Sual 10. Avropada xalq təhsilinin təşəkkülü.
XX əsrdə Avropa ölkələrində təhsilin inkişafına bir neçə tərəfdən yanaşmaq lazımdır. Ona görə ki, Avropa ölkələrində ali təhsil müəssisələrinin bir qismi inkişaf etmiş ölkələrin ali təhsil müəssisələri səviyyəsində yüksəlmişdir. Bir qism ölkələr isə az inkişaf etmiş, yaxud inkişaf etmiş ölkələr sırasında dayandığı üçün həmin ölkələrdə ali təhsilin inkişafının mərhələləri əvvəlkindən köklü surətdə fərqlənir. Məsələn, Almaniya inkişaf etmiş ölkələr sırasındadır. Almaniya-Rıusiya müharibəsindən XX əsrin sonuncu onilliyinə qədər Almaniyanın sosialist və federativ Almaniya kimi iki hissəyə böyünməsi orada təhsil fərqlərini aydın biruzə verirdi. Belə ki, sosialist Almaniyasında (ADR) istər ümumtəhsil məktəblərində, istərsə ali məktəblərində metodoloji məzmun marksist-leninçi ideologiya yönümlü idi. Xüsusilə ali məktəblərdə humanitar elmlərin metodoloji əsasını sosializm prinsipləri təşkil edirdi, sosializm prinsiplərindən doğan nəzəri mənbələrə istinad edirdi. Pedaqogika, psixologiya, sosiologiya, fəlsəfə, siyasi iqtisad və bu kimi fənlər sosializmin nəzəri mənbələri əsasında elmi kommunizmin ideologiyasına uyöun şəkildə tədris olunur, qurulur və formalaşdırılırdı.
Lakin sosialist Almaniyasından fərqli olaraq, Almaniya Federativ Resrublikasında təhsilin inkişafı tamamilə başqa istiqamətdə gedirdi. Burada, əsasən, dünyəvi təhsilin inkişafı əsas götürülür, orta və ali məktəblərdə təhsil, təlim-tərbiyə işi məhz bu prinsip əsasında qurulurdu. Bu da Almaniya Federativ respublikasında dünyəvi təhsilin inkişafına, Avropanın bir çox inkişaf etmiş dövlətlərində mövcud olan dünyəvi təhsilin qazandığı zirvəyə yüksəlməsinə səbəb olmuşdu. Az qala yarım əsrə yaxın hər iki Almaniyanın belə bir vəziyyətdə inkişaf etməsi nəticəsində təhsilin inkişafında yaranan ziddiyyətlər açıq-aşkar özünü biruzə verməkdə idi. Xüsusilə Federativ Almaniyanın Bonn, Hamburq, Visbaden, Köln, Frankfurt-Mayn və başqa şəhərlərində fəaliyyət göstərən ali məktəblər dünyəvi təhsilin inkişafında çox böyük uğurlar qazanmışlar. Bu fikri sosialist Almaniyası, yəni keçmiş ADR məkanında olan ali məktəblər haqqında demək mümkün deyil. Yaxud keçmiş Çexoslavakiyanı götürək. Sabiq Varşava Müqaviləsi ölkələrindən biri sayılanÇexoslavakiyada da keçmiş ADR məkanında olduğu kimi, bütün təhsil müəssisələri kommunist ideologiyasının tələblərini əsas götürürdülər. Indi isə Çexiya və Slovakiya adı altında iki dövlətə bölünmüş ölkələrdə təhsil sivilizasiyalı Avropa təhsilinin istiqamətlərinə uyğun qurulur. Necə ki vahid Almaniya dövlətində təhsil dünyəvilik, bəşərilik prinsipi əsasında qurulur, eləcə də Çexiya və Slovakiyada həmin prinsiplər əsas götürülür.
Qeyd etdiyimiz dövlətlərin təhsil sistemini onların əvvəlki təhsil sistemi ilə müqayisə etsək ciddi fərqlərin şahidi olarıq. Rus pedaqoqlarının apardıqları tədqiqatlara istinad etsək, deməliyik ki, Avropanın bir sıra ölkələrində pedaqoji nəzəriyyənin və məktəb quruculuğu təcrübəsinin təşəkkülü və inkişafı çox mürəkkəb bir yol keçmişdir. Təxminən 10 il qabaq rus pedaqoqları müqayisəli pedaqogika ilə bağlı hazırladıqları ədəbiyyatda keçmiş sosialist ölkələrinin, başqa sözlə, Avropada olan sosialist təmayüllü ölkələrin məktəblərində həm ümumi təhsilin, həm icbari orta təhsilin, həm də ali təhsilin ziddiyyətli cəhətlərini tənqid hədəfinə çevirmişdilər. Onların haqqında danışılan məsələlərlə bağlı tədqiqat əsərlərinə diqqət etsək, görərik ki, keçmiş sosialist ölkələri məkanında əhalinin savadsızlıq faizi başqa ölkələrə nisbətən yüksək olmuşdur. Məsələn, həmin tədqiqat əsərlərinin informasiyalarına görə, Polşa və Bolqarıstanda zəhmətkeşlərin dörddə biri, Rumıniyada isə üçdə bir hissəsi savadsız olmuşlar.
İcbari təhsilin qurulmasında da ziddiyyətlər özünü göstərmişdir. Məsələn, Macarıstanda icbari təhsil alltıillik, Bolqarıstanda yeddiillik, Çexiyada, Macarıstanda səkkizillik təhsil ya tam həyata keçirilməmiş, ya da zəif həyata keçirilmişdir.
İkinci dünya müharibəsi dövründə ölkələrin əksəriyyətində məktəb binalarının 50-60%-i dağıdılmış, külli miqdarda sinif avadanlığı məhv edilmişdi. Mütərəqqi müəllimlərin xeyli hissəsi məhbəslərdə, həbs düşərgələrində və cəbhədə həlak olmuşdu.
Ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində və müəllimlərin hazırlanması sistemlərində təlim və tərbiyənin məzmunu mürtəce və sırf faşist ideologiyası ilə aşılanmışdı. Yeni məktəb quruculuğu mürəkkəb ictimai-iqtisadi şəraitdə həəyata keçirilirdi. Maarifin çoxmillətli dövlətdə, xüsusilə keçmiş Sovet İttifaqında inkişaf təcrübəsi bu prosesi xeyli dərəcədə yüngülləşdirsə də, həmin təcrübədən istifadə zamanı milli mənafelərlə beynəlmiləl vəzifələrin uzlaşdırılmasına, hər bir ölkənin xüsusiyyətlərinə diqqət yetirmək tələb olunurdu. Gənc nəslin təlim-tərbiyəsinin xarakterinə və məzmununa hər vəchlə təsir göstərməyə can atılırdı. Bütün bunlar Avropada təhsilin inkişafına təsir göstərməyə bilməzdi.
Təlim-tərbiyənin nəzəriyyəsini yaradıcı şəkildə tətbiq etməklə, bir sıra Avropa ölkələri məktəb və pedaqogikanın əsaslı şəkildə dəyiçdirilməsini həyata keçirdilər.
XX əsrdə bir sıra Avropa ölkələrində təhsil sistemi tədricən formalaşırdı və dünya təhsil sisteminintərkib hissəsinə çevrilirdi.
Bu təhsil sistemi bir sıra inkişaf mərhələləri keçmişdir. Hər mərhələnin özünəməxsus vəzifə və problemləri vardır.
Dostları ilə paylaş: |