1
“İqtisadiyyat” qəzeti yarandığı
gündən bu günə qədər keçdiyi 15 illik
dövr ərzində təkcə iqtisadi məsələləri
işıqlandırmaqla kifayətlənməmiş,
dünyanın ictimai-siyasi və sosial-
mədəni həyatı ilə bağlı müxtəlif
mövzularda yazılar dərc etmişdir. Bu
da təbiidir. İqtisadiyyat təcrid edilmiş
bir sahə deyil, bütünlükdə cəmiyyət
həyatının ayrılmaz bir hissəsi olub,
digər sahələrlə, eləcə də ədəbiyyat və
incəsənətlə bilavasitə bağlıdır.
Azərbaycanda mədəniyyətin inkişafı
hər zaman diqqət mərkəzində olub
və biz də ölkəmizin tanınmış elm
və ictimai xadimlərinin, xalqımızın
formalaşması və inkişafında əvəzsiz
xidmətləri olmuş, xalqa örnək olan
insanların həyatı və yaradıcılığını
yüksək ehtiramla dəfələrlə yad
edir, gələcək nəsillərə tanıtmağa
çalışır və unutmağa qoymuruq.
Məhz buna görə də Bakının
qocaman təhsil ocaqlarından biri
olan Osman Mirzəyev adına 190
saylı tam orta məktəbin kollektivi
tərəfindən 20-ci əsr Azərbaycan
ədəbiyyatının görkəmli simalarından
biri olan yazıçı – dramaturq İlyas
Əfəndiyevin 100 illik yubileyi
münasibətilə məktəbdə keçiriləcək
görüşlə bağlı xüsusi buraxılışın
hazırlanması təklifi ürəyimizcə oldu.
Azərbaycan Prezidenti İlham
Əliyevin xalq yazıçısı İlyas
Əfəndiyevin 100 illik yubileyinin
yüksək səviyyədə qeyd edilməsi
haqqında imzaladığı sərəncam bir
daha sübut etdi ki, dövlət siyasətinin
mühüm istiqamətlərindən biri də
incəsənətimizin, ədəbiyyatımızın
inkişafına xidmət edən insanları hər
zaman hörmətlə yad etmək, gələcək
nəsillərə ehtiram və məhəbbətlə
tanıtmaqdır. Ümummilli liderimiz
Heydər Əliyev respublikaya rəhbərlik
etdiyi bütün dövrlərdə Azərbaycan
mədəniyyətinin inkişafını tərəqqinin
böyük amili hesab etmiş, zəngin
mədəni irsimizin qorunması və
təbliğinə həssaslıqla yanaşmış, xüsusi
diqqət və qayğı göstərmişdir. Tarixin
ən çətin anlarında mədəniyyətimizi
yaşatmağı, dilimizi qorumağı, milli-
mənəvi dəyərlərimizə sahib çıxmağı
təbliğ etmişdir.
Bu gün də bu ənənələr davam
edir. Böyük ədibin yubileyi məhz
elə bir məqamda qeyd edilir ki,
indi ölkəmizin uğurlarının sədası
dünyanın hər yerindən gəlir. İlyas
Əfəndiyev bugünkü həyatımızın
daha yaxşı, firavan olmasını ar zu-
layırdı, xoş duyğuları, ülvi məhəb-
bəti, paklıq, mənəvi saflıq kimi
gö zəl insani keyfiyyətləri tərənnüm
edir di. Onun əsərlərində elə bir ca-
zi bə, elə bir qüvvə var idi ki, hər
bi ri miz onun qəhrəmanlarından bi-
rinə oxşamaq, onlardan biri olmaq
istəyirdik. Onun qələmə aldığı tarixi
əsərlər xalqımızın zəngin tarixi
keç mişini unutmamaq baxımından
bu gün də çox mühüm əhəmiyyət
kəsb edir. Oxuculara təqdim etdi-
yimiz bu xüsusi buraxılışda bir
da ha böyük yazıçını xatırlamaq,
onun mənalı həyat yolunu, parlaq
ya ra dıcılıq uğurlarını yada salmaq,
Azərbaycan teatr mədəniyyəti qar-
şısındakı xidmətlərindən söz acmaq,
gənc nəsillərə təbliğ etmək və yad
daşlarına əbədi yazmaq istədik.
Baş redaktordan
Ümummİllİ lİder HeYdƏr ƏlİYeV
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də
yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında
həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm
də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən
əks edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını
diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün
də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin
mənəvi tərbiyəsində fəal iştirak edir.
Azərbaycanın bir qrup mədəniyyət xadimlərinə
DövIət mükafatlarının verilməsi zamanı etdiyi çıxışından,
Bakı şəhəri, 23 may 1980-ci il
İlYas ƏfƏndİYeVİn 100 İllİk
YubİleYİnİn keçİrİlmƏsİ
Haqqında azƏrbaYcan
respublİkası prezİdentİnİn
sƏrƏncamı
2014-cü ilin may ayında Azərbaycanın
xalq yazıçısı, respublika Dövlət mükafatı lau-
reatı, görkəmli dramaturq İlyas Məhəm məd
oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi
tamam olur.
İlyas Əfəndiyev klassik ədəbi fikrin bö yük
ənənələri zəminində öz üslubunu yara dan sə-
nətkar kimi xalqımızın söz sənə ti xəzinəsinə
dəyərli töhfələr ver mişdir. Yazı çının bədii nai-
liy yətlərlə zəngin irsi ədəbiy yatımızda ye ni
mər hə lənin təşəkkülünə sə mə rəli təsir gös tər-
miş dir. Azərbaycan teatr səh nəsinin müa sir si -
masının formalaşmasında İlyas Əfən diyev dra -
maturgiyası özünəməxsus əhə miy yətli yer tu tur.
Azərbaycan Respublikası Konstitusi ya-
sının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, milli ədəbiyyatın inkişafında mühüm
xidmətləri olan İlyas Əfəndiyevin 100 illik yu-
bileyinin keçirilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniy-
yət və Turizm Nazirliyi Azərbaycan Res pub-
likasının Təhsil Nazirliyi və Azər bay can Milli
Elmlər Akademiyası ilə bir likdə, Azərbaycan
Yazıçılar Birliyinin tək liflərini nəzərə almaq-
la, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik
yubileyinə həsr olun muş tədbirlər planını ha-
zır layıb həya ta keçirsin.
2. Azərbaycan Respublikasının Nazir lər
Kabineti bu Sərəncamdan irəli gələn məsə lə-
ləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Bakı şəhəri, 16 yanvar 2014-cü il
2
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-
cü il may ayının 28-də Qaryagində (indi-
ki Füzuli şəhəri) tanınmış və hörmətli
tacir ailəsində anadan olmuşdur.
1920-ci ilin aprel-may aylarında bu
ailənin xoş günləri, İlyas Əfəndiyevin
uşaqlıq illərinin sevincli anları sona
yetmişdir. Yazıçının atası Məhəmməd
Əfəndiyevə «kulak» damğası vurula raq
evi, böyük mülkü, bağı zəbt edil miş,
«səs hüququndan» məhrum olun muşdur.
Sehrli nağıl dünyası
İl yasın bir gənc kimi formalaşmasında,
kitaba, ədəbiyyata, ümumiyyətlə
mütaliəyə ma raq oyanmasında anası
Bilqeyis xa nımın əvəzsiz xidmətləri
olmuşdur. O, İlyasa yalnız analıq yox,
Məhəmməd ki şi vəfat etdikdən sonra,
müəllimlik, yoldaşlıq, həm də atalıq
etmişdir. Anasının danışdığı maraqlı
əhvalatlar, nağıl və əfsanələr İlyasın
incə qəlbi nə təsir etmiş, onun sonralar
bir yazıçı kimi yetişməsində mühüm
rol oynamışdır. Onlar yazıçının qələmə
aldığı «Sağsa ğan», «Qarı dağı» hekayəsi
üçün əsas olmuşdur. Yazıçının 1991-ci
ildə qələmə aldığı «Vəzir Allahverdi
xan və Bəhlul Danəndə» hekayəsindəki
əhvalat da ana sının danışdığı rəvayət-
lərdən götürül müşdür.
