Tərtib etdi: müəl., b.ü. f d.  Babaşli a.Ə



Yüklə 20,46 Mb.
Pdf görüntüsü
tarix21.01.2017
ölçüsü20,46 Mb.
#6067



Fənn:

Qida fiziologiyası



Tərtib etdi:



müəl., b.ü.f.d.



BABAŞLI A.Ə.



MÜHAZİRƏ 2.İNSAN FIZIOLOGIYASININ ƏSASLARI



Plan:

1. İnsan fiziologiyası haqqında qısa məlumat.



2. Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi.

3. Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji



tərkibi.

4. Qanın laxtalanması.



5. Qanın kimyəvi tərkibi və ürək-damar sisteminin fəaliyyəti.



İnsan fiziologiyası haqqında qısa məlumat.

İnsan fıziologiyası fıziologiya elminin ən böyük sahələrindən biri

olub, müasir təbiətşünaslıq elmləri arasında mühüm yer tutur. Onun

qədim inkişaf tarixi vardır və təbabətin nəzəri əsaslarından biri

sayılır.

İnsan


fıziologiyasının

bir


sıra

müddəaları,

heyvan

orqanizmlərinin həyat fəaliyyəti prosesləri təcrübə (ekspe-ri-ment)



yolu ilə öyrənilərkən əldə edilən nailiyyətlərə əsaslanır və heyvan

fıziolo-giyasının əsas müddəalarına müəyyən dərəcədə uyğun gəlir.

İnsan fıziologiyası insan orqanizmi, onun üzv və toxumaları, üzvlər

sis-tem-lərinin həyat fəaliyyətini və funksiyalarını, onların qarşılıqlı

əlaqə və təsirlərini, ida-rə və tənzim mexanizmlərini, orqanizm ilə

xarici mühitin vəhdətini öyrənən elmdir.



Fizioloji funksiyalar orqanizmi təşkil edən hüceyrə, toxuma,

orqan və orqan-lar sistemlərinin funksiyaları kimi təzahür

olunurlar. İnsan orqanizmində iki yüzə yaxın müxtəlif növ

hüceyrələrə rast gəlinir. Fəaliyyət göstərən, eyni funksiya

ye-rinə yetirən hüceyrələrin birləşməsindən müxtəlif növ

sinir

toxuması,



əzələ

toxu-ması,

epiteli

toxuması,



birləşdirici toxuma əmələ gəlir. Bu toxumalar və onların

əsasında əmələ gələn orqanların və orqanlar sistemlərinin

funksiyaları müxtəlifdir. Sinir toxuması sinir siqnallarının

nəqli və yenidən işlənməsi funksiyasını, əzələ toxumasının

yığılma funksiyasını,

sümük toxumasının dayaq funksiyasını, epiteli toxumasının



ötürücü və sekresiya funksiyalarını icra edir və ilaxır.

İnsan orqanizmində olan üzvlər bir və ya bir neçə funksiyanı

yerinə yetirirlər. Qaraciyər qanın tərkibinə keçən bəzi zərərli

maddələri zərərsizləşdirir, öd ifraz edir və sairə, böyrəklər

sidiyin ifrazını təmin edir, ağciyərlər tənəffus vəzifəsini həyata

keçirirlər. Eyni və ya oxşar funksiyaların icrası üçün müəyyən və

oxşar orqanların sistemləri formalaşdırılır ki, onların vəzifəsi hər

hansı həyat fəaliyyəti prosesini bütün mərhələlər üzrə bir-

birindən asılı və bir-birilə əlaqəli şəkildə icra etməkdir. İnsan

orqanizmində sinir sistemi, sümük, əzələ sistemi, tənəffüs

sistemi, ürək-qan damar sistemi, daxili sekresiya vəziləri

sistemi, cinsiyyət orqanları sistemi və digər sistemlər və

yanmsistemlər fəaliyyət göstərir. Quruluş (struktur) və funksiya

dia-lek-tik vəhdətdə olan anatomik və fızioloji göstəricilərdir.



Orqanizmdə funksiyasız struktur və ya struktursuz funksiya

olmur. İnsan orqanizminin quruluşu və ona xas olan

funksiyalar

fərdi

inkişaf


(ontogenez),

xüsusilə


doğulandan sonrakı inkişaf (postnatal ontogenez) dövründə

formalaşıb yetkinləşir.

Hər hansı bir toxuma, orqan və ya orqanlar sistemi başlıca



olaraq bir mühüm funksiyanı aparmaq üçün fəallıq göstərir.

Lakin orqanizm həyati vacib bir davranış aktı və ya

funksiyanı yerinə yetirmək məcburiyyətində qaldıqda, bir

neçə orqanın və ya orqanlar sisteminin funksiyaları

müvəqqəti olaraq, verilmiş davranış aktı başa çatana,

məqsədəuyğun

faydalı

nəticə


alınana

qədər


birgə

fəallaşırlar.



Fizioloq P.K.Anoxin bu cür birgə aktiv fəaliyyət göstərən və

müxtəlif sistemlərin birliyi kimi çıxış edən fızioloji mexanizmləri

funksional sistem adlandırmışdır. Məsələn, qida davranışı zamanı

sinir, həzm, ürək-damar, tənəffüs və hərəkət aparatları, müdafıə

reaksiyaları zamanı sinir, dayaq-hərəkət, tənəffus, ürək-damar

sistemləri sanki sinxron olaraq və ya ardıcıl şəkildə birlikdə

fəallaşırlar. Quruluş və funksiyaların fərqlənməsi, yetişməsi və

fəallaşması prosesləri ontogenezdə zaman etibarilə müx-təlif

(heteroxron) xarakter daşıyır: bəzi toxumalar, orqanlar və ya

sistemlər fərdi inkişafda tez, digərləri isə gec formalaşıb

yetkinləşirlər. Məsələn: sinir sistemi və onun bəzi elementar

funksiyaları hələ döl inkişafı dövründə yaranır. Həzm orqan-ları

doğulandan sonra fəaliyyətə başlayır, cinsiyyət orqanları çox gec

fəallaşırlar və ilaxır.


İnsanda sinir sistemi özünün ən yüksək inkişaf səviyyəsinə

çatmışdır. Mərkəzi sinir sistemi (baş və onurğa beyin) öz

sinirləri vasitəsilə bütün duyğu üzvləri, daxili və xarici

orqanlar ilə əlaqədədir. İnsanda baş beyinin, xüsusilə də baş

beyin böyük yarımkürələri və onun qabığının yüksək inkişafı

bu orqanın funksiyalarının xeyli mürəkkəbləşməsinə səbəb

olmuşdur.

Baş beyin qabığı bütün hiss üzvlərindən, hərəkət aparatından



və daxili orqanlardan gələn siqnalların analiz və sintezində, ali

sinir və psixi fəaliyyətin müxtəlif xassələrinin (yaddaş,

qavrama, təfəkkür, nitq, şüur və s.) təzahüründə başlıca rol

oy-nayır. İnsanın ali sinir fəaliyyəti orqanizmin xarici mühitlə

sıx

qarşılıqlı



əla-qə-lərinin

tənzimlənməsində,

vegetativ

(tənəlfus, qidalanma, çoxalma, ifrazat) və so-ma-tik (hərəkət,

xarici hissiyyat, nitq və s.) funksiyalarının idarə olunmasında

bir-başa və ya dolayı olaraq iştirak edir.



Baş beyinin fəaliyyətində şərtsiz və şərti reflekslər mühüm yer

tuturlar. Beyinin qabıqaltı və ara beyin törəmələri orqanizmin

davranış və emosional reaksiyalarının təşəkkülündə və həyata

keçməsində fəal iştirak edirlər. Beyinin kötük (lülə) hissəsinin

törəmələri (uzunsov beyin, beyin kör-pü-sü və orta beyin) bir

sıra həyati vacib funksiyaları - tənəffus, ürək-damar fəaliyyəti,

həzm prosesləri, bəzi hərəkət aktlarını idarə edən funksional

mərkəzlər hesab olunurlar.

Beyincik hərəkət aparatının tonusu və fəaliyyətini idarə edən



və əlaqələndirən mühüm mərkəzdir. Qabıqaltı törəmələrindən

olan hipotalamus orqanizmin qidalan-ma-sına xüsusilə fəal

təsir göstərir. Burada "aclıq", "toxluq", "susuzluq" hissləri ilə

sıx


bağlı

olan


vegetativ

mərkəzlər

yerləşmişdir.

Hipotalamusun ifraz etdiyi neyro-hormonlar bilavasitə baş

endokrin vəzi olan hipofızə, hipofız isə öz növbəsində ön

paydan qana ifraz etdiyi trophormonlar vasitəsilə müəyyən

periferik endokrin üzv-lərə (qalxanvari vəzi, böyrəküstü vəzi,

cinsiyyət vəziləri) aktiv təsir edir.



Onurğa be-yin sinirləri bədənin baş hissəsi istisna olmaqla

qalan bütün hissələrini - dərini, əzələləri, daxili üzvləri

sinirləşdirir və reflektor reaksiyalarda mühüm rol oynayırlar.

Əsas sinir prosesləri - oyanma və ləngimə beyin fəaliyyətinin



tərkib hissəsidir. Beyindaxili əlaqələrin formalaşmasında

müxtəlif sinir hüceyrələri və onların çıxıntıları arasında əmələ

gələn sinaptik rabitələrin rolu xüsusilə böyükdür. Sinir lifləri

ilə


yayılan

oyanma


siqnallarının

sinapslardan

keçməsi

mexanizmləri xüsusi vasitəli neyromediatorların (asetilxolin,



noradrenalin, serotonin və s.) təsirləri ilə əlaqədardır. Sinir

siqnalları (impulslar) elektrokimyəvi təbiətə malikdir və sinir

membranasından Na

+

və K



+

ionlarının qarşılıqlı hərəkətləri

sayəsində yaranır.


Beyinin, o cümlədən, onun ayrı-ayrı strukturlarının və 

hüceyrələrinin (neyronların) bioelektrik potensialları beyin 

fəaliyyətini əks etdirən mühüm göstəricilərdən birisidir. Bu 

potensialiarı xüsusi cihazlar (elektronsefaloqraf) vasitəsilə 

qeydə alıb təhlil etməklə beyinin və ya onun hissələrinin 

fəaliyyəti haqqında mühakimə yürüdülür.

İnsan orqanizmi üçün sinir sistemi kimi daxili sekresiya 



vəziləri (hipofız, epifız, qalxanvari vəzi, mədəaltı vəzi, 

böyrəküstü vəzilər, cinsiyyət vəziləri) də mühüm rol 

oynayırlar. Onların ifraz etdiyi hormonlar orqanizmin bütün 

həyat fəaliyyəti proseslərinə bilavasitə və ya dolayı olaraq 

aktiv təsir göstərirlər. Hormonlar funksiyaların kimyəvi 

tənzimləyiciləri kimi məlumdurlar. Onların əsas təsir 

"hədəfləri" hüceyrələrdə gedən maddələr mübadiləsi 

prosesləridir. Onlar şəkər və zülal mübadiləsinə, su və duz və 

digər mübadilələrə, o cümlədən orqanizmin genetik aparatına, 

sinir sisteminin fəaliyyətinə stimuləedici təsir göstərirlər. 



Cinsiyyət

böyrəküstü



vəzilərinin

hormonları

orqanizmin

baladoğma

müdafıə-uyğunlaşma



funksiyalarının

həyata


keçməsində

mühüm


rol

oynayırlar.



Tənəffüs sistemi

İnsanda


tənəffüs

funksiyası

üçün

yüksək


dərəcədə

ixtisaslaşmış orqanlar (xa-rici və daxili tənəffus yolları,

ağciyərlər) sistemi inkişaf etmişdir. İnsanda ağciyər-lərin hava

tutumu əmək və idman fəaliyyətinin növündən asılı olaraq

xeyli də-rəcədə (4000-6000 sm

3

) arta bilər. Tənəffüs sistemi



orqanları atmosfer havasından molekulyar oksigenin (O

2

)



qana daxil olmasına və qanda yığılmış karbon qazının (CO

2

)



havaya xaric olmasına xidmət edirlər. İnsanın dəqiqə ərzində

14-16 dəfə yerinə yetirdiyi ritmik reflektor tənəffus aktları

nəticəsində

onlar


toxuma

(hüceyrə)

tənəffusü

(qida


maddələrinin oksidləşməsi prosesləri) üçün sərf olunan O

2

-ni



toxumalara mütəmadi olaraq çatdırır və oksidləşmə prosesləri

nəticəsində əmələ gələn və bədən üçün zərərli olan CO

2

-ni elə


də orqanizmdən xaric edirlər.



Qan damar sistemi

İnsan orqanizmində ürək və qan-damar sistemi bir neçə həyati

vacib funksiyanı yerinə yetirir. Əslində bu funksiyalar qan və

onun hərəkəti ilə əlaqədardırlar. Ürək və qan damarları qanın

hərəkətini təmin edən orqanlardır. Qanın tənəffus, qi-da-lanma,

təmizləmə, müdafıə, daşıyıcı və ifrazat funksiyaları məlumdur.

O, həm də orqanizmin daxili maye mühitinin əsas tərkib

hissəsidir. Ürək və qan damar-la-rı-nın fasiləsiz ritmik reflektori

hərəkətləri sayəsində qan bu qapalı sistemdə daim döv-ran edir.

Kiçik qan dövranı (venoz qanın ürəkdən ağciyərlərə və geriyə

hərə-kə-ti) venoz qanın O

2

-lə zənginləşməsinə və CO



2

-dən


təmizlənməsinə xidmət edir. Bö-yük qan dövranı (arterial qanın

ürəkdən orqanlara və orqanlardan isə venoz qanın geriyə

hərəkəti) qida maddələrinin və


O

2



-nin toxuma və hüceyrələrə daşın-ma-sına, böyrəklər

vasitəsilə bəzi tullantı məhsullarından (sidik cövhəri, sidik

tur-şu-su və s.) azad olmasına xidmət edir.

Ürək



və qan damarlarının

fəaliyyəti

vegetativ

sinir


sisteminin simpatik və parasimpatik mexanizmləri vasitəsilə

tənzimlənilir.

Simpatik

oyanmalar

ürəyin

fəaliyyətini



sürətləndirir və qüvvətləndirir, parasim-patik təsirlər isə

əksinə, onu zəiflədir və ləngidir.



İnsanın ürəyi dəqiqədə orta hesabla 70-75 dəfə yığılıb-

boşalır və hər yığılma zamanı aorta damarına 70 ml-ə qədər

qan qovur. Qanın ürəkdən zərbə ilə qovulması və qan

damarları divarının qanın hərəkətinə göstərdiyi müqavimət

sahəsində aşağı (minimal) və yuxan (maksimal) qan təzyiqi

fərqləri əmələ gəlir ki, bu göstərici insanda orta hesabla 80-

120 mm civə sütununa bərabərdir. Qanın orqanlar arasında

normal paylanması və qanın fıziki-kimyəvi tərkibinin nisbi

sabitliyi orqanizmin bütün funksiyalarının icra olunması

üçün vacib şərtlərdən birisidir. Qan bədəndə humoral

(hümora-maye deməkdir) tənzimlənməni həyata keçirən

mühüm vəsilədir.





2) Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi.

İnsan orqanizmində həyat fəaliyyəti prosesləri əsasən üç səviyyəli



tənzimləmə mexanizmləri vasitəsilə idarə olunur. Ən aşağı

səviyyəli

tənzimləmə

genetik,


fermentativ

metabolik



tənzimlənmədir ki, bu da hüceyrələrdə baş verir. Hüceyrə daxili

tənzimləmədə zülallann sintezinin, funksional fəallığının və

parçalanma-sının tənzimi başlıca rəl oynayır. Zülalların sintezi irsi

informasiya

daşıyıcıları

olan


de-zok-siribonuklein

turşuları

(DNT), ribonuklein turşuları (RNT) kimi yüksək mole-kul-lu

birləşmələrin və bu prosesdə iştirak edən xüsusi fermentlərin

(bioka-tali-za-torlar) fəaliyyəti ilə tənzimlənilir. Hüceyrədə elə bir

mühüm mübadilə (metabolik) proses və ya hadisə, elə bir funksiya

yoxdur ki, orada zülallar iştirak etməsin.


