Tökmə ərintilərinin xalq təssərrüfatında və maşınqayırmada rolu



Yüklə 9,56 Kb.
səhifə1/3
tarix07.01.2024
ölçüsü9,56 Kb.
#205250
  1   2   3
9-cu mühazirə e

KONVERTOR POLADININ OKSİGENSİZLƏŞDİ- RİLMƏSİ.SAKİT VƏ QAYNAYAN POLADLAR.

Məlumdur ki, əritmənin sonunda maye poladda müəyyən miqdarda həll olmuş oksigen qalır. Onun poladdakı miqdarı karbonun miqdarından və ərintinin temperaturundan asılı olaraq dəyişir. Göstərilmişdir ki, poladın qaynaması zamanı onda həll olmuş oksigenin miqdarı müvazinətli miqdardan 2-2,5 dəfə, azkarbonlu poladlarda isə daha çox dəfə artıq olur.

Oksigen poladda qeyri-metal birləşmələrin miqdarını artırır və ona isti sınıq xassəsi verir. Maye poladın oksigensizləşdirilməsi əritmə prosesinin sonunda adətən, çökdürmə, diffuziya, vakuumda emalla, posa ilə emalla və s. üsullardan birini və ya bir neçəsini tətbiq etməklə aparılır. Bu proseslər zamanı oksigen maye metaldan kənar olunur və ya o, nisbətən az zərərli birləşmələr şəklinə salınır.

Çökdürmə üsulu ilə oksigensizləşdirmə.

Bu üsulla oksigen maye ərintidə həll olmayan oksid birləşmələri şəklinə salınır. Bu halda oksigesizləşdirici kimi götrülən elementin oksigenə qarşı hərisliyi dəmirinkinə nisbətən yüksək, alınan oksidin xüsusi çəkisi isə maye poladın xüsusi çəkisindən az olmalıdır. Bu səbəbdən də oksigensizləş-dirmədə əmələ oksid birləşmələri metal vannanın üst səthinə yığılır və posa əmələ gətirir.

Oksigensizləşdirici kimi ən çox manqan, silisium (ferroərinti şəklində) və alüminiumdan istifadə edilir. Bunlar maye metala sobada və ya çalovda verilir. Poladın oksigensizləşdirilməsi aşağıdakı reaksıyalarla gedir:

[Mn]+[O]=(MnO)+Q1 (1)

[Si]+2[O]=(SİO2)+Q2 (2)

2[Al]+3[O]=(Al2O3)+Q3 (3)

Alinan oksidlər metalda həll omadıqlarından posaya keçir. (1-3) reaksiyaları ekzotermiki xarakterli olduqlarından raksiayalardan sağa doğru dərin gedişi mühitin temperaturu azaldıqda yaranır. Belə şərait isə maye metalın qəlibdə soyuması zamanı alındığından onda oksid birləşmələrinin alınma ehtimalı artır. Bu zaman alınan oksidlərin çox hissəsi metalda qalaraq, onun keyfiyyətini aşağı salır.

Şəkil 1. Dərinliyi 1000 mm olan maye vannada qeri-metal birləşmənin üzə çıxma müddəti.


100
80
60
40
40
30
20
50
10
20
0
Qeri-metal birləşmənin ölçüsü, mkm
Qeri-metal birləşmənin metal vannanın səthinə çıxma müddəti , dəq

Yüklə 9,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin