Plan: Böyük Britaniyanın coğrafi mövqeyi, dövlət quruluşu, əsas turizm mərkəzləri



Yüklə 42,47 Kb.
səhifə7/10
tarix11.11.2022
ölçüsü42,47 Kb.
#68560
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
qerbi avropa

Reyn hövzəsi turizm bölgəsi

Reyn hövzəsi turizm bölgəsinə daxil olan Mayns şəhərindən Köln şəhərinə qədər olan ərazi çox mənzərəlidir. Reyn sahilinin hər iki sahilində üzümlüklər salınmış, ətrafdakı təpəliklər üzərində isə qədim qəsr və qalaların qalıqları görünür. Ölkənin ən qədim şəhəri Bonn eramızın I əsrində romalılar tərəfindən möhkəmləndirilmiş düşərgə kimi salınmışdır. Bonnda çoxsaylı muzeylər və teatrlar vardır. Dahi bəstəkarlar Bethoven və Şumanın yaşadıqları evlər indi muzeylər kimi fəaliyyət göstərir.
Bonnun tarixi-memarlıq abidələri olan Roma kilsəsi (XI-XIII), Ratuşa (XVIII), Hammerştad villası (ölkə prezidentinin iqamətgahı), Şamburq sarayı (Federal kanslerin iqamətgahı) turistlərin maraq göstərdiyi yerlərdir.
Bonndan əlavə Bingen şəhərində XV əsrə aid qala və digər tikililər, Rüdesgeym şəhərində orta əsrlərə aid memarlıq abidələri, şərab muzeyi də turistlərdə böyük maraq yaradır.
Turizm marağı yaradan Könnqsvinter, Brül şəhərlərindəki XIV əsrə aid memarlıq abidələri, XIV əsrə aid daş körpü də Reyn hövzəsi turizm bölgəsində yerləşir. Reyn hövzəsi balneoloji kurortlarla zəngindir. Kurort şəhəri Visbadendə geniş mehmanxana və yeyinti müəssisələri şəbəkəsi vardır. Burada hər il müxtəlif festivallar və sərgilər keçirilir ki, bu da turistləri özünə daha çox cəlb edir.
Frankfurd-Mayn şəhəri çoxsaylı tarixi-memarlıq abidələri, muzey və teatrları olan iri turizm mərkəzidir. Görkəmli şəxsiyyətlər Höte, Feyerbax, Şiller, Qrim qardaşları, çapçılığın Avropa üsulunun ixtiraçısı Tutenberqin yaradıcılığı bu şəhərlə bağlıdır. Frankfurd yaxınlığında Bad-Hamburq və Bad-Naugeym kimi iki böyük balneoloji kurort yerləşir. Ölkənin ən qədim şəhəri Trir Reyn çayının qolu olan Mozelm sahillərində yerləşir. Mozel çayı üzərində qədim romalıların tikdikləri körpü, Bazilika (yunanca hökümdar evi-uzunsov, düzbucaqlı, içərisi sıra sütunlarla ayrılan bina), amfiteatr və şəhər darvazası qoruub saxlanmışdır. Bundan başqa Trirdə orta əsr mədəniyyətinə aid çoxlu abidələr vardır. Aaxen şəhəri eramızın I əsrində müalicəvi mineral su mənbəyi üzə çıxan yerdə Roma müstəmləkəsi kimi saxlanmışdır. Şəhərdə IX-XIV əsrlərə aid memarlıq abidələri qorunub saxlanmışdır. Aaxen iri balneoloji kurort və sənaye mərkəzi kimi fəaliyət göstərir.
Köln şəhərində 1248-1280-ci illərdə tikilmiş Müqəddəs Pavel və Müqəddəs Məryəm kafedral kilsəsi, Roma-Alman muzeyi, fil dişindən nadir məmulatlar kolleksiyası olan Reyn parkı yerləşir.
Reyn çayının Mayns şəhərindən Bonnadək olan ərazisi əsasən daxili, Bonn və digər iri sənaye və inzibati mərkəzlər isə həm daxili, həm də xarii turistləri cəlb edir.


  1. Yüklə 42,47 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin