Qaz sərfini ölçən sistem üçün ölçmə qurğularının seçilməsi



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix01.03.2023
ölçüsü0,53 Mb.
#86124
  1   2   3   4
Allahverdiyev E. N.



Allahverdiyev E.N.
 
74 
Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri 
ISSN 1609-1620 
Cild 22, № 5 (2020), 74-78 
UOT 681.122 
 
 
Qaz sərfini ölçən sistem üçün ölçmə qurğularının seçilməsi 
 
Metrologiya və cihazqayırma 
 
Allahverdiyev E.N.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
mr_allahverdiyev@mail.ru 
Qaz sərfini ölçən informasiya-ölçmə sistemi üçün sərfölçən qurğularının seçilməsi 
məsələsinin qoyuluşu və həlli yolları nəzərdən keçirilmiş, ekspertlərin rəyi əsasında 
müəyyən olunmuş seçim meyarları müqayisə edilərək araşdırılmış, optimal seçim va-
riantları üçün təkliflər verilmişdir.
Açar sözlər: qaz, sərfölçən, seçim, meyar, səmərəlilik, ekspert. 
Giriş. 
Son zamanlar Azərbaycanda qazlaşdırma işlərinin genişlənməsi, xarici bazara qaz ixracının 
artması qazın sərfinin ölçülməsi və uçotu məsələlərinin aktuallığını daha da yüksəltmişdir. Bu 
məqsədlə mövcud informasiya-ölçmə sistemlərinin müasir tələblərə uyğun olaraq təkmilləşdiril-
məsi və yenidən qurulması, yeni ölçmə qurğularının tətbiq edilməsi məsələlərinin həll edilməsi 
tələb olunur. Aparılan tədqiqatlar göstərir ki, vericilərin, yaxud sərfölçənlərin tələblərə uyğun se-
çilməsi məsələsini həll edərkən bir ümumi məsələnin – optimal struktura və yüksək səmərəliliyə 
malik informasiya-ölçmə sisteminin yaradılması məsələsinin qoyulması və həll edilməsi daha 
məqsədəuyğundur. Lakin bu cür məsələnin hətta ümumilikdə tərtib edilməsi müəyyən və xeyli 
böyük çətinliklərlə əlaqədardır. Bundan başqa, həmin məsələnin həlli zamanı ardıcıl yaxınlaşma 
üsulundan istifadə edərək, məsələnin ayrı-ayrı həll mərhələlərində alınmış nəticələrin dərindən 
təhlil edilməsi, daha sonra məsələnin həmin mərhələdə qoyuluşuna düzəliş etmək labüd hərəkət-
lərdən biri olub, ümumilikdə məsələnin həllinə yaxınlaşmanı çətinləşdirir. 
Seçim məsələsinin son nəticədə informasiya-ölçmə sisteminin səmərəliliyi ilə əlaqədar ol-
ması şübhəsizdir. Bu əlaqənin aşkar şəkildə təsvir edib, nəzərə alınması məsələsinin özü daha mü-
rəkkəb bir məsələdir. Bu zaman, əlbəttə, informasiyanın dəyəri anlayışından da istifadə olunmalı-
dır. Amma mövcud ədəbiyyatda bu iki anlayışın, iki kəmiyyətin əlaqəsi bir mənalı müəyyən olun-
mamışdır. Əsas məsələ ölçmə cihazlarının təmin etdiyi informasiyanın dəqiqliyi, operativliyi, tam-
lığı və baxılan məsələyə uyğunluğu informasiyanın dəyərini müəyyən edir. 
Sistemin özü bir-biri ilə müxtəlif qarşılıqlı əlaqədə olan, müxtəlif xarakteristikalara (texniki, 
texnoloji və metroloji) malik texniki vasitələr üzərində qurulduğundan verilmiş maddi resurslar 
daxilində optimal strukturlu və səmərəliliyi yüksək olan sistemin yaradılması məsələsi meydana 
çıxır. Göründüyü kimi, sistemə daxil olan ölçmə cihazları sistemin strukturunun bir hissəsi olub, 
əsas informasiya mənbəyini təmsil edir, sistemin işi məhz bu kəmiyyətlərin ölçülməsi əsasında 
əldə edilmiş informasiya bazasında qurulur, qazın uçotu sistemində qaz sərfinin düzgün və dəqiq 
təyin edilməsi əsas məsələ olub, sistemin səmərəliliyini təyin edən amillərdən biridir. Səmərəlilik 
meyarı kimi tam xərclər (məsrəflər) meyarının istifadə edilməsi daha məqsədəuyğun hesab edilir. 
Nəzarət müddətinin düzgün təyin edilməsi informasiyanın operativlik baxımından keyfiyyət 
göstəricisinin tələb olunan qiymətini müəyyən edir. Bu da öz növbəsində sərfölçən və digər veri-
cilərin optimal sorğu müddətinin təyin edilməsini və seçim zamanı nəzərə alınmasını və beləliklə, 
layihələndirmə mərhələsində mürəkkəb kompleks sistem məsələlərin həll edilməsi tələb olunur. 


Qaz sərfini ölçən sistem üçün ölçmə qurğularının seçilməsi 
75
Ölçmə vasitələrinin ümumi sisteminin seçilməsi və unifikasiya edilməsi, nəzarətin dürüstlüyünün 
(səhihliyinin) qiymətləndirmə metodikasının işlənilməsi və s. bu kimi mühüm məsələlər qeyd edi-
lən problemlərə aid olub, araşdırılan mövzunun əsas tərkib hissəsidir. İnformasiya-ölçmə sistemini 
dekompozisiya üsulu ilə ayrı-ayrı hissələrə ayırıb, ölçmə cihazlarını ayrıca bir modul kimi qəbul 
edərək, onların xarakteristikalarının sistemin ümumi işinə təsirini tədqiq etməyi zəruri prosedura-
lardan birini yerinə yetirmək üçün bəzi məqamları dəqiqləşdirmək lazımdır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin