İş № 1(105)-68/2017
AZƏRBAYCAN RESPUBLİKASI
SUMQAYIT APELYASİYAMƏHKƏMƏSİ
CİNAYƏT KOLLEGİYASI
Q Ə R A R
( apelyasiya şikayətinin yekun baxışına dair)
15 fevral 2017-ci il
Sumqayıt şəhəri
Hakim Mübariz Hüseyn oğlu Zeynalovun sədrliyi və məruzəsi ilə,
Hakimlər Nazim Rasim oğlu Mövsümov və Fərmayıl Gülmalı oğlu Zeynallıdan ibarət tərkibdə,
Günel Soltan qızı Şirinovanın katibliyi ilə,
Dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu və məhkumun müdafiəçisi Cəlalzadə Mehdi
Qurbanəli oğlunun iştirakları ilə Yaqubov Nüsrət Qurban oğlunun Azərbaycan Respublikası
CM-nin 180.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28
oktyabr 2016-cı il tarixli hökmündən məhkumun müdafiəçisi Cəlalzadə Mehdi Qurbanəli oğlu
tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
M Ü Ə Y Y Ə N E T D İ :
Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmü ilə (Sədrlik edən
F.Ə.Qəniyev, hakimlər M.A.Xankişiyev və R.A.Əliyevdir)
18 avqust 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş,
Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,
çilingər işləmiş, əvvəllər məhkum olunmamış, Sumqayıt
şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 62A
ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda
həbsdə saxlanılan
Yaqubov Nüsrət Qurban oğlu
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət
əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə
müddətinin əvvəlinin 28 aprel 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir.
İşin halları:
Məhkəmənin hökmünə əsasən Yaqubov Nüsrət Qurban oğlu ona görə məhkum edilmişdir
ki, o, 17 aprel 2016-cı il tarixdə saat 23 radələrində özgə əmlakını talama məqsədilə Sumqayıt
şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 7/27saylı binanın üçüncü bloku ilə yaşadığı 22 saylı
mənzilə qalxan Həmzalova Gülbəniz Allahverdi qızına ikinci mərtəbə ilə üçüncü mərtəbənin
arasında olan pilləkənin üzərində arxadan yaxınlaşaraq sonuncunun əlindən içərisində 223 manat
nağd pul, dəyəri 20 manat olan bir ədəd «Nokia» markalı «C2» modelli mobil telefon aparatı,
dəyəri 25 manat olan “Samsung” markalı «GT-B5722” modelli mobil telefon aparatı olan 15 manat
dəyərində pul qabını dartıb alıb qaçmaqla həmin əşyaları açıq yolla talayaraq zərərçəkmiş
Həmzalova Gülbəniz Allahverdi qızına 283 manat maddi ziyan vurmaqla soyğunçuluq
cinayətini törətmişdir.
Bundan sonra o, təkrarən 21 aprel 2016-cı il tarixdə saat 23:00 radələrində özgə əmlakını
talama məqsədilə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 1a/3b saylı binanın altıncı
bloku ilə yaşadığı 72 saylı mənzilə qalxan Məmmədova Günel Fikrət qızına üncü mərtəbənin
pilləkəni üzərində arxadan yaxınlaşaraq sonuncunun əlindən, içəisində 370 manat nağd pul, 4
manat dəyərində bir ədəd qulaqcıq, 5 manat dəyərində bir ədəd «Socar» qaz kartı olan 20 manat
dəyərində pul qabını dartıb alıb qaçmaqla açıq yolla ziyan vurmaqla soyğunçuluq cinayətini
törətmişdir.
Bundan sonra o, təkrarən 22 aprel 2016-cı il tarixdə saat 20:00 radələrində özgə
əmlakını talama məqsədilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində piyada gəzən Səlimova
Olqa Nazim qızına arxadan yaxınlaşaraq sonuncunun sol qoltuğu altında saxladığı içərisində 26
manat nağd pul, həmin dövrə məzənnəsi 7,537 manat təşkil edən 5 ABŞ dolları nağd pul, 5 manat
dəyərində «Azərsu» kartı, 2 manat dəyərində metropoliten kartı olan 5 manat dəyərində «Fashion»
modelli pulqabını vurub yerə salıb götürüb qaçaraq açıq yolla talamaqla zərərçəkmiş Səlimova
Olqa Nazim qızma 45,537 manat maddi ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir.
Apelyasiya şikayətinin dəlilləri:
Məhkumun müdafiəçisi apelyasiya şikayətində Nüsrət Yaqubov barəsindəki hökmü
ədalətsiz hesab edərək cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsə əsassız
həbsdə saxlanılması ilə əlaqədar 10000 manat məbləğində kompensasiya ödənilməsini xahiş
etmişdir. Müdafiəçi apelyasiya şikayətinin giriş hissəsində hüquqlarını müdafiə etdiyi şəxsin
təqsirsizliyini qeyd etsə də, digər hissədə onun bu cinayəti anlaqsız olaraq törətməsini göstərib
sonuncu barəsində məhkəmə-psixiatrik ekspertiza keçirilməsinin zəruri olduğunu vurğulayır.
Müdafiəçi şikayətdə qarışıq fikirlər qeyd edərək, birinci instansiya məhkəməsi tərəfindən
təqsirləndirilən şəxsə şəxsiyyətinə, həmçinin törədilmiş cinayətin ictimai təhlükəliliyinə və
xarakterinə uyğun olmayan ağır cəza təyin edildiyin göstərmişdir.
Apelyasiya baxışı zamanı müdafiəçi şikayətdə qeyd etdiyi məsələlərə aydınlıq gətirərək
yekun çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin iradəsinə uyğun olaraq onun gənc olmaqla ilk
dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində xəstə anasının və 2-ci qrup əlil atasının
olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın
ödənilməsini və ona qarşı şikayətin olmamasını nəzərə alıb hökmün dəyişdirilməsini, Nüsrət
Yaqubova təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti
hesab edilməsini xahiş etdi.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya
instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən
edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin
düzgünlüyünü yoxlayır.
Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi
tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız
apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya
məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya
instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən
asılı olmayaraq yoxlanılır.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, apelyasiya şikayətinin dəlillərini
müzakirə edib, məhkuma təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə
əsasən şərti hesab edilməsinə dair məhkumun müdafiəçisinin, şikayətin rədd edilməklə hökmün
dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki,
2
apelyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı
tərəfindən təqdim olunan sübutları ətraflı araşdırıb tədqiq etmiş, işin faktiki halları barədə düzgün
nəticəyə gəlmişdir. Müdafiə tərəfi bu nəticə ilə tam razılaşmasa da, bunun səbəbini, yəni hadisənin
başqa motivlə, yaxud başqa şəraitdə baş verməsi barədəki arqumentlərini əsaslandıra bilməmişdir.
Məhkum Yaqubov Nüsrət Qurban oğlu birinci instansiya məhkəməsində göstərmişdir ki, o, 17
aprel 2016-cı il tarixdə axşam saatlarında ailə üzvləri ilə birlikdə uzaq qohumunun Sumqayıt
şəhərində keçirilən toy mərasimində iştirak etmiş, saat 21 radələrində evə getmək üçün birlikdə
toydan çxmışlar. Ailə üzvlərini yola salıb, özü Sumqayıt şəhərində qalmış, bir qədər gəzişmiş,
30-cu məhəllənin ərazisindəki «Bazar Store» marketinin yaxınlığında adının sonradan Gülbəniz
olduğunu bildiyi tanımadığı bir qadının əlində pulqabı olduğunu görüb, ani olaraq həmin pulqabını
ələ keçirmək fikrinə düşmüşdür. İçkili olduğu üçün özünə hesabat vermədən belə qərara
gəlib qadını izləyərək onun arxasınca getməyə başlamışdır. Qadın «Bazar Store»
marketinin
yanında
olan
beşmərtəbəli
binanın
bloklarından
birinə
girmişdir.
Evinə
getdiyini düşündüyü həmin qadının arxasınca o da bloka girmiş, üçüncü mərtəbəyə çıxdığı
anda arxadan cəld qadına yaxınlaşaraq, onun əlindəki pulqabını dartıb götürərək,
pilləkənlərlə üzüaşağı qaçaraq blokdan çıxmışdır. Həmin beşmərtəbəli binadan bir qədər
aralandıqdan sonra pulqabını açmış və onun içərisində bir ədəd həmin qadına məxsus
şəxsiyyət vəsiqəsi, bir ədəd «Samsung» markalı telefon, bir ədəd «Nokia» markalı telefon,
həmçinin 23 manat pul olduğunu görmüşdür. 23 manat pulu və iki ədəd telefonu götürüb
həmin pulqabını içərisindəki şəxsiyyət vəsiqəsi ilə birlikdə yaşadığı evin yaxınlığında olan
zibil yeşiyinə atmışdır. Mobil telefonları istifadə edəcəyi və ya satacağı halda tutula
biləcəyini düşünərək onları əzmiş, sonradan da «Samsung» markalı telefonu Sumqayıt
səhərindəki «Simurq» restoranının yanında olan qazanxananın damına, «Nokia» markalı
tzelefonu isə Tağıyev qəsəbəsində qonşunun damına tullamış, 23 manat pulu isə özünün
səxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, yəni 21 aprel 2016-cı il tarixdə
Sumqayıt şəhərinin 14-cü məhəlləsinin ərazisində olarkən saat təxminən 23 radələrində tanımadığı,
sonradan
adının
Günel
olduğunu
bildiyi
qadının
əlində
pulqabı
olduğunu
görüb onu izləməyə başlamışdır. Həmin qadın Sumqayıtdakı 14-cü məhəllənin ərazisində
olan yaşayış binasının bloklarından birinə daxil olmuş, o da qadının arxasınca bloka
girmişdir. Üçüncü mərtəbəyə çatanda yaxınlaşıb cəld hərəkətlə həmin qadının əlindəki
pulqabını alıb qaçmışdır. Günel çığırıb səs-küy salmış, amma onun arxasınca gəlməmişdir.
Blokdan çıxıb bazara tərəf qaçmış, sonra marşrut avtobusuna minərək Tağıyev qəsəbəsinə
getmişdir. Həmin pulqabının içərisindən 26 manat pul, qulaqcıq, «Socar» qaz kartı və
kiçik kağızlar aşkar etmişdir. 26 manat pulu və qulaqcığı götürüb pulqabını içərisindəki
qaz kartı və kağızlarla birlikdə yaşadığı Tağıyev qəsəbəsindəki zibil qutusuna tullamışdır.
Qulaqcığı yaşadığı evə aparıb qonaq otağındakı komyuter stolunun altına qoyub orada
saxlamış, pulu isə şəxsi ehtiyaclarına xərcləmişdi. Səhərisi gün, yəni 22 aprel 2016-cı il də saat
təxminən 20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Məktəbli» mağazasının
yaxınlığında dayandığı vaxtda yanında iki azyaşlı uşaq olan, sonradan adının Olqa olduğunu bildiyi
sarışın qadını görmüşdür. Uşaqların əlindən tutub addımlayan Olqanm sol qoltuğunun altında
tutduğu pulqabı diqqətini cəlb etmiş, ani olaraq həmin pulqabını dartıb götürərək qaçmaq qərarına
gəlmişdir. Ona görə də qadının arxasınca hərəkət etmiş, binaların arasında ona yaxınlaşaraq
qoltuğunun altında olan pulqabını arxadan dartıb götürərək qaçmışdır. Bir neçə bina aralandıqdan
sonra həmin pulqabının içərisinə baxaraq orada bir ədəd açar, açarın üstündə «A» şəkilli brelok, 26
manat pul, beş ədəd 1 dollarlıq əskinaslar, «Azərsu» kartı və metropoliten kartı aşkar etmişdir.
Açarın üzərindəki breloku çıxarıb öz evinin açarına keçirmiş, açarı, habelə pulqabının içərisində
olan kartları və digər kağız parçalarını küçədə, pulqabının özünü isə «Sumqayıt» sözü yazılmış
lövhənin arxasındakı yaşıllıq zolağına tullamışdır. Pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir.
3
Sonuncu hadisədən üç gün sonra Sumqayıt şəhərində olduğu vaxt ona polis əməkdaşları yaxınlaşıb
özlərini təqdim etmiş, sonra onu polis bölməsinə aparmışlar. Bölmədə olarkən törətdiyi hər üç
soyğunçuluq hadisəsini səmimi şəkildə etiraf etmişdir. Daha sonra telefonları və pulqabını tulladığı
yerlərdən, həmçinin qulaqcığı yaşadığı evdən götürüb polis əməkdaşlarına təhvil vermişdir.
Törətdiyi əməllərdən çox peşmandır, ailənin tək oğludur, az müddət öncə əsgəri xidmətini başa
çatdırıb evə qayıtmışdır. Ailədə başqa işləyənləri yoxdur, ikinci qrup əlil olan atası isə iflic
olduğundan yataq xəstəsidir, tək bacısı isə nişanlıdır və o, ailə qurduqdan sonra valideynlərinə baxa
biləcək kimsələri yoxdur. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş
şəxslərin ona qarşı heç bir tələb, şikayət və iddiaları yoxdur. Məhkəmədən ona cəza təyin edərkən
bütün bu halların nəzərə alınmasını xahiş etmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları
məcmu halında qiymətləndirərək baş vermiş cinayət əməlinin tövsüfü ilə bağlı düzgün hüquqi
nəticəyə gəlmişdir.
Birinci instansiya məhkəməsi cinayət işinin materiallarını, təqsirləndirilən şəxsin,
zərərçəkmiş şəxslər Həmzalova Gülbəniz Allahverdi qızı, Məmmədova Günel Fikrət qızı, Səlimova
Olqa Nazim qızının, şahidlər Şəkərov Ramin Vahid oğlu, Əliyev Fuad Xanbala oğlu və Cəlilov
Rövşən Cəlil oğlunun ifadələrini, o cümlədən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyun
2016-cı il tarixli rəyini , «Baxış keçirmə və götürmə», «İfadənin yerində yoxlanılması» barədə 26
aprel 2016-cı il tarixli protokolları araşdıraraq haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Yaqubov
Nüsrət Qurban oğlu özgənin əmlakını təkrarən açıq talamışdır.
Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut
mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış
bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət
verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların
elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və
yekun nəticəyə gəlməyə imkan yaratmış olsun.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini
rəhbər tutmaqla məhkumun verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir.
Bundan əlavə, məhkəmə kollegiyası məhkumun psixi durumunun şübhəli olması ilə bağlı
apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər 3№-li xəstəxananın 03 iyul
2016-cı il tarixli, 380 saylı məktubundan görünür ki, Yaqubov Nüsrət Qurban oğlu Sumqayıt şəhər
3№li xəsəxananın poliklinika şöbəsində, psixiatrik dispanser müşahidəsində yoxdur.
Həmçinin, iş materiallarından görünür ki, Yaqubov Nüsrət Qurban oğlu 2014-2015-ci illər
ərzində 157№-li hərbi hissənin 120 mm Minaatan Batareya 1-ci taqım 4-cü minaatan komandiri
vəzifəsində xidmət etmiş və xidmətdə olduğu müddət ərzində hərbi hissə komandanlığı tərəfindən
müsbət xarakterizə olunmuşdur.
Məhkumun müdafiəçisinin dəlillərini apelyasiya şikayətləri hüdudlarında yoxlayan məhkəmə
kollegiyası eyni zamanda qanunun normalarına riayət edilməsini tam həcmdə araşdıraraq hesab edir
ki, cinayət əməlinin tövsüfü ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələr
məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandığından, apelyasiya şikayəti rədd
edilməlidir.
Məhkuma azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair müdafiəçinin
çıxışını dinləyən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan
Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün kifayət qədər əsaslar yoxdur. Belə ki, birinci
instansiya məhkəməsi məhkum Nüsrət Yaqubova cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət
törətməsini, eyni zamanda iş, yaşayış və hərbi xidmət yeri üzrə müsbət xasiyyətləndirilməsini,
zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsini və ona qarşı şikayətin olmamasını, atasının
ikinci dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır.
Cinayətin məqsəd və motivini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilmə hallarını və
epizodlarını nəzərə alan məhkəmə kollegiyası məhkuma həbslə əlaqədar olmayan cəza təyin
edilməsi üçün kifayət qədər əsaslar görmür və onun cəza çəkmədən islah olunmasının
4
qeyri-mümkünlüyünə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci
maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A
A L D I :
Yaqubov Nüsrət Qurban oğlunun Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə
məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmü
dəyişdirilmədən saxlanılsın.
Apelyasiya şikayəti təmin edilməsin.
Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş
müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kasassiya şikayəti
və kasassiya protesti verilə bilər.
Sədrlik edən hakim imza:
Hakimlər imzalar:
Əsli ilə düzdür hakim
Mübariz Zeynalov
5
Dostları ilə paylaş: |