1.11. Sanitariya qaydalarına riayət olunmasına dair tələblər
1.11.1. Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri aşağıdakıları təmin etməlidir:
1.11.1.1. rəhbərlik etdiyi müəssisədə sanitariya qaydalarının məzmununun və tələblərinin
müəssisənin əməkdaşlarının nəzərinə çatdırılmasını;
1.11.1.2. müəssisənin bütün əməkdaşları tərəfindən daxili nizam-intizam və sanitariya qaydalarının
tələblərinə ciddi riayət olunmasını və bunun üçün lazımi şəraitin yaradılmasını;
1.11.1.3. istehsalat və laboratoriya nəzarətinin təşkilini;
1.11.1.4. sağlamlığı imkan verən, peşəkar hazırlıqdan və attestasiyadan keçmiş şəxslərin işə qəbul
olunmasını;
1.11.1.5. işçi heyətinin şəxsi tibbi kitabça ilə təmin edilməsini;
1.11.1.6. məktəbəqədər təhsil müəssisəsinin işçilərinin işə qəbul edilərkən ilkin, sonradan isə dövri
tibbi müayinələrdən keçməsini;
1.11.1.7. 2 ildə 1 dəfədən az olmayaraq, gigiyenik təlimatlandırılma proqramı üzrə hazırlıq və
təkmilləşdirmə kurslarının təşkilini;
1.11.1.8. dövlət sanitar-epidemioloji nəzarət orqanlarının qərarlarına və göstərişlərinə riayət
edilməsini;
1.11.1.9. mövcud qanunvericiliyə, sanitariya qaydalarına və gigiyenik normativlərə uyğun olaraq,
işçilər üçün əlverişli əmək şəraitinin yaradılmasını;
1.11.1.10. müəssisədə istifadə olunan texnoloji, soyuducu və digər avadanlıqların işlək vəziyyətdə
olmasını;
1.11.1.11. zəruri hallarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsini;
1.11.1.12. ilkin tibbi yardımın göstərilməsi üçün dərman qutularının olmasını və onların vaxtında
dərman vasitələri ilə təchiz edilməsini;
1.11.1.13. seminarlar, söhbətlər və məruzələr aparmaqla, işçi heyəti ilə sanitariya-əksepidemik işlərin
təşkilini.
1.11.2. Məktəbəqədər təhsil müəssisəsinin tibb heyəti sanitariya qaydalarının tələblərinə riayət
olunması ilə bağlı gündəlik nəzarəti həyata keçirir.
1.11.3. Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri sanitariya qaydaları və normalarının, gigiyena
tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.