SiNİr sistemiNİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 429,95 Kb.
tarix02.01.2022
ölçüsü429,95 Kb.
#40971
referat 4748

SİNİR SİSTEMİNİN YAŞ XÜSUSİYYƏTLƏRİ

Yenidoğulmuşların onurğa beyninin uzunluğu 12-16 sm , 2 yaşlı uşağın onurğa beyninin uzunluğu 20-21 sm , 8-12 yaşlı isə 30-sm-ə qədər olur. Onurğa beyninin uzunluğu oğlanlarda 16-20 yaşda və qızlarda 16-18 yaşda başa çatır . Yenidoğulmuşların onurğa beyninin çəkisi 3-4 q-dır . Uşağın 7-10 ayında onurğa beyninin çəkisi 7-8 q , 1 yaşında 9,5 q, 3 yaşda 12-13 q , 6 yaşda 18 q-a yaxın , 14 yaşında 22 q və 20 yaşda yaşlılardakına çatır .

N.P.Qundobinnə görə beyinin diameti yaşla əlaqədar olaraq çox ləng dəyişilir. Belə ki, uşağın 12 yaşında onurğa beyninin diametric 2 dəfə artır, sonrakı yaş dövrlərində isə demək olar ki, dəyişmir.

Yenidoğulmuşlarda onurğa beyninin boyun və bel-oma qalınlaşmaları aydın müşahidə olunur . Bunlar prenatal dövrün ikinci ayının əvvəlində ətrafların inkişafı ilə əlaqədar olaraq meydana çıxmağa başlayır . Qalınlaşmalrın daha güclü inkişafı uşağın həyatının birinci ilində sinir liflərinin intensive mielinləşməsi və dendritlərin miqdarının artması hesabına olur.

E.M.Marqorin, A.A.Kalmentyeva və başqalarının tədqiqatları göstərmişdir ki, prenatal dövrün birinci yarısında ağ maddə boz maddəyə nisbətən az olur. Bu fərq prenatal dövrün axırına yaxın aradan qalxmağa başlayır. Uşaq doğulduqdan sonar onurğa beyninin ağ və boz maddələri qeyri-bərabər dərəcədə inkişaf edir. Əgər boz maddənin həcmi 5 dəfə artırsa, ağ maddənin həcmi 14 dəfə artır. (Q.Q.Burdey) . Südəmər uşaqlarda ağ maddənin tutduğu sahə boz maddəyə nisbətən 2 dəfə çox olur. Çünki onurğa beyninin seqmentar aparatının formalaşması və onurğa beynini baş beynilə birləşdirən aparıcı yolların inkişafı bu dövrə təsadüf edir .




Embrionun baş beyni üç və beş beyin qovuqları

mərhələsində (3-4 həftələri)
a) 1 – ön beyin qovuğu ;

2 – orta beyin qovuğu;

3 – rombabənzər beyin qovuğu ;

4 – onurğa beyni ;

b) 1-uc beyin ;

2 – ara beyin ;

3 – orta beyin;

4 – arxa beyin ;

5 - əlavə beyin ;

6 – onurğa beyni .

Yenidoğulmuşlarda və uşağın erkən yaş dövründə mərkəzi kanal nisbətən geniş və müxtəlif formada olur ; boyun hissədə yarıq , döşdə dairə və bel hissədə oval. Südəmər yaş dövründən başlayaraq mərkəzi kanalın kiçilməsi prosesi gedir. Uşağın 2 yaşının axırına qədər uc sisterna intensiv inkişaf edir . Lakin sonralar bu inkişaf geriyə doğru gedir, uc sisterna kiçilməyə başlayır. Yenidoğulmuşlarda mərkəzi kanalı əhatə edən ependim hüceyrələri törəyib artır. Bu hüceyrələrin inkişafı uşaqların 5 yaşınadək davam edir .

Yenidoğulmuşlarda onurğa beyninin aparıcı sisteminin yaxşı inkişaf etmmişdir . Afferent aparıcı yollar əsasən mielinləşmiş olur . Bunların mielinləşməsi prosesi prenatal dövrün 4 – cü ayına təsadüf edir . Efferent yollar prenatal inkişafın 6 ayında mielinləşməyə başlayır . Yan piramid yol mielinsiz olur . Bu yolun mielinləşməsi postnatal dövrdə güclənir və uşağın təxminən 4 yaşında başa çatır .

Yenidoğulmuşun beyni oğlanlarda 390 q və qızlarda 335 - q bərabərdir . beyin çəkisinin bədənin ümumi çəkisinə olan nisbəti yenidoğulmuşlarda 1:8 , yaşlılarda isə 1:40 təşkil edir . Südəmər dövrün axırında beyinin çəkisi 2 dəfə , 3 - 4 yaşda üç dəfə artır və bu qayda ilə 20 yaşda maksimum həddə çatır . Belə ki , beyinin kütləsi kişilərdə orta hesabla 1355 q və qadınlarda 1220 q olur . 55-60 yaşdan sonar çəkisi yenidən azalmağa başlayır .

Yenidoğulmuşun orta beyninin çəkisi 2,5 q yaxın olur . Orta beyinin su kəməri nisbətən geniş olur . Yaşlılara məxsus olan diametrə 7 yaşda çatır . Qara maddənin piqmentləşməsi 3-4 yaşda başlayır və 16 yaşda başa çatır . Qırmızı nüvənin piqmentləşməsi 2 – 4 yaşlarda özünü göstərir .

Yenidoğulmuşun alın payı çıxıq olub , nisbətən kiçik , ənsə və gicgah payları böyük olur . Döyənək cisim qısa və ensizdir . Beyin yarımkurələrinin şırımları qeyi - bərabər inkişaf edir . Şırımların , qırışıqların formasının və ölçülərinin dəyişilikləri uşaq doğulduqdan sonra davam edir . Yarımkurələrin ümumi sahəsi uşağın 9 – 10 ayında 2 dəfə , 9 yaşında 3 dəfə artır . 7 – 8 yaşlarında şırım və qırışıqların formalaşması prosesi başa çatır . Yenidoğulmuşun qabıqaltı nüvələri yaxşı nəzərə çarpır . Lakin bunların intensiv böyüməsi uşağın ilk yaşlarına təsadüf edir .



Prenatal dövrün axırında filogenez cəhətcə beyinin qədim sistemlərinin sinir liflərinin mielinləşməsi aydın nəzərə çarpır . Afferent (hissi) yolların mielinləşməsi efferent yollara nisbətən bir qədər tez qurtarır . Yenidoğulmuşun beyin qabığı hələ differensasiya etməmiş olur ; piqment olmur , sinir çıxıntılarının miqdarı və uzunluğu yaşlılara nisbətən az olur . Uşağın 2 yaşında neyronların defferensasiyası gedir və 3 yaşda başa çatır , 7 – 8 yaşda beyin qabığı yaşlılardakı quruluşa uyğun olur .
Yüklə 429,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin