İş №
2(107)-1634/2016
surət
Azərbaycan Respublikası adından
Q
Ə R A R D A D
23 noyabr 2016-
cı il
Şəki şəhəri
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası
Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Kamil İsmayıl
oğlu
və Rəfiyev Rövşən Rafiq
oğlundan ibаrət tərkibdə,
Hünmətov Zaur Adil
оğlunun katibliyi ilə,
Şəki Rayon Məhkəməsi
nin 11 oktyabr 2016-
cı il tarixli 2(075)
-6836/2016
nömrəli qərardadından
iddiaçı
“Unibank” KB ASC tərəfindən verilmiş şikayətə
a
çıq məhkəmə iclasında
baxaraq
M ü ə y y ə n e t d i :
Şəki Rayon Məhkəməsi
nin 11 oktyabr 2016-
cı
il tarixli 2(075)-6836/2016
nömrəli qərardadı
ilə
iddiaçı “Unibank” KB Açıq Səhmdar Cəmiyyətinin
(“Unibank” KB ASC)
cavabdehlər Hüseynov Mirzəli
Abbas oğlu, Hüseynova
L
imon Rəfael qızı və Hüseynova Dilarə Yusif qızına qarşı kreditin, kredit
faizlərinin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutumanın yönəldilməsi
tələbinə dair iddia
ərizəsi baxılmamış saxlanılmışdır.
İddiaçı
“Unibank” KB ASC
Şəki Rayon Məhkəməsi
nin 11 oktyabr 2016-
cı il tarixli 2(075)
-
6836/2016
nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın
ləğv edilməsi
ni
xahiş
etmişdir.
Şikayət belə əsaslandırılmışdır ki
,
Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2016
-
cı il tarixli 2(075)
-
6836/
2016 nömrəli qərardadı aşağıda qeyd olunan səbəblərə görə qanunsuz və əsassız olduğundan
ləğv edilməlidir.
Həmin mülki iş üzrə “Unibank” KB ASC məhkəməyə göndərdiyi iddia ərizəsində
ipoteka qoyan şəxs Hüseynov Abbas Zülfəli oğlunun vəfat etməsi (10.06.2016
-
cı il tarixli AR DİN
MAPS Şöbəsinin arayışına əsasən 26.11.2015
-
ci il tarixdə ölü
m
səbə
b
i ilə qeydiyyatdan çıxıb) barədə
məlumat əldə etdikdən sonra həmin şəxsin cavabdeh siyahısında adını qeyd etməmişdir. Çünki
Hüseynov Abbas Zülfəli oğlunun vəfat etdiyinin bəlli olduğu 26.11.2015
-
ci il tarixindən hazırkı
vaxtadək təxminən 11 (on bir) aya yaxın bir müddət keçməsinə baxmayaraq onun qanun üzrə hüquqi
varisləri olan oğlu Hüseynov Mirzəli Abbas oğlu və həyat yoldaşı Hüseynova Dilarə Yusif qızı
ipoteka
predmet
i olan miras qalmış əmlakla bağlı vərəsəlik şəhadətnaməsi almamışlar. Bu səbəbdən vəfat
edən şəxsin hüquqi varisi qismində tanınmasına dair qərardad qəbul edilməsi ilə bağlı nəhkəmə
iclasında təqdim olunmuş ərizə isə əsassız olaraq bankın nümayəndəsinə geri qaytarılmış və mülki
işin baxılmamış saxlanıldığı bildirilmişdir. Vəfat etmiş şəxsin vərəsələri tərəfindən vəfat etmiş şəxsə
məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin
alınması üçün notariat kontoruna müraciət olunmaması o demək deyil ki, həmin əmlak miras kimi
vərəsələr tərəfindən qəbul edilməmişdir. Bundan əlavə mülki qanunvericiliyə əsasən mülkiyyətçinin
dəyişməsindən asılı
olmayaraq ipotekaya xitam verilmir
və ipoteka ilə yüklü edilmiş əmlak ilk növbədə
ipoteka saxlayanın maraqlarına cavab verməlidir (yəni vərəsələr miras qoyanın kreditorlarının
mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam
ödəməyə borcludurlar). İş üzrə ərizənin baxılmamış saxlanılması isə iddiaçı bankın öz hüquqlarından
istifadə etməsini məhdudlaşdırır. Ona görə də iş üzrə iddia tələbinə baxılması üçün kifayət qədər
əsaslar mövcuddur və mülkiyyətçinin kimliyindən asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun
olaraq borclu şəxsdən kredit borcu tutulmalı, borcun tutulması isə ipoteka ilə yüklü edilmiş əmlaklara
yönəldilməlidir.
Şəki Rayon Məhkəməsinin 27 oktyabr 2016
-
cı il tarixli
2(075)-6836/2016
nömrəli
qərardadı ilə
iddiaçı “Unibank” KB ASC
-in
Şəki Rayon Məhkəməsinin 11 ok
tyabr 2016-
cı il tarixli qərardadından
verdiyi
şikayə
t
təmin edilməmiş və şikayət baxılması üçün
mülki işlə birgə
Şəki Apellyasiya
Məhkəməsinə göndərilmişdir.
Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Hüseynov Mirzəli Abbas oğlu
şikayətin
təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2016
-
cı il tarixli 2(075)
-6836/2016
nömrəli
qərardadının
dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
2
Məhkəmə kollegiyasının iclasının vaxtı və
yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə
baxmayaraq
iddiaçı “Unibank” KB ASC və
digər
cavabdeh
lər
Hü
s
eynova Limon Rəfael qızı və
Hüseynova Dilarə Yusif qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri
barədə məhkəmə kollegiyasına məlumat verməmişlər
.
Məhkəmə kollegiyası Azərbаycаn
Respublikаsının
M
ülki
Prosessual M
əcəlləsinin
376.2-
ci mаddəsinə əsаsən işə onların
iştirakı
olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir
ki,
iddiaçı “Unibank” KB ASC
tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Rayon
Məhkəməsi
nin 11 oktyabr 2016-
cı il tarixli 2(075)
-6836/2016
nömrəli
qərardadı
və həmin
qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə
27 oktyabr 2016-
cı il tarixli
qərardadı
dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
İş materiallarında olan, iddiaçı “
Unibank
”
KB ASC tərəfindən məhkəməyə təqdim edilmiş 22
aprel 2016-
cı il tarixli PKKİED/9168 saylı ipoteka predmetinə məhkəmə qaydasında tutmanın
yönəldilməsi haqqında bildirişin ipoteka qoyan Hüseynov Abbas Zülfəli oğluna çatmasına dair poçt
qəbzində
n
görünür ki, həmin bildiriş 26 aprel 2016
-
cı il tarixdə Hüseynov Abbas Zülfəli oğluna təqdim
edilmişdir.
İş materiallarında
olan məhkəmə sorğusu əsasında Şəki
R
ayon Qeydiyyat Şöbəsi tərəfindən
göndərilmiş 06 oktyabr 2016
-
cı il tarixli arayışdan görünür ki, Hüseynov Abbas Zülfəli oğlu
22 oktyabr
2015-
ci il tarixdə vəfat etmişdir.
Göründüyü kimi, ipoteka qoyan
Hüseynov Abbas Zülfəli oğlu 22 oktyabr 2015
-
ci il tarixdə vəfat
etdiyi halda, bun
dan 6 ay sonra, yəni 26 aprel 2016
-
cı il tarixdə iddiaçı “Unibank” KB ASC tərəfindən
göndərilən ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişi
qəbul
edə bilməzdi.
Azərbaycan Respublikasının
MPM-in 259-
cu maddəsinə əsasən
,
məhkəməyə müraciət etmiş
iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi
barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında
müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı
itirilməmişsə; ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; ərizə imzalanmadıqda,
yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; eyni
tərəflər arasında,
eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər
məhkəmənin icraatında varsa; qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər
məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl
mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa; işə onların
iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan
baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin
mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; qanuna, digər normativ hüquqi akta və müqaviləyə
əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun
alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; dövlət qeydiyyatından
imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə
yarandığı aşkar edilərsə; hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə
baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; iddia ərizəsinin qaytarılması
barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;
ərizə bu
Məcəllənin 149
-
cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən,
eləcə də bu Məcəllənin
150.0.1-150.0.3-
cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim
tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik
törədən həmin
nöqsanları aradan qaldırmadıqda
ərizə baxılmamış saxlanılır.
İş
materiallarından
görünür ki, “Unibank” KB ASC ilə Hüseynov Mirzəli Abbas oğlu
nun
arasında
bağlanmış
15.09.2011-ci il tarixli
23EM/11 nömrəli əsas kredit müqaviləsinə əsasən bank
tərəfindən
borcalana 15.09.2016-
cı il tarixədək qaytarmaq şərti ilə 21700 (iyirmi bir min yeddi yüz) manat
məbləğində kredit ver
il
mişdir.
“Unibank” KB ASC ilə Hüseynov Abbas Zülfəli oğlu və üçüncü şəxs
qismində Hüseynov Mirzəli Abbas oğlu arasında bağlanmış 15.09.2011
-ci il tarixli 23EM
i/11 nömrəli
ipoteka müqaviləsinə əsasən
Hüseynov Abbas Zülfəli oğluna məxsus olan və ipoteka
predmeti kimi
çıxış edən Şəki şəhəri
Bəxtiyar Məmmədov küçəsi dalan 1
-
də mülkiyyətində olan 0,04 ha torpaq
sahəsi və həmin sahədə yerləşən 3 nömrəli
1 mərtəbəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur.
11
dekabr 2014-
cü il tarixli, 19EMk/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən
borcalana
verilmiş kreditin məbləği
25000 (iyirmi beş min) ABŞ dolları təşkil edir. Kredit 21 ay
müddətinə, 11.09.2016
-
cı il tarixədək illik 23 % faiz ödəmək şərtilə verilmişdir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33
-
cü maddəsinə əsasən
borclu
əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi
üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
3
Həmin Qanunun
36.2.3-
cü maddəsinə əsasən
,
ipoteka predmetinə tutmanın yönəldilməsi
haqqında bildirişdə
məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin
ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla,
məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında
razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya
məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq öz əksini tapmalıdır.
Məhkəmə kollegiyası qeyd edir ki, Hüseynov Abbas Zülfəli oğlu 22 oktyabr 2015
-
ci il tarixdə
vəfat etdiyindən ipoteka qoyanın varisləri müəyyən edilməli
olduğu halda
,
iddiaçı yuxarıda
qeyd
olunan
qanunvericilik normasında
nəzərdə tutulmuş işin məhkəməyə qədər həlli proseduruna əməl
etməmiş, bu barədə ipoteka qoyanın varislərini məlumatlandırmamışdır.
Bu iş materiallarına əlavə
edilmiş 22.04.2016
-
cı il tarixli PKKİED/9169 nömrəli ipoteka predmetinə məhkəmə qaydasında tutma
yönəldilməsi barədə bildirişdən də görünür.
MPM-in 149.2.4-
cü maddəsinə əsasən
,
müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla
bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama
salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir.
Həmin Məcəllənin 150.0.7
-
ci maddəsinə görə,
müqavilə ilə və ya həmin kateqoriya mübahisələr
üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə
qədər və ya pretenziya
qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir.
Göründüyü kimi tərəflər arasıda bağlanmış ipoteka müqavilsinə əsasən cavabdeh Hüseynov
Abbas Zülfəli oğlunun mülkiyyətində olan Şəki şəhəri Bəxtiyar Məmmədov küçəsi dalan 1 ünvanında
yerləşən 3 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,04 ha torpaq sahəsi iddiaçı “Unibank” KB ASC
-
in xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı “Unibank” KB ASC cavabdehlə arasında bağlanmış
kredit
müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsini, cavabdehlərin isə öz üzərlərinə düşən
öhdəlikləri icra etməmələrini əsas göstərərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Lakin iddiaçı “Unibank” KB ASC məhkəməyə müraciət etməmişdən əvvəl, İpoteka Haqqında
Azərbaycan Respublikası Qanununun 36.2.3
-
cü maddəsində nəzərdə tutulmuş mübahisənin
məhkəməyə qədər həlli proseduruna əməl etməmiş, ipoteka qoyanın varisini (varislərini) müəyyən
etməmiş, ipoteka predmetinə tutmanın məhkəmə qaydasında yönələcəyini əks etdirən xəbərdarlığı
ipoteka qoyanın varisinə (varislərinə) göndərməmişdir. İddiaçı işin qabaqcadan mə
hk
ə
m
ə
d
ə
n k
ə
nar
(pretenziya) h
ə
ll edilm
ə
si proseduruna
ə
m
ə
l etm
ə
s
ə
d
ə
,
bu qaydanı tə
tbiq etm
ək imkanı itirilməmişdir.
Məhkəmə kollegiyasına görə, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış
saxlamaqla düzgün nəticəyə gəlmişdir. İddiaçının şikayəti əsassız olduğuna görə, təmin
edilməməlidir.
MPM-in 398.0.1-ci
maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb
qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin
.
Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız
olduğundаn təmin
edilməməli
,
Şəki Rayon Məhkəməsi
nin 11 oktyabr 2016-
cı il ta
rixli 2(075)-6836/2016
nömrəli
qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə
27 oktyabr 2016-
cı il
tarixli
qərardadı
dəyişdirilmədən saxlanılmalıdır
.
Göstərilənlərə əsasən və
MPM-in 263-264, 397-398, 400, 402-406-c
ı
maddələrini rəhbər
tutaraq,
məhkəmə kollegiyası
Q ə r a r a a l d ı
:
İddiaçı
“Unibank” KB ASC
tərəfindən verilmiş şikayət təmin edilməsin
.
Şəki Rayon Məhkəməsi
nin 11 oktyabr 2016-
cı il tarixli 2(075)
-6836/2016
nömrəli qərardadı
və
həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə
27 oktyabr 2016-
cı il tarixli
qərardadı
dəyişdirilmədən saxlanılsın
.
Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir.
Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyas
i
ya Məhkəməsi
vasitəsi ilə Аzərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə,
şikayət vermə müddəti qərardadın e
lan o
lunduğu vaxtdan hesablanır.
Sədrlik edən: imza var
Hakiml
ər: imzalar var
Düzdür
Hakim
Gündüz Abbasov
Dostları ilə paylaş: |