Qaz sərfini ölçən sistem üçün ölçmə qurğularının seçilməsi



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix01.03.2023
ölçüsü0,53 Mb.
#86124
1   2   3   4
Allahverdiyev E. N.

 
Məsələnin qoyuluşu 
İnformasiya-ölçmə sisteminin strukturunun sintezi məsələsi qoyuluşundan asılı olaraq, müx-
təlif başlanğıc şərtlər daxilində müxtəlif üsullarla həll edilə bilər. Bu cür qoyuluşa aşağıdakıları 
misal gətirə bilərik: 
1. Sistemin yerinə yetirdiyi funksiyalar verilmişdir yaxud sistemin həll etdiyi məsələlər ara-
sında qarşılıqlı əlaqələr çoxluğunda seçim aparılmalıdır. 
2. Sistemin elementləri (texniki vasitələr kompleksi) verilmişdir və ya seçilməlidir. 
3. Sistemin elementlərinin ərazidə yerləşməsi nəzərə alınır yaxud alınmır və s. 
Sonuncu məsələ sistemin topologiyasını əhatə edir və bəzi hallarda sistemin səmərəliliyində 
müstəsna rol oynayır. Qazın sərfini ölçən cihaz və qurğular siyahıda göstərilən ikinci məsələyə - 
sırf texniki vasitələr kompleksinə aid olub, bilavasitə sistemin texniki və metroloji xarakteristika-
larını və son nəticədə onun səmərəliliyini təyin edir. Sistemin maksimum səmərəliliyi məhz bu 
xarakteristika və göstəricilərin düzgün seçilməsindən xeyli dərəcədə asılıdır. Sistemin çox funk-
sionallığı da öz növbəsində bu göstəriciyə əhəmiyyətli dərəcədə təsir edir. 
Qazın sərfini ölçən, onun kommersiya uçotu məsələsini həll edən sistem üçün əsas məsələ 
sərfin ölçülməsi zamanı tələb olunan metroloji xarakteristikaların təmin edilməsi ilə yanaşı, eti-
barlı və operativ, dolğun və səhih informasiyanın əldə olunması üçün şərait yaradılmasıdır.
Son zamanlar hesablama texnikası vasitələrinin sürətli inkişafı, mikroprosessor və mikro-
kontroller texnikasının geniş yayılması yuxarıda qeyd edilən məsələlərin keyfiyyətli həllində proq-
ram məhsullarının tətbiqi edilməsi üçün imkan yaratmışdır. Başqa sözlə, adıçəkilən cihaz və qur-
ğularda mikroprosessor və mikrokontrollerlərin quraşdırılması həm cihazların öz imkanlarının, 
həm də ümumilikdə sistemin imkanlarını və əlbəttə, onun səmərəliliyini xeyli artırmağa, cihazların 
intellektuallığını təmin edərək, daha yüksək metroloji göstəricilərə nail olunmasını təmin etmişdir 
[1]. Bu baxımdan sərfölçənlərin seçim prosesində həmin amili nəzərə alaraq, təklif edilən cihazın 
funksional imkanlarını öyrənmək lazımdır. Buna görə də sərfölçən qurğuların seçilməsi prosesin-
də məsələnin bu aspektinə də xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən proqram təminatını tək-
milləşdirmək vasitəsilə sistemin mərkəzi prosessorunun, yəni əsas kompüterin də funksional im-
kanlarının yüksəldilməsi ilə daha yüksək səmərəliliyə nail olmaq olar.
Tətbiq olunan alqoritmlərin çox funksionallığı, yəni müxtəlif rejimlərdə və hallarda eyni bir 
alqoritmdən istifadə imkanları da layihələndirmə zamanı nəzərə alınmalıdır. Bu zaman neft-qaz-
çıxarma obyektlərinin paylanmış struktura malik olması faktı da unudulmamalıdır. Digər tərəfdən 
struktur izafiliyin daxil edilməsi, məsələn ehtiyat ölçmə kanallarının nəzərdə tutulması da sistemin 
etibarlılığının yüksəldilməsini təmin edir. Bu həmçinin ölçmə kanalından səmərəli surətdə istifadə 
edilməsini nəzərdə tutur. Bundan başqa, qazın sərfinə uyğun kəmiyyətin çevrilməsi və ölçülməsi 
məsələlərinə sərt tələblər qoyulmalıdır. Vericilərin çıxış siqnalları nəinki müxtəlif fiziki kəmiyyət 
şəklində ola bilər, həm də eyni bir formalı siqnallar müxtəlif parametrlərə malik olduğundan bu 
siqnalların normalaşdırılması – məhdudlaşdırılması, gücləndirilməsi və süzülməsi tələb olunur. 
Vericilərin riyazi modellərinin istifadə edilməsi ətraf mühitin parametrlərinin dəyişməsi nəzərə 
alınmaqla cihazların göstərişlərini və dinamiki xarakteristikalarını korreksiya – təshih etməyə im-
kan verir. Bundan başqa, ölçülən kəmiyyətin təsadüfi əngəl və küylərdən süzülməsi prosesinin 
yerinə yetirilməsi zəruri hesab edilir. 
Sərt emal və nəzarət alqoritmləri ilə yanaşı, bütün mümkün variantları nəzərdə tutmağa im-
kan verən qeyri-səlis emal alqoritmlərinin tətbiqi sistemin səmərəliliyinin yüksəldilməsi yolların-
dan biridir. Müəyyən edilmişdir ki, həm sərfölçənlərin seçilməsində, həm də texnoloji prosesində 
qeyri-səlis xarakterə malik parametrlər özünü büruzə verir. Bu da sərfölçənin çıxış siqnalının qey-
ri-səlis alqoritmlərlə emal edilməsinə üstünlük verilməsini labüd edir. 


Allahverdiyev E.N.
 
76 
Tələb olunan texnoloji proses üçün qazın sərfini ölçən cihaz və qurğuların seçilməsi onların 
konstruksiyası, iş prinsipi, eləcə də ətraf mühit və ölçülən qazın tərkibi haqqında məlumatlar əsa-
sında aparılır [2]. 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin