1
“Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə
qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün
müraciət və sənədlərin qəbulu” elektron xidmətinin təlimatı
Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın
icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il
tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində
vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Bu xidmət Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı
keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin elektron formada
qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir. Tibb işçilərinin vahid
registri, o cümlədən tibb idarə və müəssisələrindın alınan məlumatlar əsasında Səhiyyə naizrliyinin
Kadr , elm və təhsil şöbəsi tərəfindən vakant vəzifələrə işə qəbul üçün müsabiqə barədə məlumat
nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyənin
İnformasiyalaşdırılması Mərkəzinin portalı e-health
.gov.az
saytına
daxil ola bilərsiniz. Daha sonra
saytda təqdim edilmiş e-xidmətlər menyusuna keçid almalısınız. (Şəkil 1)
Şəkil 1
2
E-xidmətlər menyusundan 22-ci menyu- Səhiyyə Nazirliyinin tabeliyində olan tibb
müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və
sənədlərin qəbulu menyusuna daxil olmaq lazımdır. (Şəkil 2)
Şəkil 2.
Yüklənmiş Həkimlərin Mərkəzləşdirilmiş İşə Qəbulu səhifəsində Səhiyyə Nazirliyinin
tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak etmək üçün
müraciətlərin və sənədlərin elektron formada qəbul edilməsi və Nazirlik tərəfindən müraciət etmiş
şəxsə Nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə
iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”nin verilməsi həyata keçirilir.
Burada sizdən müvafiq bölmələri doldurmaq tələb olunur:
Vahid forma üzrə ərizə (əlavə olunur)
Tərcümeyi-hal
Ali təhsil haqqında sənədin (diplomunun) (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları
Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə
(nostrifikasiya
olunmaqla), işə buraxılma haqqında şəhadətnamə də daxil olmaqla) elektron formada
surəti;
İxtisaslaşma haqqında sənədin elektron formada surəti(olduğu halda)
3
Sertifikasiya şəhadətnaməsinin elektron formada surəti (sertifikasiyadan keçməkdən
qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
Sağlamlıq barədə ərazi poliklinikası tərəfindən verilən arayışın
elektron formada surəti;
İstifadəçi, elektron ərizə formasını doldurur və yuxarı göstərilən sənədləri ərizəyə əlavə
kimi həmin internet səhifəsinə yükləyir. Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata
alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş
göndərilir. Daha sonra Nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı
keçiriləcək müsabiqəyə buraxılma barədə “İmtahana buraxılış vərəqəsi” rəsmiləşdirilərək birbaşa
istifadəçiyə təqdim olunur.
Növbəti musabiqə və müsabihə mərhələsinin nəticələri barədə istifadəçi Səhiyyə
Nazirliyinin Həkimlərin Mərkəzləşdirilmiş İşə Qəbulu səhifəsindən əldə edə bilər.
4
Azərbaycan Respublikası, Bakı şəhəri,
AZ 1022 akad. M.Mirqasımov küç. 1A
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi
Tel: (+99412) 596 80 44, (+99412) 431 38 2
www.e-sehiyye.gov.az