London dünyanın ən iri turizm mərkəzlərindən biridir. Bu turizm mərkəzinə hər il 10 milyondan artıq yerli və xarici turist səfər edir. Londonun görməli yerləri sırasına Vestminster abbatlığı ( Abbatlıq katolik monastırı), Müqəddəs Pyotr məbədi daxildir. Nyuton, Darvin, Şekspir, Dikkens və digər görkəmli şəxsiyyətlər Müqəddəs Pyotr məbədində dəfn edilmişlər. Parlament binası və Biq-Ben (hal hazırda Kraliça Yelizaveta) meydanı adlanan saatlı qüllə də turistlərin diqqətini cəlb edir. London Taueri, Bikkenhem sarayı, külli miqdarda eksponatları və zəngin kitabxanası olan Britaniya muzeyi, Milli qalereya, Teyt Qalereyası, Viktoriya və Albert muzeyi, Madam Tissonun mum fiqurları toplusu muzeyi də turistlərin maraq göstərdiyi yerlərdir.
Şəhərin mərkəzində gözəl, geniş meydanlar da turistlərin diqqət mərkəzində olan yerlərdir. Admiral Nelsonun 56 metrlik sütun üzərində 5 metrlik abidəsi ucalan Trafalqar meydanı, gecə və gündüz izdihamlı olan Pikadilli meydanı, Hayd-Park, Kensinton, Qrin–park, Ricent–park və s. turistlərin diqqət mərkəzində olan yerlərdir.
Turistlər Londondan o qədərdə uzaq olmayan Kral VIII Henrikin igamət- gahı Hemptonkort sarayına və Fateh Vilhelm (XI əsr) dövründə əsası qoyulan Vindzor sarayına qısa müddətli ekskursiyalarda iştirak edirlər. Sarayda Rubens və Van-Deykin əsərləri, Leonardo da Vinçi, Rafael, Mikelancelonun rəsm kolleksiya- ları, qobelen (əl ilə toxunmuş şəkilli divar xalçası) və silah kolleksiyaları da daxil olmaqla incəsənət əsərlərinin zəngin sərgisi yerləşir. Vindzor sarayının yaxınlığın- da 1440-cı ildə əsası qoyulmuş, əsasən varlı ailələrin uşaqları təhsil alan məşhur İton kolleci yerləşir.
Temza çayı hövzəsi turizm bölgəsinin rayonları arasında Temzanın mənbəyi sayılan Kotsuold-Hils yüksəkliyi və ona bitişik olan şərq hissəsi turistləri daha çox çəlb edir. Bu rayon sakit xutorları olan mənzərəli kənd görünüşü ilə, müasir sivilizasiyanın toxunmadığı orta əsr meydanları və kücələri olduğu kimi saxlanılan kiçik şəhərləri ilə fərqlənir. Brodney, Morton-in-Mars, Stoun-te-Hold, Şipton-ander-Uiçvud, Sayren-Sester kimi kiçik şəhərləri turistlər üçün cəlbedicidir. Kotsuold-Hilsdən qərbdə müalicəvi suları ilə məşhur olan Çeltnem kurortu yerləşir. Kotsuold-Hilsdən şərqdə orta əsrlərin universitet şəhəri olan Oksford xarici və ingilis turistlərin diqqətini cəlb edir. Oksford universiteti XII əsrdə yaradılmışdır. Universitetin çoxsaylı kollecləri bütün şəhər boyu səpələnmişdir. Londondan 45 km aralı, Temzanın yuxarı axarında Meydenhed, Henli-on-Tems, Marlon istirahət zonaları yerləşir.