Qaz sərfini ölçən sistem üçün ölçmə qurğularının seçilməsi



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix01.03.2023
ölçüsü0,53 Mb.
#86124
1   2   3   4
Allahverdiyev E. N.

 
Həll üsulları 
Yalnız bir texniki göstəriciyə görə sistemin səmərəliliyini heç də həmişə müəyyən etmək 
düzgün və mümkün deyildir, lakin baxılan halda əsas məlumat mənbəyi sərfölçənlər olduğundan 
onların ümumi səmərəliliyə təsirini araşdıraq və seçim zamanı istifadə edilən parametrlərin ranqını 
müəyyən etməyə çalışaq. 
Qazın sərfini ölçən cihazların informasiya-ölçmə sisteminin məqsədləri üçün seçilməsi 
məsələsinə sistemli şəkildə kompleks yanaşma tətbiq edərək, bu məsələyə müxtəlif ekspertlərin 
yanaşmasını və ədəbiyyat mənbələrindən götürülmüş yanaşmaları təhlil etmək məqsədilə ekspert-
lərin rəyindən istifadə olunmuşdur. Ekspertlər qismində iştirak edən metroloq və sistem layihəçi-
sinin rəyini öyrənmək üçün əvvəlcə sərfölçənlərin xarakteristika və göstəricilərinin siyahısı tərtib 
edilmişdir (cədvəl 1). Bu siyahıya həm konstruktiv-texnoloji, həm də metroloji xarakteristikalar, 
eləcə də iş prinsipi ilə əlaqədar göstəricilər daxil edilmişdir. Siyahının informasiya-ölçmə və ida-
rəetmə sistemlərinin layihələndirilməsi zamanı nəzərə alınan ümumi tələblərə nisbətən daha geniş 
olması hal-hazırda müvafiq texniki vasitələrin inkişafının müasir istiqamətlərinin təhlil prosesində 
nəzərə alınması istəyi (tələbi) ilə bağlıdır. Digər tərəfdən siyahı prioritetlər nəzərə alınmadan təsa-
düfi düzülüşlə tərtib edilmişdir ki, ekspertlərə istiqamət verilməsin, onların rəyinin formalaşması-
na təsir göstərilməsin. 
Cədvəl 1. Sərfölçənlərin xarakteristika və göstəricilərinin
(seçim meyarlarının) siyahısı 
Xarakteristika və göstəricilər (seçim meyarları) 
Sərfin ölçmə diapazonu 
İşçi temperatur diapazonu 
İşçi təzyiq 
Ölçmə xətası
İş prinsipi 
Konstruksiyası 
Qazın tərkibi 
Qazın sıxlığı 
Axın sürəti 
Həssaslığı 
Reversiv axınların və ya ümumi sərfin ölçülməsi 
Qazda mexaniki hissəciklərin ölçüsü 
Sərfölçənin buraxma qabiliyyəti 
Axına göstərdiyi hidravlik müqavimət 
Qaz axınına maneə səviyyəsi 
Çıxış siqnalının forması (analoq, rəqəmsal) 
Çıxış siqnalının ötürülmə protokolu (Hart, Modbus, Profibus) 
Siqnalın ötürülmə məsafəsi 
Cəldişləməsi (ölçmə sürəti; 
Xətaların kompensasiya imkanları 
Başqa funksional imkanlar – diapazonun avtomatik 
dəyişdirilməsi və s. 
Çıxış xarakteristikasının xəttiliyi 
Çıxış xarakteristikasının temperaturdan asılılığı
Sərf etdiyi güc 
Aqressiv mühitə dözümlülüyü 
Sərfölçənin qiyməti və xidmət xərcləri
Quraşdırma mürəkkəbliyi, quraşdırma üsulu; 
Təmirə yararlılığı 
İstehsalat və ekoloji təmizlik 
İşçi təzyiqlər fərqi diapazonu 


Qaz sərfini ölçən sistem üçün ölçmə qurğularının seçilməsi 
77
Sərfölçənin seçilməsində qiymət amili də nəzərə alınmalıdır. Həmin qiyməti optimallaşdır-
maq məqsədi ilə qoyulmuş məsələnin həlli üçün ikinci dərəcəli amillərin (göstəricilərin) vacibliyi, 
hansı göstəricilərə üstünlük hüququ verilməsi – prioriteti təyin olunmalıdır ki, qiymətin və səmə-
rəliliyin tələb olunan səviyyəsinə nail olmaq mümkün olsun. 
Beləliklə, informasiya-ölçmə və idarəetmə-nəzarət sistemlərində qazın ölçülməsi üçün əsa-
sən ultrasəs, təzyiq düşküsünə əsaslanan, turbinli və koriolis sərfölçənlərindən istifadə olunur. Öl-
çülən mühitlərin müxtəlifliyi və ölçmə məsələlərinin qoyuluşundan asılı olaraq, texniki-iqtisadi 
xarakteristikalarına görə uyğun və münasib olan sərfölçənin seçilməsi kifayət qədər mürəkkəb 
məsələdir. 
Cədvəl 2-də hər iki ekspertin qazın sərfini ölçən cihazlar üçün seçim variantları və müvafiq 
ranqlar təqdim edilmişdir. 
Cədvəl 2. Ekspertlərin rəyinə görə seçim meyarlarının ranqı 
Birinci ekspert (metroloq) 
Ranq 
İkinci ekspert (layihəçi) 
Ranq 
Sərfin ölçmə diapazonu 

Sərfin ölçmə diapazonu 

İşçi temperatur diapazonu 

İşçi təzyiqlər fərqi diapazonu 

İşçi təzyiq fərqi diapazonu 

İşçi temperatur diapazonu 

İşçi təzyiq 

İşçi təzyiq 

Ölçmə xətası 

Ölçmə xətası 

Qazda mexaniki hissəciklərin cihaza təsiri 

Qazın tərkibi 

Çıxış siqnalının forması (analoq, rəqəmsal) 

Qazın sıxlığı 

Çıxış siqnalının ötürülmə protokolu (Hart, 
Modbus, Profibus) 

Həssaslığı 

Qazın tərkibi 

Sərfölçənin buraxma qabiliyyəti 

Qazın sıxlığı 

Aqressiv mühitə dözümlülüyü 

Həssaslığı 

İş prinsipi 

Reversiv axınların və ya ümumi sərfin ölçülməsi

Konstruksiyası 

Sərfölçənin buraxma qabiliyyəti 

Axın sürəti 

Axına göstərdiyi hidravlik müqavimət 

Qazda mexaniki hissəciklərin ölçüsü 

Cəldişləməsi (ölçmə sürəti) 

Axına göstərdiyi hidravlik müqavimət 

Xətaların kompensasiya imkanları 

Qaz axınına maneə səviyyəsi 

Başqa funksional imkanlar – diapazonun 
avtomatik dəyişdirilməsi və s. 

Çıxış siqnalının forması (analoq, rəqəmsal) 2 
Aqressiv mühitə dözümlülüyü 

Cəldişləməsi (ölçmə sürəti); 

Sərfölçənin qiyməti və xidmət xərcləri 

Xətaların kompensasiya imkanları 

Quraşdırma mürəkkəbliyi, quraşdırma üsulu; 

Çıxış xarakteristikasının xəttiliyi; 

Təmirə yararlılığı 

Çıxış xarakteristikasının temperaturdan 
asılılığı 

İş prinsipi 

Sərf etdiyi güc 

Konstruksiyası 

Quraşdırma mürəkkəbliyi, quraşdırma 
üsulu; 

Axın sürəti 

Təmirə yararlılığı 

Qaz axınına maneə səviyyəsi 

Çıxış siqnalının ötürülmə protokolu 
(Hart, Modbus, Profibus) 

Siqnalın ötürülmə məsafəsi 

Siqnalın ötürülmə məsafəsi 

Çıxış xarakteristikasının xəttiliyi 

Başqa funksional imkanlar – diapazonun 
avtomatik dəyişdirilməsi və s. 

Çıxış xarakteristikasının temperaturdan asılılığı 3 
Sərfölçənin qiyməti və xidmət xərcləri 

Sərf etdiyi güc 

İstehsalat və ekoloji təmizlik 

İstehsalat və ekoloji təmizlik 

Reversiv axınların və ya ümumi sərfin 
ölçülməsi 

Cədvəldən göründüyü kimi, hər iki ekspertin rəyi 2-3 bənd fərqi ilə üst-üstə düşür. Ekspert-
metroloq ölçmə diapazonu, ölçmə xətası və çıxış siqnalının forması və ötürmə protokolu kimi 


Allahverdiyev E.N.
 
78 
meyarlara, ekspert-layihəçi isə bunlara əlavə olaraq qazın tərkibi və sıxlığı, aqressiv mühitə da-
vamlılıq kimi meyarlara üstünlük vermişdir. Ekspert-layihəçi sərfölçənin çoxfunksiyalılığını 3-cü, 
metroloq isə 2-ci yerdə olmasını vacib hesab edir.
Əlbəttə, bütün göstərilən meyar və göstəricilərin nəzərə alınması daha mükəmməl nəticəyə 
nail olmağa imkan verərdi, lakin, qeyd etdiyimiz kimi, məsələnin bu cür qoyuluşunda meyarların 
sayı kəskin artır ki, bu da onun həllini əksər hallarda qeyri-mümkün edir. 
Beləliklə, rəyləri ümumiləşdirərək, demək olar ki, layihələndirmə prosesində sərfölçənlərin 
seçimi zamanı siyahıda göstərilən meyarların kombinasiyasından istifadə edərək, prioritetləri kon-
kret məsələnin həllinə yönəltmək lazımdır. 
Nəticə 
1. 
Qaz sərfi vericilərinin seçilməsi informasiya-ölçmə sisteminin sintezində əsas problem-
lərdən biri olub, son nəticədə sistemin səmərəliliyini müəyyən edir.
2. 
Ekspert qismində çıxış edən - qaz sərfini ölçən cihazların və sistemin istifadəçisi – met-
roloq və qaz sərfini ölçən informasiya sisteminin layihəçisinin rəyləri ümumilikdə üst-üstə düşür. 
3. 
Bütün seçim meyarlarının prioritet verilmədən istifadə edilməsi birbaşa həlli olmayan 
çoxmeyarlı məsələyə gətirib çıxarır. Buna görə də layihələndirmə prosesində meyarların kombi-
nasiyasından istifadə edərək, prioritetləri layihə tapşırığına uyğun konkret məsələnin həllinə yö-
nəltmək məqsədəuyğundur. 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin