Sığorta cəmiyyətlərinə etibarın aşağı səviyyədə olması



Yüklə 18,8 Kb.
səhifə1/2
tarix24.03.2023
ölçüsü18,8 Kb.
#89397
  1   2



Sığorta cəmiyyətlərinə etibarın aşağı səviyyədə olması Yuxarıda qeyd etdiyimiz problemlər – əhali arasında sığorta mədəniyyətinin və sığorta biliklərinin aşağı səviyyədə olması öz növbəsində sığorta biznesinin etibarlığına da zərbə vuran amillərdir. Məhsul barədə kifayət qədər məlumatı olmayan, azadolma məbləğinin mahiyyəti düzgün formada izah edilməyən, müqavilənin şərtləri ilə tam tanış olmadığı üçün istisna olunan risklər nəticəsində baş vermiş hadisəyə görə imtina alan, ödəniş edilməyən müştəri öz əsassız narazılığını bütün ətrafına danışıraraq və ictimaiyyət arasında “Sığorta şirkətləri ödəniş etmir!” formalaşır. Təbii ki, burada günahkar tərəf kimi müştəriləri göstərmək düzgün olmaz. Hətta, demək olar ki, bu problemdə məhz sığorta şirkətlərinin passivliyi əsas rol oynayır. Çünki, müqavilə imzlanarkən müştəriyə müqavilə şərtləri ətraflı izah edilməli, gələcəkdə ehtimal olunan anlaşılmazlıqlara qarşışərtlər öncədən müəyyənləşdirilməlidir. Sığorta şirkətlərinə qarşı etibarsızlığın yaranmasının digər səbəbi isə bəzən müqavilə şərtlərinə görə sığortalı tərəfə ödəniş etməli olduğu halda sığorta şirkətlərinin bu ödənişdən boyun qaçırması, ödənişi müqavilədə nəzərdə tutulandan qat-qat aşağı hesablaması və ya ödəniş üçün müddətini bilərək uzatması kimi müştərilərdə inamsızlıq yaradan müxtəlif yollara əl atmasıdır. Beləcə, bir sığorta şirkəti tərəfindən atılan yanlış addım cəmiyyətdə ümumi anlamda sığorta sisteminə qarşı etibarsızlığı formalaşdırır və bu isə sığorta bazarında dürüst münasibətlər qurmağa çalışan sığorta şirkətlərinin də normal işləməsinə mane olur.
Sığorta şirkətlərində kadr çatışmazlığı – Son zamanlar sığorta sektorunda ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün bir sıra tədbirlərin görülməsi, bir çox şirkətlərdə işə qəbul üçün xüsusi imtahanların tətbiqi, təcrübə mübadiləsi proqramlarının qəbul edilməsi və s. bazarda peşəkar kadr qıtlığını müəyyən qədər aradan qaldırmışdır. Lakin hələ də çatışmazlıqlar müşahidə edilir. Təkcə onu demək kifayətdir ki, müştəri qarşısında sığorta şirkətinin əsas siması hesab edilən qəza komissarlarının nəinki ixtisaslaşmasına, onun təhsilli olub-olmamasına belə fikir verilmir, qəza komissarlrına “fotoqraf-sürücü” kimi yanaşılır. Ümumilikdə ölkəmizdə sığorta sektorunda çalışanlar arasında təcrübəsizlik, sığorta və hüquq sahəsindəki biliklərin azlığı, innovasiya və kreativliyə meyilliliyin zəif olması və s. kimi problemlər geniş vüsət almışdır.
Ölkədə rəqabət mühitinin getdikcə zəifləməsi, bazarın oliqapolik hal alması da sektorun inkişafa mane olacaq potensial təhdidlərdən biridir. Bu halda bazarın əsas payının, dolayısı ilə qiymət siyasətinin sayca az olan iki-üç şirkətin əlində cəmləşməsi sektorun sərbəst iqtisadi şərtlərdə inkişafına mane olur. Statistik məlumatların qıtlığı, xarici investisiyanın daxili bazardakı payının azlığı, regiondakı sosial-iqtisadi vəziyyət və s. sektorun inkişafına mane olan digər amillərdir.
Pandemiya dövrü, bankların ləğvi, sığortaya marağın aşağı olması, sığorta şirkətlərinin maarifləndirmədən daha çox yığımlarını artırmağa və zərərliliyini azaltmağa çalışdığı bir vəziyyətdə sektorun başlıca problemləri barədə məlumat verməyə çalışacağıq.
Yüklə 18,8 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin