Şİmali amerikada iSTİqlaliYYƏt uğrunda mühariBƏ. abş ın- yaranmasi



Yüklə 47,91 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü47,91 Kb.
#39315
  1   2   3   4
ŞİMALİ AMERİKADA İSTİQLALİYYƏT UĞRUNDA MÜHARİBƏ


ŞİMALİ AMERİKADA İSTİQLALİYYƏT UĞRUNDA MÜHARİBƏ. ABŞ ın- YARANMASI.

XVII əsr İngiltərə burjua inqilabından sonra dünya əhəmiyyətli hadisələrin ən vacibi Şimali Amerikada olan İngiltərə müstəmləkələrinin öz müstəqiliyi uğrunda müharibə və onun nəticəsində yeni müstəqil dövlətin- Amerika Birləşmiş Ştatlarının yaranması idi.


Şimali Amerika müstəmləkələrinin əhalisi

1607-ci ildə İngiltərə ekspedisiyası Atlantik okeanın Şimali Amerikanın cənub sahillərində Ceymstaun adlı qəsəbəni saldılar. Bu qəsəbə İngiltərənin Virginiya müstəmləkəsinin mərkəzi oldu. 1620-ci ildə bir qrup ingilis daha şimalda məskən salaraq Yeni İngiltərənin başlanğıcı olan Yeni Plimut müstəmləkəsinin əsasını qoydular. O zaman Şimali Amerikada ibtidai-icma quruluşunun müxtəlif pillələrində yaşayan Hindu xalqları məskən salmışdılar. Bunlardan bir çoxları Atlantik okean sahillərinə yaxın yaşayıb oturaq həyat keçirərək, əkinçiliklə məşğul olurdular. Avropa müstəmləkəçilərinin qonşuluğunda başlıca olaraq irokezlər və alqonkilər idilər.

İngiltərənin Şimali müstəmləkələri ilə Cənub müstəmləkələri arasında eyni zamanda Hudzon çayı üzərində və Manxettan adasında Hollandiya müstəmləkələri də əmələ gəldi. Bir qədər sonra 1638-ci ildə indiki Delaver ştatı ərazisində Yeni İsveçin əsası qoyuldu. Virginiya və ondan cənubda təşkil edilmiş müstəmləkələrdə iri plantasiya təsərrüfatı inkişaf edirdi. Burada tütün, düyü və başlıca olaraq ixrac edilən başqa bitkilər əkilirdi. Yeni İngiltərədə yaşayış üçün fermer ailələri əsasən əkinçiliklə məşğul idilər. Bundan başqa həmin ərazidə balıqçılıq, dənizçilik və gəmiqayırma sahələri də inkişaf edirdi.

Böyük coğrafi kəşflər Avropada kapitalizmin ilk inkişafı şəraitində əhalinin kütləvi surətdə köçməsinə şərait yaratdı. Amerika müstəmləkələrində ticarət şirkətləri təşkil edildi. Bu işdən xeyli qazanc əldə edən tacirlər və əyanlar öz kapitalını həmin sahəyə sərf edirdilər. Müstəmləkə şirkətləri, mühacir işçiləri müxtəlif yollarla işə cəlb edirdilər. Köçüb gələnlərə feodal torpaq münasibətlərinin davam etdiyi Avropadan daha əlverişli şəraitdə torpaq verirdilər. Onları pulsuz gətirirdilər, lakin, onlar Amerikada yol xərcini işləməklə ödəməli idilər. Ödəmək üçün işləmək bir qayda olaraq 2-7 ilə qədər davam edirdi. Amerikada bu məcburi nökərlər həmin müddətə sahibkarlara satılır və onların tam itaətində olurdular. Məcburi nökərlərin çoxu öz iradəsindən asılı olmayaraq Amerikaya gətirilirdilər. Ingiltərədə Amerikada satmaq üçün uşaqları oğurlayan qruplar var idi. Bəzən ölüm cəzası Amerikaya sürgünlə əvəz olunurdu. Sabiq məhbuslar 7-14 ilə qədər burada işləməli idilər. Müstəmləkə cəmiyyətinin yuxarı təbəqəsi İngiltərə tacir və zadəgan ailəsindən çıxmış adamlardan ibarət idi. Bu kimi varlı fitnəkarlar və zadəganlar müstəmləkə inzibati idarələrinə başçılıq edirdilər. Məcburi nökərlərin Avropadan gətirilməsi müstəmləkələrdə işçi qüvvəsi problemini həll edə bilmirdi. Hinduları təyziq altına salıb istismar etmək təşəbbüsü də müsbət nəticə vermirdi. Buna görə də məcburi nökərlər gətirməklə yanaşı Afrikadan qullar da ( ilk dəfə 1619-cu ildə) Amerikaya gətirildi. Varlanmaq üçün əlverişli olan qul alveri ilə Amerika qul tacirləri və gəmi sahibləri də geniş bir tərzdə məşğul oldular. Zəncilər üzərində qeyri-məhdud təzyiq var idi. Zəncilərin daha çox yaşadığı cənub müstəmləkələrində qanun onların köləlikdən azad edilməsini qadağan etdi.

Beləliklə, İngiltərə müstəmləkələrinin əsası qoyulan zamandan orada iki irqi nümayəndələri məskən saldı. Lakin, əksəriyyət təşkil edən ağlar öz etnik tərkibinə görə eyni xalqdan ibarət deyildi. Ilk yüz il ərzində onun çox hissəsini ingilislər təşkil edirdi. Şimali Amerika sahillərindəki ilk müstəmləkələrdən fransız-hugenotları və Pensilvaniya kimi bir sıra rayonları tutmuş alman təriqətçiləri göstərmək olar.

Hollandiya və İsveç müstəmləkələrindəki əhalinin yarısı ingilislərdən ibarət idi. Eyni zamanda Yeni İngiltərədə, Pensilvaniya və başqalarında çoxlu miqdarda hollandlar da yaşayırdılar. Müstəmləkə əhalisinin müxtəlifliyi XVIII əsrdə daha da artdı. Hələ XVII əsrdə Nyu-York şəhəri beynəlmiləl xarakter almışdı. Cənub müstəmləkələrində zəncilər çoxluq təşkil edirdi. Etnik müxtəlifliyi buradakı müxtəlif dini cərəyanlarla əlaqədar idi. Ingiltərənin Amerika müstəmləkələrinin yaranmasında və inkişafında dini mübarizələrin də müəyyən rolu vardır.

Amerika burjua tarixşünaslığında göstərilir ki, Yeni İngiltərənin əsasını qoyan ilk müstəmləkəçilər-puritanlar yüksək dini ideologiya ilə Amerikaya gələrək, dini və mülki azadlığa əsaslanan bir cəmiyyət qurmaq fikrində olmuşdular. Əslində isə Yeni İngiltərənin əsasını qoyan onun ilk sakinləri Plimut və Massaçusets şirkətləri ticarət şirkətlərinin məcburi nökərləri olmuşdur.


Yüklə 47,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin