Təkliflər Paketi
Sosial Siyasətin İnkişafı Mərkəzi
UAFA tərəfindən əlilliyi olan uşaqların ailələri ilə bağlı aparılan araşdırma zamanı vurğulanan ümumi ehtiyaclardan biri də günərzi qayğı ilə bağlı idi. Bu ehtiyac ona görədir ki, valideyinlərin əlilliyi olan uşaqların qayğısına qala bilmək üçün köməyə ehtiyacları var; valideyinlər işləmək istəyirlər, lakin onların uşaqları ənənəvi ümumtəhsilə qəbul edilmir və nəticədə, evdə qalmalı olurlar; və uşaqların inkişaf etməsi üçün fərdi və qrup terapiyası proqramı ilə yanaşı digər uşaqlarla sosial ünsiyyətdə olmasına da ehtiyac var.
Bu təkliflər paketində mən günərzi qayğının nədən ibarət olduğunu və onun bu kontekstdəki mənasını, mümkün məqsədlərini, əlilliyi olan uşaqlar və onların ailələri üçün inkişaf etməkdə olan sosial sistemdə onun yerini açıqlayacağam. Eyni zamanda ƏƏSMN-nə qərarvermədə dəstək olmaq məqsədilə bir sıra təkliflər irəli sürəcəyəm.
Günərzi Qayğı nədir: əlilliyi olan və olmayan uşaqlar üçün gün ərzində nəzarət və qayğı deməkdir. Körpələr və uşaqlar üçün bu, valideyinlərə işləmək imkan verən xidmət dövlət və qeyri-dövlət xidmət növüdür. Üç yaş və üç yaşından yuxarı uşaqlar isə dövlət və ya özəl uşaq bağçalarına qəbul edilir, və artıq məktəb yaşına çatan uşaqlar ənənəvi ümumtəhsil məktəblərində təhsil alırlar. Azərbaycanda inteqrasiya və inklüziya siyasəti hələ də sosial xidmətlərə tətbiq olunma prosesində olduğu üçün əlilliyi olan uşaqların ailələri üçün imkanlar daha məhduddur.
Uzun müddətdir ki, əlilliyi olan uşaqların ailələri üçün dövlət uşaq müəssisələri yeganə dövlət qayğısı növüdür, lakin, hazırki müəssisə qayğısı uşaqların inkişafını və onların hüquqlarını məhdudlaşdırır, habelə mövcud və müasir tələb və normalara zidd olduğu üçün, o cümlədən Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və dövlətin siyasətindən irəli gələrək, ən vacibi isə uşaqların mənafeini üstün tutaraq yeni xidmətlərə ehtiyac vardır. Azərbaycanın Əlilliyi olan Şəxlərin Hüquqları haqqında BMT Konvensiyasına uyğun olaraq düzgün siyasət müəyyənləşdirməsi yönümündə bir sıra sualların cavablandırılmasına ehtiyac var.
Maddə 7.1
Dövlət qurumları başqa uşaqlarla bərabər olaraq əlilliyi olan uşaqların da insan hüquqları və fundamental azadlıqlarını bütünlüklə təmin edən bütün mümkün addımları atmalıdır.
Əlilliyi olmayan uşaqlarla inteqrasiyanın olmadığı günərzi qayğıda uşağın ehtiyacları daha yaxşı ödənilirmi?
Maddə 24.1
Ayrıseçkilik qoymadan və bərabər imkanlar əsasında bu hüququn həyata keçirilməsində dövlət qurumları əlilliyi olan şəxslərin hər bir səviyyədə inklüziv təhsilini təmin edir ……
Bu maddənin tələblərinə cavab vermək üçün Təhsil Nazirliyi ilə ƏƏSMN arasında məlumatlandırma mövcuddurmu?
Maddə 26.1b
İcmada və cəmiyyətin bütün sahələrində iştirakı və inklüziyanı dəstəkləmə könüllüdür və kənd yerləri də daxil olmaqla, icmalara yaxın olmalıdır ki, əlilliyi olan şəxslərə əlçatan olsun.
Cəmiyyətdən təcrid olunma baxımından günərzi qayğı ilə müəssisələşmə arasındakı fərq nədir?
Günərzi qayğının məqsədləri nə olmalıdır?
-
Əlilliyi olan uşaqlara öz həmyaşıdları ilə eyni sosial mühitdə böyüməyə imkan yaratmaq
-
De-institutalizasiya prosesinə və alternativ xidmətlərin inkişafına dəstək vermək
-
Əllilliyi olan uşaqların valideyinlərinin də təhsillə təmin olunan əlilliyi olmayan uşaqların valideyinlərinə göstərilən dövlət dəstəyi ilə təmin olunması
Günərzi qayğı yoxsulluğun azaldılması siyasətinin tərkib hissəsinə aid edilə bilərmi yoxsa bu xüsusi təhsil siyasətinin tərkib hissəsidir?
Səciyyəvi olaraq günərzi qayğı xüsusi ehtiyacları olması səbəbindən ənənəvi təhsilə cəlb oluna bilməyən əlilliyi olan uşaqlar üçün təhsil imkanları yaratdığı üçün erkən uşaqlıq inkişafının və ya xüsusi təhsil siyasətinin bir hissəsi sayılır.
Əlillik və yoxsulluq bir-biri ilə əlaqəli olduğundan Azərbaycan kontekstində günərzi qayğının ən həssas təbəqədən olan, yoxsulluq və əlillik səbəbindən təcrid olunmuş və müəssisələşmə təhlükəsində olan uşaqlar üçün təmin olunması daha uyğun – ağılabatandır.
Fikrimcə, yoxulluğun azaldılması siyasətinin bir hissəsi kimi günərzi qayğı işsiz olan valideyinlərin iş axtarışı ilə əlaqəlidır. Bu isə o deməkdir ki, dövlət təfərindən maliyyələşən günərzi qayğı valideyinlərdən birinin və ya hər ikisinin iş vəziyyətinə şərtləndirilməlidir. UAFA-nın günərzi qayğı pilot layihəsində (GQM) bu xidmətdən istifadə edən 10 ailədən 2-si iş axtarışına davam etməkdə idi. İki ana uşağını GQM-nə yerləşdirərkən artıq işləyirdi; onlardan birinin yoldaşı əlillik səbəbindən iş qabiliyyətindən məhrum idi və ailələrdən heç biri Ünvanlı Sosial Yardım almırdı.
Əmək qabiliyyəti olmayan və ya işləmək istəməyən valideyinlər
Valideyinlərdən biri və ya hər ikisi əmək qabiliyyətli deyillərsə və bu səbəbdən müavinat alırsa, uşağın öz potensialına çatmasında valideyinlərə dəstək vermək dövlətin məsuliyyətindədir. Bu halda günərzi qayğı işsizliklə əlaqələndirilməməlidir.
Əgər ailənin işləmədən özünü təmin etməyə vəsaiti varsa, bu halda fasiləli günərzi qayğını məqsədəuyğun hesab edirəm – məs. əsas qayğı çəkənə dincəlmək üçün həftədə bir neçə saat vaxt verilmiş olardı. Valideynin uşağının uyğun terapiya və/ya xüsusi təhsil1 aldığına əmin olması üçün icma əsaslı reabilitasiyaya da çıxışı olmalıdır.
Uşağın günərzi qayğı yoxsa fasiləli qayğıdan bəhrələnməli olduğuna kim qərar verməlidir?
Yoxsulluq və əlillik səbəbindən yaranmış ailə problemlər mürəkkəb xarakter daşıdığı üçün alternativ xidmətlərə istiqamətləndirəcək ən uyğun şəxs əlilliyi olan uşaqlarla və onların ailələri ilə işləmək üçün təlimləndirilmiş sosial işçidir. Onlar uşaq və onun ailəsinin inamını qazanmış, onların vəziyyətindən xəbərdar olan və yerli qurumlardan maliyyə yardımlarına aid məlumat ala biləcək şəxslərdirlər. Bu proses hər bir fərdi halın idarəolunması prosedurlarına əməl olunmaqla bütünlüklə sənədləşdirilməlidir.
Günərzi qayğı xidmətləri göstərərkən dövlətin maliyyə xərcləri?
Cədvəl : Dövlət daimi yaşayış müəssisələri xərclərinin analizi2
|
Hər uşağa xərc (AZN)
İllik
|
Hər uşağa xərc (AZN)
Aylıq
|
Uşaq evi (Səhiyyə Nazirliyi) – mərkəzi büdcə
|
10594
|
883
|
Uşaq evi (Səhiyyə Nazirliyi) –
yerli büdcə
|
6203
|
517
|
Ağır əlilliyi olan uşaqlar üçün müəssisələr (ƏƏSMN)
|
4190
|
350
|
Cədvəl : UAFA tərəfindən göstərilən alternativ xidmətlərin xərclər analizi
|
Hər uşağa xərc (AZN)
İllik
|
Hər uşağa xərc (AZN)
Aylıq
|
İcma Əsaslı Reabilitasiya Mərkəzi (İƏRM)
|
350
|
30
|
Günərzi Qayğı Mərkəzi3
|
1110
|
92.5
|
Aydındır ki, alternativ xidmətin xərcləri müəssisə qayğısı xərclərindən daha effektivdir və həm də uşağın ailədə qalmasını və evə daha yaxın yerləşən reabilitasiya xitmətlərinə sahib olmasını təmin edir.
Hər halda, günərzi qayğı xidmətinin həyata keçirilməsi üçün real xərcləri əldə etmək üçün bir sıra əlavə suallar da cavablandırılmalıdır:
-
Günərzi qayğı üçün yeni bina/yer tikiləcəkmi? Tikiləcək və mövcud (müəssisələr, uşaq bağçaları, məktəblər) bina/yer arasındakı fərqlər hansılardır?
-
Əgər fərqlər olacaqsa, meyara uyğun olaraq bütün əlilliyi olan uşaqlara bərabər təminat necə qarşılanacaq?
-
Əgər günərzi qayğı mərkəzləri böyük və kiçik şəhərlərdə tikiləcəksə, kəndlərdə yaşayan yoxsul ailələr bu mərkəzlərdən necə istifadə edəcəklər? Uşaqların iştirakını təmin etmək üçün nəqliyyat təmin olunacaqmı?
-
Əlilliyi olan uşaqlara günərzi qayğı xidmətləri göstərmək üçün yerli təhsil təsisatlarından hansı istifadə imkanları mövcuddur?
Günərzi qayğı mərkəzinə alternativ xidmətlər mövcuddurmu?
-
Öz evində xidmət göstərən dayə – xidmət göstərənin evində göstərilən ödənişli xidmət
-
Günərzi Qayğı Mərkəzinin təlimləndirilmiş və ödənişli əsasda xidmət göstərən işçisi tərəfindən evlərdə xidmət, xüsusilə kənd yerlərinə uyğundur.
-
Qohumlar, dostlar, qonşular tərəfindən göstərilən qayğı – ödənişsiz könüllü dəstək
-
Yaşayış evlərindən birində yerləşən dövlət tərəfindən maliyyələşən İcma əsaslı günərzi qayğı mərkəzi – günərzi qaygı mərkəzinə getmək üçün nəqliyyat xərcinin baha olduğu kənd yerlərində `qonşuluqda` yerləşən mərkəzlər
GÜNƏRZİ QAYĞI XİDMƏT NÖVLƏRİ BEYNƏLXALQ SƏVİYYƏLİ BÜTÜN NORMA VƏ TƏLƏBLƏRƏ CAVAB VERƏN MİNİMUM QAYĞI STANDARTLARINA UYĞUN OLMALIDIR.
Təkliflər Paketini hazırladı:
Qvendolin Börçell
Sosial Siyasətin İnkişafı Mərkəzi
Azərbaycana Birgə Yardım təşkilatı
Exsersise
Dostları ilə paylaş: |