AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
ADNSU-NUN NƏZDİNDƏ SƏNAYE VƏ TEXNOLOGİYA KOLLECİ
SƏRBƏST İŞ Şüşə materialları
Tələbə: Əzimova Xumarə
Müəllim: Salahov Rafiq
İxtisas: Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı
Fənn: Materialşünaslıq
Qrup: S102
BAKI – 2023 Şüşə materialları Tarixi Şüşə amorf kristallik quruluşlu material olub, turşu, qələvi torpaq və qələvi oksidlərindən ibarət ərintinin soyudulması yolu ilə əldə edilir. Tədricən özlülüyünün artması hesabına bərk maddələrə məxsus mexaniki xassələrə malik olur.
Şüşədən məmulat hazırlanması olduqca qədim sənət növü sayılır. Şüşə istehsalı bizim eramızdan, hətta 2 min il əvvəl qədim Misirdə mövcud olmuşdur. Şüşə istehsalının ilk inkişafı ilə yanaşı, tədricən şüşədən olan məmulatların da çeşidi artır, formalaşır və inkişaf edirdi. Əvvəllər o, bircəhətli və məhdud idi
Belə ki, o vaxtlar texnikanın inkişaf səviyyəsi çox aşağı və primitiv idi. Şəffaf şüşə almaq o vaxt mümkün deyildi. Arxeoloqların məlumatına görə şüşə məmulatlarının ilk nümunələri bizim eramızdan 3500 il əvvəl meydana gəlmişdir. Eyni zamanda məlumdur ki, Mesopotamiyada bizim eramızdan 4000 il əvvəl düzəldilmiş şüşə məmulatları tapılmışdır. Bizim eramızdan əvvəl 1340-1580- ci illərdə Misirdə müxtəlif şüşə məmulatları – muncuq, rəngli şüşələrin düzəldilməsi işi inkişaf etməyə başlamışdı.
Şüşəçilik Misirdən Italiyanın ərazisinə keçmişdir və burada vərəqə halında şüşələr istehsal olunmağa başlamışdır. Şüşə istehsalı sonralar Italiyadan Ispaniyaya, Fransaya və Avropanın başqa ölkələrinə yayılmışdır.
Vulkan püskürməsi zamanı məhv olan Pompey şəhərinin nazıntısında hamar şüşə qırıntıları üzə çıxmışdır. V əsrdə Vizantiya şüşə məmulatları istehsalı sahəsində birinci yeri tuturdu. IX əsrdə Venetsiya Vizantiyanı şüşəçilikdə sıxışdırıb aradan çıxartdı və XII-XIV əsrlərə qədər şüşə buraxılışında aparıcı yer tutdu. Venetsiya güzgüləri və bokalları yüksək qiymətləndirilirdi. Venetsiya bu vaxt yaxın şərq və qərb ölkələri ilə şüşə məmulatları üzrə qızğın ticarət edirdi.
Bizim ölkəmizdə şüşə məmulatları istehsalının başlanğıcı IX-X əsrlərə təsadüf edir. Pəncərə şüşələrinə, güzgüyə və şüşə qablara olan tələbatla əlaqədar XVIII əsrdə Moskva yaxınlığında altı şüşə zavodu fəaliyyət göstərirdi. Şüşə sənayesi inkişafına böyük rus alimi M.V.Lomonosov mühüm təsir göstərdi. Şüşə istehsalının elmi əsasları Lomonosov tərəfindən qoyuldu. O, özünün yaradıcılıq həyatının 20 ilini bu işə sərf etmişdir. Bakıda şüşə zavodu 1922-ci ildə tikilmişdir. Birinci məhsul olaraq Bakı şüşə zavodunda əl üsulu ilə butulka və aptek üçün şüşə qablar hazırlanırdı. O vaxtdan indiyə kimi zavoda xeyli dəyişikliklər baş vermişdir.