Kainatın quruluşu və kosmosda mövqeyi
Təbiətdəki bir çox proseslərin izahı tapılısa da ətrafımız hələ tam öyrənilməyib. Günü-gündən yeni elmi kəşflər olur.Amma hələ də Kainatın necə yaranması və quruluşu haqqında tam sübut olunmuş yekun nəzəriyyə mövcud deyil. Yəqin bir çoxlarınız kainatın yaranması haqqında olan “Böyük Partlayış” nəzəriyyəsini eşidibsiz. Bu nəzəriyyənin məşhurluğu ona görədir ki, onun doğruluğuna bir çox fizika qanunları da imkan veirir(Məsələn Habl qanunu).
Böyük partlayış- Böyük partlayış (Big Bang) nəzəriyyəsi kainatın başlağıcı ilə əlaqəli ən çox qəbul edilən açıqlamadır. Bu nəzəriyyə yalnız kainatın mənşəyi ilə əlaqəli deyil, kainatın başlanğıcından sonra meydana gələn zaman anlayışı ilə yanaşı kainatın necə böyüdüyünü, necə genişləndiyini və necə göründüyünü də izah edir. 1920-ci illərdə rus fiziki, riyaziyyatçı Alexander Friedmann və Belçikalı riyaziyyatçı, astronom Georges Lemaître tərəfindən irəli sürülən bu nəzəriyyə, müxtəlif dəlillərlə sübut edildiyi üçün bir çox insan bunu qəbul etdi.Nəzəriyyə, hələ də genişlənən kainatın 13,7 milyard il əvvəl genişlənməyə başlamazdan əvvəl çox isti və sıx bir vəziyyətdə olduğunu söyləyir. Daha əvvəl Georges Lemaître'nin "İlk Atom Hipotezi" adlandırdığı bu hipotezə, indi "Böyük Partlayış Nəzəriyyəsi" deyilir.Genişlənən kainat şişirdilmiş bir şar ilə müqayisə olunur. Balonun səthində müstəqil rəngli nöqtələrin olduğunu və bu nöqtələrin hər birinin fərqli bir qalaktika olduğunu düşünün. Bu qalaktikalardan birində yaşadığımız üçün, digər ulduzların hamısı bizdən uzaqlaşır.
Məktəblərdə də bu nəzəriyyə keçirlir deyə ondan danışmayacayıq. Bu səbəbdən sizə digər ,bir qədər fərqli nəzəriyyələrdən yazamaq istəyirəm.
Kainatın yaranması haqqında ekpirodik nəzəriyyə.
B u nəzəriyyəni dəstəkləyənlər hesab edirlər ki, Bizim Kainata paralel başqa bir Kainat var və müəyyən zamandan bir o öz “bacısı” ilə toqquşur. Toqquşmanın enerjisi məkanın sapmasına gətirir. Nəticədə hissəciklər yaranır, sonra onlardan qaz dumanlıqları, qallaktikalar, ulduzlar və digər kosmik cisimlər yaranır. Toqquşmadan sonra Kainatlar bir-birindən “qaçırlar”. Amma aralanma nə qədər çox olursa bir o qədər də cəzb etmə baş veriri. Onlar yenə bir-birinə yaxınlaşmağa başlayırlar(bu müddət ərzində hər iki kainatda nə ulduz, nə də başqa obyekt mövcud olur. Hər şey Termodinamikanın 2-ci qanununa əsasən bərabər paylaşır və yenə toqquşurlar. Toqquşmanın enerjisi yenə yeni hissəciklərin yaranmasına təkan verir və s. Bu dövr sonsuz olaraq davam eedir
Ağ dəliklər nəzəriyyəsi.B ir çoxumuz Qara dəliklərin mövcudluğu haqqında eşitmişik. Onların mövcudluğunu isə qravitasiya sahələrinin təsiri, işığın əyilmələrinə əsasən güman edirlər. Amma alimlərin bəziləri ağ dəliklərin də mövcud olmasını güman edirlər. Əgər cisimlər, hissəciklər qara dəliklər tərəfindən udulurlarsa onlar hardansa çıxmalıdırlar.Nəzəri olaraq cisimlərin udulduğu deyil, atıldığı nöqtələr həqiqətən mövcuddur. Hələ ki, belə dəlikləri müşahidə etmək mümkün olmayıb, amma bu nəzəriyyənin tərəfdarları belə dəliklərin tapılmasına ümidlərini itirməyiblər və inanırları ki, yaxın gələcəkdə onlar tapılacaq.Ümumi götürdükdə isə ağ dəliklərin mövcudluğu (əgər varsa) eyni anda fizikanın bir neçə fundamental qanununu pozur. Əgər ağ dəlikər tapılmış olsa onda fizika qanunlarını yenidən nəzərdən keçirmək lazım olacaq.
Kainat “Matrisadır”. Çoxunuz “Matrisa” ifadəsini eyni adlı filmdən eşidibsiz. Bəs bilirdinizmi ki, bu film kainat haqqında olan qeyri-adi nəzəriyyənin əsasında çəkilib. Bu nəzəriyyəyə əsasən Kainat kim tərəfindən yaradıldığı məlum olmayan möhətəşəm kompyuter proqramı tərəfindən yaradılıb. Belə bir kompyuteri heç kəs təsəvvür belə edə bilməz ) Əlbətdə belə bir nəzəriyyə fantastik filmin bir hissəsi ola bilər və onun tərəfdarı alimlər arasında çox azdır. Amma elələri də var ki, bu nəzəriyyənin mümkün olmasını vacib hesab edirlər .
Kainat Qara dəliklərin nəticəsidir. Maraqlı nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən qara dəliklər udduqları cisimləri naməlum yerdə kənara atırlar. Həmin atılan yerdə (nəzəriyyəyə əsasən ) yeni Kainat yaranır. Qara dəliklər tərəfindən udulan hər hissəcik yeni kainatın başlanğıcı ola bilər. Bu başlanğıc yığılmış energetik partlayışdan sonra baş verə bilər. Bu partlayış Böyük partlayış olacaq, belə Partlayışlar isə olduqca çoxdur. Hər yeni yaranmış Kainat isə yeni qara dəliklərin yaranmasına səbəb olur və onlar isə yeni Kainatların.
Dünyaların kvant nəzəriyyəsi. Bu nəzəriyyə bir çox fantastik əsərlərdə əsas süjet xətti olur. Onun əsası variyasiyaların(dəyişənliyin) budaqlanmasıdır. Məsələn siz indi seçim etmək istəyirsiz, kitab oxumaq yoxsa televizora baxmaq. Bir variantlıqda siz kitab oxuyursuz, digərində televizora baxırsız. Bizim artıq bir-birindən az fərqli 2 kainatımız mövcud oldu. Hədisələrin müxtəlifliyi artıqdca fərqlənmə də bir o qədər çox olur. Hadisələri belə variantlıqlara bölsək sonsuz sayda Kainatlar yaranar.
Variantlıqlar isə müxtəlif, kiçik səbəblərdən yarana bilər. Buna həmçinin atomların xüsusiyyələri, müxtəlif istiqamələrdə hərəkətləri səbəb olar bilər. Belə olduqda isə hər anda hər kiçik səbəbə görə milyarlardla yeni Kainat yaranar. Onlardan da daha yeni kainatlar və s. Bu budaqlanma sonsuzluğa qədər soznsuz sayda kainatın yaranamasına səbəb olur. Bu budaqlanmada kainatlar bir-birindən nə qədər aralansa bir o qədər də onlar arasında (hadisələrin baş verməsində filan) fərq çox olur. Məsələn bir kainatda siz yatırsız, digərində kitab oxuyursuz, daha digərində siz artıq mövcud deyilsiz (məs. həlak olubsuz ) . Qısa olaraq Bizim Kainata paralel olan sonsuz sayda kainat var. Və hər Kainatda hadisələr müxtəlif cür baş veririr.
Dostları ilə paylaş: |