E L A N
Doktorant və magistrantların nəzərinə!
Naxçıvan Müəllimlər İnstitutunda
“Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda
doktorant və magistrantların IV Respublika elmi konfransı keçiriləcəkdir.
Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının (İnnoLab) təşkilatçılığı ilə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmi və elmi-pedaqoji kadr hazırlığı ilə məşğul olan elm və ali təhsil müəssisələrinin doktorant və magistrantları üçün 29-30 aprel 2022-ci il tarixdə “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda doktorant və magistrantların IV Respublika elmi konfransının keçirilməsi planlaşdırılır. Konfransın təşkili Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində 2022-ci ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi tədbirlər planına daxil edilmişdir. Konfransın keçirilməsində əsas məqsəd bütövlükdə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən gənc tədqiqatçıları hibrid (əyani və videobağlantı) formatda bir araya gətirmək, onların əldə etdikləri elmi nəticələrinin digər tədqiqatçılarla bölüşməsinə və müzakirə etməsinə, elmi tədqiqat, tərtibat və təqdimat bacarıqlarının inkişafına şərait yaratmaq, təhsil-tədqiqat-innovasiyaya olan maraqlarını daha da artırmaqdır.
Konfransda ixtisasından (ixtisaslaşmasından) asılı olmayaraq bütün gənc doktorant və magistrantlar elmi məruzə və ya digər materialları ilə iştirak edə bilərlər. Konfrans materiallarının ayrıca toplu şəklində nəşri nəzərdə tutulur. Konfransda iştirak etmək və məqaləsini/tezisini dərc etdirmək istəyən gənc tədqiqatçılar 18 aprel 2022-ci il tarixədək materiallarını elmihisse@nmi.edu.az elektron ünvanına “Magistrantların IV Respublika konfransı üçün” qeydi ilə göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209) təqdim edə bilərlər. Materiaların qəbul edilməsi üçün elmi rəhbərin rəyi və aşağıdakı tələblərin ödənilməsi vacibdir.
Məqalə/tezisin tərtibinə dair tələblər:
- A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;
- səhifənin parametrləri - hər tərəfdən 2 sm;
- materialın başlığı tünd, böyük hərflərlə ortada;
- müəllifin adı və soyadı, işlədiyi və ya təhsil aldığı müəssisənin adı, elmi dərəcəsi və elmi adı
(varsa), elektron ünvanı (və əlaqə telefonu) və elmi rəhbərin adı və soyadı, elmi dərəcəsi və elmi
adı (varsa), sağ tərəfdən;
- sətirlərarası interval - 1,5;
- istinadlar mətnin içində [5, 124] şəklində;
- ədəbiyyat siyahısı materialın sonunda;
- xülasə: məqalə üçün - yazıldığı dildən başqa 1 xarici dildə (50-60 söz); tezis üçün - yazıldığı
dildən başqa 1 xarici dildə (30-40 söz);
- açar sözlər – 4-5 söz və ya söz birləşməsi;
- materialların həcmi: məqalə üçün 4-8 səhifə (Xülasə, Açar sözlər və Ədəbiyyat siyahısı daxil
olmaqla), tezis üçün 2-3 səhifə (Xülasə və Açar sözlər daxil olmaqla) həcmində.
Gənc tədqiqatçılara uğurlar diləyi ilə,
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.
Naxçıvan Müəllimlər İnstitutu
Dostları ilə paylaş: |