Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 45 il ötür
Azərbaycan tarixində və taleyində müstəsna yerə malik böyük şəxsiyyət Ümummlli Liderimiz
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 45 il ötür. Bu münasibətlə respublikamızın hər bir
guşəsində, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da bir sira tədbirlər həyata
keçirilməkdədir.
Şanlı tariximizin bu dövrü ilə bağlı sanballı kitabların,məqalələrin yazılması da tariximizin Heydər
Əliyev dövrünün dərindən araşdırılması və öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Heydər Əliyevin bütün həyatını canı qədər sevdiyi əziz xalqına əmanət qoyub getdiyi ən böyük əsəri
sayılan müstəqil Azərbaycana həsr etməsi, özündən sonra qurub – yaratmış olduğu dövlətimizin
müstəqilliyinin əbədi olmasını təmin etməkdən ötrü bizlərə özünün layiqli varisini - Prezident İlham
Əliyev şəxsiyyətini bəxş etməsi, onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti sayəsində tariximizin
canlı əfsanəsinə çevrilməsi bütün sahələr üzrə zaman-zaman tədqiqat obyekti olmasına, haqqında
çox sayda əsərlərin yazılmasına zəmin və ehtiyac yaratmışdır.
Keçmiş Sovetlər İttifaqı dövründə, (1969-1987-ci illərdə) həmçinin Azərbaycan Respublikasının
müstəqillik əldə etməsindən sonrakı dövrdə iki əsrin qovşağında ölkəmizdə vətəndaş həmrəyliyinə
nail olunması, həyatın müxtəlif sahələrində ugur qazanılması, inkişafın əldə edilməsi, o cümlədən,
Naxçıvan Muxtar Respublikasının da var olması, yaşaması və inkişafına zəmin yaratması,
bütünlükdə əldə edilmiş nailiyyətlərin qazanılması məhz böyük Heydər Əliyevin adı ilə bağlıdır.
Hələ 1969-1982 ci illərdə Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə gördüyü işlər və gələcək
hədəflərə hesablanmış fəaliyyəti onun respublikamızın müstəqil ölkə kimi gələcəkdə mövcud
olmasına inamından, uzaqgörənliyindən xəbər verirdi. Bu illərdə Heydər Əliyevin misilsiz idarəçilik
məharəti və qeyri adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycanda sürətli inkişaf yolu qət edildi,
iqtisadiyyatın, elmin, mədəniyyətin bütün sahələrində görünməmiş canlanma, irəliləyiş müşayyət
olunmağa başlandı. Yeni böyük sənaye müəssisələri, yaşayış binaları, avtomobil və dəniz yolları,
Bakı şəhərində metro xəttləri, məktəblər, mədəniyyət və səhiyyə ocaqları və.s. tikilib istifadəyə
verildi. Paytaxtımızda bir neçə böyük memarlıq abidələri ucaldıldı. Şəhərimizin mənzərəsini
tamamilə dəyişən, ona yeni çalar qatan bir sıra obyektlər - Parlament binası, “Gülüstan”,
“Respublika”(indiki Heydər Əliyev) sarayları, “Azərbaycan”, “Abşeron” mehmanxanaları və digər
onlarca memarlıq abidələri ucaldıldı.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında da əsaslı fəaliyyət proqramı çərçivəsində dövrün
sanballı tikinti-quruculuq işlərinə start verildi, həyatın müxtəlif sahələrini özündə etiva edən
müəssisələr, sosial obyektlər, yaşayış binaları, istirahət zonaları tikilib istifadəyə verildi.
Heydər Əliyevin Azərbaycan xalqına təqdim etdiyi ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının
qurucularından biri, Heydər Əliyev yolunun sədaqətli davamçısı Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Cənab Vasif Talıbov bu tarixi dövrü belə qiymətləndirir:
“Məhz bu dövrdən Muxtar
Respublika özünün ikinci ömrünü yaşamağa başladı. 1969-cu ildən sonra mürəkkəb və çətin tarixi