Azerbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Dövlət PedaqojiUniversiteti
Fakültə:
Tarix və coğrafiya
İxtisas:
Tarix və coğrafiya müəllimliyi
Təhsil pilləsi:
bakalavr
Təhsil forması:
Əyani
Kurs:
II
Qrup:
TCM2102B
Fənn:
Təhsildə İkt
Müəllim:
Dos.Qurban Əliyev
Tələbə:
Cəfərova Nigar
Mövzu:
İnformasiya anlayışı və onun ölçü vahidləri ,
əməliyyat sistemləri və əməliyyat siteminin təsnifatı, lokal
kompüter
şəbəkələri
Bakı2022
informasiya anlayışı və onun ölçü vahidləri
Artıq 20 ildən çoxdur ki, "Informatika" bir elm sahəsi kim formalaşmışdr.
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə,
şərhetmə,
məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır.
İnformatika termini informasiya və avtomatika sözlərindən
yaranmışdırİnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi
qəbul olunur. Gündəlik həyatda informasiya anlayışı geniş istifadə olunur.
İnformasiya anlayışı İnformatikanın ilkin anlayışlarındandır. Yəqin orta
məktəbdən bilirsiniz ki, Həndəsədə nöqtəyə və düz xəttə tərif verilmir. Onlar
Həndəsənin ilkin anlayışlarıdır. İnformasiya da ilkin anlayışlardan olduğuna
görə ona tərif verilmir. Bəs ümumiyyətlə informasiya dedikdə nə başa düşürük?
İnformasiya dedikdə hər hansı məlumat, xəbər, biliklər toplusu başa düşülür.
Başqa sözlə, informasiya real həyatın inkişafıdır. İnformasiya adətən, verilənlər
faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və
insanlara aydın olur.Qədim insanlar informasiyanı qayalarda rəsm şəkilində
saxlayırdılar. İndiki dövrdə şəkillər parçalarda, musiqi maqnit lentlərində,
verilənlər kompüterin yaddaşında, DNT kodları canlı hüceyrədə və insan
beyninin yaddaşında saxlanılır. Kompüterlər verilənlərin mahiyyətini anlamadan
onları emal edir. Hazırda “İnformatika” informasiya proseslərinin
(informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı) kompüter
texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi
formalaşmışdır.
Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri,
qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri
çoxaltmaq məqsədi daşıyır. Məlumat-informasiyanın təsvir olunma formasıdır.
İnformasiya kompyuterlərdə daha çoxdur. İnformasiya ifadə olunma
formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr,
proseslər və s. Haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən
faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı
yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və
rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli
informasiyaların köməyilə fəaliyyət göstərir. Müxtəlif intensivliyə malik olan
siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq
informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir — biz təbiətdə heç
bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik.
Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz
müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.