Sual5-komputerlərin
Elektron hesablama maşınlarının imkanlarını araşdırmaq üçün onları müəyyən əlamətlərinə görə qruplara ayırırlar. Hesablama maşınlarının təsnifatı onların məhsuldarlığı və qabarit ölçüləri ilə bağlıdır. Elektron hesablama maşınları aşağıdakı kimi təsnif edilir:
yüksək məhsuldarlığa malik EHM-lər və sistemlər (super EHM-lər);
böyük EHM-lər (ümumi təyinatlı universal EHM-lər);
kiçik və ya mini-EHM-lər;
mikroEHM-lər.
cc İndiki zamanda onlara ABŞ-da istehsal edilən güclü hesablama maşınlarından sayılan “Gray” və “IBM SP2” aid etmək olar. Məsələn, 16 prosessorlu “Gray-3” modeli yüksək sürətli hesablama maşını sayılır və o, saniyədə 10 milyarddan çox əməliyyatı yerinə yetirir.
2000-ci ildə dünyada ən güclü kompüter ASCI White kompüteri sayılırdı. Kompüterdə IBM şirkəti tərəfindən istehsal olunan yüksək parametrli 8 192 ədəd prosessordan istifadə edilmişdi.
c Böyük EHM-lərin əsas təyinatı mürəkkəb elmi-texniki hesablamaların yerinə yetirilməsi, riyazi modelləşməyə aid məsələlərin həll edilməsi, iri həcmli idarəetmə sistemlərinin avtomatlaşdırılmasında yararlı olan mərkəzi hesablama maşını kimi istifadə edilməsi və s. hesab olunur. Belə hesablama maşınlarına nümunə son zamanlara kimi ABŞ-da istehsal olunan, 370 ailəsinə məxsus olan IBM firmasının istehsal etdiyi maşınları göstərmək olar
Böyük hesablama maşınları keçən əsrin 70-ci illərinin ortalarına kimi ən çox istifadə edilən maşınlar sayılırdı. Hal-hazırda böyük hesablama maşınlarından müxtəlif sahələrdə yenə də istifadə olunur və onların istehsalı davam etdirilir.
Mini EHM-lər kiçik ölçüyə və qiymətlərinin aşağı olmaları ilə (böyük hesablama maşınları və superEHM-lərə nəzərən), həmçinin universallığı baxımından elektron hesablama maşınları içərisində ən çox inkişaf etmiş hesablama maşını hesab oluna bilər. Bu tip hesablama maşınlarının yaranması keçən əsrin 60-cı illərinə təsadüf edir. Onlardan texnoloji proseslərin idarə edilməsində, geniş istifadə olunmuşdur.
Mikro EHM-lərin yaradılması bir-başa mikroprosessorların yaradılması və istehsalı ilə bağlıdır. Mikroprosessorların istehsalı ilə hesablama maşınlarının nəınki mərkəzi orqanları, hətta hesablama maşınlarında istifadə olunan, kiçik ölçüyə malik periferiya qurğularının yaradılması həyata keçirildi. MikroEHM-lər iqtisadiyyatın bütün sahələrində, sanaye və müdafiə sənayesinin əksər sahələrində özlərinə tətbiq sahələri tapdılar. Buna əsas səbəb onların kiçik ölçülü və yüksək məhsuldarlığa malik olmaları idi.
Dostları ilə paylaş: |