TəRCÜmeyi-hal. XasiYYƏtnamə. Arayiş. İŞGÜzar məktub məDƏNİYYƏTİ II mühazirənin plani


Tərcümeyi-hala verilən tələblər, təxminən, aşağıdakılardır



Yüklə 67 Kb.
səhifə3/27
tarix02.01.2022
ölçüsü67 Kb.
#46518
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
ASEU TEACHERFILE MATERIALS 2021 04 30 4315769916257667355.docx 1620024742

Tərcümeyi-hala verilən tələblər, təxminən, aşağıdakılardır:

  1. Tərcümeyi-halda şəxsin doğulduğu il, ay və gün, yer (respublika, şəhər, rayon, kənd) dəqiq göstərilməli;

  2. Faktlar (həyatın mərhələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətlər, təltiflər, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalı;

3.Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imza qoyulmalıdır.

Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. İbtidai siniflərdə sadə tərcümeyi-hal öyrədilir. Bu zaman şagird yalnız özü haqqında bildiklərini yazır.

Mürəkkəb tərcümeyi-halda isə ayrı-ayrı insanların həm özünün, həm də valideynlərinin həyatı, məşğuliyyəti haqqında məlumat verilir.

Tələbələrdə tərcümeyi-hala dair tam təsəvvür yaratmaq üçün onları aşağıdakı ardıcıllıqla tanış etmək faydalıdır:



  1. Başlıq: Tərcümeyi-hal

  2. Adı, soyadı və atasının adı

  3. Doğuldğu il, ay, gün, yer

  4. Məktəbəqədər olan təhsil

  5. Məktəb dövrü

  6. Tələbəlik dövrü

  7. Universitetdə apardığı ictimai vəzifə

  8. Nailiyyətləri (mükafatları, təltifləri)

  9. Ailə üzvləri haqqında qısa məlumat

  10. Tərcümeyi-halın yazılma tarixi

  11. Tərcümeyi-halı yazanın şəxsi imzası.

Nümunələr

TƏRCÜMEYİ-HAL

Mən, İsrafil Rəsul oğlu Möhsünov 21 avqust 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dirnis kəndində anadan olmuşam. 1940-cı ildə Dirnis kənd səkkizlik məktəbinin birinci sinfinə getmişəm. Kəndimizdə orta məktəb olmadığı üçün 9 və 10-cu sinifləri rayonun Vənəndə kənd orta məktəbində oxumuş, 1950-ci ildə həmin kəndin 10-cu sinfini bitirmişəm. Elə həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Dağ-mədən geologiyası fakültəsinə daxil olmuşam. 1955-ci ildə həmin ali məktəbi bitirib təyinatla Altay vilayətində əmək fəaliyyətinə başlamışam. 4 il orada işlədikdən sonra vətənə qayıtmış, Azərbaycan Baş Geologiya İdarəsinin Balakən Geoloji Ekspedisiyasında baş geoloq vəzifəsində işləmişəm. 1966-cı ildən həmin idarənin Kələki Geoloji Kəşfiyyat Ekspedisiyasında geoloji-kəşfiyyat partiyasının əvvəlcə baş geoloqu, sonra isə partiya rəisi işləmişəm. İndi də həmin ekspedisiyada əmək fəaliyyətini davam etdirirəm. Keçmiş SSRİ-nin bir sıra mükafatlarını, o cümlədən “Lenin” ordeni almışam.

Atam – Rəsul Möhsun oğlu Məmmədov 1900-cu ildə həmin kənddə anadan olmuş, 1982-ci ildə vəfat etmişdir.

Anam – Şərəbanı Əhməd qızı Məmmədova da 1900-cu ildə Dirnis kəndində anadan olmuş, 1976-cı ildə vəfat etmişdir.

Evliyəm, 4 uşağım vardır. Həyat yoldaşım Xalidə Cəfər qızı Möhsünova evdar qadındır.


Yüklə 67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin