Sağlamlıq və xəstəlik haqqında ümumi anlayış



Yüklə 242,58 Kb.
səhifə1/4
tarix05.12.2023
ölçüsü242,58 Kb.
#173289
  1   2   3   4
xestelik saglamliq

    Bu səhifədəki naviqasiya:
  • Ağrı

Sağlamlıq və xəstəlik haqqında ümumi anlayış. Xəstəlik — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulmasıdır. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir.
Müasir baxımdan xəstəliklərin əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixogen amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəliklərin mahiyyətini başa düşmək üçün normal, sağlam həyatın nədən ibarət olduğunu müəyyən etmək lazımdır. Çünki xəstəlik bu həddən kənarda baş verir. Tibbi təcrübədə -normal tempuratur, normal çəki, normal təzyiq və s. ifadələrindən istifadə edilir.
Çoxlu sayda adamlarda təyin edilən həmin göstəricilərin orta rəqəmi normal kimi qəbul edilmişdir.
Xəstəlik- zədələnmiş orqanizmin pozulmuş funksiyalarının kompensasiyası prosesinin iştirakı ilə keçən həyatı deməkdir. Xəstəlik zamanı insanın əmək qabiliyyəti azalır, orqanizm üçün keyfiyyətcə yeni proses başlanır. Hər bir xəstəliyin özünəməxsus əlamətləri- simptomları olur. Bir çox xəstəliklərin tez-tez rast gələn əlamətlərindən biri ağrıdır.
Ağrı xəstəliyin mühüm əlaməti olub, bədənin hər hansı zədələnmiş nahiyəsindən xəstənin beyin qabığına verilən, orqanizmdəki narahatlığın siqnalıdır. Ağrı xoşagəlməz hissiyyat olsa da, diaqnozu müəyyənləşdirməkdə həkimə kömək edir. Xəstəliyin ən çox rast gələn digər əlamətlərinə zəiflik, qızdırma, dərinin rənginin dəyişilməsi, səpki, öskürək, ödem, qanaxma və s. aiddir. Müəyyən bir xəstəlik üçün əsas olan, daimi və xarakter əlamətlərin məcmusuna- sindrom deyilir.
Hazırda Ümumdünya Səhiyyə Təşkilatının 1975-ci ildə Cenevrə konfransında qəbul etdiyi xəstəliklərin beynəlxalq təsnifatından istifadə edilir. Həmin təsnifatda bütün xəstəliklər 17 sinifə bölünür:

Yüklə 242,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin