Uot 338. 24 MÜASİR ŞƏRAİTDƏ qeyri-maddi aktiVLƏRİn uçotunun əsas xüsusiYYƏTLƏRİ VƏ audiTİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix20.10.2022
ölçüsü0,52 Mb.
#65654
  1   2   3
qeyri maddi aktiv



85 
 
UOT 338.24 
 
MÜASİR ŞƏRAİTDƏ QEYRİ-MADDİ AKTİVLƏRİN UÇOTUNUN
ƏSAS XÜSUSİYYƏTLƏRİ VƏ AUDİTİ 
 
FƏTDAYEVA ZƏRXANIM HƏŞİM qızı 
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Texniki Kolleci, müəllim 
aidatagiyeva02@gmail.com
  
 
Açar sözlər: qeyri-maddi aktivlər, uçot dəyəri, bərpa dəyəri, qeyri-maddi aktivlərin auditi,analitik və 
sintetik uçot 
 
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin əmlakında qeyri-maddi aktivlərin payı getdikcə 
artır. Bu əsasən elmi-texniki tərəqqinin inkişaf sürətindən, informasiya texnologiyalarının əhatə 
dairəsinin genişləndirilməsindən, müəssisə və təşkilatların fəal investisiya fəaliyyəti ilə əlaqədar 
beynəlxalq maliyyə bazarlarına inteqrasiyasından və digər bu kimi amillərlə xarakterizə olunur. 
Qeyri-maddi aktivlərə təbii ehtiyatlardan, torpaqdan istifadə hüquqları, ixtiraçılıq hüququ, 
müəlliflik hüququ, “hou-hau”ya hüquqlar, əmtəə nişanları, ticarət markaları və s. aiddir. Qeyri-
maddi aktivlərə həmçinin müəssisənin elmi-texniki və təcrübə-konstruktor işləri üzrə xərcləri və 
müəssisənin işgüzar nüfuzunun dəyəri də daxil edilir. Qeyri-maddi aktivlər uçota qəbul edilən 
zaman onlardan istifadə müddətləri müəyyənləşdirilir. Qeyri-maddi aktivlərin istifadə müddəti 
əksər hallarda ekspert yolu ilə, bu mümkün olmadığı halda, mühasibat uçotunun qaydalarına 
müvafiq olaraq şərti müəyyənləşdirilir. Qeyri-maddi aktivlər mühasibat uçotunda ilkin və qalıq 
dəyəri ilə əks etdirilir. Ümumi qaydaya görə qeyri-maddi aktivlərin uçot dəyəri dəyişmir. Belə ki, 
əsas vəsaitlərdən fərqli olaraq, qeyri-maddi aktivlər yenidən qiymətləndirilmir və onlara bərpa 
dəyəri hesablanmır. Mühasibat uçotu haqqında əsasnaməyə və Milli Mühasibat uçotu Standartlarına 
görə qeyri-maddi aktivlərin uçotu 101 saylı “Qeyri-maddi aktivlər” adlı aktiv hesabda aparılır. 
Qeyri-maddi aktivlərin bu hesabda analitik uçotu onların növləri üzrə həyata keçirilir. Bu məqsədlə 
“Qeyri-maddi aktivlər” hesabının tərkibində aşağıdakı subhesabların açılması məqsədəuyğun həyata 
keçirilir: 
101 – 1 “Əqli mülkiyyət obyektləri”; 
101 - 2 “Torpaq sahələrindən və təbii resurslardan istifadə hüququ”; 
101 – 3 “Sənaye mülkiyyəti obyektlərindən istifadə hüququ”; 
101 – 4 “Təşkilati xərclər”; 
101 -5 “EHM üçün proqramlardan istifadə hüququ”; 
101 – 6 “Firmanın işgüzar nüfuzu və ya firmanın qiyməti”və s. 
Qeyd etmək lazımdır ki, hər bir müəssisə fəaliyyət növündən, konkret tələbatından, nəzarət və 
idarəetmə funksiyalarından asılı olaraq, müstəqil şəraitdə, mühasibat uçotu üzrə mövcud prinsip və 
tələblər səviyyəsində “Qeyri-maddi aktivlər” hesabı üzrə müvafiq subhesabların siyahısını 
hazırlayıb və analitik uçotun təmin edilməsi məqsədləri üçün istifadə edə bilər. 101 saylı “Qeyri-
maddi aktivlər” hesabının ilk qalığı hesabat dövrünün əvvəlinə təsərrüfat subyektlərində mövcud 
olan qeyri-maddi aktivlərin ilk dəyərini, debet dövriyyəsi hesabat dövrü ərzində daxil olan qeyri-
maddi aktivlərin ilk dəyərini, kredit dövriyyəsi müxtəlif səbəblərdən xaric olan qeyri-maddi 
aktivlərin dəyərini, son qalığı isə hesabat dövrünün sonuna qeyri-maddi aktivlərin dəyərini göstərir. 
Mühasibatlıqda qeyri-maddi aktivlərin daxilolma mənbələrindən asılı olaraq müxtəlif yazılışlar 
verilir. Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay qoyuluşları şəklində qeyri-
maddi aktivlər daxil olduqda: 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin