Sərbəst iş №1 Nanotexnologiya və onun inkişaf prespektivləri



Yüklə 1,3 Mb.
səhifə1/12
tarix10.05.2023
ölçüsü1,3 Mb.
#110461
  1   2   3   4   5   6   7   8   9   ...   12
referat 4172




Sərbəst iş №1
Nanotexnologiya və onun inkişaf prespektivləri

Nanotexnologiya:


– bir və ya bir neçə istiqamətdə (1÷100) nm miqyasında baş verən prosesləri öyrənən və idarə edə bilən bir elm sahəsidir; bu miqyasda ölçü effektləri baş verir ki bu da yeni tətbiq imkanları yaradır;
– nanometrik miqyasda obyektlərin və materialların xassələrindən istifadə edir; bu xasssələr sərbəst atom və molekulların xassələrindən, həmçinin həmin atom və molekullardan təşkil olunmuş həcmi maddələrin xassələrindən fərqlənir. Belə fərqlənmə yeni, mükəmməl materiallar və onların əsasında yeni materiallar, cihazlar və sistemlər yaratmağa imkan verir.
1959-cu ildə Nobel mükafatı laureatı Riçard Feynman belə bir mühazirə oxumuşdur: “Orada, aşağıda kifayət qədər çoxlu yer var”. Bu mühazirədə o atom və molekul səviyyəsində material və cihazların alınması üçün imkanların olduğunu və nəticədə elmi-texniki tərəqqi üçün fantastik perspektivlər açılacağını söyləmişdir. Bu çıxışı nanotexnologiya erasının başlanğıcı hesab etmək olar.
Ilk dəfə “nanotexnologiya” termini yapon alimi Norio Taniquçi tərəfindən 1974-cü ildə işlədilmişdir. Əvvəlcə “nanotexnologiya” termini dar mənada işlədilmiş, ifrat nazik aşılandırma, nazik təbəqələrin çəkilməsi, yüksək enerjili elektron, foton və ion dəstələrindən istifadə etməklə səthin dəqiq emal edilməsini nəzərdə tuturdu. Hazırda “nanotexnologiya” termini çox geniş anlamda istifadə edilir: bir neçə nanometr miqyasında ifrat yüksək dəqiqliklə əməliyyatlar həyata keçirən texnoloji prosesləri və sistemləri əhatə edir. Nanotexnologiya atom səviyyəsində manipulyasiyalar həyata keçirməyə imkan verir. Artıq maddə ilə “mikro”dan “nano”ya manipulyasiyalardan ayri–ayrı atomlarla manipulyasiyalara keçiddir, və bu keçid sadəcə kəmiyyətcə yox, keyfiyyətə görə keçiddir.
Nanotexnologiya – nanoölçülü (1÷100 nm) materiallar, cihazlar və sistemlər yaratmağa imkan verən proseslərin toplusudur; bu cihazların işi ilk növbədə nanoquruluşla təyin edilir.
Əgər hər hansı maddənin ölçüləri bir, iki və ya hər üç istiqamətdə nanometrlərə qədər azaldılanda yeni keyfiyyətlər yaranarsa, belə maddələr nanomaterial, onların alınma texnologiyası isə nanotexnologiya adlanır.
Deyilənlərdən aydın olur ki, maddənin ölçüləri nanometrlərə qədər azalanda onun bir çox xassələri: ərimə temperaturu, elektrikkeçiriciliyi, maqnit xassələri və s. ölçülərdən asılı olur. Beləliklə, maddənin kimyəvi tərkibini yox, ölçülərini dəyişməklə yeni material almaq mümkündür.
Nanoquruluşların yaradılmasında iki əsas yaxınlaşmadan istifadə edilir: Bunlar şərti olaraq “yuxarıdan aşağı” və “aşağıdan yuxarı” texnologiyaları adlandırılmışdır.

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin