Alternativ enerji mənbələri Əhmədova Nuranə GİRİŞ Bir çox insanlar və ekspertlər alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə etsə də, inkar etmək olmaz ki, alternativin olması hər zaman lazımdır və bu üstünlüyü təmin etmək üçün əvvəldən hazırlaşmaq lazımdır. Xüsusilə də sözügedən perspektivli sahənin inkişafı üçün hər cür şərait və imkanlar olduğu halda.
MÖVZUYA QISA NƏZƏRİ MƏLUMAT Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühit çirklənmədən (torpaq, su, hava) qorumaq üçün Alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarlnı, (sularını) atmosferini daha çox çirkləndirir. Bu stansiyaların tikintisi ucuz başa gəlsədə ekoloji baxımdan çox çirkli sahədir. SES-nın tikintisi baha başa gəlsə də anbarların tikintisi bəndlərin salınması, sudan, istifadə edilməsi ətraf mühitin çirklənmədən qoruyur.