: - bazar mexanizminin formalaşması və onun dövlət tənzimlənməsi ilə uyğunlaşdırılması; - cəmiyyətin mallara və xidmətlərə olan tələbatların strukturunda baş verən dəyişmələr, menecmentin daha çox istehlak əşyalarına olan tələbatların ödənilməsinə istiqamətlənməsi; - rəqabətin güclənməsi; 3 - rəqabətin beynəlmiləlləşməsi, və bununla bağlı olaraq beynəlxalq standartlara məcburi olaraq uyğunlaşma; Menecmentin məzmunu üç məqamda (aspektdə) nəzərdən keçirilə bilər: - elm və idarəetmə bacarığı kimi; - fəaliyyət növü və idarəetmə qərarlarının qəbul olunması prosesi kimi; - təşkilatın fəaliyyətinin idarə edilməsi aparatı kimi
Menecmentin kateqoriyaları – təşkilatın idarə olunması prosesində əhəmiyyətli xassələri və tarazlı münasibətləri əks etdirən daha çox ümumi olan və əsaslı (fundamental) anlayışlardır. Menecmentin əsas kateqoriyalarının tərkibi: - obyektlər və subyektlər; - funksiyalar; - növlər; - metodlar; - prinsiplər. Menecmentin obeykti, onun əsasını təşkil eləyən kateqoriya – təşkilatdır ki, bu da qarşıya qoyulan məqsədlərə nail olmaq üçün şüurlu olaraq əlaqələndirilən insanlar birliyindən ibarətdir. İdarəetmə obyekti kimi təşkilatın təbiəti və xassələri, formal quruluşu və rəftar aspektləri onun növündən, iyerarxiya səviyyəsindən və fəaliyyətinin funksioanal sahəsindən asılıdır. Menecmentin subyektləri, menecerlər – müxtəlif səviyyədən olan rəhbər işçilərdirlər ki, onlar təşkilatda daimi vəzifəni tutur və təşkilatın müəyyən fəaliyyət dairəsində qərar qəbul olunması səlahiyyətlərinə malikdirlər. «Menecer» kateqoriyası aşağıdakılara tətbiq olunur: - təşkiltaın rəhbərlərinə; - struktur bölmələrinin rəhbərlərinə; - müəyyən iş növlərinin təşkilatçılarına (müdiriyyətə). 6 Menecmentin növləri – menecmentin müəyyən məsələlərinin həlli ilə bağlı olan idarəetmə fəaliyyətinin xüsusi sahələridir. Obyektin əlamətinə görə: ümumi və funksional menecmenti fərqləndirirlər. Ümumi və yaxud baş menecment təşkilatın fəaliyyətinin bütövlükdə və yaxud onun müstəqil təsərrüfat halqalarının (profit-mərkəzlərin) idarə edilməsindən ibarətdir. Funksional və yaxud xüsusi menecment təşkilatın və ya onun halqalarının, məsələn innovasiya fəaliyyətinin, işçi heyətinin, marketinqin, maliyyənin və s. idarə edilməsindən ibarətdir. İstənilən təşkilatda ümumi və funksional menecment üzvi vahidlikdədirlər və onlar menecmentin bütov bir sistemini təşkil edirlər. Onların nisbəti və birbirlərini tamamlaması təşkilatın formal strukturunun üstünlük təşkil edən tipini müəyyən edir.
Məzmun əlamətinə görə: normative, strateji və operativ menecmenti ayırırlar. Normativ menecment təşkilatın fəlsəfəsinin, onun sahibkarlıq siyasətinin işlənilməsini və reallaşdırılmasını, təşkilatın bazarın rəqabət oyuğundakı mövqeyinin müəyyən olunmasını və ümumi strateji niyyətlərinin formalaşdırılmasını nəzərdə tutur. Strateji menecment strategiyalar dəstinin işlənilməsini, onların vaxt ərzində bölüşdürülməsini, təşkilatın müvəffəqiyyət potensialının formalaşdırılmasını və onların həyata keçirilməsi üzərində strateji nəzarətin təmin olunmasını nəzərdə tutur. Operativ menecment təşkilatın qəbul olunmuş inkişaf strategiyasının praktiki reallaşdırılmasına yönəldilmiş taktiki və operativ tədbirlərin işlənilməsini nəzərdə tutur. Menecmentin funksiyaları idarəetmə fəaliyyətinin spesifik növlərinin sabit tərkibini müəyyən edirlər ki, bunlar da məqsədlərin, hərəkətlərin və yaxud onların tətbiq obyektlərinin həmcinsliyi ilə xarakterizə olunurlar.
Menecmentin metodları – təşkilatın effektiv inkişafının təmin olunması məqsədi ilə müxtəlif idarəetmə məsələlərinin həllinin qayda və proseduraları sistemindən ibarətdir. Menecmentin metodları idarəetmənin intuitiv xarakterini aşağı salmağa imkan verir, müəssisədə idarəetmə sisteminin qurulmasında və fəaliyyət göstərməsində qayda yaradılmasını, əsaslandırılmasını və effektiv təşkil olunmasını təmin edirlər. Menecmentdə bütün fəaliyyət dairələrində (istehsal, ticarət, təhsil və s.) tətbiq olunan həm ümumi metod və fəndlərdən (məsələn, ekspertizalar, ideyaların törəməsi (generasiya olunması), idarəetmə qərarlarının qiymətləndirilməsi), müəyyən bir sahənin spesifikliyini əks etdirən xüsusi metodlardan (innovasiya, maliyyə, fərd menecmenti və s.) istifadə olunur. Menecmentin prinsipləri – ümumi qanunauyğunluqlar və dayanlıqlı tələblərdir ki, onlara əməl olunması təşkilatın effektiv inkişafını təmin edir. Effektiv menecmentin vacib prinsipləri: bütövlülük, iyerarxik nizamlanma, məqsədli istiqamətlənmə, elmi əsaslandırma və optimallıq, mərkəzləşdirmənin və qeyri-mərkəzləşdirmənin uyğunlaşdırılması, demokratikləşdirmə. 9 Bütövlülük təşkilatın bütöv bir sosial-iqtisadi system kimi nəzərdən keçirilməsi zəruriyyətini müəyyən edir. İyerarxik nizamlanma təşkilatda menecment proseslərinin fərqləndirilməsi səviyyəsini nizamlayır. Məqsədli istiqamətlənmə təşkilatın məqsədli strateji istiqamətlənməsinin üstünlüyünü və məqsədlərə çatmağın menecmentin effektivliyinin vacib meyarı kimi qəbul edir. Elmi əsaslandırma və optimallaşdırma elmi yanaşmadan istifadənin zəruriliyini, idarəetmə qərarlarının əsaslandırılması üçün geniş metodlar və alətlər qammasını formalaşdırır. Mərkəzləşdirmənin və qeyri-mərkəzləşdirmənin uyğunlaşdırılması idarəetmə proseduralarının və qərarların səmərəli ayrılması tələblərini müəyyən edir və bu da menecerlərin səlahiyyətlərinin və məsuliyyətlərinin əsaslandırılması əsasında yerinə yetirilir. Demokratikləşdirmə menecerlərin səmərəli əməkdaşlığının motivləşdirilməsi üçün menecmentin rəftar alətlərindən istifadə olunmasını nəzərdə tutur. Menecmentin mövcud elmi məktəbləri əsasında idarəetmənin yeni konsepsiyaları inkişaf etməyə başladılar ki, bunlar da social sistemlərin həyat fəaliyyəti prosesində humanism və liberallaşmameyllərini əkc etdirirlər. Yeni yanaşmaların mahiyyətini «Manaqment ohne Hierarie» (iyerarxiyasız menecment) əks etdirir ki, o da aşağıdakı məqsdələri qarşıya qoyur: - resurslar və inf ormasiya üzərində birtərəfli qaydada sərəncam vermək hüququnun legitimləşməsindən imtina olunması; - hakimiyyət səlahiyyətlərinin şəxssizləşdirilməsi və ikili (dual) «sanksiya» və «mükafatlandırma» prinsipinin ləğv olunması; - yüksək özününizamlama potensialına malik olan avtonom qrupların təsis olunması; - birtərəfli iqtisadi nəticələrə istiqamətlənin əvəzində insanpərvər dəyərlərin və rəftar formalarının bərqərar olması; - sahibkarlıq qərarlarının qəbul olunması zamanı iqtisadi tələblərin nəzərə alınması. Menecerlərin ümumi vəzifələri
1. Perspektiv və cari məqsədlərin və vəzifələrin müəyyən olunması.
2. Funksiyaların, tapşırıqların bölüşdürülməsi, normaların müəyyən olunması, tabedə olanların təlimatlandırılması (instruktajı), lazımi şəraitin yaradılması, motivləşdirmə.
3. Tabedə olanlar, özü ilə tabedə olanlar arasında həm birbaşa, həm də əks istiqamətdə kommunikasiya əlaqələrinin yaradılması və onalrın saxlanılması.
4. Qrupun bütövlükdə və hər bir tabedə olanların ayrılıqda fəaliyyətinə nəzarət, qiymətləndirmə və təhlil olunma.
5. Tabedə olan heyətin öyrənilməsi, onun peşəkarlıq səviyyəsinin qaldırılması.
6. Yığıncaqların, müşavirələrin keçirilməsi və müşavirələrdə iştirak etmə.
7. İşgüzar ünsiyyət, təşkilatın menecerləri, sifarişçiləri, malgöndərənləri və digərlərlə şəxsən və telefon vasitəsilə söhbətlər və danışıqlar.
8. Sənədlərlə iş.
9. Şəxsi dəyərlərin, məqsədlərin müəyyən olunması, planlaşdırma, kommunikativ qabiliyyətin inkişaf etdirilməsi, şəxsi nəticələrin təhlili. Menecmentin təkamülünün mahiyyətini açmağa imkan verən anlayışlar. Əməyin bölgüsü – əməkdaşlığın elə bir formasıdır ki, bu zaman istehsal prosesinin ayrı-ayrı iştirakçıları və yaxud qrupları müxtəlif və özü də bir-birini tamamlayan əmək əməliyyatlarını həyata keçirirlər. İxtisaslaşdırma – hər hansı bir fəaliyyət dairəsinin, bilik sahəsinin və s. seçilməsi, hər hansı bir məşğuliyyətdə diqqətin cəmləşdirilməsi və müvafiq biliklərin və bacarığın əldə olunması. Kooperasiya - əməyin forması olmaqla, bu zaman çoxlu şəxslər planauyğun olaraq və birlikdə eyni bir və yaxud müxtəlif, lakin öz aralarında bağlı olan əmək prosesində iştirak edirlər. İdarəetmə sistemləşdirilmiş elmi fənn və peşə kimi rəsmiləşdirilməzdən əvvəl çoxəsrlik bir yol keçmişdir. Ancaq XX əsrdə müstəqil bir sahə kimi tanınmışdır. İstehsalın fərdi (ailəvi) təşkili bir çox nəsillər ərzində dəyişməyən ənənəvi idarəetmə üsulları ilə həyata keçirilirdi. İdarəetmənin müstəqil fəaliyyət növü kimi yaranmasının və obyektiv zəruriliyi əməyin ictimai bölgüsü, kooperasiyanın inkişafı və istehsalın həcmlərinin artması ilə şərtlənir. İdarəetmənin elmi bir fənn kimi təkamülü irəliyə doğru atılan ardıcıl addımlardan ibarətdir. İdarəetmənin nəzəriyyə və təcrübəsində əldə olunan müvəffəqiyyətlər əlaqəli sahələrdə, məsələn, mühəndislik elmlərində, riyaziyyatda, psixologiyada, sosiologiyada, olan müvəffəqiyyətlərdən asılıdır. İdarəetmə təfəkkürünün və idarəetməyə yanaşmaların inkişafında biznesə maraq böyük əhəmiyyət daşımağa başlayır. Təşkilatın müvəffəqqiyyətlərinə təsir göstərən xarici və daxili amillər haqqında biliklər inkişaf etdikcə idarəetməyə müxtəlif yanaşmalar formalaşır. Bunlar: elmi idarəetmə (klassik menecment) məktəbi, inzibati idarəetmə məktəbi, insan münasibtləri və yeniliklər haqqında elmlər məktəbi, idarəetmə məktəbi (miqdar metodları). Ənənəvi idarəetmə məltəblərin yeniləşdirilməsi (modifikasiyası) baş verir. İdarəetməyə qarşı sistemli və vəziyyətlə bağlı (situasiyalı) yanaşmalar, təşkilatın mürəkkəb bir sosio-texniki system kimi qəbul olunması konsepsiyası inkişaf etməyə başlayır. Tam bir sistemdə ayrı-ayrı hissələr birgə fəaliyyət göstərirlər və bu da, bütövlükdə sistemin tam halda fəaliyyət göstərməsi prosesini təşkil edir. Bir-biri ilə əlaqədə olan müxtəlif cinsli tərkib hissələrinin birgə fəaliyyət göstərməsi sistemin keyfiyyətcə yeni funksional xassələrini meydana çıxarır ki, bunlar da sinergizm effekti hesabına yaranırlar. Situasiya ilə bağlı olan yanaşma qəbul edilən idarəetmə qərarlarının alternativliyinə əsaslanır ki, bunlar bazaar mühiti üçün xarakterik olmaqdadır.
Klassik menecment Klassik menecmentin bazasında idarəetmənin müxtəlif məktəbləri inkişaf etməyə başlamışlar. Sənaye mühəndisliyi. Klassik menecmentin tərkib hissəi. Əməyin dərundən bölgüsü və xüsusi texnika və texnologiyanın tətbiqi əsasında istehsalat proseslərinin elmi təşkili üzrə tədbirlər sistemini nəzərdə tutur (F.Hilbert, 1868- 1925). İnzibati yanaşma. Təkcə istehsalın deyil, həm də idarəetmənin səmərələşdirilməsi üzrə tədbirlər sistemini formalaşdırır. İdarəetmə funksiyası təcrübəsinə: qabaqcadan görmənin, təşkil olunmanın, rəhbərliyin, nəzarətin daxil edilməsi (A.Fayol, 1841-1925). Bürokratik modellər. Əsas ideya – işçilərin (menecerlərin) işlərin, vəzifələrin və səlahiyyətlərin dəqiq bölüşdürülməsi, funksiyaların ixtisaslaşdırılması, xidmətlərin Ümumi menecment Menecmentin klassik məktəbi F.Teylor (1865-1915) H.Emerson (1853-1931) H.Ford (1863-1947) Köhnə qaydada aparılan iş metodlarının hər bir iş elementlərinin öyrənilməsi yolu ilə elmi metodlarla əvəz olunması. Daha güclü və işin yerinə yetirilməsinə daha hazırlıqlı olan fəhlələrin seçilməsi. Əməyin təşkili sisteminin reallaşmasında müdiriyyətin və fəhlələrin əməkdaşlığı Hər bir rəhbərlik səviyyəsi üçün məqsədlərin dəqiqliyi. Yeni vəziyyətlərin təhlilində sağlam məna. Məsləhətlərin səlahiyyətliliyi. İntizam və dispeçerləşdirmə. İşçi heyətinə insaflı, ədalətli yanaşma. Uçotun tez və dolğun olması. Normalar və cədvəllər. Əməliyyatların normalaşdırılması. Standart təlimatlar. Məhsuldarlığa görə mükafatlandırma Kütləvi axın xəttinin təşkil olunması. Texnoloji proseslərin standartlaşdırması və eyniləşçdirilməsi. Nəzarətin və planlaşdırmanın dəqiq sistemi, fasiləsiz texnoloji proseslər.
Klassik menecmentin bazasında idarəetmənin müxtəlif məktəbləri inkişaf etməyə başlamışlar. Sənaye mühəndisliyi. Klassik menecmentin tərkib hissəi. Əməyin dərundən bölgüsü və xüsusi texnika və texnologiyanın tətbiqi əsasında istehsalat proseslərinin elmi təşkili üzrə tədbirlər sistemini nəzərdə tutur (F.Hilbert, 1868- 1925). İnzibati yanaşma. Təkcə istehsalın deyil, həm də idarəetmənin səmərələşdirilməsi üzrə tədbirlər sistemini formalaşdırır. İdarəetmə funksiyası təcrübəsinə: qabaqcadan görmənin, təşkil olunmanın, rəhbərliyin, nəzarətin daxil edilməsi (A.Fayol, 1841-1925).
Dostları ilə paylaş: |