Rusiya Federasiyası tərkibində yaşayan türk xalqları plan



Yüklə 18,74 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü18,74 Kb.
#36999
  1   2
7-Rusiya-federasiyasi-tərkibində-yasayan-turk-xalqlariXakasiya-və-Saxa


Rusiya Federasiyası tərkibində yaşayan türk xalqları

PLAN:

1.Xakasiya Respublikası.

2.Saxa Respublikası

Ədəbiyyat:

1.Qurbanov R.Türk xalqlarının tarixi. II cild, Bakı, 2011

2.Zəki Vəlidi Toğan, "Xatirələr" Türküstan və digər müsəlman Doğu Türklərinin milli varlıq və kültür mücadilələri, İstanbul, 1969

3.A.Qasımlı.Türklər.(Tarixi oçerklər) Bakı,2012

4. Z.V. TOGAN: Umumî Türk Tarihine Giriş, 1981 İstanbul.

5. N.F. CAFEROĞLU: Türk kavimleri, 1983 Ankara

6. Y. DELİÖMEROĞLU: Yeni Türkiye Türk Dünyası özel sayı, yıl: 3, sayı: 16, 1997 Ankara.

7. E. ARIKOĞLU: Hakas Türkleri Edebiyatı, TDEK cilt: 4, 1998 Ankara.

8. E. MÜTERCİMLER: Türkiye Türk Cumhuriyetleri ilişkileri modeli, 1993 İstanbul.

9. N. DEVLET: Çağdaş Türk dünyası, 1989 İstanbul.

10. H. LEYLAK: Orta Asya ve Kafkaslarda Türklerin demografik yapısı (20. yüzyıl), 2000 Ankara.

11. Y. GÜRBÜZ: Rusya Federasyonu Cumhuriyetlerinin Sosyo-Ekonomik profili, 1996 Ankara.

12. B.P. GOLDEN: Türk halkları tarihine giriş, 2002 Ankara.

13.Türkiye ve Türk dünyası, Harp Akademileri Komutanlığı, 1997 İstanbul.

14.T. CAN: Orkun dergisi, Kumuk Türkleri, sayı: 55, 2002 İstanbul.

15.K. OCAK: Dünyada Türk Cumhuriyetleri Türk Halkları, 2002 Ankara

Türkistanda Sibirin cənubunda, Sayan-Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Hakasya 62.400 km2 bir sahə ilə Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya Sayan-Altay dağlarının bir hissəsidir. Üzərindən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir.

Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır.Türkcə danışan xakasların əsl adı Koraylardır (Hooraylar). Xakaslar – Kaçinlər (Haaş, Haas) Sogaylar, Kızıllar və Koybollar (Hoybollar) daxil olmaqla, dörd boy olub və bu dörd qrupun da ortaq adı Xakasdır. Xakas dili Türk dilinin Uyğur-Oğuz qrupuna daxildir. Öz dilinə, öz mədəniyyətinə və ənənələrinə bağlı olan Xakasiyada universitet, texniki institut, dil, tarix və ədəbiyyat araşdırmaları institutları fəaliyyət göstərir. Müxtəlif mədəniyyət və sənət quruluşları, 4 teatrı, kitabxana və muzeyləri, musiqi və incəsənət məktəbləri mövcuddur.

İdarəetmə mərkəzi paytaxt Abakan şəhəridir. Cənub-Şərqi Sibirdə olan bu bölgə Rusiyanın Krasnoyarsk əyalətinə tabedir. Xakaslar Türk boyu olub Cənub-Şərqi Sibirdə yaşayıblar. Xakaslar 1800-cü illərdə Rus İmperatorluğuna girmiş, 1930-cu ildə muxtar bölgə statusuna qovuşmuşlar. Xakaslar qədim şamanizm inancına balıdırlar.Xakasların 2000-i aşan tarixləri onların bir Qırğız qrupu olduğunu göstərir.

Tanrı Dağı Qırğızlarının dünyada məşhur olan böyük dastanları Manas da bu tarixi hadisədən bəhs etməkdədir. Manas Dastanının dediyinə görə, Tanrı Dağı Qırğızları Yenisey bölgəsindən bugünki vətənlərinə Manas Xan rəhbərliyi zamanı köç etmişlər. IX əsr Çin qaynaqları qırğızlardan “Heges” və ya “KieKiaSe” adı ilə bəhs etməkdədir. Sonrakı illərdə Tanrı Dağı Qırğız tayfalarının müsəlmanlaşması və yaşanılan bölgələr arasındakı məsafənin uzaq olması səbəbiylə, Yenisey qırğızlarının ayrıca bir kimlik mənimsəməsinə və Xakas adını qəbul etmələrinə gətirib çıxarmışdır.

Xakaslar qədimdən köçəri olan sibirli bir Türk xalqıdır. Amma indiki vaxtda bölgə əhalisinin təxminən 80%-ini ruslar təşkil edir. Cəmi əhalisi 498.384 bəfər olan Xakas Muxtar Bölgəsi əhalisinin ancaq 11.1%-i Xakasdır.1989-cu ildəki siyahıyaalmaya görə, əhalisi 110.000 nəfər olan Xakaslar əsasən Krasnoyarsk vilayətinə bağlı olan Xakas Muxtar regionunda yaşayırlar. Xakasların Qırğız və Sağay adlı iki qolu mövcuddur.2002-ci ildəki əhali sayına görə, Xakasiya Respublikasının etnik əhali paylanması bu şəkildə ifadə olunmuşdur:

Xakas Muxtar Bölgəsi sənaye baxımından kömür, dəmir, qızıl, mərmər və s. çox zəngindir. Bundan başqa, taxta-şalban müəssisə sənayesi inkişaf etmişdir. İqtisadiyyat əkinçilik və heyvandarlığa (xüsusilə kiçik buynuzlu) əsaslanır. Bitki istehsalı də kafi səviyyədədir.

Qoyun və keçi yetişdirilməsi hələ də önəmli bir iqtisadi sahə sayılır. Alçaq sahələrdə reallaşdırılan suvarma layihələri otlaqlarda bəslənən heyvan sayını, əkin əraziləri sahəsini və başda buğda, yulaf, darı və kartof olmaqla, kənd təsərrüfatı istehsalını artırmışdır. Rusların bölgəyə yerləşməsinə də səbəb olan mis mədənçiliyi XVIII əsrdən bəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Abaza və Teyada zəngin dəmir cövhəri, yuxarı Çulımda qızıl, Çemogorskda kömür, Aksizdə barıt çıxarılmaqdadır. Bölgədə həmçinin mis, tungsten yataqları da mövcuddur. Meşələr əhəmiyyətli bir taxta-şalban qaynağıdır.

Xakas dili uyğurcaya yaxındır. Bu gün bir yazı dilinə sahib olan Xakasların dil və ədəbiyyat institutları mövcuddur. Xakaslar Çar dövründə zorla qəbul etdirilən Kiril əlifbasını Sovet İnqilabından sonra tərk edib, Latın əlifbasına keçmişlər, amma 1939-cu ildən sonra yenidən Rus əlifbasını istifadə etmək məcburiyyətində qalmışlar. Monqol dili və Çin elementlərinin də rast gəlindiyi Xakas dilinin söz dağarcığı daha çox ortaq Türkcənin sözlərindən ibarətdir. Xakaslar zəngin bir xalq ədəbiyyatı ənənəsinə sahibdirlər. Türkoloq W. Radloffun Xakas ləhcəsi ədəbiyyatı və etnoqrafyasıyla bağlı geniş araşdırmaları mövcuddur.




Yüklə 18,74 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin