MƏhkumlarin islah ediLMƏSİNDƏ VƏ penitensiar müƏSSİSƏLƏRİn fəALİYYƏTİNƏ İCTİMAİ NƏzarəTİn həyata keçİRİLMƏSİNDƏ



Yüklə 161,99 Kb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü161,99 Kb.
#5617

                                               

             

 

 

 

 

 

 

 

 

 

 

MƏHKUMLARIN  İSLAH EDİLMƏSİNDƏ  VƏ PENİTENSİAR MÜƏSSİSƏLƏRİN      

      

FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN  HƏYATA KEÇİRİLMƏSİNDƏ  

                      

İCTİMAİYYƏTİN İŞTİRAKINI TƏMİN EDƏN  

 

 

                                               

 

İCTİMAİ KOMİTƏNİN 

 

 

         2007-2008-

Cİ İLLƏR ƏRZİNDƏKİ FƏALİYYƏTİNƏ DAİR  

 

 

 

 

 

                                                 YEKUN  HESABAT 

 

 

 

Hesabat İctimai Komitənin koordinatoru Sahib Məmmədov tərəfindən 

hazırlanmışdır 

 

 

 

                                                       BAKI-2008 

 

 

 

 

 

 

                                             

MÜNDƏRİCAT 

 

GİRİŞ 

 

İCTİMAİ KOMİTƏNİN FƏALİYYƏTİ 

İctimai Komitənin yığıncaqları 

İctimai Komitənin fəaliyyət planı 

İctimai komitə üzvlərinin səca çəkmə müəssisələrində  

həyata keçirdiyi başçəkmələr 

İctimai Komitənin digər fəaliyyətləri 

 

NƏTİCƏLƏR 

 

TÖVSİYYƏLƏR 

ƏLAVƏLƏR 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

GİRİŞ 

 

Məhkumların  islah edilməsində və penitensiar müəssisələrin  fəaliyyətinə ictimai nəzarətin  

həyata keçirilməsində   ictimaiyyətin iştirakını  təmin edən  İctimai Komitə ( bundan sonra: 

Ədliyyə  Naziri  yanında  Penitensiar  Xidmət  üzrə  İctimai  Komitə)  Azərbaycan  Respublikası 

Ədliyyə Naziri cənab Fikrət Məmmədovun 25 aprel 2006-cı il tarixli 4-T saylı əmri ilə təsdiq 

olunmuş  və  27  aprel  2006-cı  il  tarixində  Dövlət  qeydiyyatına  alınmış  “



Məhkumların  islah 

edilməsində  ictimaiyyətin  iştirakı  və  cəzanı  icra  edən  müəssisələrin  fəaliyyətinə  ictimai 

nəzarətin həyata keçirilməsi Qaydaları” əsasında fəaliyyət göstərir. 

İctimai  Komitənin  fəaliyyətinin  əsas  istiqaməti  məhkumların  islah  edilməsində  ictimaiyyətin 

iştirakını təmin etməkdir. 

«Məhkumların

 

islah


 

edilməsində  ictimaiyyətin  iştirakı  və  cəzanı  icra  edən  müəssisələrin 

fəaliyyətinə  ictimai  nəzarətin  həyata  keçirilməsi  Qaydaları»na  uyğun  olaraq  Komitə  aidiyyəti 

dövlət  və  qeyri-hökumət  təşkilatları  ilə  məsləhətləşmələr  aparılaraq  yaradılmış  geniş  tərkibli 

Seçki Komissiyası tərəfindən formalaşdırılır. 

İctimai Komitənin ilk tərkibi 9 nəfərdən ibarət olmaqla 2006-cı ilin sentyabr ayında müəyyən 

olunmuşdur.  

İctimai  Komitənin  ikinci  tərkibi  Seçki  Komissiyası  tərəfindən  seçildikdən  və  Ədliyyə  Enaziri 

tərffindən təstiq edildikdən sonra sonra 6 noyabr 2007-ci il tarixində keçirilmiş və bununla da 

fəaliyyətə  başlamışdır.  Komitənin  ilk  iclasında  Sahib  Məmmədov  səsvermə  yolu  ilə  İctimai 

Komitənin  Koordinatoru  seçilmişdir.  Ədliyyə  Naziri  Qaydaların  3.10-cu  maddəsinə  uyğun 

olaraq Sahib Məmmədovu komitənin koordinatoru seçilməsini təstiq etmişdir. 

Qaydaların 3.4. maddəsinə görə Komitə üzvünün səlahiyyət müddəti bir ildir. 

İctimai Komitənin ikinci tərkibi 10 nəfərdən ibarət olmuşdur. Bunlar:  Səidə Qocamanlı, Səadət 

Bənəniyarlı, Elmira Ələkbərova, Kamil  Səlimov, Əliməmməd Nuriyev, Elçin Behbudov, Çingiz 

Qənizadə,  Elmari Məmişov, Eldar Zeynalov və  Sahib Məmmədov  olmuşdur. 

İctimai Komitə fəaliyyət göstəridiyi bir il ərzində təstiq etdiyi fəvaliyyət planına uyğun olaraq 

Ədliyyə  Nazirliyinin  Penitensiar  Xidmətinin  cəza  çəkmə  müəssisələrinə...  sayda  baş  çəkmələr 

etmiş, ... yığıncaq keçirmişdir. İctimai Komitənin veb səhifəsi yaradılmışdır.  İctimai Komitənin  

məlumat  bukleti  hazırlanmaş  və  nəşr  olunmuşdur.  İctimai  Komitənin  sifarişi  ilə  .......      ....... 

hazırlanaraq nəşr olunmuşdur. 

İctimai  Komitənin  fəaliyyəti    ictimaiyyətin  və  Kütləvi  İnformasiya  Vasitələrinin  diqqətində 

olmuşdur. 

 

 

 

İCTİMAİ KOMİTƏNİN FƏALİYYƏTİ 

 

İctimai Komitənin yığıncaqları 

 

İctimai Komitənin ilk yığıncağı  06 нойабр 2007 tarixində keçirilmişdir. Həmin yığıncaqda 

təşkilati məsələ və Komitənin növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunmuşdur. 

Sonrakı toplantılar zəruri hallarda keçirilmişdir. İctimai Komitənin ikinci tərkibinin səlahiyyət 

müddətində daha .... yığıncaq keçirilmişdir. Bu yığıncaqlar 27 noyabr 2007-ci il, 08 fevral 2008-


ci il,  16 may 2008-

ci il ... tarixlərində keçirilmişdir. Yığıncaqlarda bir qayda olaraq fəaliyyət 

planına uyğun olaraq keçirilən tədbirlərə, o cümlədən baş çəkmələrin nəticələrinə dair məsələlər 

müzakirə olunmuşdur. Keçirilən bütün yığıncaqlarda Ədliyyə Nazirliyinin məsul işçiləri, o 

cümlədən İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və 

Müfəttişliyin rəis əvəzi Malik Ələkbərov iştirak etmişlər. Həyata keçirilən bütün baş çəkmələrlə 

bağlı İctimai Komitənin  Ədliyyə Nazirinə təqdim etdiyi hesabat əsasında Nazirlik tərəfindən 

komitə üzvlərinin qaldırdığı məsələlər, verdiyi təkliflər əsasında həyata keçirilən tədbirlərə dair 

yazılı və şifahi məlumatlar verilmişdir. 

 

İctimai Komitənin fəaliyyət planı 



 

İctimai Komitənin ikinci tərkibinin ilk yığıncağında Komitənin fəaliyyət planının hazırlanmasına 

dair qərar qəbul olunmuşdur. Komitə üzvlərinin təklifləri də nəzərə alınmaqla sələhiyyət müddəti 

üçün  Fəaliyyət  planı  hazırlanmışdır.  Qaydaların  6.1.1.  maddəsinə  yğun  olaraq  Fəaliyyət  Planı 

Ədliyyə Nazirliyinin məsul vəzifləi şəxslərinin iştirakı ilə müzakirə olunaraq qəbuledilmişdir. 6 

bölmədən ibarət Fəaliyyət planı  aşağıdakı istiqamətləri əhatə etmişdir. 

 



 



Penitensiar müəssisələrə baş çəkmələr və monitorinqlər 

 



İslah içlərində iştirak 

 



İctimaiyyətlə əlaqələrin qurulması 

 



Penitensiar müəssisələrə aid normaların təkmilləşdirilməsi üzrə fəaliyyət 

 



Maarifləndirici fəaliyyətlər  

 



İctimai Komitənin Beynəlxalq əlaqələrinin qurulması  

(Fəaliyyət Planı hesabata əlavə olunur) 



 

İctimai komitə üzvlərinin cəza çəkmə müəssisələrində  

həyata keçirdiyi başçəkmələr 

 

Qaydalara və təstiq olunmuş Fəaliyyət Planına uyğun olaraq səlahiyyət müddəti ərzində Komitə 



üzvləri Cəza Cəkmə müəssisələrinə baş çəkmələr həyata keçirmişlər. İctimai Komitə üzvü 

qismində həyata keçirilən ümumi baş çəkmələrin sayı..... olmuşdur. Bunula belə İctimai Komitə 

üzvləri mənsub olduqları təşkilatları təmisl etməklə də müəssisələdə monitoriqlər və baş 

çəkmələr həyata keçirmişlər. Təstiq olunumş Fəaliyyət planında  başçəkmələr aşağıdakı şəkildə 

müəyyən edilmişdir.  

 



Kollektiv baş çəkmələr (Komitə üzvlərinin tam tərkibi və ya əksəriyyəti iştirak etməklə); 

 



Bir neçə Komitə üzvünün iştirakı ilə həyata keçirilən baş çəkmələr. 

 

Fəaliyyət Planında baş çəkmələrin məqsədləri aşağıdakı şəkildə müəyyən olunmuşdur: 



 

Pl



anlı baş çəkmələr (əvvəlcədən planlaşdırılmış); 

 



Tematik başçəkmələr (məsələn tibbi xidmətin vəziyyəti, yaşaış şəraiti, qidalanma və s.); 

 



Təcili baş və ya şikyətlə bağlı çəkmələr (və ya konkret hadisə, siqnal əsasında). 

 

Həyata keçirilən baş çəkəmələ zamanı əsas diqqət mərkəzində saxlanılan aşağıdakılar olmuşdur: 



 

Yaşayış şəraiti. Buraya məhkumların yaşadıqları yataqxanaların ümumi vəziyyəti, istilik 

və ventelyasiya sisteminin vəziyyəti, yataq dəstinin vzəiyyəti və təmizliyi, şəxsi (gigenik) 

əşyaların saxlanması üçün şərait, otaqların sanitar-gigenik vəziyyəti, hamam və santitar 

qovşaqların vəziyyəti daxildir. 

 



Asudə vaxtın təşkili. Komitə üzvləri Kitabxana, idman qurğuları, stolüstü oyunlar üçün 

şəraitin olub olmaması, televeziya və radiodan istifadə, dövrü mətbuatla tanışlıq üçün 

şəraitin olub olmamasına diqqət yetirmişlər. 


 

Məşğulluq və iş yerlərində şərait. Komitə üzvləri Cəza çəkmə müəssisələrində 

məhkumların məşğulluğunun təmin olunmasını islah prosesində ən mühüm amillərdən 

b

iri hesab edir və bu baxımdan bütün baş çəkmələr zamanı Komitə üzvləri məhkumların 



əmək fəaliyyəti ilə məşğul olduqları yerlərə baxışlar keçirrmişlər. Baxış zamanı 

məhkumların əmək şəraiti, itehsalat prosesi zamanı əməyin mühafizəsi və təhlükəsizlik 

texnik

ası qaydalarına əməl olunma vəziyyəti, iş rejimi və istirahət rejiminə əməl olunub 



olunması diqqətdə saxlanılmış, çatışmamazlıqlarla bağlı müdiriyyətə iradlar bildirilmiş 

və hesabatlar hazırlanmışdır. 

 

Xarici aləmlə əlaqə. İctimi Komitə üzvləri baş çəkmələr zamanı məhkumların, xüsusən 



də Penitensiar Xidmətin həbsxanasında saxlanılan və ömürlük  azadlıqdan məhrum etmə 

cəzasına məhkum edilmiş şəxslərin xarici aləmlə əlaqələrinin qanunvericilikdə müəyyən 

olunmuş qaydada təmin olunub-olunmaması vəziyyətini xüsusi diqqətdə saxlamışdır.  

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan 

Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi 

haqqında” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı 

qüvvəyə mindikdən sonra  telefon danışıqlarının sayının və vaxtının artırılması ilə bağlı 

texniki şəraitin olub olmamasını da müşahidə etmiş və müəyyən təklif və tövsiyyələr 

vermişlər. 

 



 



Görüşlər üçün şərait. Baş çəkmələr zamanı  məhkumların ailə üzvləri və yaxınları ilə 

uzun müddətli və qısa müddətli görüşlərinin təşkili və bu görüşlərin keçirilməsi üçün 

nəzərdə tutulan şəraitin standartlara uyğun olub-olmaması da diqqət mərkəzində 

saxlanılmışdır. 

 

Cəza kameralarında vəziyyət. Cəza çəkmə müəssisələrində rejim qaydalarını pozmuş 



və buna görə də qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində cəza 

kameralarında saxlanılanlarla görüşlər və bu kameralarda yaşayış şəraiti baş çəkəmələr 

zamanı müşahidə olunmuşdur.  

 



Məhkumləran  təqaüdlə  bağlı  olan  problemləri.  Ölkə  Konstitusiyasının  38-ci 

maddəsinə  görə  “Hər  kəs  qanunla  müəyyən  edilmiş  yaş  həddinə  çatdıqda,  xəstəliyinə, 

əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla 

nəzərdə  tutulmuş  digər  hallarda  sosial  təminat  hüququna  malikdir”.  Bununla  belə  cəza 

çəkmə  müəssisələrində  saxlanılan  və  təqaüd  almaq  hüququ  olanların  heç  də  hamısı  bu 

hüquqdan istifadə edə bilmirlər. Belə pozuntuların olması ilə bağlı problem  Penitensiar 

Xidmətin fəaliyyəti çərçivəsindən kənara çıxır və digər dövlət orqanlarının, o cümlədən 

Daxili İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə  Fondunun fəaliyyəti nəticəsində ortaya 

çıxır.  Komitə  üzvləri  məhkumların  bu  mühüm  Konstitusion  hüququnun  təmin  olunma 

vəziyyətini  diqqət  mərkəzində  saxlamış.  Mövcud  problemin  ardan  qaldırılması  üçün 

imkanları çərçivəsində işlər həyata keçirmişdir. 

 



Konfedensial görüşlər. “Məhkumların islah ediləsində ictimaiyyətin iştirakı və cəzanı 

icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları”na 

uyğun olaraq Komitə üzvləri məhkumlarla təkbətək sbhbət etmək hüququna malikdirlər. 

Bütün baş çəkəmlər zamanı Peitensiar müəssisələrin admistrasiyası belə görüşlərin 

keçirilməsi üçün zəruri şəraiti yaratmışdır. Bünü baş çəkmələr zaanı arzu edən bütün 

məhkumlarla belə görüşlər keçirilmiş və söhbpətlər aparılmışdır. Bu görüşlər və söhpətlər 

Komitə üzvlərinə müəssisdə mövcud olan vəziyyətə dair məlumatlarıvn əldə dilməsində 

müsbət rol oynayır və vəziyyətin müsbət istiqamətdə dəyişməsinə şərait yaradır. 

 

Tibbi Hissədə vəziyyət və tibbi yardıma çıxışın vəziyyəti. Məhkumların tibbi 



yardımlara çıxışı son bir neçə ilə ərzində köklü surətdə dəyişmişdir. Müəssisələrin 

əksəriyyətində tibbi avadallıqla təhcizat yaxşılaşdırılmış, dərman perepartalrı ilə təminat 

yaxşılaşdırılmışdır. Komitə üzvləri bütün baş çəkmələr zamanı tibbi hissəyə baş çəkmə 


həyata keçirmiş, öz hesabatlarında tibbi yardıma çıxışın daha da yaxşılaşdırılması üçün 

təklif və tövsiyyələr vermişlər. 

 

Personalın rəftarı və ya pis rəftarın olub olmaması. Cəza çəkmə müəssisələrində 



yaşyış şəraitin  minimal Avropa standartlarına uyğunlaşdırılması, qidalanma, tibbi 

yardıma çıxışın yaxşılaşdırılması ilə yanaşı penitensiar müəssii personalının məhkumlarla 

rəftarı ilə bağlı mövcud olan problemlərin də aradan qaldırılması üçün də tədbirlər həyata 

keçirilməkdədir. Komitə üzvləri bu sahədə problemlərin aradan qaldırılması üçün 

müəyən təkliflər vermiş və ğbaş çəkmələr zamanı pis rəftarın və davranışın olub-

olmamasını öyrənməyə çalışmışdır. 

 

Qüvvə tətbiqi hallarının olub olmaması. Cəzaların İcrası məcəlləsinə uyğun olaraq 



cəza çəkmə müəssisələrində rejim qaydalarını pozaraq qalmaqal salan, və Məcəllənin 

78.2. maddəsində nəzərdə tutulan əməlləri törədən məhkumlara qarşı qüvvə tətbiqi 

hallarının olub-olması halları nəzarətdə saxlanılmış və bunula balı sənədlər nəzərdən 

keçirilmişdir.  

 

İşçi heyət üçün yaradılmış əmək şəraiti və işçilərin əmək və sosial hüquqlarının 



təmin olunma vəziyyəti 

Bütün baş çəkmələr zamanı Komitə üzvləri Cəza çəkmə müəssisələrinin işçilərinin əmək 

şəraiti, xüsusi geyimlə təmin olunması və sosial təminatının vəziyyəti ilə maraqlanmış və 

işçilərin sosial şəraitğinin yaxşılaşdırılması üçün təklif və tövsiyyələr vermişlər 



 

İctimai Komitənin digər fəaliyyətləri 

Veb səhifəsinin hazırlanması 

İctimai Komitənin veb səhifəsi hazırlanmışdır. Veb səhifədə İctimai Komitə haqqında 

məlumatlar, qanunvericilik aktlarının elektron versiyaları, İctimai Komitənin yığıncaqları, 

Komitə üzvlərinin cəza çəkmə müəssisələrinə  baş çəkmələrinə dair xəbərlər, aidiyyatı nəşrlərin 

eldektron versiyaları, faydalı linklər yerləşdirilmişdir. Veb səhifə Azərbaycan və ingilis 

dillərindədir. Veb səhifəsi vasitəsi ilə istənilən şəxs Komitəyə elektoron sorğu vermək və cavab 

almaq imkanına malikdir. Gələcəkdə veb səhifənin daha çox resurslarla təmin olunması nəzərdə 

tutulur. 

(Veb səhifənin görüntüləri hesaata əlavə olunur)Veb səhifənin ünvanı:  

 

Əfv fərmanlarinin icrasinda iştirak 



 

İctimai Komitə üzvləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv fərmanlarının 

icrası prosesində iştirak etmişlər. Əfv fərmanlarının icrası ilə bağlı Penitensiar Xidmət tərəfindən 

təşkil olunmuş bütün mərasimlərdə Komitə üzvləridə iştirak etmiş, məhkumlar qarşısında 

çıxışlar eetmişlər. 

 

Kiv-

lə və ictimaiyyətlə əlaqələr 

 

İctimai Komitənin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələri  təmin edilmişdir. 



Komitənin bütün tədbirləri ilə bağlı, o cümlədən yığıncaqlar, Cəza çəkmə Müəssisələrinə baş 

çəkmələrlə bağlı Kütləvi İnformasiya Vasitələrinə məlumatlar verilmişdir. Məlumatlar şifahi 

şəkildə, həm də Press-relizlər vasitəsi ilə verilmişdir. Ölkənin bütün aparıcı mətbuat orqanları, 

radio və tele kanalları Komitənin fəaliyyətini işıqlandırmışdır..... 



 

Ərizə və şikayətlərə baxılması 

 

İctimai Komitənin ünvanına, eləcə də ayrı-ayrı Komitə üzvlərinə məhkumlardan, onların ailə 



üzv

lərindən, ictimai təşkilatlardan müraciətlər, şikayət və ərizələr daxil olmuşdur. Müraciət, 

ərizə və şikayətlər həm yazılı, həm də şifahi (gəlməklə və ya telefonla) edilmişdir. Eyni zamanda 


Komitə üzvləri cəza çəkmə müəssisələrində olarkən  müraciətlər edilmişdir. Müraciətlərə, ərizə 

və şikayətlərə Komitə tərəfindən aşağıdakı üsullardan istifadə etməklə baxılmışdır. 

 

Şikayət edən məhkumla cəza çəkmə müəssisəsində bilavasitə görüşməklə şikayətin 



araşdırılması və müvafiq tədbirlərin görülməsi yolu ilə; 

 



Müraciət, ərizə və ya şikayətin Ədliyyə Nazirliyinin və ya Penitensiar Xidmətin müvafiq 

strukturlarına istiqamətləndirilməsi və nəticənin izlənilməsi yolu ilə; 

 

Ədliyyə Nazirliyinin və ya Penitensiar Xidmətin müvafiq vəzifəli şəxsi ilə telefon 



vasitəsi ilə əlaqə saxlamaqla və ya görüşməklə. 

 

Yazılı və şifahi müraciətlər, şikayət və ərizələr qeydə alınmışdır. 



 

Tədqiqatlar və nəşrlər 

 

 

İctimai Komitənin fəaliyyətinin bəzi istiqamətlərinin maliyyələşdirilməsi üçün  donor təşkilatlara 



layihələr təqdim edilmişdir. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən Komitənin 

fəaliyyətinin maliyyələşdirilməsi və müəyyən istiqamətlərdə tədqiqatların aparılması üçün vəsait 

ayrılmışdır. Bu isə Komitəyə  veb səhifəsini yaratmaqla yanaşı, həmçinin müəyyən analizlər və 

tədqiqatlar aparmağa imkan vermişdir. Fəaliyyət dövründə Penitensiar sistemdə islahatlarrın 

davam etdirilməsi üçün təklif və tövsiyələr hazırlanmış, qanunvericilik və normativ baza analiz 

edilmiş və milli qanunvericiliyə uyğun olaraq monitorinq metodologiyası hazırlanaraq nəşr 

olunmuşdur. İctimai  Komitəyə dair məlumatlılığı artırmaq məqsədi ilə  Azərbaycan və ingilis 

dillərində bukletlər hazırlanaraq nəşr olunmuşdur (nüsxələr hesabata əlavə olunur).



 

 

 

NƏTİCƏLƏR 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T saylı əmri ilə təsdiq 



olunmuş  və  27  aprel  2006-cı  il  tarixində  Dövlət  qeydiyyatına  alınmış  “

Məhkumların  islah 

edilməsində  ictimaiyyətin  iştirakı  və  cəzanı  icra  edən  müəssisələrin  fəaliyyətinə  ictimai 

nəzarətin  həyata  keçirilməsi  Qaydaları”  əsasında  fəaliyyət  göstərən  Məhkumların    islah 

edilməsində  və  penitensiar  müəssisələrin    fəaliyyətinə  ictimai  nəzarətin    həyata 

keçirilməsində      ictimaiyyətin  iştirakını    təmin  edən    İctimai  Komitənin  iki  tərkibi  

fəaliyyətini  başa  çatdırmışdır.  Hər  iki  tərkib  ölkənin  aparıcı  hüquq  müdafiə  təşkilatlarının 

rəhbərlərindən  ibarət  təşkil  olunmuşdur.  İctimai  Komitənin  tərkibi  ictimai  sektoru  təmsil  edən 

ayrı-ayrı  şəxslərin  qaydalara  uyğun  olaraq  yaradılmış  Seçki  Komissiyasına  yazılı  müraciətləri 

əsasında  seçki yolu ilə müəyyən olunmuşdur. 

İctimai  Komitə    Penitensiar  sistem  üzərində  ictimai  nəzarətin  təşkilində  və  ictimaiyyətin  islah 

proseslərində iştirakının təmin edilməsi üçün yaradılmış unikal bir qurumdur və təsadüfi deyildir 

ki,  belə  bir  qurum  nəinki  post  sovet  ölkələri,  həmçinin  Avropa  üçün  model  rolunu 

oynamaqdadır.  Onun  fəaliyyətini  səmərəli  edən  ən  mühüm  amil  Komitənin  müstəqil  olması, 

Komitə  üzvlərinin  cəza  çəkmə  müəssisələrinə  maneəsiz  daxil  olması,  hesabatlarını  birbaşa 

Ədliyyə  Nazirinə  təqdim  etməsi  və  Nazirliyin    Komitə  tərəfindən  qaldırılan  bütün  məsələlərə 

reaksiya verilməsi və nəticələrə dair Komitəni yazılı və şifahi şəkildə məlumatlandırmasıdır. 

Fəaliyyət  göstərdiyi  dövrdə  Komitə  ilə  Ədliyyə  Nazirliyi  və  Penitensiar  Xidmət  arasında 

əməkdaşlıq  təşəkkül  tapmış,  problemlərin  öyrənilməsi  və  aradan  qaldırılması  istiqamətində 

müvafiq icra hakimiyyəti orqanı ilə ictimaiyyətin birgə fəaliyyət praktikası yaranmışdır. 

Eyni  zamanda  vətəndaş  cəmiyyəti  strukturlarının  Penitensiar  sistem  üzərində  ictimai  nəzarəti 

həyata keçirmək istiqamətində bilik, bacarıq və praktikası artmışdır.  

İctimai  Komitənin  fəaliyyəti  həmçinin  ölkənin  Penitensiar  sistemində  həyata  keçirilən 

islahatların sürətlənməsinə və ictimaiyyətin bu islahatlarda iştirakına şərait yaramışdır. 


İctimai  Komitənin  yaradılması  və  fəaliyyəti  həm  ölkə,  həm  də  beynəlxalq  və  xarici  ölkə 

strukturlarının diqqətini cəlb etmişdir. Hazırda bəzi ölkələr Penitensiar sistem üzərində ictimai 

nəzarətin təşkili üçün strukturlar formalaşdırarkən Azərbaycan təcrübəsindən istifadə edirlər. 

İctimai Komitənin fəaliyyəti ölkədə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində 

həyata keçirilən  fəaliyyətlərə   müsbət təsir edir və hüquqi dövlət quruculuğuna öz  tövhəsini 

verir. 


 

TÖVSİYYƏLƏR 

 

1. İctimai Komitənin fəaliyyətini tənzimləyən “



Məhkumların islah edilməsində ictimaiyyətin 

iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi 

Qaydaları”nın  İctimai Komitənin fəaliyyət praktikasına uyğun olaraq qismən təkmilləşdirləmsi 

(m

əsələn: fəaliyyətin koordinasiyası, Komitənin fəaliyyətinin təmin olunmasında Nazirliyin 



iştirakı, Komitə üzvlərinin məsuliyyət dairəsinin genişləndirilməsi və s.); 

 

 

 

 

 



 

Yüklə 161,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin