1
Mühazirə 1
İnformatika və onun əsas anlayışları
1.1. İnformasiya və informatika
İnformatika termini informasiya və avtomatika sözlərinin birləşməsindən
əmələ gəlmişdir. İnformatika elminin əsas anlayışı “informasiya”dır, yəni infor-
matika informasiya haqqında elmdir. Latın sözü olan “informasiya” isə “xəbər”,
“məlumat” mənasına gəlir.
Əvvəlcə qısaca “informatika” anlayışı ilə tanış olaq. “İnformatika” – in-
formasiyanın yaradılması (toplanması), saxlanması, ötürülməsi, qəbulu və emalı
üçün üsul və vasitələri öyrənən elimdir. Bu terminini ilk dəfə fransızlar elmə
gətirib (1960-cı illərdə).
Qədim zamanlarda informasiyanın ötürülməsi çox sadə şəkillərdə edilirdi,
zaman keçdikcə bu proses daha da təkmilləşdi və genişləndi. Yazının əmələ
gəlməsi, kitab nəşri və s. informasiyanın ötürülməsi və saxlanması üçün yeni
imkanlar yaratmış oldu. Kompüterlərin kəşfi və geniş yayılması isə bu sahədə
inqilab yaratdı. Bütün bunlar informasiyanın yaradılması, ötürülməsi, qəbulu ilə
əlaqədar yeni bir elmin yaranmasına səbəb oldu. Yəni əvvəllər informasiya
dedikdə sadəcə iki nəfərın danışması, məlumat mübadiləsi başa düşülürdüsə, illər
keçdikcə bu anlayış genişləndi və daha geniş məna ifadə etməyə başladı.
Hazırda informasiya prosesi dedikdə hər hansı iki obyekt arasında aparılan
məlumat alış-verişi başa düşülür. İnformasiyanı ötürən və ya qəbul edən obyektlər
canlı (məsələn insan) və ya cansız (məsələn kompüter) ola bilər. Məlumat
mübadiləsi zamanı, yəni informasiya prosesində üç tərəf iştirak edir. Bu
tərəflərdən biri informasiyanı ötürür (informasiya mənbəyi), ikincisi
informasiyanı qəbul edir (informasiya qəbuledicisi), üçüncü tərəf isə məlumatın
ötürülməsini təmin edir (rabitə kanalı). Yəni məlumat informasiya mənbəyindən
rabitə kanalı vasitəsi ilə qəbulediciyə ötürülür.