Onlar hüceyrənin quruluşunun formalaşmasında (struktur

zülalları),

metabolizmin

idarə

olunmasında



(ferment

zülalları), xüsusi funksiyaların həyata keçməsində (spe-sifik

zülallar),

müdafiə


xassələrində

(immun


zülalları),

həssaslığında

(reseptor

zülallar)

həyat


fəaliyyəti

təzahürlərində fəal iştirak edirlər. Hüceyrələrdə şəkərlərin,

yağların, amin turşuların mübadiləsi, oksidləşmə bərpa

prosesləri,

enerji

hasili,


maddələrin

transmembran

nəqliyyatı kimi mürəkkəb metabolizm hadisələri ferment

zülallarının tənzimləyicisi təsiri altındadır.

Ayrı-ayrı növ hüceyrələrdə metabolizmin idarə olunmasının



mexanizmi və xüsusiyyətləri az-çox fərqlənə bilər. Bu

onların funksional vəzifələri ilə əlaqə-dar-dır.



Sinir hüceyrələrində idarə və tənzim prosesləri daha çox onlarda

oyanıcıqlıq və oyanmaların nəqli, oyanma siqnallarının hifz

olunması və yenidən fəaliyyətə salınması (hafızə prosesləri),

sinir liflərinin böyümə və inkişafı, onların arasında sinaptik

əlaqələrin qurulması, neyromediatorların sintezi, azad olunması,

parçalan-ması və resintezi kimi hadisələrin nizamlanmasına

xidmət edirlər.

Hüceyrə


daxili

həyatın


tənzimlənməsində

hüceyrələrin

tənəffusünün və qida-lan-masının tənzimi mühüm yer tutur.

Hüceyrənin

tənəffüsü

prosesi


onun

çoxsaylı


iri


orqanoidlərindən olan mitoxondrilərdə həyata keçir. Hüceyrə

tənəffüsü orqa-nizmdə bioloji enerjinin əsas mənbəyidir.



Mitoxondrilərdə

hasil

olan


adenozin-tri-fosfat

(ATF),


quanizintrifosfat (QTF) kimi makroerqik fosfat birləşmələri,

xüsusilə


ATF

universal

bioloji

(biokimyəvi)



enerji

mənbələri funksiyasını yerinə yetirirlər. Hüceyrədə elə bir

mühüm proses yoxdur ki, onun həyata keçməsinə enerji

(ATF və ya QTF) sərf olunmasın. Sinir hüceyrələrində

(neyronlar) oyanmalann əmələ gəl-mə-si və nəqli prosesləri,

əzələ liflərində yığılma hadisələri çoxlu enerji sərfı ilə

müşayiət olunur.

Hüceyrələrin funksional fəallığı hüceyrədaxili qidalanma



tipi ilə sıx surətdə əlaqədardır. Hər bir hüceyrə onu əhatə

edən toxuma mayesi mühitindən mütəmadi olaraq su,

mineral duzlar, oksigen, qida maddələri və digər üzvi və

qeyri-üzvi birləşmələri mənimsəyir. Bunlar onun böyümə və

inkişafı, həyat fəaliyyəti, çoxalması və spesifık funksiyası

üçün zəruri olan kimyəvi komponentlərdir.



Orqanizm uzun müddət qida qəbul etmədikdə, onun daxili qida

ehtiyatları tükəndikdə, hüceyrəyə qida maddələrinin daxil olması

prosesləri zəiflədikdə və ya tam kəsildikdə hüceyrə metabolizminin

tənzimlənməsi mexanizmləri elə təhsis (korreksiya) olunur ki,

hüceyrədaxili mühitin (sitoplazma) nisbi sabitliyi (homeostatik

vəziyyəti)

kəskin


şəkildə

dəyişilməsin.Bu

halda

hüceyrənin



qidalanması onun daxili üzvi tərkib hissələrinin, hətta zülal, digər

makromolekulyar

birləşmələrin,

subhüceyrə

strukturlarının

(orqanoidlər və s.) deqradasiya və hidrolizi nəticəsində əmələ gələn

qida əhəmiyyətli metabolitləri hesabına həyata keçir. Bu prosesdə

hüceyrədəki lizosomların hidrolitik (parçalayıcı) fermentlərinin

aktivliyi mühüm rol oynayır. Lizosomal fermentlər hüceyrələrdə

endogen qidalanmanı tənzimləyən əsas amillərdən biri sayılır.



Hüceyrənin

funksiyalarının

daxili



metabolizminin

tənzimlənməsində onun səth membranı (sitoplazmatik membran)

mühüm rol oynayır. Bu yarımkeçirici qat hüceyrə daxilinə və

hüceyrədən onu əhatə edən mühitə müəyyən maddələrin seçici

(selektiv) keçiriciliyinə malikdir. Bəzi hüceyrələr üçün (məs: sinir

və əzələ hüceyrələri) membrandan içəri və xaricə yüklü ionların

(Na

+

, K



+

, Ca


+K

, Cl


-

və s.) ikitərəfli axını xüsusi əhəmiyyət kəsb edir.

Xarici membranda fıksə olunmuş ion nasosları bu prosesi

tənzimləyir. Membranda olan reseptor maddələr hormonların

hüceyrə

təsirini


içəri

ötürməklə

hüceyrədaxili

proseslərinin

nizamlanmasında mühüm rol oynayırlar. Burada bir mexanizm

ondan ibarətdir ki, hormon molekulu reseptor molekulası ilə birləşir,

reseptor bu təsiri tsiklik adenozinmonofosfat (T-AMF) vasitəsilə

hüceyrədə kinaza ferment sistemlərini aktivləşdirir,



axırıncılar isə hüceyrədaxili metabolizmə, hətta membranın

özündə gedən mübadilə proseslərinə fəal təsir göstərirlər.

Hüceyrə həyatının tənzimlənməsində hormonlar vasitəsilə

olan humoral kimyəvi tənzimləmə və sinir təsirləri

vasitəsilə həyata keçən tənzimləmə xüsusi əhəmiyyət kəsb

edir və ümumi xarakter daşıyır. Bu mexanizmlər toxuma,

orqanlar və orqanizm səviyyəsində tənzimlənmənin əsasını

təşkil edirlər. Hər iki tənzimləmə vahid bir mexanizm-

neyrohumoral tənzim mexanizmi kimi fəaliyyət göstərir. Bu

ona görə vahid və ya sıx əlaqədə işləyən mexanizm hesab

olunur ki, müxtəlif endokrin vəzilərin ifraz etdiyi hormonlar

sinir toxumasına və onun fəaliyyətinə müxtəlif səviyyələrdə

təsir edir, mərkəzi sinir sistemi isə öz növbəsində endokrin

orqanlarının fəaliyyətini tənzimləyir.


Humoral və ya kimyəvi tənzimləmə sinir tənziminə nisbətən qədim

və ontogenezdə daha əvvəl fəallaşan nizamlayıcı mexanizmdir.

Bədənin daxili mayeləri (qan, limfa, hüceyrələrarası maye və ya

toxuma mayesi, beyindaxili maye, sitoplazma) onun maye mühitini

təşkil edir. İnsan bədənində 5-6 1 qan, 20 1itr toxuma mayesi var.

Bu mühitin kimyəvi tərkibinin və funksional rolunun saxlanılması

neyro-endokrin sisteminin ümdə funksiyalarından biri sayılır.

Qanda və digər mayelərdə şəkərin, mineral duzların, suyun, sərbəst

amin turşuların, oksigen və CO

2

qazının, eləcə də başqa maddələrin



nisbi

sabit


səviyyələrinin

mühafızə


edilməsi

homeostatik

tənzimlənmənin əsas vəzifələrindən birisidir. Bu prosesdə daxili

sekresiya vəzilərindən qana keçən və toxumanın özündə yerli təsir

göstərən hormonların rolu böyükdür.


Böyrəküstü

vəzilərin

qabıq


maddəsinin

ifraz


etdiyi

aldesteron, dezosikortikosteron kimi hormonlar hüceyrə və

toxumalarda su-duz mübadiləsini dəqiq tənzimləyirlər. Bu

prosesdə böyrəklərin toxumasında əmələ gələn renin və

anqiotenzin hormonları da o mənada rol oynayırlar ki, onlar

böyrəklərdə qandan su, mineral duzlar və sidik məhsullarının

azad olunması (fıltrasiya) proseslərini tənzimləyirlər.


Mədəaltı vəzin langerhans adacıqlarının hasil etdiyi insulin və

qlyukoqon hormonları, qanda şəkərin fızioloji norma səviyyəsini

tənzimləyir,

insulin

qandakı


normadan

artıq


qlükozanın

qaraciyərdə, əzələdə və digər orqanlarda ehtiyat şəkər maddəsi-

qlikogen halında yığılmasını, o biri hormon isə qlikogenin

təzədən qlükozaya çevrilməsi reaksiyalarını tənzimləyir və

ilaxır.



Hormonların ümumi və xüsusi təsirləri ayırd edilməlidir. Bəzi



hormonlar

ümumi


mübadilə

proseslərinə

təsir

etməklə


orqanizmin böyümə və inkişafını, onun reaktivliyi, müdafıə və

adaptiv qabiliyyətini tənzimləyirlər (boy hornmonu, tiroksin,

adrenalin, hidrokortizon və s.).


Digərlərinin

spesifık

təsirləri

hədəf-orqanlar,

hədəf-


hüceyrələr səviyyəsində baş verir (cinsiyyət hormonları,

hipofızin

trop

hormonları



s.).


Hipofızin

adrenokortikotron hormonu (AKTH) böyrəküstü vəzin

qabıq

maddəsinə,



folikulstimuləedici

hormonu


(FSH)

cinsiyyət vəzilərinə tənzimləyici təsir edir və ilaxır.

Hormonların təsiri sinir siqnallarının təsirlərinə nisbətən



yavaş, çox hallarda dəqiq ünvanlanmamış, uzunmüddətli və

geniş əhatəli təsir kimi xarakterizə edilir. Qanda və digər

daxili mayelərdə hormonların miqdarı cüzi olsa da, bu

səviyyənin

qorunub

saxlanması



homeostazın

vacib


şərtlərindən biridir.

Orqanizmin daxili və xarici mühitində baş verən fıziki,



kimyəvi,

mexaniki


fızioloji

dəyişikliklər

bədəndə


səpələnmiş və sinir sistemi ilə sıx bağlı olan reseptorlar

tərəfındən qəbul edilib mərkəzi sinir sisteminə ötürülürlər.



Mərkəzi sinir sistemi, onun ayrı-ayrı yarımsistemləri - vegetativ,

somatik, simpatik və parasimpatik sistemləri, yüksək ixtisaslaşmış

funksional mərkəzləri reseptorların hissi siqnalları əsasında icraedici

orqanların (əzələ, vəz və s.) cari funksional vəziyyətlərini daim

tənzimləyirlər.

Sinir təsirləri, hormonal təsirlər kimi proses və funksiyaları



aktivləşdirir və ya ləngidə bilir. Bir çox hüceyrələr bilavasitə sinir

təsirlərinə

məruz

qalmırlar.



Məsələn,

qanda


oksigen

daşıyan


leykositlər sinir siqnallarını bilavasitə ala bilməz. Bəzi hüceyrələr

(məs: əzələ lifləri) hissi və hərəki sinir lifləri ilə bilavasitə bağlıdır və

birbaşa sinir təsirləri altında fəaliyyətə gəlirlər.

Eyni bir orqana sinir təsiri əks ola bilər. Simpatik və parasimpatik



sinir təsirləri eyni orqan üçün antaqonist xarakter daşıyırlar. Birincilər

ürəyə stimuləedici təsir göstərirsə, ikincilər ləngidici təsir göstərirlər.

Mədə-bağırsaq sistemində simpatik təsirlər ləngidici, parasimpatik

təsirlər isə stimuləedici effektə malikdirlər.



Somatik sinir sistemi əsasən əzələ fəaliyyətini, dəri

funksiyalarını

xarici



duyğu

üzvlərinin

aktivliyini

tənzimləyirlər. Vegetativ sinir sistemi daxili üzvlərin, o

cümlədən tənəffüs, ürək-qan-damar, həzm, ifrazat, endokrin

sistemlərinin fəaliyyətinin tənzimlənməsində başlıca rol

oynayır.



3) Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji



tərkibi

İnsanın qan dövranı sistemi böyük və kiçik qan dövranı adlanan



2 şöbədən ibarətdir.

Qan, orqanizmin maye mühiti olub, böyük və kiçik qan



dövranına aid damarlarda aşağıdakı funksiyaları yerinə yetirir: -

nəqliyyat rolu (O

2

və tullantıları); -daimi (sabit) mühit saxlama



rolu; -müdafıə rolu (antitellər və antitoksinlər yaradır); -

tənzimedici rolu (hormonların köçürülməsinin köməyi ilə bütün

prosesləri tənzim edir).


Qidanın həzm olan son məhsullarının əsas hissəsi qana sorulur

Bundan əlavə, qan orqanizmdə hərəkət etməklə orqan və toxumalara

qida maddələrini və oksigeni çatdırır.

Qan, həmçinin həyat fəaliyyəti məhsullarının hüeeyrələrdən çıxarılıb



ifrazat orqanlarına verilməsini də təmin edir. Qan vasitəsilə,

həmçinin orqanizmdə həyat fəaliyyəti proseslərinin hormonal

tənzimi də həyata keçirilir. Qanda eyni zamanda orqanizmin bir sıra

müdafiə funksiyaları inkişaf edir ki, bunların da köməyi ilə

orqanizmdə daxil olan mikrobların məhv olunması təmin edilir

Qanın ən mühüm xüsusiyyətlərindən biri də orqanizmdə olan bütün

hüceyrə



toxumaların



kimyəvi

tərkibi


fıziki-kimyəvi

xassələrinin sabit vəziyyətdə saxlanmasında iştirak etməsidir.

Qan - plazmalardan və formalı elementlərdən təşkil olunmuşdur.





Plazma - qanın fibrinogen zülalı ilə birlikdə formalı elementlərinin

qanşığı şəklində olan maye hissəsidir. Fibrinogen zülalı ayrıldıqda

qan laxtalanır.


Qanın qırmızı rəngdə olan aşağı təbəqə hissəsi formalı

elementlər adlanır. Onlar qanda 3 cür hüceyrələr: qırmızı qan

kürəcikləri (eritrositlər), ağ qan kürəcikləri (leykositlər) və

trombositlər (qan lövhəcikləri) şəklində yerləşirlər.



Eritrositlər - nüvəsiz hüceyrələr olub (o, ES-linza şəklindədir)

əsas hissəsini su və hemoqlobin maddəsi təşkil edir. Hemoqlobin

qələvi xassəli qlobin zülalından və dörd molekul hemdən

ibarətdir. Hem isə tərkibinə ikivalentli dəmir (Fe

++

) daxil olan



mürəkkəb üzvi maddədir.

Hemoqlobin oksigen ilə asan birləşərək oksihemoqlobin yaradır.



Toxuma-lar-dan keçərək hemoqlobin O

2

-ni verir və CO



2

-ni


qəbul edir və nəticədə yenidən əmələ gəlmiş alqırmızı rəngli

hemoqlobin yaradır.

1 mkl qanda 5 mln-a qədər eritrosit olur. Bu miqdar 3 mln-dan



az olduqda, orqanizmdə azqanlılıq yaranır.



Eritrositlər - qırmızı sümük iliyində bir neçə mərhələ keçirərək

yetişir, qana düşürlər və 128-130 gün yaşayırlar. Sonradan

tərkiblərində dəmir ionları (Fe) saxlayırlar. Eritrositlərin 60%-ni

su və 40%-ni bərk maddələr təşkil edir.




Leykositlər - parçalanma, bölünmə funksiyasına malik nüvəsi

və protoplazması olan zəngin hüceyrələrdir. Onlar amöblər kimi

bakteriyalara,

mikroblara

doğru

hərəkət


edirlər

mikroorqanizmləri məhv edirlər. Onlar nüvəsinin quruluşuna



görə

protoplazmanın



dənəvərliyinə

görə


fərqlənirlər.

Leykositlərin sayı 1 mkl qanda 10000-12000 olduqda insan

orqanizmində xəstəlik yaranır. Xərçəng xəstəliyi və ya şüalanma

zamanı onların sayı 3000-ə çatır ki, bu da xəstəlikdir.

Leykositlər qırmızı sümük iliyində limfa düyünlərində və



dalaqda əmələ gəlirlər. Sağlam adamda xörək qəbulundan sonra

onlar miqdarca artır və yeyinti leykositozu yaradırlar (xəstəlik).

Leykositlər



mikroorqanizmlərdən

müdafiə


funksiyasına

malikdirlər.



Qan lövhəcikləri (trombositlər) qanın laxtalanma prosesində

iştirak edirlər. Onlar trombokinaza fermentinə malikdirlər.

Sağlam insanın 1 mkl qanında 400 minə qədər trombositlər

olur. Qanda 58% plazma və 12% formalı elementlər vardır.



Qanın laxtalanması.

Orqanizmi



qan

itirmədən

qorumaq

üçün


laxtalanma

prosesinin böyük əhəmiyyəti vardır. Bu prosesin əsasını

plazmada

olan


fibrinogen

zülalının

fıziki-kimyəvi

dəyişikliyə uğraması təşkil edir.

Qanın plazmasında olan fibrinogen zülalı laxtalanaraq



sapşəkilli fıbrinlərə çevrilir və yumaq şəklinə düşürlər.

Fibrinogen qlobulinlərə aiddir. Fibrinə çevrildikdə, o özünün

qlobulyar quruluşunu dəyişir deyə, albuminlərə xas olan həmin

sap vəziyyətinə düşür.

Yaradan qan axdıqda trombositlər ayrılır ki, parçalanaraq



trombokinaza fermentini əmələ gətirirlər (ayırırlar).

Qan plazması fıbrinogen və protrombindən ibarətdir. Onların hər



ikisi zülali maddələrə aiddir.

Trombokinaza fermenti protrombinə təsir göstərərək trombinə, o



isə fıbrinogenə təsir edərək fıbrinə çevirir. Bütövlükdə qanın

laxtalanması mürəkkəb prosesdir.

Düzgün qidalanmamaq da laxtalanmaya gətirib çıxara bilər.



Əgər

xörəkdə


K

vitamini


azdırsa,

onda


qaraciyərdə

protrombinlər

az

əmələ


gələcəklər

qan



yavaş-yavaş

laxtalanacaqdır.





Qanın kimyəvi tərkibi və ürək-damar sisteminin fəaliyyəti.

Formalı elementlərdən başqa, qan plazmasında (mayenin



tərkibində) 7-8% miqdarda zülal da vardır. Zülalın miqdarı

azaldıqda, "qapalı" şəkildə zülal azlığı baş verir. Onlar əsasən

albuminlər və qlobulinlərdən ibarətdirlər.

Qanda 80-120 mq% qlükoza, 1% neytral yağlar, 10-15 mq% süd



turşusu, karotinlər, sidik cövhəri, ammonium duzları və s. vardır.

Mövcud fızioloji təlimlərə əsasən bütün insanlar 4 qan qrupu ilə



fərqlənirlər. Bu da qan plazmasında eritrositləri birləşdirmək,

yapışdırmaq qabiliyyətinə malik olan 2 növ aqqlyütininlər

(antitellər)- və  və eritrositlərdə isə eyni xassəyə malik xüsusi

maddələr - 2 növ aqqlyütinogenlərin - A və B xüsusiyyətləri ilə

izah olunur.


qrupda - qanın plazmasında hər iki növ ( və  )

aqqlyiitininləri vardır.

qrupda - yalnız -aqqlyütininləri olur və -aqqlyütininlər



olmur.

qrupda - qanın plazmasında yalnız -aqqlyütininlor olur. Bu



qrupun eritrositləri isə B – aqqlyiitinogenlərdən ibarət olur.

qrupda – aqqlyütininlər tamamilə olmur. Burada eritrositlər



A və B aqqlyütinogenlərini saxlayırlar.

I qan qrupunu hamıya vurmaq olar.



II qrupu isə yalnız II və IV qrupa vururlar. A + olduqda

ölüm hadisəsi baş verir.

III qan qrupu III və IV qan qrupu olan insanlara vurula



bilər.

IV qan qrupu isə yalnız



ozünə

(IV qan qrupu olan

insanlara) vurula bilər.




Şəkil 1. Qanköçürmə sxeminin təsviri formaları

XVI əsrə kimi qan dövranı sistemini qapalı olmayan sistem

kimi təsəvvür edirdilər. 1628-ci ildə onun qapalı sistem

olduğu təsdiq olundu. Qan dövranı sistemi ürəkdən və

damarlardan ibarətdir və onun əsasını arterial və venoz sistemi

təşkil edir. Qanın hərəkətini təşkil edən ürəkdir. Ürək 4

hissədən ibarətdir: 2-si ürək qulaqcığıdır, aşağı hissədə isə 2

mədəcik vardır.

Ürək yumurtaya oxşar formalı əzələ orqanıdır və döş



qəfəsinin sol hissəsində döş hissəsini qarın nahiyəsindən

ayıran diafraqma pərdəsinin vətər mərkəzi üstündə yerləşir.

Ümumiyyətlə, ürək 2 yerə bölünür: sağ və sol ürək.



Qanın ürəkdə dövr etməsini aşağıdakı şəkildə təsəvvür etmək

olar:



Qanın orqanizmdə hərəkəti damarlarda həyata keçirilir.



Ürəkdən qanı daşıyan damarlar arteriya adını daşıyırlar və

onların ən böyüyü aorta adlanır.



Damarlar 3 təbəqədən ibarətdir (kapillyarlar 1 təbəqədən təşkil

olunmuşdur):

İntima (arteriya divarının daxili təbəqəsi) - selikli qişa;



Media (arteriya divarının orta təbəqəsi) - əzələ qatı;

Adventisiya (xarici təbəqədir) - birləşdirici toxuma.



Bunlar biri digərindən toxuma liflərinin quruluşuna görə fərqlənirlər.

Kapilyarlar kiçik qan damarlarına deyilir və onları yalnız mikroskop



altında görmək olur. Onların divarları bir hüceyrə qatından təşkil

olunmuşdur. Bu qatların köməyi ilə toxumalar və qan arasında

maddələr mübadiləsi baş verir. Kapilyarlar yığım şəklində venular

yaradırlar. Venular isə venalar şəklində toplanırlar.





Vena - qanın orqanlardan ürəyə axdığı damarlardır. Onun da

divarları 3 təbəqədən təşkil olunmuşdur.

Arteriyaların venadan fərqi ondan ibarətdir ki, venalarda orta



təbəqə zəif inkişaf etmişdir. Arteriyalar hidrostatik təzyiqi

saxlayır və sistematik olaraq daralırlar.

Ürək əzələsinin yığılmasına sistola, boşalmasına isə diastola



deyilir.

Ürək 3 fazada işləyir:



faza - qulaqcıqların sistolası adlanır. Bu zaman mədəciklər

diastola vəziyyətində olur. Bu proses 0,1 saniyə davam edir.

faza - mədəciklərin sistolasıdır. Bu zaman qan mədəciklərdən



aortaya və ağciyər arteriyasına qovulur. Bu proses 0,3 saniyə

ərzində başa çatır.

faza - qulaqcıqlar və mədəciklərin ardıcıl boşalması - ümumi



diastola və ya mədəciklərin diastolası adını daşıyır. Bu proses

isə 0,4 saniyə davam edir.



Göründüyü kimi, orta hesabla bir ürək döyünməsi 0,8 saniyə ərzində

başa çatır. Müəyyən olunmuşdur ki, sağlam insanm ürəyi 1 dəqiqə

ərzində orta hesabla 70-75 dəfə döyünməlidir.

Ürəyin avtomatik fəaliyyətə malik olmasına baxmayaraq, onun bu



fəaliyyəti mərkəzi sinir sisteminin daima tənzimləyici təsiri altında

olur. Ürəyin mərkəzi sinir sistemi ilə əlaqəsi azan sinirlər və simpatik

sinir siteminin sinirləri vasitəsilə həyata keçirilir. Müəyyən edilmişdir

ki, ürəyin fəaliyyəti sinir sistemi və həm də hormonlarla, o cümlədən

adrenalinlə həyata kcçirilir. Bu da ürək yığılmalarını gücləndirir və

sürətləndirir.

Nəhayət, ürək fəaliyyətinin tənzimləyiciləri kimi bir sıra mineral



maddələr, məsələn kalsium fəal iştirak edir. Kalium isə buna əks olan

effektə malikdir.





Qan təzyiqi - əsasən ürəyin işləməsindən asılıdır. Ürək fəaliyyəti

dövründə arteriyalarda onun təzyiqi eyni bərabərlikdə olmur.

Qan ürəkdən çıxan zaman aortada sistolik (maksimal) təzyiq 150 mm c.



sütununa, ondan ayrılan arteriyalarda təzyiq isə 120-yə çatır.

Qanı daşıyan damarlarda:



-arteriollarda təzyiq

30 - 40 mm.c. sütununa

- kapilyarlarda



15 - 20 mm.c. sütununa

-venalarda isə



- 5 mm.c. sütununa çatır.

Sağlam bədənli yaşlı insanlarda çiyin arteriyalarında sistolik təzyiq orta



hesabla 110-120 mm.c. sütununa, orta təzyiq 80-85 mm.c. sütununa,

diastolik (minimal) təzyiq isə 60-80 mm.c. sütununa çatır. Sistolik və

diastolik təzyiq arasında olan fərqi nəbz amilitudası adlandırılar. Onun

qiyməti orta hesabla 35-50 mm.c. sütununa bərabər olur. Müxtəlif

amillərin təsiri altında orqanizmin qan təzyiqi dəyişkən olur. Bu da ürək

fəaliyyətinin dəyişməsi ilə əlaqədardır.



Yüklə 20,46 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin