TARİX VƏ MƏDƏNİYYƏT
ABİDƏLƏRİNİN
MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ
TÖVSİYƏLƏR
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin
“Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi
və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran
vəzifələr” layihəsi çərçivəsində
Prof. Dr. Qafar Cəbiyev, Dr. Fariz Xəlilli,
Arzu Soltan, Rəşad İbrahimov, Albina Rzayeva
BAKI 2013
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
2
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
tərəfindən maliyyələşib
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
3
Müstəqillik dövründə Azərbaycan dövləti tərəfindən ölkəmizdə
mədəni irsin qorunmasına, öyrənilməsinə və təbliğinə qayğının və
dəstəyin durmadan artdığı hər kəsə yaxşı bəllidir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu
sahəyə olan diqqət və qayğısı xüsusi qeyd olunmalıdır. Məsələn, artıq
bir neçə ildir ki, ölkə prezidenti arxeoloji tədqiqatlar üçün büdcədə
nəzərdə tutulduğundan əlavə olaraq milyonlarla manat vəsait ayırır.
Göytəpə neolit dövr abidəsinin konservasiyası üçün də prezident
fərmanı ilə vəsait ayrılıb. Heydər Əliyev Fondunun, şəxsən ölkənin
birinci xanımı Mehriban Əliyevanın bir çox mədəni irs layihələrinin
təşəbbüsçüsü və himayəçisi olduğunu da minnətdarlıq hissi ilə qeyd
etmək lazımdır.
Bununla belə yerlərdə mədəni irs abidələrimizin əhəmiyyəti hələ
ki, yetərincə başa düşülmür, dövlət tərəfindən mühafizə olunmalarına
rəğmən dağıdılır, korlanır, zibillənir və s. Əlbəttə, bu cür xoşagəlməz
hallar hər şeydən öncə, əhalinin böyük bir qisminin məlumatsızlığı,
ictimai məsuliyyətin olmaması və yerlərdə lazımi maarifləndirmə
işlərinin aparılmaması ilə bağlıdır. Məsələn, XX əsrin 20-ci illərində
ermənilər şayiə yaymışdılar ki, Azərbaycan ərazisində geniş yayılmış
daş-qoç abidələrinin baş hissəsində qızıl var. Yerli sakinlər də bu cür
şaiyələrə uyaraq Lənkəran, Qarabağ, Borçalı, Şamaxı, Naxçıvan və
digər bölgələrdə qarşılarına çıxan əksər daş-qoç abidələrinin başlarını
qıraraq guya qızıl tapmaq ümidində olmuşlar.
Kütləvi qızıl axtarışı kurqanlar, türbələrin günbəzləri, qalalar və s.
yerlərdə də intensiv hal alıb. Müşahidələr göstərir ki, bu cür hallara
qarşı aidiyyatı orqanlar, o cümlədən hüquq-mühafizə orqanlarının
verdiyi sərt reaksiya da hər zaman effektiv olmur. Yerli sakinlər isə, belə
məlumatları əksər hallarda gizlədirlər. Əgər hələ də bir çox yerlərdə
arxeoloji qazıntı sahələri arxeoloqlar gedəndən sonra yerli əhalinin
zibil tulladığı yerə çevrilirsə, əgər xatirə abidələrimizdə mal-heyvan
kölgələnirsə, tarixi tikililərin divarları korlanırsa, əgər gələn turistə
orada “hər hansı bir unikal abidənin olmadığını” vurğulayıb istiqamət
dəyişdirilirsə, onda yerlərdə maarifləndirmə işinin aparılmasının
aktuallığı və əhəmiyyəti anlaşılar. Belə olan halda, nə etməli?
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
4
Təbiidir ki, mədəni irsi qorumaq məqsədilə ictimai fəallığı və
məsuliyyəti artırmaq üçün ictimai birliklərin də üzərinə böyük iş düşür.
Əgər mədəni irslə məşğul olan mütəxəssislər yerli sakinlərlə müvafiq
iş aparsalar, bölgələrdə abidələrin qorunmasına və onların təbliğinə
insanları inandırsalar və səfərbər etsələr, bu, gələcək nəsillərə nəinki
dövlətin, eləcə də hər birimizin layiqli töhfəsi olar.
Bunları nəzərə alaraq, MİRAS Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyi olaraq biz “Azərbaycanda tarix və mədəniyyət
abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və
qarşıda duran vəzifələr” layihəsini hazırladıq. Layihəmiz Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası tərəfindən bəyənildi və biz 2013-cü il may
ayının 1-dən etibarən həmin layihəni həyata keçirməyə başladıq.
Layihənin məqsədi mədəni irsimizə aidiyyatı qurumlar, o cümlədən
yerli təşkilatlar və geniş ictimaiyyətin münasibəti sahəsindəki
problemləri ilk dəfə bir ictimai birliyin səyləri nəticəsində üzə
çıxarmaq, mütəxəssis araşdırmaları, təklif və tövsiyələri, keçirilən
ictimai müzakirələr, çəkilən film vasitəsilə şəhər və kənd sakinləri,
abidələrə yaxınlıqda yaşayan insanları maarifləndirmək, bununla
da mədəni irsimizin mühafizəsi və təbliği sahəsində görülən işləri
stimullaşdırmaqdır.
Bu məqsədə çatmaq üçün layihə qarşısında aşağıdakı vəzifələr
qoyulmuşdur:
- Azərbaycanın 2 bölgəsində - Şirvan və Gəncə-Qazax bölgələrində
mədəni irsə ictimai münasibəti araşdırmaq;
- Bölgələrdə əhalini maarifləndirməyə xidmət edəcək ictimai
müzakirələr keçirmək.
Araşdırmalar mütəxəssislərin seçimi əsasında müəyyən edilmiş
hər bölgənin 3 mədəni irs abidəsində - toplam 6 abidədə aparıldı.
Həmin abidələr haqqında yerli əhalinin tarixi bilgilərindən başlayaraq,
qorunmasına, ictimai məsuliyyətin sorğulanmasına qədər araşdırıldı.
Bu məqsədlə sorğu-anketlərdən istifadə olunub. Yekunda hər bölgə
üçün ayrıca araşdırma sənədi (raport) hazırlanıb və ümumi vəziyyəti
göstərən, təklif və tövsiyyələri də əhatə edən 30 səhifəlik “Tarix və
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
5
mədəniyyət abidələrinin mühafizəsi və təbliği: araşdırma, təklif və
tövsiyyələr” kitabçası, yəni bu kitabça nəşrə təqdim olunub. “Mədəni
irsimizə ictimai münasibət” adlı videorolik hazırlanıb. Və, nəhayət,
araşdırmaların yekunları aidiyyatı bölgənin iri şəhərlərində keçirilən
müzakirələrdə ictimaiyyətin diqqətinə çatdırılıb.
Düşünürük ki, layihə çərçivəsində görülən işlər və əldə olunan
nəticələr Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbələri,
regional bölmələri, AMEA-nın müvafiq institutları, bütövlükdəalimlər,
doktorantlar, magistrlər, tələbələr, yerli sakinlər, KİV-lər, yerli və
beynəlxalq mədəni irs tədqiqatçıları və mədəniyyətşünaslar üçün
faydalı olacaqdır. Deyilənlərə onu da əlavə edək ki, layihə çərçivəsində
araşdırmalar Ağsu, Gəncə, Qazax, Şamaxı, İsmayıllı və Şəmkir
rayonlarında aparılıb. Seminarlar isə, Gəncə və Şamaxı şəhərlərində
təşkil olunub.
Layihə çərçivəsində araşdırılan 6 abidədən biri Sarıtəpə qədim
yaşayış məskənidir.
Məlumat üçün bildirək ki, Sarıtəpə qədim yaşayış məskəni Qazax
şəhərinin qərb qurtaracağında yerləşir. Tədqiqatlar nəticəsində
müəyyən olunmuşdur ki, yaşayış yeri hələ tunc dövrünün sonu,
dəmir dövrünün əvvəllərində meydana gəlmiş və e.ə. I minilliyin son
rübünədək orada yaşayış davam etmişdir.
Sarıtəpə abidəsi 100 metr diametri və 10 metr hündürlüyü olan
möhtəşəm təpədən ibarətdir. 1956-1958 illərdə orada Azərbaycan
SSR Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşları tərəfindən
tədqiqat işləri aparılmışdır.
Görkəmli arxeoloq İdeal Nərimanovun rəhbərliyi ilə aparılmış
arxeoloji qazıntılar zamanı Sarıtəpədə təsərrüfat və dini xarakterli
binalar aşkara çıxarılmışdır. Müəyyən olunmuşdur ki, bu abidələr öz
xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil,
geniş ictimaiyyətə məxsus olmuşdur. Alimlərin əksəriyyəti Sarıtəpəni
böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər. Orada
tapılan iki ədəd sütun altlıqları bütün Qafqaz üçün unikal tapıntı sayıla
bilər. Onlar bir çox əlamətlərinə görə qədim İranın Suz və Persopol
şəhərlərindəki memarlıq abidələrinə oxşardır. Bu isə sübut edir ki,
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
6
QAZAX
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
7
QAZAX
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
8
Sarıtəpədə üzə çıxarılan sütun altlıqları Yaxın Şərq analoqlarına uyğun
olaraq e.ə. V-IV yüzilliklərə aiddir.
Lakin apardığımız monitorinq və sorğular zamanı məlum oldu
ki, hazırda abidə qorunmur, abidənin qorunması haqqında heç bir
göstərici yoxdur və bu səbəbdən də acınacaqlı vəziyyətdədir. Məlumat
üçün bildirək ki, layihə çərçivəsində apardığımız sorğularda əsasən
yerli mədəniyyət və turizm şöbələrinin əməkdaşları, bələdiyyə üzvləri,
muzey işçiləri, müəllimlər, məktəblilər, taksi sürücüləri və abidəyə
yaxın ərazidə yaşayan yerli sakinlər iştirak ediblər.
Sorğunun nəticələri göstərdi ki, abidənin adı ilə bağlı fikir
müxtəlifliyi yoxdur. Belə ki, sorğuda iştirak edən 10 nəfərdən 9-u Qazax
rayonunda yerləşən abidəni Sarıtpə kimi tanıdığını bildirib. 1 nəfər
isə bilmədiyini qeyd edib. Sorğuda iştirak edənlərdən 6 nəfəri orada
hündür sarı rəngli təpə olduğuna görə abidənin belə adlandırdığını qeyd
edib. 3 nəfər təpənin adıyla bağlı heç nə bilmədiyini, 1 nəfər isə onun
içərisindən sarı rəngli əşyalar tapıldığına görə belə adlandırıldığını
bildirib.
Sorğuda iştirak edənlərin 7 nəfəri abidənin turistlər tərəfindən
ziyarət olunmadığını, 2 nəfəri turistlərin abidəni ziyarət etdiyini
görmədiyini, 1 nəfər isə heç nədən xəbərinin olmadığını bildirib.
Rəyi soruşulanlardan 6 nəfəri abidənin qorunmadığını, 1 nəfər
qorunduğunu, 1 nəfər qorunması ilə bağlı məlumatlı olmadığını, 2
nəfər isə onun özəlləşdirildiyini qeyd edib.
Sorğuya cəlb olunanlardan 8 nəfəri abidənin tanınması üçün onun
təbliğ olunmasına ehtiyac olduğunu deyib. Bildiriblər ki, Sarıtəpə
abidəsinin öyrənilməsi Azərbaycan tarixini öyrənmək baxımından çox
əhəmiyyətli ola bilər. 1 nəfər bu bölgədə yaşayan insanlardan məlumat
toplamağın əhəmiyyətli olduğunu, 1 nəfər isə abidə dağıdıldığı üçün onu
öyrənməyin heç bir əhəmiyyətinin olmadığını qeyd edib.
Abidə haqqında məlumat o qədər azdır ki, rəyi soruşulanlardan
7 nəfəri orada qorunmalı heç nə olmadığını deyib, 2 nəfər fikir
bildirməyib, 2 nəfər isə təpənin özəlləşdirildiyini qeyd edib.
Monitorinq qrupunun üz tutduğu növbəti abidə Orta əsr Şəmkir
şəhəri olub.
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
9
ŞƏMKİR
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
10
Orta əsr müəllifləri Azərbaycanın abad və nemətlərlə zəngin
şəhərləri sırasında Şəmkirin də adını çəkirlər.
Məlumat üçün bildirək ki, orta əsr Şəmkir şəhərinin xarabalıqları
Şəmkirçayın sol sahilində, Azərbaycan Respublikasının Şəmkir
rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin təsviri
onun orta əsr düzən şəhərləri üçün səciyyəvi olan bütün əlamətlərə
malik olduğunu göstərir. Şəmkirin 2007-ci ildə çəkilmiş topoplanı
şəhərin dördbucaqlıya yaxın plan quruluşunu müəyyənləşdirməyə
imkan verir. Orta əsr Şəmkir şəhər yerinin öyrənilmə tarixi XIX əsrin
ilk rübündən başlansa da, orada geniş miqyaslı arxeoloji qazıntılar
yalnız XXI əsrin ilk onilliyinə təsadüf edib.
Regionların İnkişafı İctimai Birliyinin dəstəyilə 2006-2013-
cü illərdə Şəmkir şəhər yerində altı sahədə genişmiqyaslı arxeoloji
qazıntılar aparılmışdır.
Xatırladaq ki, hazırda da orada arxeoloji tədqiqatlar davam
etdirilməkdədir.
Bütün bunlara baxmayaraq layihə çərçivəsində apardığımız sorğu
zamanı əhalinin abidə haqqında müxtəlif və həm də ziddiyyətli
məlumatlara malik olduğu aşkarlandı. Belə ki, sorğuların nəticələri
göstərir ki, əhali arasında “Şəmkir” toponiminin izahı ilə bağlı fikir
müxtəlifliyi var. Belə ki, sorğuda iştirak edən 12 nəfərdən 6 nəfəri onu
Şəmkir qalası, 5 nəfəri Orta əsr Şəmkir şəhər yeri, 1 nəfər isə Nadirşah
qalası kimi tanıdığını bildirib. Onlardan 8-i bu adı heç nə ilə əsaslandıra
bilməyib, 3 nəfər Şəmkirdə yerləşdiyi üçün belə adlandırıldığını, 1
nəfər isə “Şam” və “Kür” sözlərindən əmələ gəldiyini düşündüyünü
qeyd edib.
Rəyi soruşulanlardan 4 nəfəri abidənin xronoloji cəhətdən orta
əsrlərə, 1 nəfər VII əsrə, 3 nəfər IV-VI əsrlərə, 1 nəfər IX-XII əsrlərə,
1 nəfər isə XV-XVI əsrlərə aid edildiyini deyib. 2 nəfər isə Şəmkir
abidəsinin tarixi haqqında dəqiq məlumatının olmadığını qeyd edib.
Sorğuda iştirak edənlərdən 7 nəfəri abidədə mütəmadi olduğunu, 3
nəfəri 1 il əvvəl olduğunu, 2 nəfəri heç olmadığını deyib.
Sorğuda iştirak edənlərin hamısı turistlərin abidəni tez-tez ziyarət
etdiyini bildiriblər və abidənin qədimliyi, memarlıq xüsusiyyətləri,
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
11
orada aparılan qazıntılar və aşkar olunan tapıntıların turistlər üçün
cəlbedici olduğunu deyiblər.
Rəyi soruşulanlardan 11 nəfəri abidənin yaxşı qorunduğunu və
dövlət tərəfindən ora diqqət ayrıldığını qeyd edib. Sorğuda iştirak
edənlərdən yalnız 1 nəfəri abidənin yaxşı qorunmadığını düşünür.
Abidəyə gedən yola gəlincə, sorğuya qatılanlardan 7-si onu bərbad, 5-i
isə normal hesab edir.
12 nəfərin hamısı abidənin tanınması üçün onun təbliğ olunmasına
ehtiyac olduğunu deyib və bildiriblər ki, bu abidənin öyrənilməsi
yalnız Azərbaycan tarixini deyil, ümumiyyətlə, müsəlman tarixini və
Şərq tarixini öyrənməkdə də əhəmiyyətli ola bilər.
Rəyi soruşulanlardan 10 nəfəri abidənin bərpa olunması ilə bağlı
heç bir problem olmadığını deyib. 1 nəfər məlumatsız olduğunu
bildirib. 1 nəfər isə abidənin bərpası üçün vəsaitin azlığını vurğulayıb.
Rəyi soruşulanlardan 11 nəfəri məktəblilərin və gənclərin abidəyə
yüksək maraq göstərdiyini, onu tez-tez ziyarət etdiyini deyib. 1 nəfər
isə, bunun əksini düşündüyünü bildirib.
Sorğuda iştirak edənlərin hamısı hesab edir ki, abidənin turizm
marşrutlarına daxil edilməsi həm bölgənin inkişafına, həm də yerli
sakinlərin yaşayış səviyyəsinə müsbət təsir göstərər.
Layihə çərçivəsində Orta əsr Gəncə şəhərində də monitorinq
aparılıb. Kiçik Qafqaz dağlarının şimal ətəklərində, Kür çayının sağ
qolu olan Gəncə çayının hər iki sahilində yerləşən Gəncə Azərbaycanın
ən qədim şəhərlərindəndir. Bəzi alimlər şəhərin yaranmasını e.ə.VII
əsr, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.
Son vaxtlar isə, Gəncənin 4 min illik tarixi olduğu barədə
müzakirələr getməkdədir. Əvvəllər Gəncə şəhər icra hakimiyyəti
bir neçə dəfə şəhərin 2000 illiyi ilə bağlı yubiley tədbirləri keçirib.
Hazırda isə, şəhərin 4000 illiyini qeyd etməyə hazırlıq gedir. Əlbəttə,
Gəncənin yaşı mübahisəli olsa da, onun əsrlər boyu bütövlükdə
ölkənin çox mühüm sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğu
şübhəsizdir. 730-cu ildə ərəb-xəzər döyüşlərində xəzərlərin keçdiyi
şəhərlər içərisində Gəncənin də adı çəkilir.
Orta əsr Gəncə şəhərində kompleks arxeoloji tədqiqatlar Nizami
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
12
GƏNCƏ
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
13
GƏNCƏ
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
14
Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar olaraq 1938-
1940-cı illərdə Azərbaycan Dövlət Tarix Muzeyi və Tarix İnstitutunun
birgə ekspedisiyası tərəfindən aparılmışdır. İshaq Cəfərzadə və
Vadim Leviatovun rəhbərliyi ilə Qədim Gəncə ekspedisiyası adı ilə
aparılan genişmiqyaslı tədqiqatların nəticəsində minlərlə maddi-
mədəniyyət nümunəsi aşkar olunmuş, hal-hazırda Milli Azərbaycan
Tarixi Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
və Gəncə Tarix və Diyarşünaslıq Muzeyində qorunur və nümayiş
olunur. Qazıntılar sonralar fasilələrlə davam etdirilsə də, hal-
hazırda tədqiqat aparılan sahələr baxımsız və tonlarla zibil yığınının
altındadır.
Tədqiqat qrupunun şəhər yerində rastlaşdığı kimi qədim tarixə
malik Gəncə şəhəri abidə olaraq ona layiq səviyyədə qorunmur. Gəncə
sakinlərinin də doğma şəhərləri haqqında məlumatı azdır. Onların arasında
apardığımız sorğuda yerli mədəniyyət və turizm şöbələrinin əməkdaşları,
bələdiyyə üzvləri, muzey işçiləri, müəllimlər, məktəblilər, tələbələr, taksi
sürücüləri, abidə ətrafında yaşayan yerli sakinlər iştirak ediblər.
Sorğunun nəticələri göstərdi ki, hətta abidənin adı ilə bağlı da
sakinlər arasında fikir müxtəlifliyi var. Belə ki, sorğuda iştirak edən 10
nəfərdən 5 nəfəri onu Gəncə qalası, 4 nəfəri Qədim Gəncə şəhər yeri,
1 nəfər isə, Orta əsr Gəncə şəhəri kimi tanıdığını bildirib. Onlardan 3-ü
ad haqqında heç bir rəy bildirməyib, 1-i orta əsrə aid olduğunu, 1 nəfər
Gəncə şəhərinin adı ilə bağlı olduğunu, 1 nəfər Gəncəni yadellilərdən
qoruduğu üçün, 3 nəfər Qədim Gəncə orada yerləşdiyi üçün belə
adlandığını qeyd edib.
Rəyi soruşulanlardan 6 nəfəri abidənin XI-XII əsrlərə, 1 nəfər
X-XII əsrlərə aid olduğunu, 1 nəfər ən azı 2500 yaşı olduğunu, 2 nəfər
isə, abidənin tarixi haqqında dəqiq məlumatı olmadığını qeyd edib.
Onlardan 1 nəfəri abidədə mütəmadi olduğunu, 3 nəfəri 2013-cu
ilin mart ayında olduğunu, 1 nəfər 6 ay əvvəl olduğunu, 2 nəfər nə vaxt
olduğunu xatırlamadığını, 1 nəfəri 1981-ci ildə olduğunu, 2 nəfəri isə
heç olmadığını deyib.
Sorğuda iştirak edənlərin bir qismi əksər suallara “bilmirəm” deyə
cavab verib.
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
15
İSMAYILLI
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
16
3 nəfər hesab edir ki, abidənin öyrənilməsi dövlət səviyyəsinə
çıxarılmalıdır, 2 nəfər vəsait problemi olduğunu, 1 nəfər bu işlə məşğul
olunmadığını, 1 nəfər maraqlanmadığını, 1 nəfər yaşayış məntəqələri
olduğuna görə tədqiqat aparılmadığını, 1 nəfər informasiyanın az
olduğunu, 1 nəfər isə, məlumatlı olmadığını qeyd edib.
Rəyi soruşulanlardan 7 nəfəri məktəbli-gənclərin abidəni
tanımadıqlarını, 1 nəfər dərsliklərə salınsa marağın ola biləcəyini, 2
nəfər isə marağın az olduğunu qeyd edib.
“Siz özünüz bu abidənin tanınması və qorunması üçün nə edə
bilərsiniz”, sualına isə, 8 nəfər təbliğat apara bilərəm, məlumat verə
bilərəm deyə, cavab verib. 1 nəfər abidənin qorunması və tanınması
üçün hesab açılarsa kömək edə biləcəyini bildirib, 1 nəfər isə heç nə
edə bilməyəcəyini qeyd edib.
Layihə qrupunun üz tutduğu növbəti abidə Cavanşir qalası
olub. Cavanşir qalası - İsmayıllı rayonu ərazisində Talıstan kəndi
yaxınlığında yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin
hakimiyyəti dövründə inşa edilmiş bu qala hökmdar Cavanşirin
adını daşıyır. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun
əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi
Cavanşirin adı ilə bağlıdır. 642-681-ci illərdə Albaniya hökmdarı
olmuş tədbirli dövlət xadimi Cavanşir diplomatik və sərkərdəlik
bacarığı ilə dövlətin müstəqilliyini qoruyub saxlamışdır. Ərəb,
Sasani, Xəzər, Bizans kimi güclü dövlətlərin hücum təhlükəsi
qarşısında duran Cavanşir diplomatik bacarığı sayəsində siyasi
gedişlər etməklə yanaşı, müdafiə tədbirləri görməklə də Albaniyanın
müstəqilliyini qoruyub saxlamışdır. Qalanın inzibati mərkəz kimi
də istifadə olunduğu güman edilir.
Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağ
çayın sağ sahilində yerləşir. Qala əsas hissə və “içqala”dan ibarətdir.
İç qala qalanın şimal hissəsindədir. İç qalanın divarları daha çox
dağıntıya məruz qalmışdır. Bir çox yerlərdə onun yalnız bünövrəsi
qalmışdır. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə,
kənddən qalaya qədər olan 4 km məsafəni isə piyada və ya atla qət
etmək lazımdır. Yaz-yay mövsümündə isə qalanın ətəyinədək maşınla
getmək mümkündür.
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
17
Mütəxəssislərin fikrincə, Cavanşir qalası respublika səviyyəsində
diqqət mərkəzində saxlanılan tarixi abidələrimizdən olmağa layiqdir.
Amma təəssüf ki, monitorinq zamani məlum oldu ki, burada da
vəziyyət ürəkaçan deyil. Abidə elmi baxımdan öyrənilməyib, burada
arxeoloji tədqiqatlar aparılmayıb, turizm marşrutlarına daxil edilməyib.
İctimaiyyətin nümayəndələri onun haqqında kifayət qədər məlumatlı
deyillər. Heç zaman bərpa olunmaması son illərdə leysan yağışların
yağması nəticəsində qala divarlarının uçmasına şərait yaratmışdır.
Sorğunun nəticələri göstərib ki, abidənin adı ilə bağlı fikir
müxtəlifliyi yoxdur. Belə ki, sorğuda iştirak edən 11 nəfərin hamısı
Talıstan kəndi ərazisində yerləşən abidəni Cavanşir qalası kimi
tanıdığını bildirib. Sorğuda iştirak edənlərin hamısı abidənin Girdiman
(Albaniya) dövlətinin hökmdarı Cavanşirin adı ilə əlaqələndiriblər.
Rəyi soruşulanlardan 7 nəfəri abidənin VI-VII əsrlərə, 4 nəfəri VII əsrə
aid edildiyini deyib.
Onlardan 4 nəfəri abidədə iki il əvvəl olduğunu, 2 nəfəri 1 il əvvəl
olduğunu, 3 nəfəri 1 ay əvvəl olduğunu, 1 nəfəri 2 ay əvvəl olduğunu,
1 nəfəri isə orada mütamadi olduğunu deyib. Sorğuda iştirak
edənlərin 6 nəfəri abidəninin turistlər tərəfindən ziyarət olunduğunu,
2 nəfəri turistlərin abidəni tez-tez ziyarət etdiyini, 1 nəfəri hərdənbir
ziyarətçilərin gəldiyini, 1 nəfəri bəzən yerli turistlərin gəldiyini, 1
nəfəri isə son illərdə abidəyə gedən yolun və onun ətrafındakı şəraitin
əlverişsiz olmasını səbəb göstərərək turistlərin günü-gündən sayının
azaldığını qeyd edib.
Sorğuda iştirak edənlərin hamısı abidənin qədimliyinin,
memarlıq xüsusiyyətlərinin, tikinti texnologiyası və üslubunun,
strateji mövqeyinin və ətrafındakı təbii mənzərənin turistlər üçün
cəlbedici olduğunu deyiblər. Rəyi soruşulanlardan 3 nəfəri abidənin
dövlət tərəfindən qorunduğunu, Mədəniyyət və Turizm Nazirliyinin
nəzarətində olduğunu, xüsusi mühafizəçisinin olduğunu, 4 nəfəri orta
səviyyədə qorunduğunu, ancaq bunun da yetərli olmadığıını, 1 nəfəri
abidənin qorunmasının qənaətbəxş olmadığını qeyd edib. 3 nəfər
abidənin qorunması məsələsinə münasibət bildirməmişdir.
Sorğu iştirakçıları abidənin daha da yaxşı tanınması üçün buranın
dövlət səviyyəsində diqqət mərkəzinə alınmasını, tədqiqat işlərinin
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
18
aparılmasını, reklam roliklərinin, xüsusi televizya verilişlərinin
çəkilməsini, xüsusi bukletlərin hazırlanmasını və s. təbliğat işlərinin,
bərpa işləri və konservasiyasının aparılmasını məqsədəuyğun hesab
etmişlər. Abidəyə gedən yola gəlincə, sorğuya qatılanlardan 4-i onu
bərbad, 3-i orta səviyyədə olduğunu, 4-i normal hesab edir. Eyni
zamanda iştirakçılardan 3 nəfəri abidəyə gedən yolun tezliklə təmir
olunmasını arzu edir.
Sorğuda iştirak edən 11 nəfərin hamısı abidənin tanınması üçün
onun təbliğ olunmasına ehtiyac olduğunu deyiblər və bildiriblər ki,
bu abidənin öyrənilməsi Azərbaycan tarixini, xüsusən də albanların,
Albaniya dövlətinin tarixini, onun ən qüdrətli dövlət başçısı olan
Cavanşirin şəxsiyyətini və siyasətini öyrənməkdə əhəmiyyətli ola bilər.
Layihə çərçivəsində Xınıslı yaşayış yerində (Qədim Şamaxı şəhəri)
də monitorinq aparılmışdır.
Xınıslı – Azərbaycan Respublikasının Şamaxı rayonu ərazisində
antik və ilk orta əsrlər dövrünə aid arxeoloji abidədir. II əsrdə Klavdi
Ptolemey şəhərin adını Kamaxeya kimi yad etmiş, onun həmin dövrdə
mövcudluğunu tarixə keçirmişdir. Qədim Şamaxı hesab olunan
Xınıslıda ötən əsrin 60-70-ci illərində arxeoloq Cabbar Xəlilovun
rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində oradan qəbirlər, yerli
ustaların əməyinin məhsulu sayılan çoxsaylı maddi-mədəniyyət
nümunələri, o cümlədən yerli istehsal olan nəfis şüşə məmulatı, qab
və bəzək şeyləri də aşkar olunmuşdur. Oradan tapılan ən qiymətli
nümunələr içərisində Xınıslı dəfinəsi xüsusi yer tutur.
Sorğunun nəticələri göstərib ki, abidənin adı ilə bağlı fikir
müxtəlifliyi var. Belə ki, sorğuda iştirak edən 10 nəfərdən 6 nəfəri
onu Qədim Şamaxı, 1 nəfər Gülüstan-Pirdirəki qalası, 1 nəfər
Xannəsli, 1 nəfər kiçik Xınıslı kimi, 1 nəfər isə bilmədiyini qeyd
edib. Onlardan 2 nəfəri bu adın Şirvanşahlarla bağlı olduğunu, 1
nəfər qədim tarixi olduğu üçün belə adlandığını, 1 nəfər zəlzələdən
sonra qoyulan ad olduğunu, 1 nəfər şirlər və şüədalar ölkəsindən
gələn ad olduğunu, 1 nəfər köçəri şam tayfaları ilə bağlı olduğunu,
1 nəfər qədim eksponatlar tapıldığına görə belə adlandığını, 1
nəfər orada xanlar yaşadığından belə adlandığını, 1 nəfər ərazisi
və əhalisi az olduğuna görə, 1 nəfər isə bilmədiyini qeyd edib.
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
19
Rəyi soruşulanlardan 3 nəfəri abidənin hansı dövrə aid olduğunu
bilmədiyini, 1 nəfər XX əsrə, 2 nəfər XIV – XVI əsrə, 1 nəfər
IV-V əsrə, 1 nəfər qədim dövrə, 1 nəfər VIII-IX əsrə, 1 nəfər isə
Şamaxının əvvəl burada yerləşdiyini, sonra Cabanı kəndinə, sonra
Ağsuya, daha sonra isə Fit dağı deyilən yerə köçürüldüyünü yazıb.
Onlardan 3 nəfəri abidədə mütəmadi olduğunu, 1 nəfəri 2006-cı ildə
olduğunu, 1 nəfəri heç olmadığını, 1 nəfəri 2010-cu ildə olduğunu,
1 nəfəri 9 ay öncə olduğunu, 1 nəfəri 2 ay öncə olduğunu, 2 nəfəri
isə sorğu keçrilən günü olduğunu deyib.
Rəyi soruşulanlardan 6 nəfəri abidənin qorunmadığını, 1 nəfər
yaxşı qorunmadığını, 2 nəfər sadəcə insanların nəzarət etdiyini, 1 nəfər
bələdiyyə tərəfindən nəzarət edildiyini, amma qoruqçusunun olmadığını
qeyd edib. Abidəyə gedən yola gəlincə, sorğuya qatılanlardan 8-i onu
bərbad vəziyyətdə olduğunu, 2 nəfər isə normal, rahat olduğunu hesab
edir.
Sorğuda iştirak edənlərin hamısı hesab edir ki, abidənin turizm
marşrutlarına daxil edilməsi həm bölgənin inkişafına, həm də yerli
sakinlərin yaşayış səviyyəsinə müsbət təsir göstərər.
Rəyi soruşulanlardan 3 nəfəri məktəblilərin, gənclərin abidəyə
laqeyid yanaşdıqlarını, 2 nəfər maraq göstərilmədiyini, 1 nəfər
məlumatlı olmadığını, 1 nəfər normal maraq göstərildiyini, 2 nəfər
məktəblilərin abidə haqqında bilmədiklərini, 1 nəfər isə heç kimin
gəlmədiyini bildirib.
Siz özünüz bu abidənin tanınması və qorunması üçün nə edə
bilərsiniz, sualına isə, 1 nəfər bilmirəm, 2 nəfər təbliğat apara bilərəm
deyə, cavab verib. 4 nəfər əlimdən gələni edərəm deyə qeyd edib. 1
nəfər musiqi həsr edə biləcəyini, 1 nəfər bərpa olunarsa materiallar
toplayaraq kömək edə biləcəyini, 1 nəfər isə 2004-cü ildə həyətdə quyu
qazarkən saxsı küplər tapdığını və məktəbə hədiyyə etdiyini qeyd edib.
Layihə çərçivəsində görülən işlər üzə çıxardı ki, bu abidə haqqında
da məlumat azdır. Yerli əhali, ümumiyyətlə abidəni tanımır. Abidənin
yerləşdiyi ərazi ev tikmək üçün sakinlər arasında bölünüb. Bəzi yerlər
məişət tullantıları ilə zibillənib və s. Qorunması haqqında heç bir
göstərici nişan yoxdur.
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
20
ŞAMAXI
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
21
ŞAMAXI
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
22
Monitorinqin növbəti məntəqəsi Orta əsr Ağsu şəhəri oldu.
Ağsu şəhəri XVIII əsrdə əhalisinin sayına görə Azərbaycanın ən
böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi
yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli
iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər-Şirvan
xanları bu qalada otururdular. Ağsu qalası Nadir şaha qarşı Şirvan
zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı
Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan
və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli
və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə
Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış,
bəziləri isə uğur əldə edə bilməyərək kor-peşman geri qayıtmışlar.
XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski
və başqaları bu qala haqqında yazmışlar. Ağsuda iki dəfə taun xəstəliyi
yayılmış, xeyli insan bundan vəfat etmişdir. Şirvan xanları dövründə
Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdir.
2010-cu ilin mart ayından etibarən MİRAS Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və ağsulu
ziyalıların yaxından dəstəyi ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji
Turizm Kompleksi layihəsinin həyata keçirilməsinə başlanmışdır.
Məqsəd Azərbaycanın turizm marşurutlarından kənarda qalmış
Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır
vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkmək idi. “Orta
əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksi layihəsi çərçivəsində
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi
Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası orta əsr Ağsu şəhərində
tədqiqat aparmış və burada müasir turizm kompleksi yaradılmışdır.
Aparılan sorğuda da bu abidənin kifayət qədər tanındığının və
əhalinin məlumatlı olduğunun şahidi olduq. Sorğuda iştirak edənlər
abidənin tarixinin, yerləşdiyi yerin, şəhərdə yaşayanların həyat
tərzininin və məişətinin öyrənilməsinin, şəhərin ümumi planının,
istifadə olunan tikinti materiallarının, memarlıq nümunələrinin,
arxeoloji qazıntılarla yerindəcə tanış olmaq imkanlarının, aşkar olunan
tapıntıların, muzeydə əks olunan eksponatların turistlər üçün cəlbedici
olduğunu deyiblər.
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
23
Rəyi soruşulanlardan 9 nəfəri abidənin yüksək səviyyədə
qorunduğunu, xüsusi mühafizəçisinin olduğunu, xüsusi müşahidə
kameralarının quraşdırıldığını qeyd edib. 1 nəfər abidənin qorunması
üçün əlavə olaraq abidə ətrafının metal torlarla əhatə olumasını təklif
edib.
Sorğu iştirakçıları abidənin daha da yaxşı tanınması üçün arxeoloji
tədqiqatların, təbliğat işlərinin davam etdirilməsini, dünya televiziya
kanalları vasitəsilə tanıdılmasını, bukletlərin hazırlanmasını, dərslik və
dərs vəsaitlərində geniş məlumatların yerləşdirilməsini məqsədəuyğun
hesab etmişlər.
Abidəyə gedən yola gəlincə, sorğuya qatılanların hamısı onu yaxşı
vəziyyətdə olduğunu hesab edir. Bir nəfər abidə ətrafında və onun yolu
boyunca ağacların əkilməsini təklif edir.
10 nəfərin hamısı bu abidənin öyrənilməsi Azərbaycan tarixinin,
xüsusən də orta əsrlər dövrünün, Nadir şah dövrünün, Şirvan
xanlığınının tarixinin yazılmasında, bu dövrün memarlığının
araşdırılmasında əhəmiyyətli ola bilər.
Ümid edirik ki, layihə mədəni irsimizə ictimai münasibət
sahəsindəki problemləri ilk dəfə bir ictimai birliyin səyləri nəticəsində
üzə çıxaracaq, mütəxəssis araşdırmaları, təklif və tövsiyyələri, keçirilən
seminarlar, çəkilən film vasitəsilə şəhər və kənd sakinləri, abidələrə
yaxın ərazilərdə yaşayan insanlar maarifləndiriləcək, beləliklə də,
mədəni irsimizin mühafizəsi və təbliği sahəsində görülən işlərə əlavə
stimul olacaqdır.
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
24
AĞSU
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
25
AĞSU
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
26
Monitorinqin nəticələri ilə
bağlı təklif və tövsiyələr:
1. Layihə çərçivəsində respublikanın bir neçə şəhər və rayonunda
keçirilən görüşlər, aparılan sorğu və araşdırmalar göstərdi ki,
analoji tədbirlərin ən azı yerlərdə vəziyyəti öyrənmək naminə digər
şəhər və rayonlarda da keçrilməsi olduqca vacibdir.
2. Monitorinqlərin nəticələri göstərir ki, əfsuslar olsun ki, əksər
yerlərdə tarix və mədəniyyət abidələrinin mühafizəsi arzu olunan
səviyyədə deyil. Bu səbəbdən də bir çox abidələr təbiət təsirləri
və antropogen təsirlər nəticəsində davamlı olaraq aşınma, dağılma
və beləliklə də, nəticə etibarı ilə məhv olma taleyi yaşamaqdadır.
Demək olar ki, əksər yerlərdə “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının qanunundan
irəli gələn vəzifələrə biganə münasibət var. Bunun üçün
aidiyyatı yerli qurumlar, qeyri-hökümət təşkilatları, mədəni-
maarif müəsissələri və məktəblər səviyyəsində ardıcıl olaraq
zəruri maarifləndirici tədbirlər görülməlidir. Yaxşı olar ki, orta
məktəblərdə həmin qanundan irəli gələn məsələlər hanısa formada
şagirdlərə öyrədilsin.
3. Mədəni irs nümunələri olan tarix və mədəniyyət abidələrinin
təbliği də arzu olunan vəziyyətdə deyil. Bunun üçün hər şeydən
öncə abidələrə gedən yollar qaydaya salınmalı, zəruri yerlərdə
göstərici nişanlar qoyulmalı, ən azı bir-iki yerdə abidənin pasportu
və dövlət tərəfindən mühafizə olunduğunu bildirən lövhələr
vurulmalıdır. Mətbuat, televizya və elektron resusrlardan istifadə
etməklə davamlı sürətdə maarifçilik işi aparılmalıdır. Ayrı-ayrı
abidələrlə bağlı bukletlərin və ya açıqcaların nəşri də ümumi işin
xeyrinə olardı.
4. Tarix və mədəniyyət abidələrinin tədqiqi bu gün hər zaman
olduğundan daha aktualdır. Əfsuslar olsun ki, bir çox abidələr
hələ də tədqiqatçıların yolunu gözləyir. Məqsədəuyğun olardı ki,
Akademiyada elmi-tədqiqat planları tərtib olunarkən bu amil də
nəzərə alınsın. Məsələn, elə abidələr var ki, artıq neçə onillərdir ki,
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
27
tədqiq olunur. Lakin elə abidə də vardır ki, oraya arxeoloq ayağı
dəyməyib. Fikrimizcə, bu və ya digər tarix və mədəniyyət abidəsi
tədqiqata cəlb olunarkən onun tariximiz üçün əhəmiyyət dərəcəsi
də nəzərə alınmalıdır. Bundan əlavə, torpaq altında elə abidələrimiz
vardır ki, onlar bundan sonra hələ yüz illər boyu tədqiqata cəlb
olunmasa belə, onların dağılmaq və ya aşınmaq təhlükəsi yoxdur.
Lakin dağların yamacında, çay kənarlarında, intensiv məskunlaşma
rayonlarında, tikinti zonalarında olan abidələr isə hər an yox ola
bilər. Ona görə də birinci növbədə məhz bu cür təhlükə gözləyən
abidələrin elmi cəhətdən öyrənilməsi olduqca mühüm şərtdir.
5. Bütün abidələrin konservasiyaya ehtiyacı var. Əfsuslar olsun ki,
bu sahədə də vəziyyət ürəkaçan deyil. Monitorinqlər nəticəsində
bir daha müəyyən olundu ki, bu sahəyə xüsusi diqqət ayırmaq
gərəkdir.
6. Könüllülük institutu bu sahədə də inkişaf etdirilməli, ictimai
birliklər, dərnəklər, klublarla müvafiq dövlət müəssisələri arasında
əlaqələr genişlənməlidir. Könüllülərin cəlb olunması ilə abidələrin,
ora gedən yolların otdan təmizlənməsi, zibillənmiş sahələrin
zibilinin daşınması, şumlanmış sahələrdə maddi-mədəniyyət
nümunələrinin toplanması, sakinlər arasında maraqlı təlim üsulları
ilə mədəni irsimizin sevdirilməsi və maarifləndirmə işlərinin
aparılması mümkündür.
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
28
GƏNCƏ
TƏDBİRİ
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
29
GƏNCƏ
TƏDBİRİ
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
30
ŞAMAXI
TƏDBİRİ
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
31
ŞAMAXI
TƏDBİRİ
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN
MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:
ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Azərbaycanda
tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin
monitorinqi və qarşıda duran vəzifələr” layihəsi çərçivəsində
Fotoqraf: Məmməd Rəhimov
Dizayner: İntiqam Məhəmmədli
Tiraj: 500 ədəd
Dostları ilə paylaş: |