mİrzƏ İbraHİmOV
xalq yazıçısı, akademik
Azərbaycan ədəbiyyatı mənim nəzərimdə
böyük və rəngarəng gülüstan isə, İlyas
Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz
gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb
edən cazibədar toplu və dolğun bir çiçəklikdir.
İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə,
incəliyə, estetik zərifliyə meyil edən yazıçıdır.
O, bədii əsər üçün vacib xüsusiyyətlərə, dilin
ifadəli və obrazlı olmasına, xarakterlərin canlı
və dolğun çıxmasına, süjet və kompozisiya
bütövlüyünə ciddi diqqət yetirir, böyük
əmək sərf edir, bu da nəticəsiz qalmır, onun
əsərlərinin maraqlı, oxunaqlı olmasına kömək
edir. Bu əmək və səyin mükafatı isə oxucuların
məhəbbətidir ki, İlyas onun azlığından şikayət
edə bilməz.
bƏXtİYar VaHabzadƏ
xalq şairi, akademik
İlyas Əfəndiyev daima ye -
nilik hissi ilə çırpınan, hər
təzə əsərində yeni bir söz
deməyə çalışan, müasir
gəncliyi düşündürən mə-
sələləri əks etdirən, özünə-
məxsus xətti ilə başqaların-
dan seçilən qələm sahibidir.
Mən onu hələ mü haribə
illərində yazdığı lirik-ro man-
tik hekayələri ilə sev mişəm.
Bu sevgi ildən-ilə artmış,
heç zaman azalmamışdır.
Ona görə ki, İlyas adi həyat hadisələrini olduğu kimi, adi
şəkildə deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik
incəliklə, bir sözlə, sənətin ecazkar rəngləri ilə verməyi
baca ran sənətkardır.
bƏkİr nƏbİYeV
akademik
İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə
əsərləri yazan dramaturq kimi məşhurdur. Heç bir statistika
tədqiqatı aparmadan deməyə tam əsasımız var ki, Azərbaycan
teatrının repertuarındakı əsərlərin sayı etibarı ilə o, müasir
dramaturqlarımız arasında birinci yeri tutur... İ.Əfəndiyev
əsərlərində insani borc, vətəndaş vəzifəsi, fərdi və cəmiyyətin
qarşılıqlı münasibətləri, ailə və əxlaq problemləri barədə
həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz yeni bədii
obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir.
sƏİd rÜstƏmOV
xalq artisti, bəstəkar
Cəsarətlə deyə bilərəm ki,
böyük dramaturqumuz Cəfər
Cabbarlıdan sonra teatrımız
üçün yananlardan biri də
İ.Əfəndiyev olmuşdur. Onun
bütün əsərlərində... al-əlvan
rənglərə, naxışlara rast
gəlirik... O, zəngin təfəkkürə,
geniş müşahidə qabiliyyətinə
malik sənətkarlardandır.
Həm də, mən deyərdim ki,
elə bəstəkar qəlbli sənətkardır. Onun dram əsərlərindəki
müsbət obrazlar təkcə xarakterləri ilə deyil, bəzən lirik,
kövrək mahnıları ilə də yadda qalırlar.
İsmaYıl ŞıXlı
xalq yazıçısı
İlyas Əfəndiyev insan-
ların şüurunda və psixolo-
giyasında baş verən
təbəd dülatı əks etdirməyə
çalışan, psixoloji ziddiyyət
və çarpışmaları əsərlərin
mərkəzi konfliktinə çevirən
yazıçıdır. Onun əsərlərində,
xüsusilə pyeslərində xarici
toqquşmalar, zahiri ef-
fekt xatirinə düzəldilmiş
səhnələr yoxdur. O, həmişə
qəhrəmanların səciyyəsini,
onların həyata, ictimai
hadisələrə münasibətini
psixoloji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda,
intim görünən konfliktləri genişləndirib siyasi məna və
mahiyyətlə zənginləşdirir.
7
190 №-li məktəb 1945-ci ildə indiki
Bülbül adına Orta İxtisas və Musi-
qi məktəbinin binasında fəaliyyətə
başlamışdır. Məktəbə direktor Tağı-
yeva Sona Hənifə qızı təyin olun muş-
dur. O zaman məktəbdə 8 sinif, 283
şagird var idi. İlk buraxılışı 1947-ci
ildə olmuşdur. İndiki bina 1957-ci
ildə Aleksandrinsk kilsəsinin yerində
inşa edilmişdi Məktəbdə vaxtilə
adlı-sanlı təhsil işçiləri fəaliyyət
göstərmişlər. Əməkdar müəllimlər:
Sadıq Məmmədzadə, Hacı Hüsey-
nov, Mərziyyə İbrahimova, Fatma
İslamova, Ağəli Bədəlov, Şəfiqə
Əliyeva, Zərifə Rəhmanova, Züley-
xa Quliyeva, SSRİ Ali Sovetinin
deputatı Ramizə İsmayılova, Sosia-
list Əməyi Qəhrəmanı Zərbəli Sə-
mə dov və b. 1966-cı ildə məktəb
Qırmızı Əmək Bayrağı ordeninə layiq
görülmüşdür. Respublikanın əməkdar
müəllimi, Xalq Maarifi Əlaçısı Sona
Tağıyeva ömrünün sonuna qədər 59
il (03.04.2004-cü ilə qədər) məktəbə
rəhbərlik etmişdir.
2004-cü ilin mayından Respublikanın
əməkdar müəllimi Bakıxanova Afət
Allahverdi qızı məktəbə direktor təyin
edilmişdir. 2009-cu ildə məktəb “Ən
yaxşı ümumtəhsil məktəbi” mü sa-
bi qəsinin qalibi olmuşdur. 2008-ci
ilin aprelində Azərbaycanda ilk dəfə
olaraq məktəbdə Bakı Slavyan Univer-
sitetinin “Ali və Orta Koordinasiyası”
kafedrası açılmışdır. Məktəb
2005-ci ildə tam tə mir olun-
muş və hər cür ava danlıqla
təh ciz edilmişdir. TQDK-nın
məlumatına görə, məktəb
hə mişə respublika üzrə
orta göstəricidən yüksək
nəticə göstərmişdir. Son
illərdə mək təbin 4 məzunu
prezident təqaüdünə layiq
görülmüşdür. Bu dərs ilində
(2011/2012-ci ildə) 54
məzun Azərbaycanda, 6
məzun isə xarici ölkələrdə ali
məktəblərə daxil olmuşlar.
Məktəb həmişə öz məzunları
ilə fəxr edir. Onlardan
Azər baycan Milli Elmlər
Akade miyasının müxbir
üzvü, Əmək dar Elm Xadimi, yazıçı-
dramaturq, Bakı Slavyan Universi-
tetinin sabiq rektoru Ka mal Abdulla,
Bakı Dövlət Universitetinin Riyaziyyat
kafedrasının müdiri, professor Qur-
ban Bağırov, Moskva Dövlət Biznes
İdarəetmə Akademiyasının prorektoru,
professor Ələddin Allahverdiyev, xalq
yazıçısı Elçin, yazıçı Afaq Məsud,
Azərbaycan Respublikası Prezident
Administrasiyasının mətbuat katibi
Azər Qasımov, “Zerkalo” qəzetinin
redaktoru Elçin Şıxlı, Azərbaycanın
Rusiya Federasiyasının Yekaterin-
burq şəhərindəki baş konsulu Soltan
Qasımov, bəstəkarlar Eldar Mansurov
və Xanım İsmayılqızı, televiziya
aparıcılarından Ofelya Sənani, Gülşən
Ələkbərova, Leyla Əliyeva, Sevinc
Osmanqızı, Şəfəq Əlibəyli, rejissorlar
Məhərrəm Bədirzadə, Tofiq İsmayılov,
xalq artistləri Hacı İsmayılov, Ramiz
Əzizbəyli, əməkdar artist Mehriban
Xanlarova, müğənnilər İlqar Xəyal
və Şəbnəm Tapdıqova, rəssamlar Arif
Bağırov, Ceyhun Abdullayev və b.
Məktəbdə onlarla məzun-müəl lim
çalışmış və çalışmaqdadır. Onlar dan
Nailə Haqverdiyeva, Solmaz Həsə-
nova, Kəmalə Nurullayeva, Nuriy-
yə Bağırova, Nazim İsgəndərov,
Nailə Zalıyeva, Zülfiyyə Muradova,
Şəfəq Maniyeva, Sevda Nadirova,
Təranə Yusubova, Günel Aslanova,
Natavan Məmmədəliyeva, Arzu
Səfərova, Pərvanə Səfərəliyeva,
Ley la Ağamirzəyeva, Aynaxanım
Mana fova, Nərgiz Tahirova, Kəmalə
Əfəndiyeva, Kəmalə Əhmədova. Son
5 ildə keçirilən “Ən yaxşı müəl lim”
müsabiqəsində Qənirə Əmircanova,
Aygün Həşimova, Pərvanə Xəlilova,
Reyhan Hacızadə və Sevda İbrahimli
müsabiqənin qalibi olmuşlar. Hal-
hazırda məktəbdə 4 fəlsəfə doktoru
işləyir: Nərminə Sey fullayeva, Qənirə
Əmircanova, Təranə Yusubova və
Kəmalə Əfəndiyeva. Məktəbin tədris
işlərinə uzun illər məktəbin məzunları
Şərqiyyə Mehdiyeva və Svetlana
Hidayətova rəhbərlik etmişlər.
1995-ci ildə məktəbin 50, 2007-ci ildə
60 illiyi respublika səviyyəsində qeyd
olunmuşdur. Məktəb haqqında Əlfi
Qasımovun “Saçlar ağarsa da”, Əjdər
Ağayevin “Sona xanım Tağıyeva”,
Kamal Abdullanın “Tarixsiz gündəlik”,
A.Bakıxanova və Q.Əmircanovanın
“Sona xanım” və “60 yaşlı 190”,
Mirvari Verdiyevanın “Sona məktəbi”
kitabları yazılmışdır.
2012/2013-cü dərs ilində 2 məzun
qızıl medalla məktəbi bitirib. Hər ikisi
600-dən yuxarı balla ali məktəblərə
daxil olub. Keçən dərs ilində 41 şagird
respublikamızın ali məktəblərinə,
10 nəfəri isə xarici ölkələrin
universitetlərinə daxil olub.
“Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”
*****
“Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün,
Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların
hamısının işindən ən gərəklisi ən lazımlısıdır”
Ulu öndər Heydər Əliyev
8
təsisçi:
akademik ziyad səmədzadə
baş redaktor: aytən səmədzadə
dizayner:
lamiyə nəbiyeva
iqtisadiyyat1999@gmail.com
korrektor:
mətanət Hüseynova
“İqtİsadİYYat” qəzetinin kompüter mərkəzində yığılmış
və səhifələnmiş, “letter press” mmc nəşriyyat evinin
mətbəəsində çap olunmuşdur. tiraj: 500
Sənətdə qəlbin, ürəyin odu sənətkarın istedadıdır, qəlbləri riqqətə
gətirən, ya qəzəbləndirən də bu əsrarəngiz qüvvədir.
İlyas Əfəndiyev
İlyas baba, bu gün sənin 100 yaşın
tamam olur. Düz 70 ildir ki, əsərlərin
könülləri fəth edir. Düz 70 ildir ki, yaz-
dıq ların əldən-ələ gəzib, səni həmişə
bö yük bildiyin xalqına, millətinə tanıdıb-
sevdirir. 70 ildir ki, əsərlərin qəlbi sevgi
ilə dolu olan insanlara hisslərinin deyil,
ağıllarının əsiri olmağı öyrədir. Düz 70
ildir ki, dram ların Azərbaycan qadınını elə
olduğu ucalıqda da saxlayır.
Bilirsən, buna XXI əsrdə nə qədər eh-
tiyacımız var?!... Ona görə ki, müasirlik
və demokratiya adı altında bu millətin
qanına hopdurulmaq istəyən nə qədər
çir kablar var... Nə yaxşı ki, yaratdığın
qəhrəmanlar bizim yol yoldaşlarımız,
dostlarımızdır. Çətin günümüzdə bizim
əlimizdən tutub, mənəvi arxamız olmağı
bacarır. Elinə, torpağına o qədər bağlı
oldun ki, ata mülkün əlindən alınanda da
kəndin səfasını unutmadın, cəfasına sinə
gərdin, sevgini və iztirabını qəlbinin qanı
ilə yazdın, repressiya dalğaları içində
boğulan şəhərə “Kənddən məktublar”
göndərdin: yaratdığın hekayələrdə xalqın
deyim və əfsanələrinə nə qədər bağlı
olduğunu göstərdin, sellər və sularda qərq
olan Saranın (“Apardı sellər Saranı”)
taleyinə göz yaşı tökdün, zülmü ifşa
etdin, hayqırdın... “Aydınlıq gecələr”də
isə... üzünü ulu Tanrıya tutdun, ondan
nicat istədin, xalqının bu əzablardan qur-
tulmasını dilədin, “İşıqlı yollar” arzuladın.
“Bahar suları”nın “Tənha iydə ağacı”nı da
suvardığını söylədin.
“Söyüdlü arx”ların ormanları dolanaraq
həzin bir nəğməyə çevrilib əks-səda ver-
diyini, mahnıya dönüb “Dağlarda qal-
dı”ğını pıçıldadın. Yazmaqdan, yarat maq-
dan yorulmadın, usanmadın. Xalqının hər
bir övladını ürəkdən sevdin, bizlər üçün
yazdın-yaratdın. Dəfələrlə məktəbi mizə
gəldin. Oğlun Elçinin əlin dən tutub məhz
190N-li məktəbə üz tut dun. Bu mək təb-
dən o qədər məmnun qaldın ki, nəvən
Hu mayı da onlara etibar etdin, taleyini
bu məktəbin müəllimlərinə tapşırdın.
Se vim li nəvələrinin uğurlarına sevindin,
on lara dərs deyən müəllimlərə hər zaman
ehtiramını bildirdin.
Xoşbəxt atasan ki, sənin Elçin, Timu-
çin kimi övladların var. Oğlun Elçin sənin
yolunun davamçısıdır, xalq yazıçısıdır.
Sə nin çatdırıb yaza bilmədiklərini O,
bi tir mək istəyir, ədəbiyyatımızın keşi-
yində durur. ...Ötən bu illər səni bizimlə
doğmalaşdırdı. Ona görə də Sən bizə daha
yaxınsan... Elə bizlər də səni öz doğma
babamız bilir, səninlə fəxr edirik. İlyas
baba, sən bu gün də, yarın da elə bizim
olaraq qalacaqsan.
Söhrab,
190 saylı məktəbin məzunu