"İqtisadiyyat" qəzeti yarandığı



Yüklə 9,68 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix31.01.2017
ölçüsü9,68 Mb.
#7171
1   2   3

Əfəndiyev görkəmli nasir, dramaturq və 

ədəbiyyatşünas alimdir. Uzun müddət 

«Vətən» cəmiyyətinin sədri, Yazıçılar 

Birliyin katibi olmuş Elçin həm də 

gör kəmli dövlət xadimidir. O, Respubli-

ka Baş Nazirinin müavini vəzifəsində 

çalışır. Kiçik oğlu timuçin Əfəndiyev 

tanınmış ədəbiyyatşünas - alim, profes-

sor dur. O, uzun illərdir ki, Ə.Hüseyn-

zadə adına Mədəniyyət və İncəsənət 

Universitetində çalışır, indi həmin Uni-

versitetin rektorudur.

İ.Əfəndiyev ata və ana fədakarlığı ilə 

böyütdüyü övladlarına bağlı bir insan 

idi. O, oğulları ilə fəxr edir, onların 

uğurları, ailə səadəti ilə fərəhlənir, baba 

sevinci ilə yaşayırdı. Yazıçının nəvələri  

də yəqin ki, Əfəndiyevlər ailəsinin şan-

şöhrətini daha da ucaldacaqlar.


4

Azərbaycan dramaturgiyasının və 

nəsrinin qüdrətli nümayən dəsi İlyas 

Əfəndiyevdən söz düşəndə yadıma 

tələbə ol duğum illər düşür. ADU-

nun Filologiya fakültəsinin I kur-

sunda oxuyurdum. Bir gün qrup 

yoldaşlarımdan biri auditoriyaya 

“Kommunist” qəzetini gətirmişdi. 

Dedi ki, burada İ.Əfəndiyevin “Kör-

püsalanlar” povestindən bir parça 

ve ri lib. Ardı da sabah olacaq. O gün 

bütün qrup yoldaşlarım yazını ox-

udular. Mən hər gün “Kommunist”in 

çıxmasını gözləyirdim. Qəzetdən 

o hissəni hər gün kəsib, alboma 

yapışdırıdım. Kim bizə gəlsəydi, 

albomu or taya qoyub, oxumalarını 

təkid edirdim. Elə bil ki, bu əsəri 

təb liğ etmək mənə tapşırılmışdı. 

Oxuyanlar da əsəri çox bəyə nir dilər. 

Beləliklə, mən İ.Əfən diyevin fanatına 

çevrildim. Onun yaradıcılığını daim 

iz lə yirdim. İstəyirdim ki, onun əsə rini 

birinci mən oxuyum.Bu barədə tələbə 

yoldaşlarımın içində birinci rəy deyən 

mən olum. 

O illərdə, elə bil ki, biz mütaliə 

ilə nəfəs alırdıq. Bəzən elə əsərlər 

olurdu ki, kitabı bir gecəlik alıb, 

səhərədək oxuyub qurtarırdıq. Çünki, 

yoldaşlarımız kitabı gözləyirdilər. Mən 

universiteti bitirib, müəllim oldum. 

Həmişə şagirdlərimə deyirəm ki

kimin bədii ədəbiyyat oxumağa həvəsi 

yoxdursa, İ.Əfəndiyevi oxusun. Onun 

qəhrəmanı ilə təkbətək qalıb, onların 

daxili aləminə nüfuz etmək insanı 

zənginləşdirir, ona böyük zövq verir. 

60-cı illərin axırı idi. Ailə qurmuşdum. 

Övladımın ad günündə qohum-

lar ailənin qonağı idilər. Onların 

içində qızımın əmisi – hal-hazırda 

respublikanın xalq artisti, prezident 

təqaüdçüsü Muxtar Maniyev də var 

idi. O yoldaşıma iki bilet bağışladı. Bu, 

dramada İ.Əfəndiyevin “Sən həmişə 

mənimləsən” əsərinin premyerasına 

idi. Muxtar qeyd etdi ki, baş rollarda 

Əli Zeynalovla Teatr institutunun 

tələbəsi  Amaliya adlı bir qız oynayır.

Biz tamaşaya getdik. Əsər mənə çox 

təsir etmişdi. İstər aktyorların oyunu, 

istərsə də mövzu çox gözəl idi. An-

caq mənə çatmayan o idi ki, nə üçün 

Həsənzadə Nargilə ilə evlənmədi? 

Axı Nargilə atılmış bir qız idi. 

Onun Həsənzadəyə ehtiyacı var idi. 

Həsənzadənin dünyasını dəyişmiş 

həyat yoldaşının ruhu da Həsənzadəyə 

xeyir-dua vermişdi. 

İllər keçdi... Mən yaşa doldum. Başa 

düşdüm ki, nə üçün müəllif məsələni 

məhz belə qoyub. Başa düşdüm 

ki, nə üşün Həsənzadə Nargilə ilə 

evlənmədi. Mən İ.Əfəndiyeva məktub 

yazdım. O zaman məktəbimizdə 

oxuyan İ.Əfəndiyevin nəvəsi Hu-

mayla məktubu İlyas müəllimə 

göndərdim. Yaradıcılığına pərəstiş 

etdiyim yazıçıya ürək sözlərimi 

yazdım. Ona minnətdarlığımı 

bildirdim. Məktubda çox sözlər 

yazmışdım, lakin Həsənzadə haqqında 

yazdıqlarım olduğu kimi yadımdadır. 

“İlyas müəllim, çox sağ olun ki, Siz 

Həsənzadəni məhz belə təqdim ed-

irsiniz. Dünyada mənəviyyatsızlıq, 

əxlaqsızlıq, riyakarlıq baş alıb get diyi 

halda, nə üçün Həsənzadə öz “xoş bəxt-

liyinə” arxa çevirib gedir. Mən indi 

başa düşdüm ki, Siz əsl azərbaycanlı 

kişisinin obrazını yaratmısınız. Həsən-

zadə məhz belə etməli idi. Biz belə 

insanların var ol du ğuna görə ruzi 

ta pı rıq. Belə insanlar var olduğuna 

görə dünya məhvərindən qopmur. 

Çox sağ olun, İlyas müəllim, nə 

yax şı ki, Siz varsınız”. Bu günlərdə 

İ.Əfəndiyevin 100 illiyi bütün ölkədə 

qeyd edi lir. Biz – 190-lılar da bu gün 

sevimli yazıçımızı öz mək təbi miz-

də yad edirik və ürəkdən deyi rik: 

Allah Sizə rəhmət elə  sin! Ruhunuz 

şad olsun! Nə qədər xalqımız var, nə 

qədər doğma Azərbaycanımız var, Siz 

də yaşayırsınız, Siz də gün dən-günə 

çiçəklənən və gö zəlləşən Bakımızın 

kü çələrin də oxucularınız və ta maşa-

çıla rınızla birlikdə ad dım layır sınız. 



190 №-li məktəbin direktoru, 

Respublikanın əməkdar müəllimi  

Afət Bakıxanova

Bu yazı da «Unudulmazlar» 

silsiləsindəndir. Amma əgər məhz 

bu məqam üçün «ünudulmazlar»ı 

«Yaxşı adamlar»la əvəz etsəydim, 

məncə, səhv etməzdim. Doğrudur, 

o, xalqın yaddaşında, ürəyində 

əbədi yerə sahib sənətkardır, onu 

unutmurlar, unutmayacaqlar və hər 

zaman «Sən həmişə mənimləsən» 

deyilə biləcək şəxsiyyətdir.  Lakin 

bu günlərdə yeni çapdan çıxmış 

«Seçilmiş əsərləri» adlı kitabını 

vərəqlərkən «İlyas Əfəndiyev. 

Şəxsiyyəti və sənəti haqqında bir 

neçə söz» başlığıyla xalq yazıçısı, 

oğlu Elçinin atası  - İlyas Əfəndiyev 

haqda yazısını oxuduqdan sonra 

bir az da çox inandım ki, o, yaxşı 

adam olub – İlyas Əfəndiyev 

YAXŞI ADAM  olub. (Deyə 

bilərsiniz ki, «Oğul atası haqda 

ancaq yaxşını yazar da…». Yox, 

həssas adamların hissindən heç nə 

qaçmır). Azərbaycan ədəbiyyatında 

özünəməxsus, təkrarsız yeri var; 

istər nasir, istərsə də dramaturq kimi. 

Lirik-psixoloji hekayələri, povestləri, 

romanları, dolğun, müfəssəl, 

düşündürücü  dramaturgiyası ilə 

yalnız ona aid olan adı var. Onun 

nə kiçik həcmli hekayələrini, nə də 

hər hansı bir pyesini başqalarıyla 

səhv salmaq olmaz. Yaşadığı dövr 

zaman üçün  orijinaldır. Və bu gün 

də istər onu yalnız əsərlərindən 

tanıyan gənc nəslin, istərsə də 

müasirləri olan insanların şüurunda 

öz obrazı, öz İlyas Əfəndiyevi 

formalaşıb. Azərbaycan teatr tar-

ixinin parlaq simaları siyahısına 

(o siyahıya Mirzə Fətəli Axundov, 

Əbdürrəhimbəy Haqverdiyev, 

Cəlil Məmmədquluzadə, Hüseyn 

Cavid, Cəfər Cabbarlı kimi  sönməz 

ziyalılar daxildir) Cabbarlıdan 

sonra yeni üslub və yeni nəfəs 

gətirdi. İlyas Əfəndiyev. Dili və 

xarakterləriylə canlı obrazların 

ifadəsini verdi əsərlərində. Və 

istər dövrünün tanınmış aktyorları, 

istərsə də gənc ifaçıların səhnə 

fəaliyyətində danılmaz, böyük rolu 

oldu İlyas  Əfəndiyevin. Bunu yalnız 

onlarla görkəmli teatr xadiminin, 

məşhur  aktyor və aktrisalarımızın 

Onun haqqında söylədiklərini 

oxumaqla təsəvvür etmək olur. Və 

bütün yazılmış xatirələrin kəsişdiyi 

bir nöqtəni qeyd etmədən keçmək 

olmur. «Sənətimdə  az-çox nail 

olduğum bir şey varsa, bunun üçün 

İlyas Əfəndiyevə – böyük drama-

turq və gözəl  insana minnətdaram». 

«İşıqlı yollar», «Bahar suları», 

«Atayevlər ailəsi», «Sən həmişə 

mənimləsən», «Mənim günahım», 

«Unuda bilmirəm», «Məhv olmuş 

gündəliklər», 

«Mahnı dağlarda 

qaldı», «Qəribə 

oğlan», «Xurşidbanu 

Natəvan», «Büllur 

sarayda», «Hökm-

dar və qızı» və s. 

bu kimi xatirələrə 

hopmuş səhnə 

əsərlərində yaratdığı 

yaddaqalan obrazlar 

bu gün də insanların 

hafizəsində  

yaşayırsa, bu, 

İlyas Əfəndiyevin 

halal qazancı və 

müvəffəqiyyətidir. 

Və bəlkə də sənətkar üçün adının 

zamanın sınağından çıxaraq tari-

xin səhifələrində əlvan boyalarla 

yazılması çəkisində başqa bir 

xoşbəxtliyi mümkün deyil.  Bu o 

deməkdir ki, ömrünün 57 ilini sərf  

etdiyi yaradıcılıq meydanından 

müzəffər ordu, qalib sərkərdə kimi 

ayrılıb İlyas Əfəndiyev. Bu uğurun 

bu gün də qığılcımları işıq saçırsa, 

deməli, burada olub-olmamasının 

fərqi yoxdur. – Onu  bu gün də 

təbrik etmək olar. Yaşadığı mühi-

tin dolğun ifadəsini verən, ab-

havasını əks etdirən İlyas Əfəndiyev 

yazdıqlarıyla o dövr haqqında çox 

şey deyir. Əsərlərini vərəqlərkən 

istər-istəməz o havanı  duyur, o 

mühiti hiss edirsən. Doğrudur, 

müasirləşən və monotonlaşan 

(!) dünyamızın, daha doğrusu, 

cəmiyyətimizin insanlarını, ələlxüsus 

gənclərini demək çətindir, amma hiss 

edirəm ki, o illərin adamları İlyas 

Əfəndiyevin obrazlarına ya oxşayıb, 

ya da oxşamağa  çalışıb. (Bəlkə 

inanmazsız, bəzən mənə elə gəlir ki, 

mən İlyas Əfəndiyevin yazılmamış, 

amma tanısaydı mütləq yazacağı 

bir obrazam. Bu, bəlkə də ağlı 

hələ də havalarda uçan yeniyetmə  

düşüncəsinə oxşayır. Bəlkə də...)

Oktyabrın 3-ü İlyas Əfəndiyevin 

vəfatının 10-cu ildönümüdür. Biz 

də bu kiçik yazıyla böyük uğurlara 

imza atmış sənətkarımızı yad et-

dik. Sadəcə, yad etdik. O ümidlə ki, 

imzasını tanıyan-tanımayan, sevən, 

yaxud sevməyən insanları yenidən bu 

yaradıcılığa nəzər salmağa, yenidən 

o illərin ab-havasını duymağa 

nail ola biləcəyik. O ümidlə ki, 

bu məmləkətin  silahı söz olan 

insanlarına YAXŞILAR UNUDUL-

MUR təsəllisi verə biləcəyik…  



S.ÇILĞIN 

“İqtisadiyyat” qəzeti 

N41, 5 oktyabr 2006-cı il

5

İnsan  hansı amalla yaşayırsa, o, 

özünün böyüklüyü  qədər də yüksəlir. 

Və yüksəlmək üçün də insan yalnız öz 

bacarığından istifadə edə bilir. Ona görə 

ki, həyatını müqəddəs amallar üçün sərf 

edənlər heç vaxt ölmür, əbədi yaşayırlar. 

Zaman onları  nə qədər sınağa çəksə 

də, o, öz bütövlüyündə qala bilir. Hər 

zaman  adını iftixarla çəkdiyimiz İlyas 

Əfəndiyev kimi…

XX əsr Azərbaycan ədəbiyyatı tari-

xində İ.Əfəndiyev qüdrətli nasir-dra-

maturq kimi tanınır. Əsası XIX əsrdə 

M.F.Axundov tərəfindən qoyulan dra-

maturgiyanın inkişafında onun heç kəslə 

müqayisə edilə bilməyən xid mətləri 

var. İctimai müşahidə və mühakimə 

qa biliyyəti güclü olan iste dadlı yazıçı, 

həm də ictimai xadim idi. İ.Əfəndiyevin 

qələmindən çıxan bü tün əsərlər, hekayə, 

povest, roman və dramları yaratdığı 

gündən həmişə diqqət mərkəzində ol-

muş, oxucu məhəbbəti qazanmışdır. 

De yirlər, yazıçının müəllimi olmur, onun 

müəllimi yalnız oxucularıdır. Müəllifi 

həmişə məsuliyyətdə saxlayan oxucu 

onun qələmindən çıxan, bir-birindən 

ma raqlı süjet xəttinə malik dramların 

tamaşaçısı olub. Həyat həqiqətləri və 

həmişə öz dəyərində qalan müasirlik 

onun yaradıcılığının əsas qayəsidir. Hə-

yat hadisələrinin gedişatını müşahidə 

edib təhlil etmək, zamanın nəbzini tut-

maq, bütün dövrlər üçün aktual möv-

zulara müraciət etmək onu hər kə sin 

sevimli yazıçısına çevi rib, çünki o, 

bü tün əsərlərində əsl vətənpərvər azər-

bay canlı olub. Heç də təsadüfi deyil ki, 

onu keçən əsrin lirik-psixoloji üslubda 

yazıb-yaradan ən qüdrətli sənətkarı 

adlandırırlar. 

Kanaldan-kanala ötürülən serialların  

nümayişini müşahidə edərkən “Sən 

həmişə mənimləsən” dramının əsas 

qəhrəmanları – Nargilə və Həsənzadəni 

xatırlayır,  “dünya bu gün Həsənzadələ-

rin çiynindədir, yoxsa o, məhvərindən 

qopar,” – deyə düşünürəm. Bir insan 

kimi Həsənzadənin düşüncəsi onun 

düşüncəsi, əməli deyildimi?! Yox-

sa, əsərləri bu qədər təbii, oxunaqlı 

olardımı?! Bir müəllim kimi, yaradıcı-

lığından söhbət açacağım günü səbir-

sizliklə gözləyir, dərsə ruhumla hazırla-

şıram. Hər dəfə də əsərlərində təhlil 

za manı yeni tapıntılar üzə çıxır və sö zün 

həqiqi mənasında ölməzliyinə, əbə di-

liyinə inanıram.

Böyük əsərlər dəhşətli əzablar içində 

doğulur. Əgər belə olmasaydı, dünyaya 

hələ keçən əsrdə Qarabağ dərdini 

“Xur şidbanu Natəvan”nın dilindən 

söy ləməz di. Qarabağ əzabı ilə yanıb-

qov rulan yazıçının özü deyil dimi?! 

Tarixi kainatın vicdanı hesab edən İlyas 

Əfəndiyevin “1990-cı il yanvar ayının 

20-də Bakıda qəfildən gülləbaran 

edilmiş Azərbaycan şəhidlərinin 

əbədi xatirəsinə ithaf etdiyi” 

“Hökmdar və qızı” dramı illərin 

yığılmış əzablarının söz və fikir 

ifadəsi idi. Dramın son his səsində 

İbrahim xanın qızı Ağabəyim 

ağanın dilindən söylənən fikirlər 

müəl lifin bağrından süzülən 

fəryad idi: “Bu dəhşətdir, ilahi! 

Azərbaycan torpağında axıdılan bu 

günahsız qanlar bəs deyilmi? Ey 

böyük yaradan, sənin dərgahında 

mə nim günahım necə böyükdür 

ki, mə nə bu qədər əzab verirsən? 

Gör, neçə ildir ki, mən bu qa-

ra libasdan çıxa bilmirəm... 

Qoy, böyük Yaradan sizin kimi 

Azərbaycan igidlərinin qılın-

cını əlindən salmasın. Bu yalnız 

bi zim faciəmiz deyil. İbrahim 

xanın rus pad şahının sözlərinə 

inanıb, ona tabe ol ması bizim gə-

ləcək nəsillərimizin də faciəsidir. 

İbrahim xanın bu səhvi onları da 

tarixin müşkül tilsiminə saldı. Mənim 

əziz həmvətənlərim, Azərbaycan türkləri 

heç bir zaman yadelli padşahın zülmünə 

tabe olmayacaq. Həmişə və tənin 

azadlığı uğrunda vuruşacaq”. Tanrı onu 

aldıqlarının əvəzində daha çox mü-

kafatlandırdı: qəlbinin işığını, nurunu  

gün bəgün artırdı. Elə bu işıq altında 

ədəbiyyatımıza bir-birindən gözəl 

əsər lər bəxş etdi. Nə qədər insan onun 

qəh rəmanları ilə birgə doğuldu, böyüdü, 

yaşa doldu. Dönüb geriyə baxanda isə 

“Geriyə baxma, qoca”- söylədi. Dedi ki, 

insan bu dünyaya  yalnız  xeyirxahlıq 

üçün gəlir, elə yaşa ki, dönüb keçmişin 

əzabında qovrulmayasan, unutma ki, 

həyat  həyatı sevənindir. Xalqını o qədər 

sevib, ona qədər bağlandı ki, yaratdığı 

qəhrəmanları sanki bir rəssam fırçası ilə 

təs vir etdi. Oxucu  povest və romanla-

rının surətlərini qəlbinin işığı ilə gördü, 

sevdi. Müəllif isə oxu cularını özünün 

müəllimi sandı,  hətta ona yazılmış 

məktublardan faydalandı. Əslində gözəl 

yazmaq üçün  gözəl düşünmək lazımdı, 

çünki çox yazan deyil, gözəl yazan 

əbədi yaşayır. Gözəl  düşünmək üçün 

geniş müşahidə qabiliyyəti, zəngin söz 

ehtiyatı və mənəvi gözəllik çox vacibdir. 

Bunlarsız ədəbiyyat ola bilməz. Kiçik 

he ka yələrindən böyük romanlarına qədər 

uzun, keşməkeşli bir yol keçib İlyas 

Əfəndiyev.  Axtarıcılıq qabiliyyətinin 

nəhayətsizliyi hökm darlığa qədər 

(“Hökmdar və qızı”) yol gəlib. Tələbə 

Nuriyyəni (“Söyüdlü arx”) Azərbaycan 

Milli Dram Teatrının səhnəsinə çıxarana 

qə dər çox sınaqdan keçib, başa salıb 

ki, qadın ən böyük məhəbbəti üçün də 

başqalarının bədbəxtliyinə bais ola bil-

məz, buna onun mənəvi haqqı yoxdur. 

Bax, budur əsl azərbaycançılıq…

“Körpüsalanlar”ı yazmaqla Adilləri 

tərbiyə edir, öyrədir ki, qadının qəl bi 

sehrli bir aləmdir, onu maddi cəhətdən 

təmin etmək hər şey demək de yil, o, 

hər bir münasibəti qədərində arzulayır, 

sərbəstlik və qısqanclığın bəra bərləş-

məməsi fəlakətin başlanğıcı olur. Belə 

ailədə doğulan uşaq cəmiyyətdə nöqsanlı 

mövqe tutur. Elə ona görə də Səriyyə ilə 

Adilin övladları olmadan ayrılırlar. Bu 

isə İ.Əfəndiyevin görmək istədiyi idi: 

çünki, insanın cəmiyyətə münasibətinin 

özülü sağlam ailədən başlayır. Ona gö-

rə də müəllif  həm özü, həm də oxu-

cuları üçün şirin bir nağıl (“Valehlə 

Sarı köynəyin nağılı”) yazır. Bu nağılı 

oxuyanda düşünürsən ki, insanın ən ali 

duyğusu olan məhəbbət nələrə qadirmış, 

çünki sevginin döyərək açmadığı qapı, 

gedərək çatmadığı hədəf, baxaraq 

oxşamadığı qəlb yoxdur. 

Təsadüfi deyil ki, “Sarıköynəklə 

Valehin nağılı” oxucular və tənqidçilər 

arasında geniş maraq doğurmuşdur. 

Yazıçılar İttifaqının o vaxtki rəhbərliyi  

İmran Qasımovun razılığı ilə akademik 

Bəkir Nəbiyev Natəvan klubunda əsərin 

geniş müzakirəsini təşkil etdi. Bu elə 

bir zaman idi ki, o dövrdəki hüquq 

mühafizə orqanlarında yuva salmış çox 

ciddi neqativ hallar kəskin bədii tənqidin 

hədəfi olmuşdur. Yazıçılar İttifaqının 

rəhbərliyindən izahatlar tələb olundu. 

Nəhayət, Yazıçılar İttifaqının sədri ulu 

öndər Heydər Əliyevə müraciətdən və 

onun işə qarışmasından sonra “Sarı-

köynəklə Valehin nağılı” ətrafında 

qı zışan təqib və təxribata son qoyuldu. 

Və dəfələrlə Heydər Əliyev İlyas 

Əfəndiyevin əsərləri ilə yaxından tanış 

olmuş, pyeslərinin tamaşalarına baxmış, 

özünün dediyi kimi, “onun bütün 

yaradıcılığını böyük minnətdarlıq hissi 

ilə xatırlamışdır.”

Müəllif cəmiyyətin nöqsanlarını 

məhəbbət yolu ilə tərbiyə etmək istəyir, 

oxucunu həyat eybəcərliklərinin yalnız 

sevginin gücü ilə ram edilə biləcəyinə 

inandırır. O gəncliyə tövsiyə edir ki, 

“Büllur saray”ın işığına aldanıb, xoş-

bəxt liyi var-dövlətə qurban verənlər hə-

mişə olub. Elə etmək lazımdır ki, in san 

bu mənəvi səfalətin qurbanına çev ril-

məsin, hadisələrə daha ayıq baxa bilsin, 

çünki “Atayevlər ailəsi” nin ailədaxili 

çəkişmələrini xırda nöq san lar zəminində 

həll etmək, onun böyü yüb cəmiyyəti 

bürüməsinə yol ver məmək lazımdır. 

Bax, budur yazı çı uzaq görən liyi... 

Xalq yazıçısı, Dövlət mükafatı laurea-

tı, əməkdar incəsənət xadimi, “Şöhrət” 

ordenli nasir, publisist, dramaturq, 

no vator sənətkar İlyas Əfəndiyevin ya-

ra dıcılığının əsas məqsədi  sadə həyat 

hadisələrini mənalandırmaq, onları 

ya ra dıcılıq süzgəcindən keçirərək 

lirik-romantik vüsət vermək, hər bir 

ob razın daxili aləmini, əxlaqi-psixoloji 

və ziyyətini maraqli üsulla təsvir et-

mək dir.Yaradıcılığının ilk nümunəsi 

olan “Buruqlar arasında” oçerkindən 

başlanan yazıçı və ziyalı ömrü son dram 

əsəri “Hökmdar və qızı” faciəsinə qədər 

mənəvi gözəlliyini, əqidə bütövlüyünü 

ömrünün sonunadək qoruyub saxladı. 

Həyatının sonlarında da o, gənclik şövqü 

ilə yazıb-yaradır, gəncləri əsərlərinin 

baş qəhrəmanı edirdi. Bütün ömrü boyu 

zamanı içində ya şadan İ.Əfəndiyev bu 

dünyadan, bu dünyanın insanlarından 

nə istədi? Öm rünün bir anını belə boş 

keçirməyən nasir-dramaturq  insanlara 

həyatın hər dəqiqəsinin qədrini bilib 

faydalı işlə məşğul olmağı tövsiyə etdi. 

Evlənməyin asan, lakin evli olmağın 

çətinliyini ya ratdığı qəhrəmanlarla dönə-

dönə oxu cularına təlqin edən dramaturq 

lirik-psixoloji üslubun uğurlarını öz adı 

ilə əbədiləşdirdi. Yaratdığı qəhrəmanların 

mərdliyinə, prinsipiallıq və mənəvi gö-

zəlliyinə, saflığına oxucularını inandıra 

bildi, çünki bu keyfiyyətlər əslində ya-

zıçının özündə idi, yaratdığı obrazların 

həqiqiliyində, riya və yalandan uzaq 

olmasında idi. Bəlkə də, elə buna görə 

ona, onun istedadına qısqanclıq edənlər 

də tapılırdı. 

Xalq yazıçısı İlyas Əfəndiyevin 

yaradıcılığı yaşından asılı olmayaraq, hər 

kəs üçün qiymətlidir. O, hüdudları da aşır, 

çünki  əsərləri insanlıq və insanlar üçün 

yazılmış bir xəzinədir. Elə bir xəzinə 

ki, zaman-zaman  daha dəyərli olur 

xalq üçün, millət, vətən üçün… bütöv 

Azərbaycan üçün…

Qənirə Əmircanova

pedaqogika üzrə fəlsəfə doktoru, 

əməkdar müəllim

Xalq Yazıçımız İlYas ƏfƏndİYeV 

Haqqında dÜŞÜncƏlƏrİm


6

İlYas ƏfƏndİYeV Haqqında 

XatİrƏlƏr

sƏmƏd VurĞun ­ 

xalq şairi

İlyas Əfəndiyev əməkçilərin zəhmət 

birliyini böyük məhəbbətlə və hərarətlə 

təsvir edir, onların zəhmətini parlaq 

və real boyalarla göstərir... Biz «Bahar 

suları» əsərini onun şeiriyyətinə görə 

sevirik, bir daha inanırıq ki, həyatımızda 

yalnız maddi nəhənglər deyil, eyni 

zamanda, yeni, zəngin, həm də gözəl bir 

insan mənəviyyatı yaradılır. 



nazİm HİkmƏt ­ 

beynəlxalq sülh mükafatı laureatı, türk şairi

Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə 

Səməd Vurğunun, Rəsul Rzanın arasında kökün dərinliklərə 

yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir 

birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən 

uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm 

oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin 

nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin 

dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür.

meHdİ HÜseYn ­ 

xalq yazıçısı

İlyas Əfəndiyev yenə də öz 

yaradıcılıq xüsusiyyətlərinə 

sa diq qalaraq, təbii insan psixo-

logiyasını təbii və sadə boya lar-

la göstərdiyi üçün «Atayevlər 

ailəsi» pyesi də bizim realist 

dra maturgiyamızın sevindirici 

nai liyyətlərindən biridir.

sÜleYman rƏHİmOV ­ 

xalq yazıçısı

İlyas Əfəndiyev yaradıcılığı 

Azərbaycan sovet ədəbiyyatının 

münbit zəminindən doğan, 

rişələnən, getdikcə köklənən 

qoşa qardaş kimi qoşalıqda 

yaradıcılıqdır. Bu yaradıcılıq 

istedadlı nasirlə mahir dra-

maturqu birləşdirib, birlikdə 

söykək-söykəyə qaldırır... İlyas 

nəsri onun dramartugiyasına, 

dramaturgiyası da onun nəsrinə 

dayaq durur, kömək göstərir. 

İlyasın nəsri də, dramartugiyası 

da ahəngdardır, cazibədardır... 

Sən İlyas nəsrini oxuyursan, istər onun romanı, povesti ol-

sun, istərsə bir-birindən gözəl hekayəsi olsun, heç birisi səni 

- oxucunu yormur...

İlyas yaradıcılığında dramaturgiya, mənim aləmimdə 

fəxri yer tutur. Fəxri yer tutur, ona görə ki, biz İlyas 

dramaturgiyasında böyük dramaturqumuz Cəfər Cabbarlı 

ənənələrinin mahir davamçısını görürük.



Yüklə 9,68 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin