TƏRCÜMEYİ-HAL. XASİYYƏTNAMƏ. ARAYIŞ. İŞGÜZAR MƏKTUB MƏDƏNİYYƏTİ...
II mühazirənin
PLANI Tərcümeyi-hal (müxtəsər və geniş formalar).
Xasiyyətnamə.
Xasiyyətnamə ilə tərcümeyi-halın oxşar və fərqli xüsusiyyətləri.
Arayışın məzmunu və forması.
İşgüzar məktubun növləri.
Maliyyə, vergi, bank və kommersiya yazışmaları.
Məlumdur ki, rəsmi – işgüzar üslub müasir Azərbaycan ədəbi dilinin təyinatı – rəsmi -işgüzar münasibətlər (təşkilatlar arasında, onların daxilində, hüquqi və fiziki şəxslər arasında işgüzar münasibətlər) sahəsində mövcud olan dil vasitələrinin yığım məcmusudur.Tələbə bu mühazirədən sonra biləcək ki, işgüzar nitq yuxarıda sadalanan qeydlərin hər biri üçün janr müxtəlifliyinə görə vahid qaydalar üzrə qurulmuş yazılı sənədlər qismində realizə edilir. Sənədlərin rəsmiləşdirilməsi üçün qoyulan ümumi tələblər, işlənmə yerinə görə rəsmi-işgüzar üslubun növlər, rəsmi və işgüzar sənədlər barədə məlumatlar tələbənin işguzar yazışma mədəniyyətinin formalaşmasına kömək edəcək. Nəticədə tələbə xasiyyətnamə, tərcümeyi-hal, arayış nümunələri yaza biləcək, gələcəkdə bank, vergi, maliyyə və kommersiya yazışmaları aparmaq qabiliyyətinə yiyələnəcək.