Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 11,62 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix26.12.2016
ölçüsü11,62 Mb.
  1   2   3   4

Tibb Universitetində 

beynəlxalq elmi 

konfrans keçirilib

Kardiologiya Akademiyasının 

ilk toplantısı  

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 07 (1604) 15 aprel  2015 - ci il                           Qiyməti 40 qəpik

Faşizm üzərində 

qələbədə Azərbaycan 

tibb işçilərinin rolu

2

5

BU  SAYIMIZDA

Alman 

professor 

Karsten Perka 

“ATU-nun 

fəxri qonağı” 

oldu

2

2

Mənəvi  yüksəkliyə  xidmət  

göstərən  missiya haqqında 

dəyərli mənbə

3

4

Nuru Bayramov:  

«Hazırda 

ölkəmizdə 

cərrahiyyəni 

laparoskopiyasız 

təsəvvür etmək 

mümkün deyil»

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 



2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və 

qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi 

inkişafının  yekunlarına  və  qarşıda  duran  vəzifələrə  həsr  olunan  iclası 

keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib. 

Dövlət  başçısı  nitqində  əhalinin  sağlamlığının  təmin  olunması  və 

səhiyyə  sisteminin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi 

istiqamətindəki inkişafa da toxunub: 

«...Bu  sahə  daim  diqqət  mərkəzindədir  və  bizim  düşünülmüş 

iqtisadi  islahatlarımız  bütün  dövrlərdə  güclü  sosial  siyasətlə  də 

tamamlanırdı. Bu il bütün sosial öhdəliklər yerinə yetirilir, sosial 

infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, 

uşaq bağçaları, tibb müəssisələri tikilir. Hazırda 20-dən çox tibb 

müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri 

öz  həllini  tapır,  müayinədən  keçmə  prosesi  uğurla  gedir.  Keçən 

il  5  milyon,  bu  il  isə  təqribən  artıq  4  milyona  yaxın  Azərbaycan 

vətəndaşı  müayinədən  keçmişdir.  Son  illərdə  bütün  bölgələrdə 

müasir  tibb  mərkəzləri  yaradılmışdır.  Yəni,  indi  müayinədən 

keçmək üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Hər bir yerdə müasir 

tibb ocaqları var ki, insanlara gözəl xidmət göstərməlidir...»


http://www.amu.edu.az

15 aprel  2015-ci il

2



Mayın  9-da  Böyük  Vətən 

müharibəsində  faşizm  üzərində 

qələbənin  70-ci  ildönümüdür.  Bu 

qələbənin  qazanılmasında  xüsusi 

rolu olan Azərbaycanda da həmin 

tarix dövlət səviyyəsində qeyd olu-

nacaq.  Belə  ki,  Azərbaycan  Res-

publikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Sərəncamı 

ilə  “1941-1945-ci  illər  müharibəsində  qələbənin  70  illik 

yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər 

Planı” təsdiq edilib. 

Həmin sənəd çərçivəsində bu gün Azərbaycan Tibb Universitetində “1941-

1945-ci  illər  müharibəsində  qələbənin  əldə  edilməsində  Azərbaycan  tibb 

işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans baş tutub. Konfransda 

ikinci cahan savaşının tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də 

tibb işçilərinin rolundan söz açılıb. İkinci dünya müharibəsi illəri bəşəriyyətin 

XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr kimi dəyərləndirilib. Qeyd olunub ki, 

Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları 

açıqlamaq  ciddi  elmi-nəzəri,  siyasi  və  əməli  əhəmiyyətə  malikdir.  Tədbirdə 

xüsusi  vurğulanıb  ki,  Böyük  Vətən  müharibəsi  zamanı  Azərbaycanın  bütün 

maddi və mənəvi sərvətləri, canlı qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edi-

lib. Həmin illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək 

səfərbər  edilərək  cəbhəyə  göndərilib.  Onlar  da  sabiq  SSRİ  məkanında  ya-

şayan  digər  xalqların  nümayəndələri  ilə  çiyin-çiyinə  faşizmə  qarşı  savaşda 

iştirak ediblər.

Universitetin  elmi  işlər  üzrə  prorektoru,  professor  İbrahim  İsayev  çıxış 

edərək  II  Dünya  Müharibəsini  XX  əsrin  ən  fəlakətli  müharibəsi  adlandıra-

raq dünyanın 4/5-nü ağuşuna aldığını, 61 ölkəni əhatə etdiyini, nəticədə 67 

milyon insanın həyatını itirdiyini xatırladıb. Həlak olanlardan 27 milyonunun 

əsir düşərgələrində, 20 milyonunun isə dinc əhali olduğunu  bildirən prorek-

tor faşizm üzərində qələbədə xalqımızın yaxından iştirakını və Bakı neftinin 

müstəsna rolunu da vurğulayıb. Müharibə zamanı motorlu texnikanın 85-90 

faizinin Bakı nefti ilə təmin olunduğunu, göstərdikləri qəhrəmanlıq və rəşadətə 

görə 121 azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adı verildiyini bildirib. Fa-

şizm    üzərində  qələbədə  yaxından  iştirak  edən  xalqımızın  torpaqlarımızın 

müdafiəsi üçün hazırda ermənilərlə üz-üzə dayandığına da diqqət çəkib. 

Digər  natiqlər  də  çıxışları  zamanı  müharibənin  törətdiyi  dağıntılardan, 

fəlakətlərdən, itkilərdən danışıblar. 

III cərrahi xəstəliklər kafedrasının müdiri, ə.e.x., professor Məmməd Nəsirov 

“1941-1945-ci  illər  müharibəsində  qələbənin  əldə  edilməsində  Azərbaycan  

cərrahlarının  rolu”  mövzusunda  çıxış  edərək  azərbaycanlı  cərrahların 

əvəzsiz  xidmətlərindən, arxa cəbhə kimi Azərbaycanda yaradılan hospitallar, 

xəstələrin necə qəbulu və müalicəsindən söhbət açıb. 

İctimai  fənlər  kafedrasının  dosenti  Elbrus  Sadıqov  “1941-1945-ci  illərdə 

Azərbaycan xalqının sosial potensialı cəbhənin xidmətində “ mövzusinda çı-

xış edərək xalqımızın qələbədə yaxından iştirakı ilə bağlı geniş məlumat verib.

İctimai  sağlamlıq  və  səhiyyənin  təşkili  kafedrasının  baş  müəllimi  Fuad 

Məmmədov  da  “Azərbaycan  tibb  işçiləri  1941-1945-ci  illər  müharibəsində” 

mövzusunda etdiyi çıxışında həkimlərimizin fədakarlığını xüsusi qabardıb.

Uşaq və yeniyetmələr, əmək  gigiyenası kafedrasının dosenti Rəhim Oru-

cov müharibə dövründə arxa cəbhədə şahidi olduğu ağır vəziyyətdən, qələbə 

naminə  hər  kəsin  hansı  əzab-əziyyətlərə  qatlaşaraq  ön  cəbhəyə  ərzaq  və 

geyim göndərmələrindən söhbət açıb.

Qeyd  edək  ki,  Prezidentin  sərəncamı  ilə  təsdiqlənən  Tədbirlər  Planına 

əsasən,  ölkəmizin  təhsil  müəssisələrində  müvafiq  tədbirlərin  keçirilməsi 

nəzərdə tutulub. Onlar arasında müharibəyə həsr edilmiş əsərlərin, kitabların 

sərgisinin  təşkili,  savaş  iştirakçıları  ilə  görüşlərin  keçirilməsi  planlaşdırlır. 

O  cümlədən,  1941-1945-ci  illər  müharibəsinə  həsr  olunmuş  vahid  dərsin 

(günün)  keçirilməsi,  müharibə  veteranları  və  tələbələr  arasında  görüşlərin 

keçirilməsi, gənclərin xatirə komplekslərinə ziyarətinin təşkili nəzərdə tutulur. 

Eyni zamanda, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi MDB-yə üzv 

ölkələrin Başçılarının Şurasının tapşırığı ilə qələbənin 70-ci ildönümünün qeyd 

olunması məqsədi ilə hazırlıq işləri həyata keçirir. Bu tədbirlər çərçivəsində 

azərbaycanlı  təhsil  işçiləri  Moskvada  təşkil  olunacaq  beynəlxalq  məktəbin 

işində iştirak edəcəklər.

QABİL

uAprelin 10-da Azərbaycan Tibb Universitetində 



“Dayaq-hərəkət  sistemi  xəstəliklərinin  cərrahi 

və bərpa yolu ilə müasir müalicəsi” mövzusunda 

beynəlxalq elmi konfrans işə başlayıb.

Konfransın  açılış  mərasimin də  Azərbaycan 

Tibb  Universitetinin  rektoru,  akademik  Əhliman 

Əmiraslanov  çıxış  edərək  konfransın  mövzu-

su  və  əhəmiyyəti  haqqında  tədbir  iştirakçılarına 

məlumat verib: “Bəllidir ki, istər cərrahi xəstəliklər 

olsun, istər digər xəstəliklərin müalicəsində daha 

uğurlu nəticə əldə etmək üçün sonrakı mərhələdə 

aparılan bərpa müalicəsinin böyük önəmi var”.

Rektor 


ölkəmizdə 

reabilitasiya, 

yəni 

bərpa  müalicəsi  sahəsində  yüksək  ixtisaslı 



mütəxəssislərə xüsusi ehtiyac olduğunu qeyd et-

mişdir.  Ə.Əmiraslanovun  sözlərinə  görə,  məhz 

bu baxımdan bərpa müalicəsi sahəsində təcrübə 

mübadiləsinə böyük ehtiyac var. Həmin istiqamətdə 

artıq Azərbaycan Tibb Universiteti Türkiyənin “Ro-

matem” şirkəti ilə qarşılıqlı əməkdaşlığa başlayıb: 

“Bu  qurumun  rəhbəri  Köksal  bəy  Holoğlu  yalnız 

Türkiyədə deyil, ümumiyyətlə dünyada tanınmış bir 

insan, mütəxəssisdir. Onun başçılıq etdiyi onlarla 

klinika  var.  Odur  ki,  onların  köməyindən  istifadə 

edərək  mütəxəssislərimizin  fikir  mübadiləsi  apar-

masına  imkan  yaratmaq  məqsədilə  belə  bir 

konfransın keçirilməsinə qərar verdik”.

Konfransda  türkiyəli  mütəxəssis,  ROMATEM 

Fizioterapiya  və  Reabilitasiya  Xəstəxanasının 

İdarə  Heyətinin  müdiri,  Uz.Dr.Köksal  Holoğ-

lu  “Fizioterapiya  və  reabilitasiya  sahəsində 

gündəlik problemlər” mövzusunda çıxış edib. O, 

belə bir görüşün təşkili üçün ATU-nun rektoru 

Əhliman  Əmiraslanova  və  digər  həmkarlarına 

təşəkkürünü bildirdi.

Daha sonra professor Sabir Etibarlının sədrliyi 

ilə  sessiyalar  işə  başlayıb.  Tədbirdə  Prof.Dr. 

Azadlıq Yılmaz “Onurğa problemləri və müasir 

müalicə üsulları: Onurğa xəstəlikləri, ortopedi-

ya  və  protez  tətbiqləri  və  skaliozun  konserva-

tiv  müalicəsi  haqqında  məlumatla  çıxış  edib.  Dr. 

Cəmil İsgəndərov isə “Boyun fəqərəarası disk yır-

tıqlarının cərrahi və konservativ müalicəsi” mövzu-

sunda müasir tendensiyalardan söz açıblar.

Konfransın 

fasilədən 

sonrakı 

hissəsində 

azərbaycanlı  və  türkiyəli  professorlar  “Beyin  və 

ömürlük zədələrdə müasir reabilitasiya prinsipləri”, 

“Artroplastik  cərrahi  və  reabilitasiya  müalicəsi”, 

“Ortopedik  reabilitasiya  prinsipləri”,  “Miofassial 

diskfunksiyalarda “ TYOFLEX”-in rolu” kimi möv-

zulardan məruzələr səsləndiriblər. Tədbir iştirakçı-

ların suallarının ekspertlər tərəfindən cavablandı-

rılması ilə yekunlaşıb.



Tibb Universitetində beynəlxalq 

elmi konfrans keçirilib

Əhliman Əmirasanov: “Bərpa müalicəsi yetərincə vacib sahədir”

A

lmaniyanın Şarite Universitet Kli-

nikasının Sümük-əzələ Cərrahlığı 

Mərkəzinin  direktoru,  professor 

Karsten Perka Azərbaycan Tibb Universi-

tetinin qonağı olub.   

Universitetin  Tədris  Cərrahiyyə  Klinikasında 

baş tutan görüş zamanı rektor, akademik Əhliman 

Əmiraslanov  qeyd  etdi  ki,  professor  Perka,  Al-

maniyanın Ortopediya və Travmatologiya sahəsi 

üzrə  tanınmış  mütəxəssisidir:  “Professor  Perka-

nın  ortopediyada  əsas  maraq  sahəsi  böyüklərdə 

bərpaedici əməliyyatlar, xüsusilə bud və diz oy-

naqları  üzərində  aparılan  rekonstruktiv  prose-

durlardır. O, Azərbaycanla sıx əlaqədə çalışan bir 

mütəxəssisdir. Professor bir sıra xəstələr üzərində 

mürəkkəb  cərrahiyyə  əməliyyatlarını  uğurla 

həyata keçirib”.

Əhliman Əmiraslanov ATU-nun Berlinin Şarite 

Klinikası ilə əməkdaşlıq etdiyini, birgə layihələr 

haqqında sazişlərin olduğunu vurğuladı: “Bizim 

Şarite  Klinikası  ilə  bir  çox  sahədə  əməkdaşlıq 

haqqında müqaviləmiz var, vaxtaşırı olaraq həmin 

klinikaya öz mütəxəssislərimizi göndəririk. Artıq 

klinikanın ortopediya və travmatologiya bölməsi 

ilə  də  belə  bir  əlaqələr  qurmaq  üçün  imkan  ya-

ranıb. Bu gün belə qərara gəlmişik ki, ATU-nun 

gənc  mütəxəssislərini,  xüsusilə  də  rezidentləri 

3-6 ay müddətinə Şarite Klinikasında praktikaya 

göndərək”. 

Sonra  Əhliman  Əmiraslanov  ATU-nun  Elmi 

Şurasının qərarına əsasən professor Karsten Per-

kanın “Tibb Universitetinin fəxri qonağı” yüksək 

adına layiq görüldüyünü elan etdi. Rektor qona-

ğa “Fəxri qonaq”diplomunu və xatirə hədiyyəsini 

təqdim etdi. 

Görüş  zamanı  professor  Karsten  Perka  ATU 

haqqında öz təəssüratlarını bölüşüb. O, Tibb Uni-

versitetinin  nəzdindəki  Klinikaların  işi  ilə  tanış 

olduğunu, bu müəssisələrin yüksək səviyyəli tibbi 

xidmət göstərdiyini bildirib.

Daha  sonra  professor  K.Perka  sümük-əzələ 

cərrahlığı haqqında məruzəsi ilə çıxış edib. O, bud 

və  diz  oynaqlarının  total  artroplastikasına  həsr 

olunmuş  elmi  araşdırmalarının  nəticələrindən 

danışıb.  Professor  öz  araşdırmalarında  istifadə 

olunan  yeni  cərrahi  texnikalar,  prosedur  və  ya-

naşmaların  klinik  praktikada  tətbiqindən  də  söz 

açıb.  Sonda  professor  görüş  iştirakçılarının  və 

rezidentlərin suallarını cavablandırıb.

Qeyd edək ki, professor Karsten Perka Berlində 

yerləşən Şarite Universitet Klinikasının Sümük-

əzələ Cərrahlığı Mərkəzinin direktoru və həmin 

mərkəzin Ortopediya kafedrasının müdiridir. O, 

həmçinin Şimali Almaniya Ortopedik Assosia-

siyasının  Baş  Katibi  və  Almaniya  Artroplasti-

ka Cəmiyyətinin növbəti müddət üçün seçilmiş 

Prezidentidir.

Alman professor Karsten Perka “ATU-nun fəxri qonağı” oldu

Faşizm üzərində qələbədə 

Azərbaycan tibb işçilərinin rolu

ATU-nun mətbuat xidməti


15 aprel  2015-ci il

http://www.amu.edu.az

3

u  Bu  gunlərdə  “MTR-qrup” 



nəşriyyatında    Arif    Qabiloğ-

lunun    sayca  üçüncü    hesab 

olunan    “Böyük  ürək  sahibi”  

kitabı    nəfis  tərtibatda  işıq 

üzü görüb. Geniş oxucu kütləsi 

üçün  nəzərdə  tutulan  kitabın 

rəyçisi  Milli  Məclisin  deputatı 

Fəttah Heydərov, redaktoru isə 

Tahir Heydərovdur.

Kitabda    Heydər  Əliyev  Fon-

dunun  prezidenti,  Milli  Məclisin 

deputatı,  Azərbaycan  Respubli-

kası  Olimpiya  Komitəsinin  vit-

se-prezidenti,  YUNESCO    və 

İSESCO–nun  xoşməramlı  səfi-

ri,    Azərbaycanın    birinci  xa-

nımı 

Mehriban 



Əliyevanın 

keçdiyi    nümunəvi    həyat  yo-

lundan  və  çoxşaxəli  xeyrxah 

fəaliyyətindən bəhs edilir. Toplu-

da   Mehriban  xanım  Əliyevanın 

ölkəmizdə  təhsilin,  səhiyyənin 

inkişafında  və    maddi-mədəni 

irsin  qorunub  şaxlanılmasında 

göstərdiyi  müstəsna  xidmətləri 

öz  əksini  tapıb.  Kitabda  Heydər 

Əliyev  Fondunun  həyata  keçir-

diyi  əsaslı  qlobal  layihələrdən,  

Azərbaycan həqiqətlərinin  dünya 

ictimaiyyətinə  çatdırılmasındakı  

əvəzsiz  rolundan,    müstəqil  res-

publikamızı dünyaya tanıtdırmaq-

da apardığı   xeyriyyəçilik aksiya-

larından,  yüksək  vətənpərvərlik, 

humanistlik    və  mərhəmətlik  

mis siyasını  layiqincə    yerinə  ye-

tirməsindən  ətraflı  söhbət  açılır. 

Qeyd  olunur  ki,    Heydər 

Əliyev  Fondu  yarandığı  vaxtdan  

ölkəmizin  mədəniyyəti  və    tari-

xinin  təbliği,  əhalinin  sağlamlı-

ğının mühafizəsi, ekoloji mühitin 

sağlamlaşdırılması,  informasiya 

texnologiyalarının  tətbiqi,  sosi-

al  problemlərin  həlli  ilə  əlaqədar 

bir  sıra  genişmiqyaslı  layihələr 

həyata keçirir. Fond yarandığı ilk 

ğündən  cəmiyyətimizin  ən  zəif 

təbəqələrinə böyük diqqət və qay-

ğı  ilə  yanaşır.  ”Diabetli  uşaqlara 

ən yüksək qayğı”, “Talassemiyasız  

həyat”,  “Yeniləşən  Azərbaycana 

yeni  məktəblər”,  “Uşaq  evi  və 

internat  məktəblərinin  inkişafı” 

kimi  proqramları  qısa  zaman-

da  həyata  keçirmiş  və  nəticədə 

minlərlə  köməksiz    insana  yar-

dım göstərmiş, kimsəsiz uşaqlara 

qayğı  artırılmış,  mühüm  sosial 

problemlər öz həllini tapmışdır. 

Müəllif    dünyanın  nüfuzlu 

nəşrləri  tərəfindən    Mehriban 

xanım  Əliyevanın        nəcib  və 

xeyir   xah  əməllərinin  humanizm 

prin siplərinə  söykəndiyinin  yük-

sək    qiymətləndirildiyini  vurğu-

layır:  “Bu  günlərdə  Almaniyada 

nüfuzlu  “Hanseatie  Lichthouse”  

nəşriyyatında  Berlində  fəaliyyət 

göstərən  Siyasət  və  İctimaiyyət 

Beynəlxalq  İnstitutunun  direk-

toru  xanım  Kerstin  Pievenin 

müəllifliyi  ilə  “Qadın  liderliyi  – 

Qadınların  gücü  .  Dünyanın  ən 

uğurlu  qadınlarından  öyrənək” 

adlı  kitab  nəşr  olunmuşdur.  Ki-

tabda  dünyanın  30  ölkəsindən 

60-a yaxın ən uğurlu, nüfuzlu və 

tanınmış  qadının  məqaləsi  və  ya 

verdiyi  müsahibələr  dərc  olun-

muşdur. Nəşrdə Azərbaycanın  bi-

rinci xanımı,  Heydər Əliyev Fon-

dunun  Prezidenti,  Milli  Məclisin 

deputatı,    Azərbaycan  Respubli-

kası  Olimpiya  Komitəsinin  vit-

se-prezidenti,  YUNESCO    və 

İSESCO–nun    xoşməramlı  səfiri,  

Mehriban  xanım    Əliyevanın 

müsahibəsi dərc olunmuşdur. Ki-

tabın  nəşrində  məqsəd  şəxsi  və 

ictimai  fəaliyyətlərində  uğurlar 

qaznmış qadınların əldə etdikləri 

nailiyyətlərin  sirlərini  öyrənmək, 

eləcə də onların ictimai fəaliyyətlə 

bağlı  dəyərli  məsləhətlərini  işıq-

landırmaqdan  ibarətdir.  Nəşrdə  

Mehriban  xanım  Əliyeva  ilə  bir-

likdə  Almaniya  Federativ  Res-

publikasının federal kansleri An-

jela Merkel, ABŞ- ın dövlət katibi 

Hillari Klinton,  YUNESCO-nun 

baş    direktoru  İrina  Bokova  və 

digər  şəxslərin  müsahibələri  və 

onlar haqqında yazılan məqalələr 

dərc olunmuşdur.     

Mehriban  xanım  Əliyevanın 

mü sa hibəsində  rəhbərlik  etdi-

yi    Heydər  Əliyev  Fondunun 

həyata  keçirdiyi    mühüm  la yi-

hələr,  Azərbaycan  qadınları-

nın  ölkəmizin  ictimai-  siyasi  və 

mədəni  həyatında  rolu,  Azər-

baycanın dünyada qadınlara seçki 

hüququ  verən  ilk  ölkələrdən  biri 

olması və digər mövzularla bağlı 

məsələlər  barədə  geniş  məlumat 

verilmişdir.” 

Kitabda  Heydər  Əliyev  Fon-

dunun  prioritet    istiqamətləri, 

həyata  keçirdiyi    sosial,  mədəni-

kütləvi tədbirlər və eləcə də fon-

dun    dəstəyi  ilə    milli  mədəni 

irsimizin  qorunub  saxlanması, 

ədəbiyyatımızın,  incəsənətimizin, 

musiqimizin  xaricdə  təbliğ  olun-

ması  ölkəmizin  müsbət  imici-

nin  möhkəmlənməsi  fonunda  

göstərilir.  Müəllif    Azərbaycan 

xal qının  rifahı  naminə  Mehri-

ban  xanım  Əliyevanın  rəhbərlik 

etdiyi  fondun  beynəlxalq  miq-

yaslı  layihələrdəki    iştirakını  

qeyd  edərək  fondun  dəstəyi  ilə 

dünyanın  bir  sıra  ölkələrində 

ümumbəşəri  tarixi  mədəniyyət 

abibələrinin bərpa olunması   haq-

qında  da ətraflı məlumat verir.  

Heydər  Əliyev  Fondunun  uni-

kal    fəaliyyətindən  bəhs  olunan  

kitabda      Dağlıq  Qarabağ  müna-

qişəsinin  reallıqlarının  dün ya 

ictimaiy yətinə  çatdırılmasındakı 

rolu  xüsusi  qeyd  edilir.  Kitabda 

vurğulanır  ki,    həyata  keçirilmiş 

layihələr  arasında    Ermənistanın 

Azərbaycana  qarşı  təcavüz  ta-

rixini  əks  etdirən  “Qarabağ  re-

allıqları”,  bukletlər  toplusu, 

erməni  vəhşiliyindən  bəhs  edən 

“Müharibə  və  mədəni-  tariximiz 

abidələrimiz”,  “Azərbaycana  qar-

şı müharibə: mədəni irs hədəf al-

tında”  yazılmış  kitablar  bir  neçə 

dildə  nəşr  edilmiş,  dünyanın 

müxtəlif ölkələrində Xocalı soyq-

rımına  həsr  olunmuş  aksiyalar, 

foto  və  videosərgilər  təşkil  edil-

mişdir.       

Müəllif  əsərində  Azərbaycanın  

birinci xanımı Mehriban Əliyeva-

nın    geniş  xeyriyyəçilik  fə aliy -

yə tindən,  bəhs  edərkən  onun 

bəşəriyyətin    ali  ideallarına  xid-

məti  sahəsindəki  nailiy yət ləri nin 

və   də yərli  əməyinin nəticələrinin 

dünyanın bir sıra  beynəlxalq mü-

kafatları  və ordenlərinə layiq gö-

rüldüyünü    xronoloji  ardıcıllıqla 

diqqətə çatdırır:    

“Mehriban  xanım  Əliyevanın  

mükafatları  arasında  Rusiya-

nın  “Yüzilliyin  mesenatları”, 

Beynəlxalq  Xeyriyyə  Fondunun 

“Yaqut  xaç”  ordeni,  BMT-nın 

Ümumdünya    Əqli    Mülkiyyət 

Təşkilatının  qızıl  medalı,    “Qızıl 

ürək” beynəlxalq mükafatı, Fran-

sanın  “Şərəf  Legionu”  ordeninin 

zabit  dərəcəsi,  Polşa  Respublika-

sının  “Xidmətlərə  görə”  Böyük 

Komandor Xaç ordeni, UNESCO-

nun “Qızıl Motsart” medalı, Kü-

veyt  dövlətinin  Fəxri  diplomu 

və  bir  çox  başqa  təltiflər  var.  Bu 

yaxınlarda  Rusiya  Federasiyası 

Həştərxan  vilayətinin  qubernato-

ru Mehriban xanımı  “Həştərxan 

vilayəti  qarşısında  xidmətlərinə 

görə “ordeni ilə təltif edib”...

Bundan başqa  Mehriban xanım 

Əliyevanın xarici ölkələrə işgüzar 

səfərləri,  beynəlxalq  konfrans  və 

konqreslərdə  etdyi  proqram  xa-

rakterli çıxışlar, o cümlədən dün-

yanın  görkəmli  elm- mədəniyyət 

və ictimai-siyasi xadimləri ilə ke-

çirdiyi səmərəli görüşlər və foto-

lar kitabda  təfsilatı ilə  öz əksini 

tapmışdır. 

Həmçinin,  kitaba    Mehriban 

xanım  Əliyevanın    mənəvi  yük-

səlişimizə  xidmət  edən  nəcib 

əməlləri, hamıya örnək olan  şərəfli 

həyat  yolu  barədə    ölkəmizin  ta-

nınmış  elm-mədəniyyət  və  döv-

lət  adamlarının  məqalələri  də 

daxil  edilmişdir.  Onların  arasın-

da  Azərbaycan  Tibb  Universite-

tinin  xarici  tələbələrlə  iş  üzrə 

dekanı,  professor  Gülər  Seyido-

vanın    “Mənəvi  yüksəkliyə  xid-

mət  göstərən  missiya”    başlıqlı 

məqaləsi də dərc olunmuşdur. 

Həmin məqalədən  bəzi məqam-

ları  oxucularımızın  da  nəzərinə 

çatdırırıq: 

...“Xüsusi    vurğulamaq  lazım-

dır  ki,  Azərbaycan  Prezidenti 

İlham  Əliyevin  döv lətin  inkişa-

fı,  qüdrətlənməsi  naminə  həyata 

keçirdiyi 

çoxşaxəli 

siyasətə 

töhfəsini  verən    Heydər  Əliyev 

Fondu  da  Azərbaycan  xalqının 

milli  mədəniyyətinin,  milli-mə-

nəvi  dəyərlər  sisteminin  qorun-

masında,  habelə  cəmiyyətdə  saf-

lıq,  nəciblik,  xeyirxahlıq  kimi 

dəyərlərin  təbliğində  müstəsna 

xid mətlərə malikdir.  Fond yarandı-

ğı  gündən  ulu öndərin mərhəmət, 

nə  ciblik,  və  yüksək  humanizmə 

əsas   lanan  ali  ideallarının  icti-

mai  şüurda  möhkəmlənməsinə 

çalışır,  millətin  gələcəyi  naminə 

bir  sıra  strateji  əhəmiyyətli  la-

yihələri  inamla  həyata  keçirir, 

ümummilli  liderin  xeyirxah  və 

nəcib  əməllərini  yaşa dır.  Ölkə 

vətəndaşlarının  zəruri  istək  və 

arzularının 

gerçəkləşməsinə, 

prob lemlərinin  operativ  həllinə 

maddi-mənəvi dəstək verir.

Həyat  amalı  insanlara  təmən-

nasız  xidmətdən  ibarət  olan, 

xeyirxahlıq,  humanizm  kimi 

dəyər lərə  tapınan  Heydər  Əliyev  

Fondunun  prezidenti,  YUNES-

CO və İSESCO– nun xoşməramlı 

səfiri,  Milli  Məclisin  deputa-

tı    Mehriban  xanım  Əliyeva  da 

son    illərdəki  əzmkar  fəaliyyəti 

ilə məhz belə bir mənəvi ucalığa 

yüksəlmiş,  cəmiyyətdə  böyük 

nüfuz  və  hörmət  qazanmışdır.   

Azərbaycanın    birinci  xanımı-

nın təşəbbüsü ilə həyata keçirilən 

çoxşaxəli 

layihələri 

özündə 


birləşdirən  ümumi  ortaq  xətt  isə 

məhz  milli  genefondun  qorun-

ması, saf dəyər və düyğuların ic-

timai  şüurda  möhkəmlənməsidir.  

Heydər  Əliyev    Fondunun  prezi-

denti  haqlı olaraq qloballaşmanın 

qarşısıalınmaz  prosesə  çevrildi-

yi,  informasiya–kommunikasiya 

tex nologiyalarının  sürətlə  inki-

şaf  etdyi  müasir  dövrdə  insani 

və  mənəvi-əxlaqi  dəyərlərin  yad 

təsirlərdən  qorunmasına  daha 

çox  ehtiyac  olduğunu  bildirir. 

Qarşıya  qoyduğu  bu  kimi  nəcib 

məqsədlərlə  cəmiyyətin  mənəvi 

yüksəlişinə,  saflaşmasına  çalışan 

Mehriban xanım Əliyeva  nəinki 

respublika  hüdudlarında, eləcə də 

beynəlxalq  miqyasda  böyük  nü-

fuz və etimad qazanmışdır. ..  

Azərbaycan  Prezidenti  İlham 

Əliyev  çıxışlarının  birində  qru-

mun  xəttilə  həyata  keçirilən 

tədbirləri  dəyərləndirərək  de-

mişdir:  “Heydər  Əliyev    Fon-

du  milli  fonddur.  Fondun  bütün 

təşəbbüsləri  milli  ruha  əsaslanır.

Eyni  zamanda,  Heydər  Əliyev  

Fondu Azərbaycanı gələcəyə apa-

ran  gözəl  bir  vasitədir.  Modern-

ləşmə, 

müasirləşmə, 



dünya 

birliyinə  inteqrasiya,  Azər bay-

canın milli maraqlarının müdafiə 

edilməsi-  Azərbaycanın  olduğu 

kimi  dünyada  təqdim  edilməsi- 

bütün  bu  şərəfli  funksiyalar  fon-

dun  üzərinə  düşübdür.  Düşübdür 

deyəndə, fond və fondun rəhbərliyi 

bütün bu işləri öz təşəbbüsü ilə gö-

rür, mən bunu da deməliyəm. Ona 

görə mən fondun fəaliyyətini çox 

təqdir  edirəm,  çox  bəyənirəm  və 

şübhə yoxdur ki, bundan sonra da 

Azərbaycanın gələcək inkişafında 

fondun rolu böyük olacaqdır.”  

Fond qarşıya qoyduğu məqsəd-

lərin  miqyasına,  əhatə  dairəsinə 

və  mahiyyətinə  görə  analoqu 

olmayan  qurum  kimi  tanınır. 

Şübhəsiz    Azərbaycanın  birinci 

xanımının  yüksək  mənəvi  alə-

min dən,  nəcibliyindən,  insan-

pər vərliyindən  irəli  gələn  bu 

fəaliyyət  bütövlükdə  cəmiyyətdə 

xoş  ovqatın,  nəcib  duyğula-

rın,  xeyriyyəçilik  meyllərinin 

güclənməsinə səbəb olur. Dünya-

nın xilası naminə çalışan yüksək 

amalı insanlarla eyni sırada daya-

nan  YUNESCO və İSESCO– nun 

xoşməramlı  səfiri    qeyd  edir  ki, 

xeyriyyəçilik cəmiyyətdə mənəvi- 

psixoloji  ab-havanın  yaxşılaşma-

sına şərait yaradır, insanlar arasın-

da münasibətləri humanistləşdirir, 

onların  daha  xeyirxah,  səmimi 

və  həssas  olmasına  müsbət  təsir 

göstərir:  “Axı    çətin  məqamda 

baş qalarından dəstək almış insan 

özü  də  imkan  daxilində  başqa-

larına  kömək  göstərməyə  daha 

çox  meyl  edəcəkdir.  Beləliklə, 

cəmiyyətimizdə  “  xeyirxah  işlər 

dairəsi”, qarşılıqlı kömək və dəs-

tək  sistemi  yaranır  ki,  bu  da  son 

nəticədə  insanların  qarşılıqlı 

müna sibətlərinə,  onların  ovqa-

tına  və  sosial  əhval-ruhiyyəsinə 

müsbət təsir göstərir”.

Azərbaycanın  birinci  xanımı 

bu  həssas  məqama  özünəməxsus 

yanaşma  tərzi  ilə  diqqət    ayırır 

və  cəmiyyətdə  xeyriyyəçiliyin 

gerçək rolunun aydın dərkinə eh-

tiyac olduğunu bildirir.” 

M.ƏLƏKBƏRLI

Yeni nəşrlər


Kataloq: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib

Yüklə 11,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə