Plan: Böyük Britaniyanın coğrafi mövqeyi, dövlət quruluşu, əsas turizm mərkəzləri



Yüklə 42,47 Kb.
səhifə1/10
tarix11.11.2022
ölçüsü42,47 Kb.
#68560
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10
qerbi avropa





Fənn: Turizm coğrafiyası
Mühazirə:
Avropa turizm regionu
Müəllim: N.A.Əliyeva

Plan:


  1. Böyük Britaniyanın coğrafi mövqeyi, dövlət quruluşu, əsas turizm mərkəzləri.

  2. London, Temza çayı hövzəsi turizm bölgəsi.

  3. Böyük Britaniya turizminin inkişafının coğrafi mənzərəsinin xarakterizəsi.

  4. Fransanın coğrafi mövqeyi və iqlim şəraitinin turizmin inkişafına təsiri.

  5. Paris turizm mərkəzi

  6. Fransa Rivyerası, Pireney və Fransa Alpları turizm bölgəsi.

  7. Almaniyanın coğrafi mövqeyi və iqlim şəraiti, əsas turizm mərkəzləri.

  8. Reyn hövzəsi turizm bölgəsi.

  9. Almaniya turizminə təsir edən əsas faktorlar

  10. Avstriyanın coğrafi mövqeyi və təbii iqlim şəraitinin turizmə təsiri.

  11. Vyana, Aşağı Avstriya, Burkenland turizm bölgələri.



  1. Böyük Britaniyanın coğrafi mövqeyi, dövlət quruluşu, əsas turizm mərkəzləri.

Böyük Britaniya 244,8 min km2 əraziyə malik olmaqla Avropanın şimal-qərbində, Britaniya adalarında yerləşir. Dünyanın başqa bölgələrində yerləşmiş bir sıra asılı ərazilər də Böyük Britaniyanın tərkibinə daxildir.
Böyük Britaniyanın tərkibinə 4 tarixi-coğrafi əyalət daxildir.: İngiltərə, Uels, Şimali İrlandiya və Şotlandiya. Men və Normand adaları müstəqil inzibati vahidlərdir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yarandığı gün 1iyun 1801-ci il - Milli bayram kimi qeyd edilir.
Böyük Britaniya yalnız İrlandiya ilə həmsərhəddir. Qərbdə Atlantik okeanı, şərqdə Şimal dənizinin suları ilə əhatə olunur. Cənub–şərqdə La-Manş boğazı Böyük Britaniyanı Avropa qitəsindən ayırır. Böyük Britaniyanın sahilləri çox girintili çıxıntılıdır. Sahil boyu məhsuldar ovalıqlar yerləşir. Ölkənin qərbində və şimalında dağlıq relyef- Şimal-qərb yaylası və İngiltərə adasının ən yüksək zirvəsi olan Snoudonun (1085m) yerləşdiyi Qrampion dağları üstünlük təşkil edir. Şimali İrlandiyada Antrim yaylası və Mon dağları vardır.
Ölkənin əsas çayları Temza, Severn, Trent, Mersi və Klayddır. Göllərin əksəryəti Şotlandiya və Şimali İrlandiya ərazisindədir. Onlardan ən böyüyü-Lox-Neydir (400km2).
Böyük Britaniyanın ərazisinin 8% meşə ilə örtülüdür. Ölkə özünəməxsus kənd landşaftı və qədim parklarla əhatə olunan orta əsr qəsrləri ilə dünyada tanınır. Qədim qəsrlərin əksəryətində hal-hazırda da insanlar yaşayırlar. Şimali Atlantika axını Böyük Britaniyanın iqliminə güclü təsir göstərir. Ölkənin iqlimi üçün yağıntının miqdarının çoxluğu , vaxtaşırı güclü dumanlar, yumşaq qış, sərin və günəşli yay xarakterikdir.
İri şəhərləri: Birmingem, Lids və Qlazqodur. Duvr, Liverpul, London, Sauthemton, Felikstou və Xartlpul ölkənin əsas portlarıdır.
Dövlət quruluşu –parlamentli monarxiyadır. Ölkədə vahid konstitutsiya yoxdur. Parlament tərəfindən qəbul edilən qanunvericilik aktları və məhkəmə presedentləri konstitutsiya maddələri əhəmiyyəti daşıyır. Dövlətin başçısı –Kraliça II Yelizavetadır. Dövlətin qanunverici orqanı Lordlar və İcmalar palatalarından ibarət olan parlamentdir.
Ölkədə turistləri cəlb edən əsas mərkəzlər London (ətrafı ilə birlikdə), Temza vadisi, ölkənin cənub və cənub qərb sahilləri , ölkənin mərkəzi, Midlen, Şərqi-İngiltərə, Çersi, Uayt, Men kurort adaları, Uels, Şotlandiya və Şimali İrlandiyadır.




  1. Yüklə 42,47 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin