Sosial qruplar cəmiyyətin həyatında geniş mövqe tutur. Cəmiyyətin inkişafına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bunu tamamən onun tutduğu mövqedən asılıdır



Yüklə 14,91 Kb.
tarix06.04.2023
ölçüsü14,91 Kb.
#93932
Sənəd (1)


Fəsil 2.
Sosial qruplar cəmiyyətin həyatında geniş mövqe tutur. Cəmiyyətin inkişafına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bunu tamamən onun tutduğu mövqedən asılıdır. Cəmiyyətin inkişafı uzunmüddətli və fasiləsiz bir prosesdir. Cəmiyyətdə insanlar mövcud olduğu müddətcə cəmiyyət müəyyən qədər inkişaf etməyə davam edir. Sosial qrupun cəmiyyətin sosial strukturunda rolu müxtəlifdir. Sosial qrup kimi cəmiyyətdə ailəni, dostlar, tanışlar .... və s. qrupunu göstərmək olar.
Ailə cəmiyyətin əsasını təşkil edir. Ailə də özlüyündə kiçik bir cəmiyyətdir. Cəmiyyətin idarəolunmasında dövlət başçılarının rolu olduğu kimi, ailənin düzgün idarəolunması da ailə başçılarından çox asılıdır. Ailə həm sosial institutdur, həm də cəmiyyətin sosial strukturunda onun yerinin və rolunun unikallığını müəyyən edən ilkin kiçik qrupdur. Ailənin bu cür bölgüsü onu makro və mikro səviyyədə öyrənməyə imkan verir. Makro səviyyə ailə üzvlərinin davranışının tənzimləndiyi, onların rol və statusların müəyyən edildiyi səviyyədir. Bu səviyyədə ailənin əsas xarakterik cəhəti onun cəmiyyətin normativ-institusional sistemi ilə qarşılıqlı vəhdətidir.
İlkin kiçik qrup kimi isə ailə mikro səviyyədə öyrənilir. Sosial qrupda əsas etibarilə ümumi maraqlar götürülürsə, ailə yalnız ümumi maraqlara deyil, həm də sevgi və qarşılıqlı münasibətə, ümumi hisslərə, mənəvi yaxınlığa əsaslanır.
Ailə üzvləri arasında qeyri-rəsmi, güvənli münasibətlər mövcud olur. Ailə həyat yoldaşları, valideynlər, uşaqlar və ailənin digər üzvlərindən ibarət ola bilər. İnsanların ailə yaratması üçün yoldaşlar arasında nigah bağlanmalıdır. (Nigah nədir yaz )...
Lakin nigahlı ər-arvad münasibətləri olan ailələr heç də həmişə real ailə adına layiq olmur. Necə ki nigahsız ailələr həmişə qeyri-real deyil. Yoldaşlar arasında nigahla bağlanmış ər-arvad münasibətləri ola bilər, lakin bu o demək deyil ki, onlar real ailədir. Ailənin sözün əsl mənasında ailə olması üçün ailə üzvləri arasında qarşılıqlı hörmət, sevgi, qayğı və güvən olmalıdır. Bəzən elə ola bilir ki, ailə nigah olmadığından rəsmi şəkildə ailə hesab olunmur. Lakin həmin ailənin üzvləri arasında olan hörmət, sevgi, güvən, qarşılıqlı anlaşma həmin ailəni əsl ailə edir. Ailədə sevginin, hörmətin, qayğının və güvənin olmaması ən çox uşaqlara mənfi təsir göstərir. Belə ailələrdə uşaqlar özlərini ifadə etməyi bacarmırlar. Valideynlərin onları başa düşməyəcəyindən, danlayacağından və hətta onlara güc tətbiq etmələrindən qorxurlar. Belə olduqda onlar ən müsbət halda öz problemlərini özləri həll etməyə, düşdükləri çətin vəziyyətdən özləri çıxmağa çalışırlar ki bu da onların vaxtından əvvəl öz çiyinlərinə böyük yük almalarıdır. Bunun fəsadları isə uşağın həyatı boyu davam edir. Vaxtından əvvəl çətinliklərlə üzləşdiyindən həyatdan bezir, yaşama sevinci itir və sözün əsl mənasında canlı ruh kimi dolanır. O gələcəkdə öz ailəsinə də yararlı ola bilmir. Bu ən yaxşı hal hesab olunur. Ailədə pis münasibətlərin formalaşmasının uşağa ən mənfi halları isə saysız hesabsızdır. Belə ailələrin uşaqları ailədə öz rolunu, statusunu və dəyərini müəyyən edə bilmədiyi üçün küçəyə can atırlar. Küçə mühiti onlar üçün ailədən daha güvənli, sevimli gəlir. Onlar öz həmyaşıdları arasında özlərini ifadə etməyi bacarırlar və həmyaşıdları qrupunda özlərini dəyərli hiss edirlər. Küçə mühiti isə uşağa əksər hallarda mənfi təsir göstərir. Onun düzgün inkişafına mane olur, yaxşı insanlardan uzaqlaşmasına, pis niyyətli insanlarla yaxınlıq etməsinə səbəb olur. Belə hallarda uşaq küçədə gördüklərini adi hal bilir və tədricən o da küçə mühitinin bir üzvünə çevrilir. Küçə mühiti özü də bir sosial qrupdur. Lakin belə qruplar əksərən destruktiv, yəni dağıdıcı xarakter daşıyırlar. Küçə mühitində uşaq pis vərdişlərə meyl edir, onun qurbanlarından birinə çevrilir. Və beləcə onun gələcəyi üçün böyük təhlükə yaranır. Valideynlər bu halı tez hiss edərlərsə geri dönüş ola bilər. Yox əgər valideynlər bu vəziyyəti dərk etməzlərsə və ya çox gec başa düşərlərsə uşağın həyatı böyük təhlükədə olar. Buna görə də valideynlərin nəzəri hər zaman uşaqların üzərində olmalıdır, onlara özlərini dəyərli hiss etdirəcək, qayğı görəcəyi bir "isti yuva" yaratmalıdırlar.
Küçənin insan həyatına müəyyən qədər müsbət təsiri də ola bilər. Belə ki, küçə mühitində uşaq sosiallaşır, ətraf aləmi daha dərindən öyrənir. Lakin küçənin mənfi cəhətlərini gözardı etmək olmaz.
Ailənin fəaliyyətinin məzmununu açmaq üçün ailənin funksiyalarından istifadə edilir. Ailənin çoxsaylı funksiyaları var. Onlara reproduktiv funksiya, sosiallaşma və uşaqların tərbiyəsi funksiyası, mənəvi tənzimləmə funksiyası, status, asudə vaxt, cinsi nəzarət funksiyası, iqtisadi funksiya
kimi funksiyalar aiddir. Ailənin funksiyaları əsas və əlavə olaraq iki qrupa ayrılır. Əsas funksiyalara reproduktiv funksiya, sosiallaşma, uşaqların tərbiyəsi funksiyaları aiddir.
Reproduktivlik nəsil artırma funksiyasıdır. Ona görə əsas funksiyası hesab olunur ki, bu funksiyası vasitəsi ailə bir tam kimi formalaşır.
Sosiallaşma və uşaqların tərbiyəsi funksiyasının da əsas hesab edilməsi üçün kifayət qədər səbəb var. Bu funksiyalar uşaqların düzgün inkişafını, sosiallaşmasını və düzgün tərbiyəsini təmin edərək onları cəmiyyət üçün savadlı şəxsiyyət kimi formalaşdırır.
Əlavə, yəni qeyri-spesifik funksiyalara istirahətin və sağlamlıq xidmətinin təşkili; əmlakın, statusun yığılması və ötürülməsi; ev təsərrüfatları; ailənin idarə olunması və s. aiddir.
Yüklə 14,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin