Tarix və onun problemləri, №3 2013



Yüklə 435,53 Kb.
Pdf görüntüsü
tarix06.02.2017
ölçüsü435,53 Kb.
#7744

Qədim dövr və orta əsrlər

                                                                11



 

Tarix və onun problemləri, 

№3 2013 

 

 

NİZAMİ SÜLEYMANOV 

Azərbaycan Dövlət İqtisad Universiteti  

“Azərbaycan tarixi” kafedrasının dosenti 

E-mail: nizamisuleymanov@mail.ru 

 

SƏFƏVİ DÖVLƏTİNDƏ ÖLKƏDAXILI IQTISADI ƏLAQƏLƏRIN 

QURULMASINDA ŞƏHƏRLƏRIN ROLU 

 

Açar sözlər: sənətkarlıq, ticarət, şəhərlər, karvansara, Təbriz, Şamaxı, Dərbənd, Ərdəbil 

Ключевые слова: искусство, торговля, города, караван-сараи, Тебриз, Шемаха, Дербент, 

Ардебиль 



Key words: craft, trade, cities, caravanserai, Tabriz, Shamakha, Derbent, Ardabil 

 

XVI-XVII  yüzilliklərdə  ölkənin  ayrı-ayrı  bölgələri  arasında  iqtisadi  əlaqələrin  güclən-



məsi, ictimai əmək bölgüsünün dərinləşməsi,  əmtəə istehsalının artması  və əmtəə təsərrüfatı-

nın təkamülü kimi mühüm iqtisadi amillərdən asılı olaraq Azərbaycan Səfəvi dövlətində daxili 

bazarın təşəkkülü prosesi gedirdi. İqtisadiyyatın bir sıra mühüm sahələrinin (ipəkçilik, sənət-

karlıq  və  s.)  inkişafı,  əmtəə  təsərrüfatının  təkamülü,  daxili  və  beynəlxalq  ticarət  əlaqələrinin 

güclənməsi bir çox şəhərlərin yüksəlişinə, bəzi qəsəbə və kəndlərin tədricən iqtisadi mərkəzlə-

rə çevrilməsinə şərait yaratmışdı. Danışılan dövrdə ölkənin daxili ticarətinin əsas hissəsi iqti-

sadi mərkəzlərə çevrilmiş şəhərlərdə cəmləşmişdi. Ümumiyyətlə, şəhərlər ölkə daxilində tica-

rət əlaqələrinin qurulması və inkişafında mühüm rol oynayırdı. Səfəvi dövlətinin tarixinin gör-

kəmli  araşdırıcılarından  olan  O.Əfəndiyev  Azərbaycan  şəhərlərini  iqtisadi  əhəmiyyətlilik  ba-

xımından qruplaşdırarkən Təbriz, Gəncə, Ərəş, Ərdəbil və Culfa şəhərlərini ümumdövlət miq-

yaslı, Bərdə, Naxçıvan, Marağa, Dərbənd şəhərlərini isə yerli-vilayət miqyaslı şəhərlər sırası-

na daxil etmişdir. Onun mülahizələrinə görə, inzibati və siyasi mərkəz olmayan bir çox sənət-

karlıq-ticarət məskənləri də var idi ki, bunlar da ölkənin iqtisadi həyatında yuxarıda adı sada-

lanan şəhərlərdən az rol oynamırdı [1, s.224]. 

Qeyd etmək lazımdır ki, XVI əsrin əvvəllərind əölkədə siyasi pərakəndliyin aradan qal-

dırılması  kimi  siyasi  amillə  yanaşı  sənətkarlığın  inkişafı,  yeni  istehsal  sahələrinin  yaranması 

və ticarət əlaqələrinin güclənməsi kimi iqtisadi amillərin də təsiri altında Səfəvi dövlətində iri, 

orta və hətta xırda sayıla bilən şəhərlərin ölkədaxili iqtisadi əlaqələrin qurulmasında rolu art-

mışdı. XVI-XVII yüzilliklərə aid mənbələrdə və səyyah gündəliklərində Azərbaycanın daxili 

ticarətində və ölkədaxili iqtisadi əlaqələrdə mühüm rol oynayan şəhərlər haqqında çox qiymət-

li məlumat vardır. Mənbələrdə Azərbaycanın Şirvan bölgəsinin şəhərlərinə dünyanın hər tərə-

findən tacirlərin axışıb gəldiyi qeyd edilir. Təbii ki, güclü sənətkarlığı və zəngin daxili bazarı 

olmayan heç bir şəhər xarici tacirləri belə cəlb edə bilməzdi. 

Şamaxı ilə yanaşı Şirvanda yerləşən və XV əsrin sonu üçün əvvəlki ticarət əhəmiyyə-

tini  itirən  Dərbənd  şəhərinin  yenidən  dirçəlməsi  haqqında  holland  Yan  Streysin  «Səyahət» 

kitabında qiymətli faktlar verilmişdir. Bunlar göstərir ki, Dərbənd şəhəri, xüsusilə XVII əsrdə 

Səfəvilərin  Xəzər  dənizinin  qərb  sahillərində  əsas  iqtisadi-ticarət  mərkəzlərindən  biri  idi. 

Qeyd etmək lazımdır ki, Xəzər dənizi əsas su hövzəsi olmaqla, ölkənin daxili ticarətinin inki-

şafında və xarici iqtisadi əlaqələrinin genişlənməsində böyük rol oynayırdı. Dənizin sahilində 

yerləşən şimal şəhəri Dərbəndin XV-XVI əsrlərdən fərqli olaraq XVII yüzillikdə ölkənin da-

xili  ticarətində  əhəmiyyətinin  artması,  digər  iqtisadi  mərkəzlərlə  sıx  əlaqələr  saxlaması 


12                                                                 

Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, 

№3 2013 

 

Y.Streysin verdiyi məlumatlarda [2, s.231-232] təsdiqini tapır.  



Gilanın da ölkədaxili ticarətdə rolu səyyah və tacirlərin nəzərindən qaçmamışdır. Hələ 

XVI yüzilliyin ortalarında, 1566-cı ildə ingilis taciri Artur Edvardsın yazdığına  görə, keyfiy-

yətli və ucuz ipəyin bol olduğu Gilan məmləkətin əsas iqtisadi bölgələrindən biri olub, daxili 

ticarət əlaqələrində xüsusi rola malik idi. İpəklə zəngin olan Gilanda zəy də bol idi və bir bat-

manı yerli bazarlarda yarım bistiyə (1 bisti mis sikkə olub, 0,1 abbası dəyərində idi) satılırdı 

[3, c.1, s.134]. İngilis tacirinin verdiyi məlumatlardan aydın olur ki, Gilan daha çox Xəzəryanı 

bölgələrdə  yerləşən  liman  şəhərləri  ilə  ticarət  əlaqələri  saxlayırdı.  Qeyd  etmək  lazımdır  ki, 

Gilan - Dərbənd ticarət əlaqələri XVI yüzilliklə müqayisədə XVII əsrdə daha sıx olmuşdur. 

Yan  Streys  Dərbənd  taciri  Hacı  Məhəmməd  Salehin  qızıl  boya  və  boyaq  hazırlanan 

başqa bitki köklərinin ticarəti ilə məşğul olduğunu, həmin bitkilərin bu torpaqda bol olduğunu 

bildirmişdir. Y.Streys Xəzər dəniz ticarətindən danışarkən göstərir ki, bu dənizdə tutumu 40-

50  last  (1  last-2  ton)  olan  gəmilər  yaxşı  hərəkət  edir,  ancaq  iri  gəmilər  dənizin  hər  yerindən 

asanlıqla keçə bilməz. Səyyah Xəzərin Şərq sahilində də dəyərli mallar olduğunu və ağasının 

tumac, zəfəran, ravənd (dərman bitkisi) kimi malların alqı-satqısı ilə də məşğul olduğunu qeyd 

etmişdir [2, s.231-232]. 

Yan  Streys  Dərbənd  şəhərinin  ölkənin  iqtisadi  həyatında  rolunu  düzgün  qiymətləndir-

miş, cənubda – Hindistan sərhədində Hambrun olduğu kimi, onun şimalda xüsusi əhəmiyyət 

kəsb etdiyini, ölkənin qapısı və açarı olduğunu [2, s.234] bildirmişdir. 

Alman alimi Adam Oleari 1636-1639-cu illərdə Azərbaycanda olarkən ölkənin sosial-

iqtisadi  həyatı,  xüsusilə  daxili  ticarəti  ilə  ciddi  maraqlanmış  və  gündəliyində  bu  məsələlərə 

geniş yer vermişdir. Şamaxı şəhərinin ölkənin iqtisadi həyatında və daxili ticarətində oynadığı 

rolu nəzərdən qaçırmayan səyyah yazırdı  ki, şəhərin cənub hissəsində üstü müxtəlif üsullarla 

örtülmüş, bir neçə küçəni əhatə edən böyük bir bazar, bazarda isə al-əlvan pambıq parça, ipək, 

gümüş və qızılı zərxaralar, kaman, ox, qılınc və başqa mallar satılan dükanlar vardır. Bütün bu 

malları ucuz qiymətə almaq mümkündür. Bazarın özündəcə müxtəlif yerdən qapıları və xırda 

otaqları olan iki qonaq evi – karvansara var. Bura əcnəbi tacirlər gəlir və bir yerdən (topdansa-

tış) ticarət edirlər. Bunlardan biri Şah karvansarası, digəri Ləzgi karvansarası adlanır: bura çər-

kəz  tatarları  gəlirlər.  Bu  karvansarada  çox  gözəl  Azərbaycan  xalçaları  satılır.  Karvansarada 

yəhudilər də vardır. Onlar Şamaxı bazarlarında satmaq üçün ipək məhsulları və gözəl xalçalar 

gətirirlər [4, s.554-555]. A.Olearinin bu məlumatları karvansaralarda aparılan topdansatış tica-

rətin səviyyəsi barədə müəyyən təsəvvür yaradır. 

1623-cü ildə Ərdəbil şəhərində olmuş rus taciri Fedot Kotov burada bazar, karvansara 

və  sarayların  Şamaxıdakından  çox  olduğunu  qeyd  edərək  yazırdı  ki,  bütün  tikililəri  daşdan 

olan bu şəhərdə çoxlu dükan, 20 karvansara var və bazarlarında cürbəcür mallar və tərəvəz sa-

tılır.  Şəhərin  bazarlarına  Gilandan  və  Kürün  mənsəbindən,  Rusiyada  somğa  adı  ilə  tanınan 

dadlı balıq da gətirilir [5, s.73]. Səfəvi məmləkətinin daxili bazarlarının ümumi durumunu öz 

ölkələrinin iqtisadi  maraqları baxımından  gözdən keçirən  Avropa tacirləri  və səyyahları  mü-

hüm  ticarət  mərkəzi  olan  Ərdəbilin  iqtisadi  inkişafının  şəhərin  ölkənin  iqtisadi  bölgələrini 

əlaqələndirən ticarət yollarının kəsişdiyi əlverişli ərazidə yerləşməsi ilə bağlı olduğunu göstər-

mişlər. Məsələn, İtaliya elçisi Pyetro della Valle 1619-cu il aprelin 22-də İsfahandan öz ölkə-

sinə  göndərdiyi  məktubda  Ərdəbilin  iqtisadiyyatı  haqqında  yazırdı  ki,  şəhərin  əhalisi  çox  ol-

maqla,  burada  (bazarlarda)  hər  cür  mal  vardır  [6,  s.366-367].  O,  şəhərin  zənginliyini  onun 

dörd karvan yolu ayrıcında yerləşməsi ilə əlaqələndirərək qeyd edirdi ki, bura Kürdüstan, Gür-

cüstan, Qafqaz, Dəmirqapı və Gilandan müxtəlif ticarət malları gətirib satırlar [6, s.366-367]. 

1631-1668-ci  illərdə  bir  neçə  dəfə  Səfəvi  məmləkətində  olmuş  fransız  səyyahı  Jan 


Qədim dövr və orta əsrlər

                                                                13



 

Tarix və onun problemləri, 

№3 2013 

 

Batist Tavernye isə qeyd edirdi ki, Ərdəbilin iqtisadi yüksəlişi yalnız Səfəvi şahlarının qəbir-

lərinin burada yerləşməsi ilə bağlı deyildir. Şamaxı və Gilandan buraya vaxtaşırı 800-900 baş 

yüklü dəvədən ibarət ticarət karvanı gəlir ki, onlar şəhərə əsasən ipək gətirirlər. Səyyah sözünə 

davam edərək yazır ki, bundan əlavə Gilan və Şamaxı tacirləri İzmirə, İstanbula Ərdəbil şəhə-

rindən keçən karvan yolu ilə gedirlər. Beləliklə, şəhərə müxtəlif yerlərdən ardı-arası kəsilmə-

dən tacirlər gəldiyinə görə ölkə miqyasında onun iqtisadi nüfuzu son dərəcə artmışdı. Ərdəbil 

də Təbriz kimi ölkənin zəngin şəhərlərindəndir və burada çeşid-çeşid ticarət malları vardır [7, 

s.76]. Şübhəsiz, şəhərin ölkədaxili iqtisadi əlaqələrdə xüsusi mövqe qazanmasının və mühüm 

ticarət  mərkəzinə  çevrilməsinin  başlıca  səbəbi  onun  karvan  yollarının  kəsişdiyi  yerdə  yerləş-

məsi  ilə  bağlı  idi.  Şəhər  bazarının  zənginliyi  barədə  F.Kotovun  və  J.Tavernyenin  verdikləri 

məlumatlar [5, s.73-74; 7, s.76] Ərdəbilin ümumölkə  miqyaslı ticarət mərkəzlərindən biri ol-

duğunu göstərir. 

Qeyd etmək lazımdır ki, Ərdəbil şəhərinin ticarət həyatı haqqında Adam Olearinin ver-

diyi  məlumatlar  Azərbaycanın  daxili  bazarlarının  durumu  haqqında  daha  aydın  təsəvvür  ya-

radır. O yazırdı ki, Ərdəbil şəhərində uzunluğu 300, eni isə 150 addım olan bir meydan vardır, 

bu  meydanın  hər  iki  tərəfi  başdan-başa  yaraşıqlı,  cərgə  ilə  tikilmiş  dükanlardan  ibarət  olub, 

hər birində xüsusi sexlərin sənətkarları çalışırlar [4, s.583-584]. Buranı ticarət meydanı adlan-

dıran Oleari daha sonra qeyd edirdi  ki,  meydanın arxa tərəfindən əvvəlcə dördkünclü, taxta-

vanlı,  günbəzli  binaya  daxil  olursan  ki,  bu  bazara  onlar  Qeysəriyyə  deyirlər.  Qeysəriyyədə 

qızıl,  gümüş  məmulatlar,  əla  keyfiyyətli  ipək,  bahalı  və  qiymətli  mallar  satılırdı.  Bu  binanın 

müxtəlif yerindən açılan üç qapıdan üstüörtülü dalanlara keçmək olur ki, həmin dalanlarda hər 

cür ucuz mal satılırdı [4, s.583-584]. 

Ərdəbil  şəhərinin  daxili  bazarının  zənginliyini,  ümumi  durumunu  təsvir  edən  Adam 

Olearidən sonra, 1670-ci ildə, bu şəhərdə olmuş hollandiyalı Yan Streys onun bazarları ilə ya-

naşı  başqa  şəhərlər  və  iqtisadi  bölgələrlə  qarşılıqlı  iqtisadi  əlaqələrinə  də  diqqət  yetirərək, 

ölkənin daxili ticarəti haqqında daha aydın təsəvvür yaratmağa çalışmışdır. Yan Streys yazırdı 

ki,  Ərdəbil  olduqca  böyük  ticarət  şəhəri  olub,  Gilan,  Gürcüstan,  Kürdüstandan  gəlib-gedən 

tacirlərlə  dolu  idi.  Bundan  başqa,  müqəddəs  yeri  ziyarətə  gələnlərdən  şəhər  olduqca  çoxlu 

mənfəət götürürdü. İsfahandan gələn tacirlərin də şəhərə xeyri az deyildi [2, s.294]. 

Qeyd etmək lazımdır ki, bu dövrdə iri şəhərlərdə sənətkarlıq və ticarətin inkişafı şəhər-

ətrafı  kəndlərin  də  iqtisadi  tərəqqisinə  güclü  təsir  göstərirdi.  Bu  təsirin  nəticəsində  həmin 

kəndlər şəhər bazarları ilə tədricən daha sıx bağlanırdı və onlarda kənd təsərrüfatı məhsulları-

nın istehsalını artırmağa maraq daha da güclənirdi. Ərdəbilin böyük ticarət şəhərinə çevrilmə-

sinin  şəhər  ətrafında  yerləşən  kəndlərdə  əmtəə  təsərrüfatının  inkişafına  təsir  göstərməsi  və 

həmin  kəndlərin  Ərdəbil  bazarına  qovuşması  faktına  diqqət  yetirən  Yan  Streys  yazırdı  ki, 

Ərdəbil  mahalındakı  düzənlikdə  bir-birinə  yaxın  57  kənd  və  qəsəbə  vardır.  Bu  kəndlərdən 

müntəzəm olaraq kəndlilər Ərdəbil bazarına meyvə, yağ, yumurta, pendir və başqa məhsullar 

gətirirlər. Ona görə də burada hər şey ucuz və boldur. Ətraf kəndlərin əhalisi həftədə iki dəfə 

təşkil edilən həftəbazara gəlirdi [2, s.286, 294].  

XVI əsrin əvvəllərində 300 min əhalisi olan Təbriz şəhəri də ölkənin ən mühüm sənət-

karlıq və ticarət mərkəzlərindən biri idi. Şübhəsiz ki, XVI əsrin 30-50-ci illərində baş vermiş 

Osmanlı - Səfəvi savaşları Təbriz şəhəri və şəhərətrafı bölgələrin iqtisadiyyatına böyük ziyan 

vurmuşdu. İngilis taciri Antoni Cenkinson bu savaşların daxili ticarətə mənfi təsir göstərməsi 

ilə bağlı yazırdı ki, Təbriz keçmişdən ölkənin ən böyük şəhəri idi. Ancaq indi ticarət və tacir-

lər üçün əvvəlki əhəmiyyətini itirmişdir [3, c.1, s.113]. 

Təbriz  şəhərinin  iqtisadi  əhəmiyyətinin  xarici  amillərlə  bağlı  azalması  haqqında  Cen-


14                                                                 

Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, 

№3 2013 

 

kinsonun qeydi ilə razılaşmaqla yanaşı onu da qeyd etməliyik ki, osmanlılarla aparılan savaş-



ların mənfi təsirinə baxmayaraq, ölkənin iqtisadi inkişafı dayanmamış, daxili iqtisadi əlaqələ-

rin  təkamülü  və  bütövlükdə  məhsuldar  qüvvələrin  inkişaf  prosesi  pozulmamışdı.  Bu  faktı 

təsdiq  edən  S.M.Onullahinin  araşdırmalarına  görə,  Səfəvilərin  hakimiyyəti  dövründə  Təbriz 

şəhəri  nəinki  Azərbaycanın,  hətta  Yaxın  və  Orta  Şərqin  mühüm  ticarət  mərkəzlərindən  biri 

olub,  Avropa  səyyahlarının  göstərdikləri  kimi,  əsil  «ticarət  şəhəri»  idi  [8,  s.136].  Əhalisinin 

çoxluğu  şəhərin  müxtəlif  məhsullarla  xüsusi  qaydada  təchiz  olunmasını  tələb  edirdi.  Təbriz 

şəhərinə ət, un, meyvə, tərəvəz ətraf kəndlərdən, balıq isə Urmiya gölündən tutulub gətirilirdi 

[1, s.225]. Anonim Venesiya taciri Təbrizə Mazandaran və Mahmudabaddan müxtəlif balıqlar, 

kürü, Gilandan isə narıngi və limon gətirildiyini qeyd etmişdir. Ona görə Təbrizdə yəhudi ta-

cirləri də var idi ki, onlar Bağdad, Kaşan, Yəzd şəhərlərindən gəlib, digər əcnəbi tacirlər kimi 

karvansaralarda yaşayırdılar [9, s.384-385].

 

Qeyd etmək lazımdır  ki, orta əsr Şərq şəhərlərində olduğu kimi, Təbrizin də iqtisadiy-



yatında  sənətkarlığa  nisbətən  ticarət  üstünlük  təşkil  edirdi.  Təbrizdən  başqa  karvan  yolları 

üzərində  yerləşən  Ərdəbil,  Gəncə,  Şamaxı,  Bakı  kimi  digər  şəhərlərin  də  iqtisadi  həyatında 

ticarət əsas rol oynayırdı. Həmin şəhərlərdə iri sənətkarlar məhsulun həm istehsalçısı, həm də 

satıcısı  kimi  çıxış  edirdilər.  Daxili  bazarlarda  xırda  sənətkarlarla  alıcılar  arasında  vasitəçilik 

funksiyasını tacirlər yerinə yetirirdilər. Oruc bəy Bayatın Təbrizdə şəhər əhalisinin əksəriyyə-

tinin  tacirlərdən  ibarət  olması  faktı  tacirlərin  artıq  xüsusi  bir  zümrə  kimi  formalaşdığını  və 

daxili bazarlarda üstünlük təşkil etdiyini göstərir.  

Şardenə  görə, Təbriz XVII  yüzillikdə əhalisinin sayına (550000 nəfər), nüfuzuna, bö-

yüklüyünə, ticarətinə və zənginliyinə görə Səfəvi dövlətində ikinci şəhər idi. Bu şəhər ölkənin 

hər bölgəsi ilə, habelə tatarlarla, Türkiyə, Moskva və Hindistanla da ticarət edirdi. Şəhər ipək, 

pambıq  və  qızıl  məmulatları  ilə  zəngindir.  Gilandan  və  Şirvandan  gətirilən  xam  ipəyi  hind 

tacirləri bu şəhərin bazarlarından alırlar [10, c.2, s.403-404]. Şardenin qeydləri Təbrizin iri ti-

carət  mərkəzi  olduğunu  və  ölkənin  iqtisadi  həyatında  böyük  rol  oynadığını  bir  daha  təsdiq 

edir. Səfəvi dövlətinin əsas topdansatış mərkəzləri də Təbriz şəhərində yerləşirdi. XVII yüzil-

liyin 60-70-ci illərində şəhərdə 200 karvansara, 70-ə qədər ticarət evi, 15000 dükan, bir neçə 

bazar var idi və bunların çoxu Hələb memarlıq üslubunda kərpicdən tikilmişdi [10, c.2, s.403-

404]. Bu bazarlarda və dükanlarda hər cür yerli sənətkarlıq və ərzaq məhsulları, habelə xarici 

mallar satılırdı. 

1631-1668-ci  illərdə  9  dəfə  Səfəvi  ölkəsində  olmuş  fransız  alimi  Jan  Batist  Tavernye 

Təbriz  şəhərində  ticarətin  vəziyyətinə  diqqət  yetirərək  yazırdı  ki,  ticarətinə  görə  Təbriz  Asi-

yanın ən məşhur şəhərlərindən biridir. Təbriz Osmanlı dövləti, Ərəb ölkələri, Gürcüstan, Fars, 

Hindistan, Moskva və tatarlarla daim ticarət edir... Şəhərin bazarlarının hamısı üstüörtülüdür. 

Bu bazarlar həmişə nəfis mallarla doludur. Sənətkarlar üçün də ayrıca bazarlar vardır. Onların 

sənətkarlarının  əksəriyyəti  dəmirçidir;  mişar,  balta,  tiyə,  tənbəkini  və  tütünü  alışdırmaq  üçün 

çaxmaq,  bəzisi  isə  qıfıl,  qapı-pəncərəyə  lazım  olan  dəmir  məmulatlar  düzəldirlər  və  burada 

çox mahir ipək toxucuları vardır ki, onlar da gözəl parçalar toxuyub satırlar [7, s.67].

 

Qeyd  etmək  lazımdır  ki,  rus  taciri  F.Kotovun  İsfahan  haqqındakı  məlumatları  şəhərin 



ölkədaxili  ticarətdə  rolunu  göstərməklə  yanaşı,  daxili  bazarların  durumu  haqqında  da  çox 

aydın və hərtərəfli təsəvvür yaradır. O yazırdı ki, İsfahanda qala ilə rabat (sənətkar və tacirlə-

rin  yaşadıqları  ərazi  –  N.S.)  arasında  böyük  və  geniş  meydan  yerləşir  və  meydanın  ətrafında 

içərisində su olan daş döşəməli xəndək qazılmışdır. Meydanın hər iki başında hündürlüyü iki 

adam boyunda iki qoşa sütun vardır. Bu hamar meydanın uzunluğu 400 sajından (1 sajın 2,134 

metrə  bərabərdir)  çox,  eni  isə  təxminən  100  sajındır.  Meydanın  yanında  daşdan  rastabazar 



Qədim dövr və orta əsrlər

                                                                15



 

Tarix və onun problemləri, 

№3 2013 

 

sırası,  qəhvəxanalar  və  karvansaralar  yerləşir.  Deyilənə  görə,  karvansaraların  sayı  100-dən 

çoxdur. Karvansaraların fasadında anbarlar yerləşir və içərisindəki divarlara müxtəlif rənglərlə 

və  qızıl  suyu  ilə  bitki  şəkilləri  çəkilmişdir.  Burada  İran,  hind,  türk,  ərəb,  erməni,  yəhudi  və 

başqa  xalqların  nümayəndələri  alver  edirlər.  Meydanın  başlanğıcındakı  darvazadan  Tınçaka 

daxil olurlar. Rus taciri İsfahandakı Qeysəriyyəni Tınçak adlandıraraq Rusiyadakı Suroj baza-

rına  oxşatmışdır.  Bazarın  dükanları  daşdan  olub,  üstündə  anbar  yerləşir  və  daşdan  hörülmüş 

yaraşıqlı taxtavanı, qübbəsi vardır. Bazar içəridən və bayırdan müxtəlif rənglər və qızıl suyu 

ilə çəkilmiş naxışlarla bəzədilmişdir. Hər iki tərəfindəki böyük qapılarda heyvanları bağlamaq 

üçün dəmir zəncirlər vardır. Bazarda anbar və köşklərlə yanaşı 200 rus dükanı da var idi. Qey-

səriyyə  boyunca  uzanan  rastabazar  sırasında  misgərliklə  məşğul  olurdular.  Digər  tərəfində 

basma naxışlı parça hazırlanırdı. Bura saya parçalar Hindistan və ərəb ölkələrindən gətirilirdi. 

Bazarda təxminən 400-ə qədər dükan vardı [5, s.78-80].

 

XVII  yüzillikdə  ölkənin  daxili  və  xarici  iqtisadi  əlaqələrində  İsfahanın  rolunun  xeyli 



artdığını  şəxsən  müşahidə  edən  Yan  Streys  yazırdı  ki,  İsfahandakı  ticarət  meydanı  (Amster-

damdakı kimi birja) olduqca böyükdür. Uzunluğu 700, eni 250 addımdır, qərb tərəfində gözəl 

taxtavanlı, qübbəli şah sarayı və həyəti yerləşir, içərisindəki üstüaçıq meydançalarda müxtəlif 

sənətkarlar  çalışırlar.  Meydanın  şimal  tərəfindən  bazara  çıxış  hissədə  olduqca  gözəl  Qeysə-

riyyə, yaxud ticarət sarayı yerləşir. Burada hər cür mal tapmaq olar. Bu bazarın çox hissəsinin 

üstü örtülüdür. Bazar əsasən dalanlardan ibarətdir. Burada müxtəlif tacirlər: iranlı, hindli, ta-

tar, türk, erməni, gürcü, holland, ingilis, fransız, italyan və başqa tacirlərə rast gəlir. Alqı-satqı 

nağd pulla aparılır. Çox nadir hallarda mal borc sənədi ilə verilir [2, s.310-314].

 

Göründüyü kimi, ölkənin iri şəhərlərinin daxili ticarət müəssisələri olan bazarlarda alış-



veriş  işinin  səviyyəsi,  ticarətin  təşkili,  aparılması  formaları,  üsulları,  o  dövrün  kommersiya 

mərkəzləri  olan  karvansaralarda  səyyahın,  digər  əcnəbi  qonaqların  diqqətini  cəlb  etmişdir. 

Yan Streys yazırdı  ki, İsfahana əcnəbilər çox gəldiyinə görə burada  karvansaralar da çoxdur. 

Əksəriyyəti  dördkünc  və  üçmərtəbəli  olan  karvansaraların  yaşayış  mənzilləri  anbarları  ilə 

yanaşıdır, dövrəsinə daş hasarlar çəkilmişdir [2, s.315].

 

XVI-XVII  əsrlərdə  ölkənin  mühüm  daxili  ticarət  mərkəzlərindən  biri  də  Hörmüz-



Təbriz  yolu  üzərindəki  Kaşan  şəhəri  idi.  1617-ci  ildə  ispaniyalı  elçi  Don  Qarsiyade  Silva  bu 

şəhəri Farsla Azərbaycan arasında bağlı-baxçalı və zəngin bir şəhər kimi təsvir edərək yazırdı 

ki, onun ticarət mərkəzi olan meydanının ətrafında olduqca geniş və rahat karvansara yerləşir. 

Elçi  şəhər  kənarında  əcnəbilərin  yaşadığı  və  hər  cür  şəraiti  olan  karvansaralar  haqqında  da 

məlumat vermişdir [11, s.246-247].  

XVI-XVII  əsrlərdə  Səfəvi  dövlətinin  iqtisadi  inkişafının  başlıca  səciyyəvi  xüsusiyyəti 

şəhərlərin böyüməsi, ticarət və sənətkarlığın inkişafı ilə müəyyən olunur. Bu dövrdə Mərkəzi 

və Qərbi  İranın İsfahan, Şiraz, Kaşan, Yəzd, Kirman,  Azərbaycanın Təbriz, Ərdəbil, Qəzvin, 

Həmədan, Gəncə, Şamaxı, Bakı, Ərəş şəhərləri getdikcə böyümüş və ölkənin iqtisadi həyatın-

da  onların  nüfuzu  artmışdı.  Həmin  şəhərlər  ölkədaxili  ticarətin  və  xarici  iqtisadi  əlaqələrin 

mərkəzlərinə çevrilmişdi.  

 

İstifadə olunmuş ədəbiyyat: 

 

1.Əfəndiyev O.A. Azərbaycan Səfəvilər dövləti. Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, 342 s. 



2.Стрейс Я.Я. Три путешествия. Пер.c немец. на русск. Э.Бородиной, Москва: ОГИЗ-

СОЦЭКГЗ, 1935, 415 с. 

3.Путешественники об Азербайджане. Т.1, Составил З.И.Ямпольский, Баку: Изд.АН 


16                                                                 

Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, 

№3 2013 

 

Азерб.ССР, 1961, 497 с. 



4.Адам Олеарий. Подробное описание путешествия Голштинского посольства в Моско-

вию и Персию в 1633, 1636и 1639 годах. Пер. С немец. П.Барсова, Москва: Универси-

тетская типография, 1870, 1033 с. 

5.Хожение купца Федота Котова в Персию. Москва: Изд. Восточной литературы, 1958, 

110 с. 

6.PyetrodellaValle. Səfərname-ye Pyetro della Valle. Tərcome-ye əzmətneəsli-ye italyayi 



doktor Şüaəddin Şəfa, Tehran: Şerkəte Enteşarate Elm vəFərhəngi, h.1348, 483 s.  

7.Səfərname-ye Tavernye. Tərcome-ye Əbuturab Nuri. İsfahan: Çapxane-ye Pərvin, h.1346, 

719 s. 

8.Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: «Elm» nəşriyyatı, 1982, 



278s. 

9.Səfərnameha-yeVeneziyan dər İran. Tərcome-ye Mənucöhr Əmiri. Tehran: Enteşarate Xa-

rəzmi, h.1346, 450 s. 

10.Şarden. Səfərname-ye Şarden. Tərcome-ye Məhəmməd Abbasi, c.II-IV, Tehran: Entesarate 

Əmir Kəbir, h.1335-1336, c.II, 470 s. 

11.Səfərname-ye Don Qarsiyade Silva Fiqeroa. Tərcome-ye Qulamrza Səmia. Tehran, Çapxa-

na-ye Kətbiyye, h. 1363, 530 s. 

 

НИЗАМИ СУЛЕЙМАНОВ 

доцент кафедры Истории Азербайджана 

Азербайджанского Государственного Экономического Университета 

 

РОЛЬ ГОРОДОВ В СТРОИТЕЛЬСТВЕ ВНУТРЕННИХ ЭКОНОМИЧЕ-

СКИХ ОТНОШЕНИЙ В ГОСУДАРСТВЕ СЕФЕВИДОВ 

 

На основе путевых дневников и первичных источников в статье, изучены очень 

ценные информации о развития экономических отношений в стране, внутренних и ме-

ждународных торговых отношений, роли городов, а также установление торговых отно-

шений.  Проанализированы  основные  характеристики  городов,  как  Дербент,  Шемаха, 

Ардебиль, Тебриз, Казвин, Исфахан и их роль в экономической жизни страны. На осно-

ве изучения источников новой информации и фактов, установлено что, эти города стал 

центром  торговли  и  внешнеэкономических  связей.  Вэтомбольшуюрольимелиипутевы-

едневники. 

 

NIZAMI SULEYMANOV 



Associate Professorof the Department of History of Azerbaijan, 

Azerbaijan State Economic University 

 

THE ROLE OF CITIES IN THE CONSTRUCTION OF INTERNAL 

ECONOMIC RELATIONS IN THE STATE OF THE SAFAVID 

 

On the basis of the travel diaries and primary sources in the article, studied very valua-

ble information on the development of economic relations in the country, domestic and inter-

national trade relations, the role of cities, as well as the establishment of trade relations. Ana-

lyzes the main characteristics of cities as Derbent, Shemaxa, Ardabil, Tabriz, Qazvin, Isfahan, 


Qədim dövr və orta əsrlər

                                                                17



 

Tarix və onun problemləri, 

№3 2013 

 

and their role in the economic life of the country, based on the study of new sources of infor-

mation and facts found that, these cities became the center of trade and foreign economic rela-

tions. This had a big role and diaries. 



 

Rəyçilər: t.e.d.H.F.Cəfərov, t.e.d.Q.S.İsmayılov 

Azərbaycan Dövlət İqtisad Universiteti, “Azərbaycan tarixi” kafedrasının 12 sentyabr 

2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№01). 

Yüklə 435,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin