AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
FAKÜLTƏ: NƏQLİYYAT VƏ LOGİSTİKA
KAFEDRA: NƏQLİYYAT LOGİSTİKASİ VƏ HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ
FƏNN: NƏQLİYYAT LOGİSTİKASİ
QRUP:169a
TƏLƏBƏ: VEYİSOV FƏRİD
SƏRBƏST İŞ:5
MÖVZU: LOGİSTİKANİN NƏQLİYYAT TƏMİNATI.YUKLƏRİN CATDİRİLMA SİSTEMİNƏ QOYULAN TƏLƏBLƏR .YÜKLƏRİN CATDİRİLMA SİSTEMİNİN İŞTİRAKÇILARI VƏ CATDİRİLMA PROSESİNDƏ KOMRUK PROSEDURLARI
Logistik sistemin mövcudluğunun təməl elementi nəqliyyatdır. Logistik sistemdə nəqliyyatın əsas rolu material axının yerdəyişməsi və logistik subyektlərin əlaqələndirilməsidir . Nəqliyyat logistik sistemin bütün elementlərini bir-biri ilə əlaqələndirir v ə eyni zamanda daşı ma prosesini yerinə yetirir. Bu iki funksiya hesabına logistik sistem mövcud olur. Logistik sistemin hər iki sonluğunu əlaqələndirən nəqliyyatdır. Hər iki sonluq üçün iqtisadi baxımdan başlıca göst ərici qiymətdir (maliyyədir). Qiymətin formalaşmasında nəqliyyatın xüsusi çəkisi çox böyükdür. Ona görə də logistik sistemin nəqliyyat təminatı hər iki tərəfi qane edən hər hansı bir sistem olmalıdır.
Nəqliyyat sisteminin müxtəlif formaları var. Lakin idarəçilik baxımından əsasən 2 sistem fərqləndirilir:
Vahid nəqliyyat sistemi;
Nəqliyyat logistik sistem (NLS).
LNS-in ən mür əkkəb məsələsi nəqliyyat tə minatının optimal variantını seçməkdir. Buna görə də müasir dövrdə bu məsələni nə satan (nə istehsalçı ), nə də istehlakçı həll etmir. Bütün bu funksiyanı logistik firmalar yerinə yetirir. Çox az hallarda böyük istehsal ş irkətlərinin öz logistik firmaları olur. NL şirkət qarşıya qoyulan bu məsələni həll etmək üçün müəyyən suallar ı özündə cəmləşdirən blank formaları tərtib etməlidir. Bu formada aşağıdakı suallar olur:
Sifarişçi haqqında mükəmməl məlumat;
Yükün adı, miqdarı və saxlanma şəraiti;
Göndərmə və təyinat (qəbul etmə) yeri;
Göndərmə və çatdırma vaxtı;
Çatdırma ilə bağlı tələb olunan əlavə xidmətlər;
Çatdırma keyfiyyəti ilə bağlı sifarişçinin qoyduğu digər tələblər.
Bu sualları topladıqdan sonra çatdırmanın layihə sxemi hazırlanır və bu sxemə əsasən NLS fəaliyyətə başlayır. Yüklərin çatdırma layihə sxemi aşağıdakı kimidir.
Çatdırma sisteminə qoyulan əsas tələblərə aşağıdakılar daxildir:
gömrük rəsmiləşdirmə proseduruna köməklik göstərilməsi;
çatdırmanın tələb olunan vaxtının təmin olunması;
daşıma və saxlanmada yükün qorunması;
çatdırma xərclərinin minimum olması.
Yükl ərin çatdırılma sisteminin layihələndirilməsinin əsas mərhələləri bunlardır:
sifarişin emalı və çatdırma sisteminə tələblərin müəyy ənləşdirilməsi;
çatdırma sisteminin mümkün variantlarının işlənməsi;
çatdırma sistemi variantlarının keyfiyyətinin qiymətləndirilməsi;
optimal çatdırma sistemi variantının seçilməsi və müqavilələrin bağlanması.
NLS-ə aşağıdakı nəqliyyat növləri daxildir:
Avtomobil nəqliyyatı;
Dəmiryol nəqliyyatı;
Dəniz nəqliyyatı;
Daxili su (çay) nəqliyyatı;
Hava nəqliyyatı.
NLS-də müxtəlif nəqliyyat növlərinin tətbiqində əsas müqayisə göstəriciləri bunlardır:
istismar xərclərinin səviyyəsi;
kapital qoyuluşu;
hərəkət sürəti və çatdırma müddəti;
daşıma və buraxma imkanın olması.
müxtəlif şəraitlərdə manevrlilik;
daşımaların fasiləsizliyi və etibarlılığı;
daşınan yükün qorunmasının təminatı;
nəqliyyat vasitəsi və yükləmə-boşaltma avadanlıqlarından səmərəli istifadə
şəraiti.
YÜKLƏRİN ÇATDIRMA Sİ STEMİNİN İŞTİRAKÇILARI ÇATDIRMA PROSESİNDƏ GÖMRÜK PROSEDURLARI
Çatdırma sisteminin iştirakçıları aşağıdakılardır:
Ekspedisiya şirkətləri;
Daşıyıcı;
Anbarlar;
Nəqliyyat logistik firma (nəqliyyat prosesini təşkil edənlər).
Ekspedisiya şirkətləri Dünyada geniş yayı lıb. Yük satan və yük alan çatdırma və onunla bağlı səlahiyyətlərini bütövlükdə və ya qismən fiziki və ya hüquqi şəxs qismində, müqavilə əsasında onlara verir. Onlar yükü müqavilə şərtləri ilə qəbul edir. Bundan sonra çatdırma ilə bağlı bütün əməliyyatlar onlar tərəfindən yerinə yetirilir. Bu əməliyyatlara aşağıdakılar daxildir:
Yükün formalaşdırılması (mərkəzləşdirilməsi);
Nəqliyyat növünün seçilməsi;
Gömrük prosedurlarını icra edilməsi (beynəlxalq daşımadırsa);
Yükləmə-boşaltma işlərini yerinə yetirilməsi (bütün hallarda yox);
Çatdırma ilə bağlı bütün sənədləşmə məsələlərinin həll edilməsi (vergi, sığorta və s.).
Digər ekspedisiya şirkətləri ilə (ölkədaxili və ya xarici) informasiya mübadiləsi edilir.
Gömrük prosedurları − bu prosedurlar beynəlxalq çatdırma sistemində nəzərdə tutulur. Bu daşımalar ən azı 2 ölkə ərazisini əhatə etməlidir.Gömrük prosedurları iki tərəfli və ya çox tərəfli ölkələrarası müqavilələrlə və həmçinin beynəlxalq gömrük konvensiyası, beynəlxalq və milli qanunvericiliyə (gömrük kodeksinə) əsasən icra olunur. Bunlar müxtəlif ola bildiyindən, proseduralar da müxtəlif ola bilər. Beynəlxalq çatdırma sisteminin böyük əksəriyyəti beynəlxalq konvensiyanın tələblərinə əsasən yerinə yetirilir. Bu halda çatdırma üçün beynəlxalq nəqliyyat dəhlizlərinin optimal variantı seçilir. Burada dəhlizin daha az ölkədən və ya gömrük prosedurları yaxın (oxşar) olan ölkələrin ərazisindən keçməsi əsas götürülür. Beynəlxalq dəhlizlər beynəlxalq ticarətin inkişafını təmin etməyə əsasən müəyyən edilir.
Dostları ilə paylaş: |