Ş ərqi Zəngazur iqtisadi rayonunun su ehtiyatlarının qiymətləndirilməsi Şirinov Xanmurad Gülsəf oğlu Milli Aviasiya Akademiyası, Bakı, Azərbaycan xanmurad96@gmail.com Su ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi bütün dövrlər ərzində diqqət mərkəzində olan elmi problemlərdən biri olmuşdur. Bu məsələ daxili su ehtiyatları ilə az təmin olunmuş ölkələrdə vacibliyini daha da çox artırır. Azərbaycan Respublikası ərazisidə su ehtiyyatları ilə az tımin olunan ölkələr sırasındadır. Su ehtiyatlarından istifadə sahəsində yaranan problemlar təkcə daxili su ehtiyatlarının çatışmazlığı ila məhdudlaşmır. Son illərdə qlobal iqlim dayişmələrinin su ehtiyatlarının azalmasına göstərdiyi təsirlə bu problem bir qədər də mürəkkəbləşmişdir (Maxмудов P.H., 2016). Su ehtiyatlarından istifadə sahəsində olsan digər problem isə onun həcminin azalması ilə bərabər sudan istifadə əhatəsinin daha da böyüməsidir.
Əhali va iqtisadiyyatın su ilə təminatı, su ehtiyatlarından məqsədyönlü və qənaətlə istifadə tədbirləri Azərbaycan dövlətinin siyasətində həmişə prioritet istiqamətlərdən olub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixdə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına 19 aprel 2021-ci ildə edilmiş əlavələr işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, içməli su və suvarma suyu ilə təhcizatı, yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini nəzərdə tutur.
Şərqi Zəngəzur iqtisadi rayonunun 1993–2020-ci illər arasında ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. İkinci Qarabağ müharibəsini sonlandıran 9 noyabr bəyanatından sonra tamamilə azad olunmuşdur. Ərazisinin böyük hissəsi 2021-ci ilə kimi Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil idi. 7 iyul 2021-ci ildə Azərbaycan prezidentinin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanına əsasən yaradılmışdır.