SəRBƏst iŞ Şüşə materialları



Yüklə 53,16 Kb.
səhifə5/5
tarix13.12.2023
ölçüsü53,16 Kb.
#175549
1   2   3   4   5
Şüşə materialları

Tutqunluq verənlər. Şüşəyə süd-ağ, süd rəng vermək, həmçinin onu turqunlaşdırmaq və yüksək işıq səpələmə qabiliyyəti verən maddələrə deyilir. Elə maddə tutqunluq verən kimi tətbiq edilir ki, bu şüşənin əriməsi prosesində ya həll olur, ya da həll olmur, şüşə soyuduqda ərintidən xırda kristallar halında ayrılır. Onların işıq sındırma əmsalı şixtanın başqa komponentlərinə nisbətən kəskin fərqlənir. Tutqun şüşə almaq üçün fosfor turşusu kalsium duzu, sümük unu, kriolit, qalay oksidi, talk və s. tətbiq edilir. Tutqun şüşə az işıq buraxma əmsalına malikdir: süd şüşədə 0,5; opalda 0,6-dan az olmamalıdır.
Rəngsizləşdiricilər dəmir oksidinin və ya digər qarışıqların şüşəyə verdiyi lazımsız rəngi və ya çalarları kənar etmək, yaxıd zəifləşdirmək üçündür.
Şəffaflaşdırıcılar. Bunu tətbiq etməkdə məqsəd şüşə kütləsinin tərkibindən müxtəlif qaz və hava qabarcıqlarını çıxarmaqdan, həmçinin dəmiri oksidləşdirməkdən ibarətdir. Şəffaflaşdırıcılara arsen üç oksid, selitr, natrium sulfat, ammonium duzları, bəzən rütubətli ağac və başqa buxara və qaza oxşar maddələr daxildir.
Şüşənin quruluş xüsusiyyətləri və xassələri
Şüşə məhsullarının çoxu, o cümlədən qablar silisium şüşələrindən hazırlanır. Fosfor və bor şüşələri başlıca olaraq texniki və xüsusi məqsədlər üçün işlədilir. Qarışıq məqsədlər üçün tətbiq edilir. Bədii dekorativ məmulatlar hazırlamaq üçün işlədilən silisium şüşələri iki növdə: rəngsiz (adi) və qurğuşunlu (büllur) olur.
Qurğuşunlu şüşənin tərkibinə, adətən 18-24% və daha çox qurğuşun oksidi qatılır. Bəzi zavodlar, həmçinin qurğuşunsuz (PbO əvəzinə ZnO sink oksidi) bariumlu (BaO) büllur şüşələrini də istehsal edir. Müasir şüşə sənayesində, bir qayda olaraq beş klomponentdən az olmayaraq, xüsusi təyinat üçün isə ondan çox komponentdə şüşə növləri tətbiq edilir
Çoxəsrlik tarixi olmasına baxmayaraq, hal-hazırda şüşənin quruluşu haqqında ümumi qəbul edilmiş nəzəriyyə yoxdur. Şüşənin quruluşu və quruluşunun dəyişməsi onun xassəsini təyin edir. Mendeleyev göstərmişdir ki, şüşə qeyri-kristal halında olan kolloid şəkilli oksidlərin silisiumlu ərintisidir. Mendeleyevin bu fikri şüşə quruluşunun sonrakı elmi inkişafına böyük təsir göstərmişdir.

Şüşənin quruluşu mürəkkəb sistemdən ibarətdir ki, burada eyni zamanda kristall amorf elementlər və aralıq birləşmələr iştirak edir. Bu birləşmələrdə atomlar bir-birinə bağlıdır ki, bu da tor əmələ gətirir. Həmçinin müxtəlif uzunluqlu zəncir olur ki, bunun tor ilə əlaqəsi olmur. Zəncirin idarə edilməsinin mümkünlüyü, şüşənin az kövrək olmasına səbəb olardı.
Şüşənin quruluşu kristall qəfəslərdə natrium-oksidinin, kalium-oksidinin, silisium-oksidinin və digər oksidlərin atomlarının bir-biri ilə zəncirvari surətdə birləşməsi ilə xarakterizə olunur. bu hipotezin müdafiəçiləri N.Qoldmidt, V.Zaxariassen, V.A.Appen və başqalarıdır. B.A.Poray-Koşitse isə şüşənin mikroheterogen quruluşa malik olmasını və onun mikroquruluşunun iki və çox komponentdən ibarət olmasını irəli sürür
Rentgenstruktur təhlili göstərir ki, şüşənin quruluşu maye və şüşəyəbənzər fazalardan təşkil olunmuşdur. Akademik N.V.Belov göstərir ki, şüşənin quruluşunda ayrı-ayrı struktur qruplarının uzunluğu 30 mm olur ki, kristall qəfəslərin yan tərəflərində onların ölçüləri xeyli azalır.
A.A.Lebedev göstərir ki, şüşənin quruluşunda üç mikrozona mövcuddur: birinci, qaydalı quruluşlu kristalitlər öz atomlarının düzülüşünə görə silisiumoksidinin kristallarının modifikasiyasına uyğun olaraq yerləşmişlər; ikinci, amorf quruluşlu xaotik zona; üçüncü, qaydalı quruluşdan qaydasız quruluşa keçid zonası adlanır
Qaz, hava qabarcıqları və başqa zərərli qatışığı olmayan, lazımi qatılığı və səthi gərginliyi olan şüşə kütləsindən məmulat formaya salınır. Növündən, ölçüsündən, kütləsindən, təyinatından, formasının mürəkkəbliyindən və kimyəvi tərkibindən asılı olaraq məmulatlar əl və maşın üsulları ilə formaya salınırlar. Əl üsulu ilə mürəkkəb formalı və yüksək bədii məmulatlar hazırlanır. Sadə formalı məmulatlar, o cümlədən məişət şüşə qablarının bəziləri yüksək məhsuldar avtomat və yarımavtomatda istehsal edilir.
Məmulatların formaya salınmasında presləmə, üfurmə, press-üfürmə, dartma, yayma, tökmə, həmçinin kombinələşdirilmiş (birləşdirmə) mərkəzdənqaçma (fırlanma) üsulları tətbiq edilir. Bir tip məmulatlara sabit sabit forma vermək üçün çuqun, yaxud polad press-formalardan istifadə edilir. Bu formaların daxili istiyə davamlı, paslanmayan ərinti ilə örtülür.
Məlum olduğu kimi, məişət şüşə malları mürəkkəb çeşidli mal qruplarından biridir. Bu qrup mallara kimyəvi tərkibinə, rənginə, formaya salınması üsuluna, formasına, ölçülərinə, bəzəndirilməsi növünə və mürəkkəbliyinə, təyinatına və dəstliyinə görə təsnifləşdirilir. Kimyəvi tərkibinə görə şüşə malları natrium-əhəng tərkibli, kalium-əhəng tərkibli, bor silikat tərkibli, kalium-qurğuşun tərkibli, bor, alüminium bor silikat tərkibli şüşə mallarına ayrılır.
Rənginə görə şüşə məmulatları rəngsiz, bütöv rəngli, bəzəkli əlvan rəngli, yarımtutqun və s. rənglərdə istehsal olunur. boyağının növündən asılı olaraq onlar rubin, uran, bənövşəyi, açıq maki, açıq yaşıl, ametist, narıncı, qəhvəyi, qara, tüstüyəoxşar, qızılı və s. rənglərdə hazırlanır. Formaya salınma üsuluna görə şüşə məmulatları preslənmiş, üfürülmüş, press-üfürülmüş, dartılıb uzadılmış, habelə tökmə və birləşdirmə və digər üsullarla istehsal olunur.
Formasına görə şüşə malları tutumlu və dayaz formalı olurlar. Tutumlu şüşə malları müxtəlif formalarda istehsal edilir ki, bunlar da təyinatından, estetik tərtibatından, habelə formasından asılıdır. Məsələn, şüşədən qrafin və su dolçaları silindrik, konusvari, oval şəkilli, şarabənzər və s. ola bilər. Xüsusilə, çay və su stəkanları, bokallar, fujerlər müxtəlif formalarda istehsal edilir.
Bir qayda olaraq, büllurdan olan şüşə məmulatlarının forması onların funksional, estetik, sanitargigiyenik əlamətləri ilə əlaqələndirilməlidir. Habelə məmulatın forması seçilərkən onların formaya salınması prinsipləri və əsasən də şüşənin xassələri ilə mütləq razılaşdırılmalıdır. Belə ki, büllurdan olan şüşə məmulatlarının forması seçilərkən onun xüsusiyyətləri və xassələri ilə necə əlaqələndirilməsi nəzərdən qaçırılmamalıdır.
Yüklə 53,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin