PLAN
Giriş
Ədəbiyyat siyahısı
Giriş
Bütün dövrlərin və xalqların ən vacib problemi olan pul və onunla əlaqədar olan prosesləri, o cümlədən sikkə zərbi, pul sistemləri, dəyəri, metodoloji ölçüləri, mübadilə vahidi kimi bazar münasibətlərində yeri və digər çox vacib iqtisadi məsələləri öyrənən elm numizmatika və ya sikkəşünaslıq adlanır. Dünya alimlərinin araşdırmalarına görə numizmatika sözünə ilk öncə qədim Romanın yazılı mənbələrində rast gəlinmişdir. Sözün kökü olan «numizma» latın dilindən yunan dilinə keçərək, müəyyən dəyişikliklərə uğrayaraq «moneta» kimi tərcümə olunmuşdur. Sözün hərfi tərcüməsi «nomos» sözündən götürülərək «təyin edirəm», «qanuniləşdirirəm» kimi tərcümə olunur. Romada pul sözü qədim zamanlarda «Yuno Moneta» kimi işlədilir və Yunona, allahının epiteti, yəni «moneta» - «moneo»- qoruyuram, xəbər «verirəm» adlı felin kökündən əmələ gəlmişdi. Qədim Roma əfsanələrindən birinə görə Yunona allahı romalılara onların zəlzələylə sınağa çəkiləcəklərini xəbər vermişdi. Buna görə də romalılar minnətdarlıq əlaməti olaraq məşhur Kapitolinin ən hündür yerində Yunonaya gözəl bir məbəd ucaldır və üzərində latın dilində abidənin Yunona Monetanın şərəfinə tikdirdiklərini bildirən kitabə həkk edirlər. Bununla əlaqədar başqa bir əfsanədə
«moneta» sözünün meydana gəlməsinin səbəbi belə göstərilir: «Yunonanın bir allah kimi cürbəcür adları və epitetləri olmuşdur. Amma bunların hamısının əsasında «öyrədən» «xəbərdarlıq edən» mənası dururdu. Konkret olaraq
«moneta» epiteti ona zəlzələ ərəfəsində romalılara müraciət edərək allahları bu fikirdən uzaqlaşdırmaq üçün donuz və donuz balalarını qurban kəsməyi məsləhət gördüyü zaman, onlar bu işi yerinə yetirirlər və zəlzələ onlardan yan keçdiyinə görə verilmişdir.
Digər bir əfsanədə Romanın Pirr və Tarrendinallılarla müharibəsi zamanı pula ehtiyacın yaranması ilə əlaqədar Yunonadan xahiş edirlər ki, onlara məsləhət versin. Yunona onlara xəbərdarlıq edib deyir ki, əgər romalılar heç vaxt pulsuz qalmaq istəmirlərsə, həmişə müharibələri ədalətlə aparmalıdırlar. Romalılar məsləhəti qəbul edir və zaman- zaman sınaqdan keçirirlər. Bu səbəbdən də xüsusi qanun qəbul edirlər. Qanuna görə pullar Yunonanın şərəfinə tikilən məbəddə zərb olunmalıdır. Lakin bir müddət keçdikdən sonra onun yeni adı «moneta» sözü ayrılaraq, xüsusi eyni adlı allahın adına keçdi».
Bununla da, qədim Roma mifologiyasında yeni bir allah adı meydana gəldi. Onun təsviri Romada zərb olunan sikkələrdə öz əksini tapmışdı. «Moneta» adlı bu allah ayaq üstə, əlində çəki tərəzisi tutmuş və ayaqları altında çoxlu metal külçələri olan bir vəziyyətdə təsvir edilmişdir. Zaman keçdikcə bu obraz müəyyən dəyişikliyə uğrayır və 3 metalın - qızıl, gümüş və misin göstəricisi şəklində təsvir olunur. Beləliklə, qədim Romada sikkə və sikkə zərbi işi yalnız Allahlara aid müqəddəs peşələrdən biri hesab olunur. Sonralar romalılar bir qədər də irəli gedərək sikkələrin hazırlandığı metalları belə allahların adı ilə «müqəddəsləşdirirlər». Beləcə gümüş sikkələrin Allahı müvafiq olaraq «Argentina» hesab edilir. Argentina öz növbəsində mis Allahının oğlu hesab edilir.
Sikkələrlə əlaqəli qədim dünyada digər bir əfsanə də mövcuddur. Bu əfsanəyə görə Promotey insanlara yalnız odu qaytarmamış, həm də onlara ev tikməyi, saxsı qablar hazırlamağı, yazını və hesabı, yəni pulları hesablamağı öyrətmişdi.
Elmə bu əfsanəni sübut edə biləcək 1 ədəd sikkə nümunəsi məlumdur. Belə ki, Roma imperatoru Antoninin (138-161-ci illər) hakimiyyəti illərində Romada mis sikkə üzərində Promotey insanı gildən düzəltdiyi məqamda onun başı üzərində Zevsin qızı Minervanın əksi vardır.
Dostları ilə paylaş: |