Elmə, biliyə aparan yol
Yazıçı hələ uşaq yaşlarından zəhmətə
alışmış, mü taliəyə böyük maraq gös-
tərmiş, məktəbə getməzdən əvvəl
yazıb-oxumağı öy rən miş, çoxlu kitablar
oxumuşdur. 1921-ci ildə birinci sinifə
gedən İlyas 1930-cu ildə pedaqoji
təmayüllü iki dərəcəli orta məktəbi əla
qiymətlərlə bitirmişdir.
İ.Əfəndiyevin bir gənc kimi yetişməsin-
də, ədəbiyyata, elmə böyük maraq gös-
tərməsində, hər şeydən əvvəl, ailə tərbi-
yəsinin, ata-ana ocağının çox mühüm
tə sirindən başqa, oxuduğu və dərs dediyi
məktəbin kollektivi, boya-başa çatdığı
bölgənin ictimai-mədəni mühiti, gənclik
illərində böyük həvəslə izlədiyi və ma-
raqla mütaliə etdiyi «Qızıl Araz» adlı
rayon qəzeti, Füzulidə fəaliyyət göstərən
xalq teatrı, ali təhsil aldığı institut həyatı,
işlədiyi «Yeni yol», «Kommunist» və
«Ədəbiyyat qəzeti» redaksiyaları və ən
nəhayət Bakı ədəbi mühiti, Yazıçılar İt-
tifaqı çox böyük təsir göstərmişdir.
Orta məktəbi bitirdikdən sonra bir
müddət Böyük Bəhmənli kəndində dil
və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev
1935-1938-ci illərdə Qaryagin şəhər
orta məktəbində coğrafiya müəllimi
iş ləmiş, eyni zamanda, gənclərin təlim-
tərbiyəsində, savadsızlığın aradan
qal dırılmasında, məktəbyaşlı uşaqların
təh silə cəlb olunmasında fəallıq göstər-
mişdir. Gələcəkdə görkəmli dramaturq
olacaq İ.Əfəndiyev «teatr» adlı sehrli
bir aləmlə ilk dəfə məhz Qaryagində
ta nış olmuşdur. O, qeyd edir ki, «mən
də ora teztez gedir və böyük maraqla
aktyorların oyunlarına tamaşa edir
dim».
1934-cü ildə APİ-nin Ədəbiyyat şöbə-
sinə daxil olur, lakin onun ali məktəbdə
təhsil alması çox uzun sürmür, elə həmin
il institutu tərk edib rayona qayıtmağa
məcbur olur. O, 1938-ci ildə APİ-nin
Coğrafiya fakültəsinin qiyabi şöbəsini
qurtarıb sağ-salamat rayona qayıdaraq
müəllimliyini davam etdirir.
Ən tanınmış alimlərin və müəllimlərin
dərs dediyi həmin ali məktəbdə
İ.Əfəndiyev Bəkir Çobanzadə, Əli
Sultanlı və s. bu kimi müəllimlərdən
dərs almışdır.
İlk yaradıcılıq üfüqləri
İ.Əfəndiyevin ədəbiyyata gəlişi 1938-
ci ilin son ay larına təsadüf edir. Bu
dövrdən etiba rən onun bir sıra məqalə,
oçerk və he kayələri respublikanın
müx təlif qə zet lərində dərc olunurdu.
Yalnız 1938-ci ilin sonlarında, 1939-
cu ilin ilk iki ayında yazıçının «Yeni
yol» qə zetində «buruqlar arasında»
adlı ilk oçerki, «bataqlıq saldatları»
kinofilminə yazdığı ilk resenziyası,
«aşağı mət buata rəhbərliyi
canlandırmalı» adlı ilk mə qa ləsi, «na
muslu fəhlələrin sırasını ço xaltmalı»,
«Şərəf və iftixar işi» adlı yazıları işıq
üzü görmüşdü. Bu illərdə «Kommunist»
və «Ədəbiyyat qəzeti» də İ.Əfəndiyevin
ilk yazılarına yer ve rirdi. Yazıçının ilk
mətbu hekayəsi olan «berlində bir
gecə» əsəri də bu aylarda oxuculara
çatdırılmışdır. İlk mətbu hekayəsi hesab
etdiyi «Gözlənil məyən sevgi» əsərindən
xeyli əvvəl, yazıçının bir sıra hekayə,
oçerk və mə qalələri artıq respublika
mətbua tın da dərc olunmuşdur. Kənddə
coğra fi ya müəllimi işləyərkən yazdığı
he ka yələ rini götürüb Bakıya gələn
İ.Əfəndi yev onları Yazıçılar İtti fa qında
nəsr üzrə məs ləhətçi işləyən yazıçı
Əbül həsənə göstərir. Hekayələri oxuyan
Əbülhəsən onları bəyənir və çapını
məs ləhət gö rür. Beləliklə də yazıçının
«kənd dən məktublar» adlı ilk kitabı
işıq üzü görür. İ.Əfəndiyev 1938-ci
ilin axır larında Bakıya gəlir və onun
yara dıcı lığında mühüm rol oynamış
Ba kı ədəbi mühitinə qovuşur. Bakıda
heç kimi tanımayan kimsəsiz gənc
yazı çı İ.Əfəndiyev o vaxtlar Yazıçılar
İttifaqında partkom işləyən görkəmli
yazıçı Əli Vəliyevlə tanış olur və onun
köməyilə «Yeni yol» qəzetində mə də-
niyyət və ədəbiyyat şöbəsində ədəbi işçi
vəzifəsinə işə düzəlir.
Yazıçı «Yeni yol» qəzeti redaksiyasında
bir qədər işlədikdən sonra qəzetin nəşri
dayandırılır. Bundan sonra İ.Əfəndiyev
əmək fəaliyyətini əvvəlcə «Kommunist»
(1939 -1940), sonra isə «Ədəbiyyat
qəzeti»ndə nəsr şöbəsinin müdiri kimi
davam etdirmişdir.
Böyük yazıçının əsərləri Milli Teatrda
İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında
Azərbaycan Yazıçılar İttifaqına üzv qə-
bul olunmuşdur.
Böyük Vətən müharibəsinin başlanması
bütün başqa sənətkarlar kimi İ.Əfəndi-
yevi də səfərbər etdi, o da «müsəlləh
əs gərə» çevrilib, qələmini silahla əvəz
etdi. Yazıçı oxucularda düşmənə qarşı
də rin nifrət, vətənə məhəbbət hissləri
aşılamaq vəzifəsini öhdəsinə götürdü.
Ta rixi keçmişimizə, el qəhrəmanlarına,
folklor nümunələrinə müraciət edərək
bir sıra hekayələr yazdı, əsgərlərlə gö-
rüş lər, söhbətlər keçirmək üçün yazıçı
briqadaları ilə bərabər Azərbaycan divi-
ziyalarında oldu, digər tərəfdən, əsasən
bir nasir kimi tanınmış ədib, ədəbiyyatın
başqa bir sahəsində – dramaturgiyada
qələmini sınadı. 1943cü ildə o, yazıçı
m.Hüseynlə birlikdə, mövzusu böyük
Vətən müharibəsindən götürülmüş
«İntizar» pyesini qələmə aldı. Əsər
1944-cü ildə M.Əzizbəyov adına
Azər baycan Dövlət Dram Teatrının
səh nəsində göstərilmiş və dramaturq
İ.Əfən diyevin Azərbaycan Milli Teatrı
ilə 50 ildən çox bir müddətdə davam
et miş sıx yaradıcılıq əməkdaşlığının
əsa sı belə qoyulmuşdu. Bundan sonra
yazıçı Milli Teatrımız üçün «İşıqlı yol
lar» (1946) və «bahar suları» (1947)
pyeslərini qələmə aldı. 40-cı illərin
3
axırlarında yazıçının yaradıcılığı, çap
etdirdiyi hər bir yeni əsəri tənqidçilərin
diqqətindən yayınmırdı. Məhz bu illər də
dövri mətbuat səhifələrində onun ya-
ra dıcılığı haqqında ilk məqalələr dərc
olunmağa başladı. Əkbər Ağayevin
«Kənddən məktublar», Hüseyn Şəri-
fo vun «Ümid verən yazıçı», Meh di
Hüseynin «Bir nasir haqqında», H.Oruc-
əlinin «Həyata doğru», O.Sarı vəllinin
«İntizar», M.Arifin «İntizar», M.Cəfərin
«İntizar» tamaşası haqqında» və s.
mə qa lələr İ.Əfəndiyevi geniş oxu cu
kütləsinə tanıtmaqda mühüm rol oy-
na mışdır. Bundan əlavə, Azər bay can
Yazıçılar İttifaqının xüsu si ic lasların dan
birində yazıçı İ.Əfən diyevin ya ra dıcılıq
hesabatının dinlənilməsi və burada
S.Vurğunun, M.Hüseynin, Ə.Məm məd-
xanlının, Ə.Ağayevin, H.Orucəlinin və
başqa sənətkarların çıxış edib xoş sözlər
söyləmələri İ.Əfəndiyevin yaradıcılığına
olan maraqdan irəli gəlirdi. Yaradıcılıq
yollarında inamla addımlayayn gənc
ya zıçı 1941-45-ci illərdə Azərbaycan
Radio komitəsində Ədəbi verilişlər
şö bəsinin müdiri, 1945-ci ildən Bakı
kinostudiyasında Ssenari şöbəsinin
rəisi, daha sonra isə Azərnəşrdə Bədii
ədəbiyyat şöbəsinin müdiri vəzifəsində
çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə
təmasda və əlaqədə işləmiş, həyatı
dərindən öyrənmiş, dünyagörüşünü
daima artırmışdır. 1945ci ildə İ.Əfən-
diyevin «aydınlıq gecələr» adlı ikinci
kitabı nəşr olunur ki, burada əsasən
mü haribə illərində yazılmış əsərlər
top lanmışdır. Əsərlərin mövzuları mü-
haribədən götürülsə də, əsas məsələ
bu idi ki, həmin hekayələrdə döyüş və
sınaq illərində müasirlərimizin mənəvi
sifətləri və dəyanətləri qələmə alınmışdı.
«Aydınlıq gecələr» kitabı İ.Əfəndiyevi
oxuculara öz səsi, öz yazı üslubu olan
orijinal bir yazıçı kimi təsdiq etdi. 1947-
ci ildə M.Əzizbəyov adına Azərbaycan
Dövlət Dram Teatrı İ.Əfəndiyevin
«İşıq lı yollar» pyesini tamaşaya qoydu.
Əsər Teatrın 1948-ci ildə Moskvaya
qastrolu zamanı paytaxt sənətsevərlərinə
göstərilmişdir. Həmin pyes yazıçının ilk
müstəqil səhnə əsəri idi.
1949cu ildə Azərbaycanın ədəbi-mə də-
ni ictimaiyyəti və bütün sənətsevərləri
azərbaycan dövlət dram teatrının 75
illiyini təntənə ilə qeyd edərkən, səhnə
sənətinin inkişafındakı xidmətləri nəzərə
alınaraq İ.Əfəndiyev «Şərəf nişanı»
ordeni ilə təltif edilmişdi. 1954-cü ildə
tamaşaya qoyulmuş «atayevlər ailəsi»
dramaturq İ.Əfəndiyevin yaradıcılığında
irəli atılmış uğurlu bir addım idi.
O, 1954-cü ildən etibarən Yazıçılar İt-
tifaqı Rəyasət heyətinin üzvü olmuş,
1958-ci ilin axırlarında Yazıçılar İttifaqı
idarə heyətinin məsul katibi seçilmişdir.
1960-cı ildə Respublikanın Əməkdar
İncəsənət xadimi fəxri adını almış
İ.Əfəndiyevin yaradıcılığında 60-80-ci
illər ən məhsuldar dövr hesab olunur.
Bu illərdə «körpüsalanlar» (1960),
«dağlar arxasında üç dost» (1963),
«sarıköynəklə Valehin nağılı» (1976
78), «Geriyə baxma, qoca» (1980),
«Üçatılan» (1981) kimi povest və
ro manlarını dərc etdirir, eyni zamanda,
ma raqlı dram əsərlərini qələmə alır, pub-
lisist və ədəbiyyatşünas kimi məhsuldar
yaradıcılıq yolu keçir. Bu illərin məhsulu
olan «sən həmişə mənimləsən» (1964)
pyesi ilə Azərbaycan səhnəsində lirik-
psixoloji dramanın əsasını qoyur. Bu
yolu uğurla davam etdirən drama turq
«mənim günahım» (1967), «unu
da bilmirəm» (1968), «məhv ol muş
gündəliklər» (1969), «qəribə oğ lan»
(1973), «bağlardan gələn səs» (1976)
və s. pyeslərini yazır. Öl məz sənət
nümunələri kimi Azər bay can drama-
tur giyası xə zinəsini zən gin ləş di rən,
yüksək vətəndaşlıq pafosu, incə lirizm
və dərin psixoloji tapıntılarla aşı lanan
bu pyes lər teatr
sənətimizdə
yeni bir mərhələ
açdı, «İlyas
Əfəndiyev
teatrı» ya-
ratdı. «İlyas
Əfəndiyev
teatrı»nın uğur-
larından söhbət
açarkən, təkcə
onu göstərmək
kifayətdir ki,
ilk tamaşası
1968ci ildə
olmuş «unuda
bilmirəm» py
esi 1981ci ilə
qədər, yalnız
azərbaycan
milli teatrı
səh nəsində
350 dəfə oy
nanılmışdır.
İlyas Əfən di
yev 1971ci
ildə qırmızı əmək bayrağı ordeni ilə
təltif edilmişdir.
1971ci ildə mövzusu tarixi keç mişi
mizdən götürülmüş «mahnı dağlarda
qaldı» pyesini yazır. Yeni yaradıcılıq
uğuru kimi qarşılanmış bu pyesə görə
İ.Əfəndiyev 1972ci ildə respublika
dövlət mükafatına layiq görülür.
1974-cü ildə respublikamızın ədəbi ic-
timaiyyəti yazıçının anadan olmasının
60 illiyini təntənə ilə qeyd edir. Yu bi-
leylə əlaqədar olaraq ədib Okt yabr
İnqilabı ordeni ilə təltif olunur.
Azər nəşr onun dörd cildlik «Seçilmiş
əsərləri»ni nəşr edir.
Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət
qazanmış İ.Əfəndiyev azərbaycan
res publikası ali soveti rəyasət
he yətinin 30 iyul 1979cu il tarixli
fər manı ilə xalq yazıçısı fəxri adına
layiq görülmüşdür. Yazıçının anadan
olmasının 70 illiyi respublikamızda
qeyd olunarkən «Yazıçı» nəşriyyatı
1984-1985-ci illərdə oxucularına gözəl
bir hədiyyə hazırlamış, ədibin 6 cildlik
«Seçilmiş əsərləri»ni nəfis şəkildə 40
min nüsxə tirajla çap etmişdir. Ədəbiy-
yat sahəsindəki xidmətləri nəzərə
alı nan ədib həmin il lenin ordeni
ilə mükafatlandırılmışdır. 1990-cı
ildə Azərbaycanın Milli Teatrı öz ta-
rixində ilk dəfə olaraq xarici ölkəyə
– Türkiyəyə qastrol səfərinə çıxmışdır.
Bu səfər zamanı Teatr İstanbul və An-
kara şəhərlərində teatr həvəskarlarına
İ.Əfəndiyevin «Bizim qəribə taleyimiz»
və «Sevgililərin cəhənnəmdə vüsalı»
əsərlərinin tamaşasını göstərmişdir.
İ.Əfəndiyev 90-cı illərdə də məhsuldar
bir yazıçı kimi yazıb-yaradır, hər il yeni-
yeni əsərlər nəşr etdirir, təzə pyeslərini
tamaşaya qoyurdu. O, «Hacı axundun
cənnət bağı necə oldu» hekayəsini,
«Xan qızı Gülsənubərlə tarzən sadıq
canın nağılı» povestini dərc etdirir,
«Şeyx Xiyabani» (1986), «bizim qə
ri bə taleyimiz» (1988), «sevgililərin
cəhənnəmdə vüsalı» (1989), «tənha
iydə ağacı» (1991), «dəlilər və ağıl lı
lar» (1992), «Hökmdar və qızı» (1994)
və s. pyeslərini tamaşaya qoydurmuş, bir
sıra yeni kitablarını nəşr etdirmişdi.
azərbaycanın ədəbi ictimaiyyəti
1994cü ilin mayiyun aylarında xalq
yazıçısı İ.Əfəndiyevin anadan olma
sı nın 80 illiyini təntənəli surətdə
qeyd etdi. Ədəbiyyatın inkişafında
xid mətlərini nəzərə alan Azərbaycan
Res publikasının Prezidenti yazıçını
«Şöhrət» ordeni ilə təltif etdi. Heydər
Əliyev yazıçıya göndərdiyi təbrik
mək tubunda ədibin yaradıcılığına
yük sək qiymət verərək yazmışdı: sizi
azər baycanın görkəmli drama
turq və nasirini 80 illik yubileyiniz
münasibətilə ürəkdən təbrik edirəm.
dünya mədəniyyətinə ölməz dahilər
bəxş etmiş qədim Odlar yurdunda
xalqın məhəbbətini qazanmaq, sənət
zirvəsinə ucalmaq olduqca çətin və
şə rəflidir. siz fədakar əməyiniz sayə
sin də bu şərəfə nail olmuşsunuz.
Oxucuların sevəsevə mütaliə etdiyi
nəsr əsərləriniz, milli teatrımızın
səh nəsində tamaşaya qoyulan pyeslə
riniz bunu parlaq şəkildə sübut
edir... sizin yaratdığınız obrazlar
xal qımızın övladlarına mənəvi saf
lıq və vətənpərvərlik aşılanması
işi nə xidmət etmişdir. Əminəm ki,
müs təqil azərbaycanımızın hələ
neçəneçə nəsli bu zəngin mənbədən
faydalanacaqdır». Zəngin yaradıcılıq
yolu keçmiş, həyatın acılı-şirinli gün-
lərini yaşamış sənətkarımız İlyas Əfən-
diyev 1996-cı il oktyabr ayının 3-də
Bakı şəhərində dünyasını dəyişmiş və
Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ya zıçının iki övladı vardır. Xalq yazı-
çısı, filologiya elmləri doktoru elçin
Dostları ilə paylaş: |