ŞƏKİ 2021 Azərbaycanın etnik tarixi : slavyan, alman, yəhudi etno qrupları. Plan: Azərbaycanın etnik tarixi



Yüklə 123,61 Kb.
tarix31.12.2021
ölçüsü123,61 Kb.
#50105
Notes 211216 010647



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

ADPU Şəki filialı

SƏRBƏST İŞ


Fənn: Arxeologiya və Etnoqrafiyanın əsasları

Mövzu: Azərbaycanın etnik tarixi : slavyan, alman, yəhudi, etno qurupları.

Tələbə:Zeyidova Dilarə

Müəllim:Vaqif Şükürov


ŞƏKİ 2021

Azərbaycanın etnik tarixi : slavyan, alman , yəhudi etno qrupları.

PLAN:
1.  Azərbaycanın etnik tarixi;

2.  Slavyan etno qrupu;

3.  Alman etno qrupu;

4.  Yəhudi etno qrupu.
 
ƏDƏBİYYAT:
1.https://az.m.wikipedia.org/wiki/Etnik_qrup

2.https://az.m.wikipedia.org/wiki/Slavyanlar

3.https://az.m.wikipedia.org/wiki/Almanlar

4.https://az.m.wikipedia.org/wiki/Da%C4%9F_y%C9%99hudil%C9%99ri

Etnik qrup-müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzlərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir.

Etnik qrup-etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir.

Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi, onlarla fərqli etnik qrup yaşayır. Еtnik qruplаr olan, tаtlаr, tаlışlаr, kürdlərin dilləri-Аvrоpа dil аiləsinin İrаn budаğınа аiddir.

Qafqaz dilli xalqlar isə ləzgilər, avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar, yengiloylardır ki, bunlar da başlıca olaraq Azərbaycanın şimal-şərq və şimal-qərb rayonlarında məskunlaşmışlar.[1]

VI əsrdə slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. Onlar üç qrupa bölünürdü:

1.Şərq slavyanları (ruslar, beloruslar, ukraynalılar)

2.Cənub slavyanları (serblər, xorvatlar, boşnaklar, monteneqrolular, makedonlar, slovenlər, bolqarlar)




3.Qərb slavyanları (çexlər, polyaklar, slovaklar)

Slavyanların əsas məşğuliyyəti əkinçilik idi. Onların IX əsrə qədər yazıları olmamışdır. VI əsrdə slavyanlarda hələ dövlət yox idi, icma halında yaşayırdılar. Bütün işləri xalq yığıncağı həll edirdi. Onlar almanlar və ərəblər kimi ibtidai icma quruluşundan birbaşa feodalizmə keçmişdilər. Feodalizmə keçidlə IX-X əsrlərdə slavyanların ilk dövləti yarandı.X əsrin əvvəllərində Çexiya, X əsrdə Polşa dövləti yarandı.

Şərq slavyanlarına rusların, belarusların və ukraynalıların ulu babaları daxil idilər.Feodalizmə keçidlə əlaqədar IX əsrdə şərq slavyanlarının ilk dövləti - Kiyev knyazlığı meydana gəldi.

Şərq slavyanları məişət və mədəni xüsusiyyətlərinə görə bir-birinə daha yaxındırlar. Onların ümumi sayı 200 milyondan çoxdur. Hal-hazırda 145 milyondan çox rus, 46 milyondan çox ukraynalı və 10 milyondan çox belorus yaşayır. Bu xalqların böyük əksəriyyəti Şərqi Avropada yaşayırlar. Şərq slavyanlarında əkinçilik, onunla sıx əlaqədə olan maldarlıq və meşə təsərrüfatı daha yüksək səviyyədə inkişaf etmişdir. Mal-qaranın saxlanılmasında otlaq-bordaq forması üstünlük təşkil edir. Daha çox etnoqrafik xüsusiyyətləri xalq geyimlərində tapmaq olar. Geyimlərin istehsalı son zamanlara qədər kustar хarakteri daşıyırdı. Şərq slavyanları özləri kətan, çətənə, əkir, yun alır və dəri emal edirdilər. Şərq slavyanlarının əsas geyim tipi köynəklərdir. Kişilər dizə qədər, qadınlar isə daha uzun ətəkli köynəklər geyinirdilər. Kişi köynəkləri birtipli-tunikli biçimdə olurdu. Yalnız rusların yaşadığı bir çox vilayətlərdə yanyaxa köynəklər geniş yayılmışdı. Qadın köynəklərində daha çox fərq nəzərə çarpırdı. Şərqi slavyan xalqlarının qadın baş örtükləri, etnoqrafik baxımdan daha maraqlıdır. Qızların və ərli qadınların baş örtüklərində fərqli cəhətlər daha çoxdur. Qadın baş örtüyünün bağlanma qaydaları ən çox toylarda müşahidə olunurdu. Cənubi rus vilayətlərində, ukraynalılarda və beloruslarda baş yaylığından çələng düzəldirdilər. Bir çox mərkəzi vilayətlərdə baş örtüyünün özü bir növ çələngi xatırladırdı. Üst geyimləri daha universal xarakterdə idi. Bu mənada qadın və kişi geyimləri arasında böyük fərq nəzərə çarpmırdı. Ruslar, ukraynalılar və beloruslar rəsmən pravoslav kilsəsinə xidmət edirlər. Təqvim mərasimləri, İvan Kupola bayramı, maslenitsa, troitsa, soçelnik təntənəli şəkildə qeyd olunur.

Qərb slavyanlarının mənəvi mədəniyyəti ənənəvi mərasimlərlə zəngindir. Belə ki, polyaklarda, slovak və lujitsalılarda “dojimka” və “objomka” geniş qeyd edilir (lujitsalılarda “xoruzun Öldürülmə günü”). Bu qədim slavyan əkinçilik bayramı, avqust-sentyabr aylarına təsadüf edir və keçmişdə ayrı-ayrı sehrli hərəkət və mərasimlərlə müşayət edilirdi ki, bunun da əsas məqsədi bu məhsulu saxlamaq üçün növbəti ilin məhsul alınmasına təminat vermək idi. Bu dövrə aid olan digər ənənəvi bayram kimi yaz bayramı “stada na troitsu”nu, Polşada “ruh günü” , gənclər bayramı, “may ağacı” (bu bayramda tozağacının yüksək hissəsi kəsilmiş budaqlarla, açıq lentlərlə bəzədilir) bayramlarını göstərmək olar. Polyakların, çexlərin və slovakların böyük bir hissəsi katoliklərdir.

Cənub slavyanlarına aid olan serblər, bosniyalılar, xorvatlar və slovenlərin hamısı mənşəcə eyni dildə danışırlar, başlıca fərq ondan ibarətdir ki, serblər və bosniyalılar şərq və ya kiril əlifbasında, xorvatlar və slovenlər qərb və ya latın əlifbasında yazırdılar. XIX əsrdə baş verən slavyan dirçəlişi və bu xalqların ümumən yüksəlməsi ilə əlaqədar belə bir hiss yarandı ki, onlar əslində bir xalqdırlar və buna görə də onlar cənubi slavyanlar və ya yuqoslavlar terminini seçdilər.Cənub slavyanları, əsasən, Balkan yarımadasında məskunlaşmışlar.

Cənub slavyanları qədim əkinçilik və maldarlıq ənənələrinə malikdirlər. Cənub slavyanlarının müxtəlif qədim bayramları vardır. Buna misal olaraq hələ antik dövrlərə aid olan “obrok” və onunla əlaqədar torpağın məhsuldarlıq magiyası, qədim “qurd günləri”- qurdlara həsr olunmuş noyabr ayının ilk həftələri və s. göstərmək olar. Bundan başqa bolqarlarda və digər cənub slavyanlarında məşhur olan və həm də mənşəyi antik dövrə gedib çıxan Trifon Zarezan günüdür ki, bu da 14 fevralda qeyd edilir (üzüm kəsilməsi və onlara çaxır tökülməsi). Təqvim bayramlarından müqəddəs Lazar günündə, pasxaya bir həftə qalmış qeyd edilən “lazarak” qız bayramını, Georgiyev gününü (6 may) – mal qaranın çəmənlərə birinci yaz otlağına çıxarılmasını və s. göstərmək olar.[2]

Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki Deutsche ("alman") adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman əmirliklərinin birləşib vahid Almaniya dövləti olmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər.

Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular. XX əsrin ilk yarısında onlar artıq Mərkəzi Avropada, Şimali və Cənubi Amerikada, Böyük Britaniyada, Rusiyada, Ukraynada (həmçinin Krımda), Baltikyanı dövlətlərdə, Qafqazda və Orta Asiyada məskən salmışdılar. 1940-cı illərdə Hitler Almaniyasının (Üçüncü Reyx) faşist siyasəti aparmasına görə Sovet İttifaqının Avropa hissəsində yaşayan almanların əksəriyyəti Qazaxıstana və Sibirə sürgün edildi. Mərkəzi Avropada yaşayan almanların çoxu isə Almaniyaya köçməyə məcbur oldu.

1517-ci ildə başlayan reformasiya almanları dini baxımından bir-birindən ayırdı. Bu gün onların əksəriyyəti ya etirazçı (protestant) ya da aləmi (katolik) məsihiliyə etiqad edir.[3]

Dağ yəhudiləri, (dağ yəhudilərinin dilində Cuhuro) şərqi Qafqazda, əsasən Azərbaycan və Dağıstanda kök salmış yəhudilərdir. Dağ yəhudilərini, xüsusilə İsraildə Qafqaz yəhudiləri də adlandırırlar. "Dağ yəhudiləri" və yaxud "Qafqaz yəhudiləri" adı dəqiq təbir deyildir, çünki bu ifadə Qafqaz dağlarında yaşayan Gürcü yəhudilərini əhatə etmir. Dağ yəhudilərinin adı barədə müxtəlif təxminlər vardır. Məsələn, Amiram Barkat İsrailin "Haaretz" qəzetində yazır ki, 19-cu əsrdə Cənubi Qafqazı istila edən ruslar burada at belində və yapıncı geyimli yəhudiləri görəndə çox təəccüblənmiş və onlara "dağ yəhudiləri" "горские евреи" adını vermişlər. "Haaretz" qəzetinə əsasən, "bu təcrid olunmuş yəhudi icması 1 500 ildən çoxdur ki, Cənubi Qafqazda (Azərbaycan və Şimali Qafqazda) yaşayırlar. Qafqaz yəhudiləri üzrə bir sıra elmi əsərin müəllifi, İsrailli professor Mordexay Altşuler belə fikirdədir ki, dağ yəhudiləri ilə İran və Buxara yəhudiləri arasında bağlar mövcuddur və dağ yəhudiləri VI əsrdə müstəqil etnik icmaya çevrilmişdir. Tarixi mənbələrdə dağ yəhudilərinin öz qonşuları kimi cəsur döyüşçü olduqları qeyd edilir.

Dağ yəhudilərinin etnik köklərinə gəldikdə, belə təxmin edilir ki, dağ yəhudiləri və tatlar çox qədimdən Qafqazda məskunlaşıblar. Onların ulu əcdadları bir zamanlar İranın cənub-qərb bölgələrində yaşayıb və orada orta-fars dilini mənimsəyiblər. Dağ yəhudilərinin əcdadları V-VI əsrlərdə Qafqaz Albaniyasında məskunlaşmışdır.

Hələ 1254-cü ildə flamand səyahətçisi B.Rubrukvis (Rubruk) Şərqi Qafqazın hər yerində, hər halda, həm Dağıstanda, həm də Azərbaycanda çoxlu sayda yəhudinin olduğunu qeyd edir.

Tədqiqatçılar arasında dağ yəhudilərini "yəhudi tat"lar adlandıranlar, eyni etnik köklərə malik olmasına baxmayaraq, tatların dini mənsubiyyət baxımından iki qrupa: "Müsəlman tatlar" və "Yəhudi tatlar"a bölündüyünü deyənlər də var. Onların fikrincə, "tatların əcdadları indiki İran İslam Respublikasında yaşamış ari tayfaları olmuşdur. Bundan başqa talışlar, lahıclar, dağ yəhudiləri və s. xalqlar da bu qədim xalqın-ari tayfalarının davamçılarıdır".



Statistikaya görə, Azərbaycan Respublikasında 10.9 min nəfər, Rusiya Federasiyasında 2.303 nəfər müsəlman tat yaşayır.[4]
Yüklə 123,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin