ƏDƏBİYYAT ОБЗОР LITERATURE
İCMALI ЛИТЕРАТУРЫ REVIEW
Ürəyin işemik xəstəliyi və şəkərli diabet olan xəstələrdə sol mədəciyin diastolik
disfunksiyasının patogenetik aspektləri
L.İ.Məhərrəmova, F.Ə.Quliyev⃰
⃰e-mail: pr.guliyev@gmail.com
Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
kardiologiya kafedrası, Bakı, Azərbaycan
Ürəyin işemik xəstəliyi (ÜİX) iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ən geniş yayılmış
xəstəliklərdən biridir. O, əsasən aktiv yaşlı kişilərin əmək qabiliyyətinin itirilməsinə və vaxtından
əvvəl ölümünə gətirib çıxarır. Kardiovaskulyar xəstəliklər zamanı sol mədəciyin remodelləşməsinin
erkən əlamətlərindən biri diastolik disfunksiyadır. O, sistolik funksiyanın pozğunluqlarını
qabaqlayır. Ürəyin işemik xəstəliyi və şəkərli diabet olan xəstələrdə sol mədəciyin diastolik
disfunksiyasının patogenezinin araşdırılması, diastolik funksiya pozulmalarının erkən diaqnostikası,
profilaktika və müalicənin yaxşılaşdırılmasına səbəb ola bilər.
Açar sözlər: ürəyin işemik xəstəliyi, şəkərli diabet, diastolik disfunksiya, patogenez.
Ürəyin işemik xəstəliyi (ÜİX) iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ən geniş
yayılmış xəstəliklərdən biridir. O, əsasən aktiv yaşlı kişilərin əmək qabiliyyətinin
itirilməsinə və vaxtından əvvəl ölümünə gətirib çıxarır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən ürək-damar
xəstəlikləri dünyada ölümün əsas səbəbidir. 2012-ci ildə 17,5 milyon insan ürək-
damar xəstəliklərindən ölüb. Bu saydan 7,4 milyonu ÜİX-nin payına düşür [1].
Dünyanın əksər ölkələrində ürək-damar patologiyalı xəstələrin sayı nəinki
azalmır, hətta daimi artır (Mazur N.A., 2001; Belenkov N.Y. və həmmüəllifləri, 2003;
Yang B., 2008). Səbəblərdən biri şəkərli diabeti (ŞD) olan xəstələrin sayının
artmasıdır.
Beynəlxalq Diabet Federasiyasının (BDF) son dərc olunan məlumatlarına
əsasən 2015-ci ildə şəkərli diabet xəstəliyi olan böyüklərin sayı 415 milyondur. 2040-
cı il üçün bu rəqəmin 642 milyona qədər (yəni hər 10 nəfərdən biri) artacağı
proqnozlaşdırılır. Azərbaycanda 2015-ci ildə qeydə alınmış şəkərli diabeti olan
böyüklərin sayı 428,6 mindir. Proqnozlaşdırmaya əsasən 2040-cı il üçün bu rəqəm
669,5 min olacaq. Həyəcan doğuran odur ki, şəkərli diabet xəstələrinin yarısı xəstə
olduğunu bilmir [2].
Diabet diaqnozunun vaxtında qoyulmaması bu xəstəliyin idarə olunmaması və
bununla da UİX fəsadlarının riskinin artması deməkdir.
Şəkərli diabet olmayanlarla müqayisədə şəkərli diabet diaqnozu qoyulanlarda
ÜİX-nin yaranma riski hər 10 ildə 1,38 dəfə çoxdur [3]. ÜİX ilə yanaşı ŞD olan
kişilərdə diabet olmayanlarla müqayisədə ölüm riski 2 dəfə, qadınlarda isə 4 dəfə
artıqdır [4,5].
ÜİX və ŞD olan xəstələrin taleyi xəstəliyin gələcəkdə ürək çatışmazlığına səbəb
olan klinik formalarının vaxtında diaqnostikasından asılıdır.
Kardiovaskulyar xəstəliklər zamanı sol mədəciyin remodelləşməsinin erkən
əlamətlərindən biri diastolik disfunksiyadır. O, sistolik funksiyanın pozuntularını
qabaqlayır [6-8].
Diastolik funksiya qulaqcığın aşağı təzyiqi fonunda mədəciyin dola bilmə
xüsusiyyətidir [9]. Sol mədəciyin diastolik funksiyasının pozulması ürək-damar
patologiyasının əsas yaradıcı mexanizmi olaraq daha çox mütəxəssislərin diqqətini
cəlb edir. Bir qayda olaraq diastolik disfunksiya ürəyin işemik xəstəliyi, ürək
çatışmazlığı kimi xəstəlikləri müşayiət edir [10- 12].
Diastolik disfunksiya (DD) termini altında “sol qulaqcıqdakı təzyiqin
kompensator artması fonunda sol mədəciyin qanı aşağı təzyiqlə qəbul edib dola
bilməməsi” nəzərdə tutulur.
DD özünü çox zaman büruzə vermir. Epidemioloji tədqiqatlara əsasən 45
yaşından yuxarı şəxslərdə 25-30% hallarda sol mədəciyin DD-sı mövcuddur [12-14].
Çox həkimlər bu simptomsuz patologiyanı yaş norması kimi qəbul edir və ona
əhəmiyyət vermir. Ancaq sol mədəciyin mötədil və nəzərə çarpan DD-sı proqnostik
baxımdan yaxşı sayılmır. Müxtəlif terapevtik və cərrahi müdaxilələrdən sonra bu
dəyişikliklərin qalması proqnozun pis olmasına dəlalət edir [15].
Tədqiqatlar ŞD olanlarda klinik təzahürü olmayan diastolik disfunksiyanın
geniş yayılması barədə məlumat verir [16]. Bəzi məlumatlara görə tip 2 ŞD
xəstələrinin 75%-də sol mədəciyin diastolik disfunksiyası aşkar edilir [17].
Şəkərli diabet xəstələrində sol mədəciyin diastolik disfunksiyasının patogenezi
tam aydın deyil. Səbəb ola biləcək amillər kimi mikrodamar xəstəliyi, maddələr
mübadiləsinin pozulması, vegetativ pozulmalar göstərilir [18].
Diastolanın patologiyasının problemləri onun fiziologiya və patologiya
anlayışının çətinliyi ilə əlaqədardır [12,19,20].
Sol mədəciyin diastolasının ənənəvi konsepsiyası sol mədəciyin boşalma və
sərtliyinə əsaslanır. Aktiv və passiv komponentlərdən hər hansı birinin patologiyası
zamanı diastolik disfunksiya müşahidə edilir.
Ədəbiyyatda olan məlumata əsasən sistolik funksiyası saxlanılmış ürək
çatışmazlığı (saxlanılmış atım fraksiyalı ürək çatışmazlığı – SAFÜÇ) olan xəstələrdə
diastolanın həm aktiv, həm də passiv komponenti patoloji prosesə cəlb olunur.
SAFÜÇ-ə həsr olunmuş ədəbiyyat icmallarının əksəriyyəti sol mədəciyin
hipertrofiyası hesabına onun sərtliyinin artmasını göstərir [21,22]. M.R.Zile və
həmmüəlliflərinin dərc etdikləri nəticələrində SAFÜÇ olanlarda diastola zamanı sol
mədəciyin elastiki xüsusiyyətlərinin azalması öz əksini tapır [23]. M.Maurer və
həmmüəllifləri, S.Rajan və həmmüəlliflərinin araşdırmaları sağlam qadınlarla
müqayisədə hipertoniya xəstəliyi, sol mədəciyin hipertrofiyası və SAFÜÇ olanlarda
sol mədəciyin ölçülərinin və sol mədəcikdəki təzyiqin artmış olduğunu göstərir
[24,25]. Müəlliflər SAFÜÇ-ə səbəb olaraq dəmir defisitli anemiya, xroniki böyrək
çatışmazlığı, piylənmə, şəkərli diabet kimi xəstəliklər zamanı ürəyin həcmlə
yüklənməsini ehtimal ediblər [26].
SAFÜÇ olan şəxslərin sol mədəciyinin diastolik funksiya və damar
mexanikasının müştərək tədqiqatları bu şəxslərdə mədəcik-damar əlaqəsində
pozulmaların olmasını aşkar etmişlər. Arteriyaların funksiyasının pozulması və
onlarda təzyiqin yüksəlməsi sol mədəciyin diastolik disfunksiyasının və sonradan
SAFÜÇ-ün inkişafında əsas rol oynayır [27].
Diastolanı təşkil edən çoxsaylı komponentlərin hər birinin ayrılıqda
əhəmiyyətini başa düşmək və dəyərləndirmək həkimlər üçün çətinlik təşkil edir.
Sadələşmiş variantda diastola dedikdə mədəciklərin boşalması, qanla dolması və
sonrakı yığılmaya hazırlanması kimi başa düşülür.
Diastola anlayışı özündə boşalmanı, sorulmanı, dolmanı və qulaqcıqların
yığılmasını (təqəllüsü) birləşdirir. Ənənəvi konsepsiya sol mədəcikdə təzyiqin
enməsini – izovolyumik boşalma fazasını (I faza) diastolanın başlanğıcı kimi qəbul
etməyi təklif edir [15]. Sol mədəcikdəki təzyiq sol qulaqcıqdakı təzyiqdən aşağı
düşdükdə mitral qapaq açılır. Normal ürəkdə sorulma effekti yaranır. Bu da erkən
sürətli dolmaya səbəb olur. Hələ 1930-cu ildə Katz mədəciklərin normal boşalmasını
ürək kameralarına qanın aktiv sorulmasının nəticəsi olduğunu iddia etmişdir [28]. Bu
özünü keçən əsrin 80-ci illərində mədəcikdaxili təzyiq qradiyentinin ölçülməsinin
nəticəsində doğrultdu [29-31].
Sol mədəciyin dolma fazası toxumaların passiv xüsusiyyətlərindən (mədəciyin
passiv, diastolik xüsusiyyətlərindən), həmçinin perikardın vəziyyətindən və miokardın
yüksək elastiklik xüsusiyyətlərindən asılıdır.
Erkən diastolik dolma fazası (II faza) sol mədəcik və sol qulaqcıqdakı təzyiqlər
bərabərləşdikdə qurtarır və III faza (diastazis) başlanır. Bu mərhələnin davametmə
müddəti və dolmanın həcmi son yüklənmədən, ürək yığılmalarının sayından (ÜYS),
ritm pozuntusu və mədəciklərin sərtliyindən asılıdır.
Diastolanın sonunda qulaqcıqların gecikmiş diastolik yığılması (təqəllüsü)
hesabına mitral qapaqdan qan axınının təkrar artması sol mədəcik divarının gecikmiş
əlavə passiv boşalması (IV faza) ilə eyni zamanda baş verir. Diastolanın gecikmiş
fazası sol qulaqcığın həcmi və funksiyası, ön yüklənmənin səviyyəsi, ÜYS və ritm
pozulmasından asılıdır [32,15].
Notomi və Thomasın təklif etdiyi konsepsiya sol mədəciyin boşalması və
sərtliyinə əsaslanan diastola anlayışına bəzi əlavələr etmişdir [9]. Onlar obrazlı olaraq
bu diastola fazalarını “presto-untwisting and legato – filling” kimi təsvir etmişlər.
Beləliklə, sol mədəcik qanı qovan zaman diastolanın ilk mexaniki əlamətləri
untwisting – burulmuş mədəciyin açılması, yəni əvvəlki vəziyyətə qayıtması baş
verir. Bu zaman izovolyumik təzyiqin aşağı düşməsi, miokardın mədəciyin əsasından
zirvəsinə doğru əks istiqamətli hərəkəti hesabına (basilar recoil) sol mədəcik daxilində
təzyiq qradiyentinin yaranması və sonda mitral qapağın açılması və erkən diastolik
dolma yaranır. Sol mədəciyin tamamilə boşalmasına qədər aktiv diastolik elastikliyi
tədricən azalır, ancaq sol mədəciyin passiv dolma aspektləri qalır [23,33,34].
Təklif olunan hipotezə görə diastolanın ümumi davametmə müddətinin 20%-də
sol mədəcik aktiv boşalır, yəni “işləyir”, ancaq 80%-də “istirahət edir”.
Notomi və Thomasın konsepsiyasına əsasən patoloji vəziyyətlərdə boşalmanın
ləngiməsi, yəni aktiv diastolanın passiv diastolaya keçməsi uzanır. Taxikardiya
zamanı isə passiv fazanın qısalması və ya tamamilə yox olması ola bilər. Bu zaman
diastolanın sonunda boşalma yarımçıq olur. Beləliklə, ürək 80%-lik istirahət
zamanının əsas hissəsini itirir. Bununla da qüsurlu dövran “az istirahət – daha çox
patologiya” qapanmış olur.
Normada sol mədəciyin diastolik dolması mürəkkəb kardial və ekstrakardial
faktorların qarşılıqlı əlaqəsi ilə tənzim olunur. Ürəyin boşalması prosesi aktin-miozin
dissosiasiyasının sürəti (aktiv – relaksasiyanın enerjidən asılı hissəsi) və sistola
zamanı miokardın sıxılmış elastiki strukturlarının dartılması (passiv – relaksasiyanın
enerjidən asılı olmayan hissəsi) ilə təyin edilir.
Dissosiasiya sürəti troponin C zülalının Ca
++
ionlarına qarşı afinliyi və
sarkoplazmatik retikulumda və mikrofilamentlərin ətrafındakı sərbəst fəzada Ca
++
ionlarının konsentrasiyasından asılıdır. Ca
++
ionlarının konsentrasiyasının tənzimi
transmemebran və sarkoplazmatik Ca nasosunun (Ca
++
-ATF-aza) işi il təmin olunur.
Ca
++
ionlarının qatılıq (konsentrasiya) qradiyentinin əksinə retikuluma köçürülməsi
çoxlu miqdarda sərbəst makroergik fosfatların olmasını tələb edir [12,35]. Bunu
nəzərə alaraq retikulum tərəfindən Ca
++
ionlarının tutulması prosesi yüksək enerji
sərfli proses olaraq, ürək patologiyası zamanı daha zəif həlqə kimi çıxış edir və
diastolik disfunksiyanın yaranmasına səbəb olur [12,22].
Onu da qeyd etmək lazımdır ki, Ca
++
inaktivasiyası prosesi onun
mikrofilamentlərə çatdırılması ilə müqayisədə daha çox enerji sərfi tələb edir. Bu da
enerji defisiti ilə müşayiət olunan istənilən xəstəlik zamanı, xüsusilə miokardın
işemiyası zamanı diastolanı daha erkən və həssas hədəf edir.
Orqanizmin enerji təminatı karbohidrat mübadiləsi ilə sıx əlaqəlidir. ŞD tip 2
zamanı hiperqlikemiya və hiperinsulinemiya qlükozanın enerji substratı kimi
utilizasiyası prosesini kəskin pozur. İnsulinə rezistentlik orqan və toxumalarda hekso-
və qlükokinazanın inaktivaziyasına səbəb olur. Qlükozanın periferik utilizasiyasının
azalması hiperqlikemiyanı artıraraq qaraciyərdə qlükoneogenezi aktivləşdirir.
ŞD olan ÜİX-li şəxslərdə energetik metabolizmin anaerob yolları üstünlük
təşkil edir. Bu zaman laktat qlükoneogenezdə aktiv iştirak edir. Anareob şəraitdə
aerobla müqayisədə ATF-in (adenozintrifosfatın) yaranması daha az olur. Bu
səbəbdən belə xəstələrdə fiziki iş qabiliyyətinin azalması müşayət edilir [36]. ŞD
xəstələrinin miokardında işemiya şəraitində piruvat oksidləşmənin kəskin pozulması
postişemik dövrdə laktatın həddən artıq yaranmasına səbəb olur. Belə bir fərziyyə
təklif edilmişdir ki, laktatın səviyyəsinin artması Na
+
/Ca
++
mübadiləsinin artmasına
gətirib çıxarır [37].
Ca
++
nəqlinin pozulması elektromexaniki disbalans və miokardın boşalmasında
asinxronluq, elastik xüsusiyyətlərin azalmasını və sol mədəcik divarlarının sərtliyinin
(rigidliyinin) artmasını yaradır [38]. ŞD zamanı hiperqlikemiya nəticəsində qlikolizin
son məhsulları yaranır. Bu məhsulların hüceyrədən xarici mühitdə toplanması damar
divarının elastikliyinin itirilməsi və ürəkdə morfoloji dəyişikliklər törədir. ŞD ilə
xəstə itlərin üzərində aparılmış eksperimental tədqiqatlardan biri kollagenin
intramiokardial toplanması səbəbindən hipertrofiyalaşmış sol mədəciyin miokardın
deformasiya sürətinin azalmasını sübut etdi [39].
Korolyova və başqalarının tədqiqatının nəticələrinə əsasən sistolik funksiyası
saxlanılmış ürəyin işemik xəstəliyi və ŞD olan xəstələrdə aşkarlanan diastolik
disfunksiya özünü diastolik relaksasiya sürətinin azalması ilə büruzə verir. Bu da
miokardın sərtliyi sindromunun inkişafını göstərir. Bir illik dinamik müşahidə ÜİX və
ŞD olan xəstələrin ÜİX olan ŞD olmayan xəstələrlə müqayisədə sol mədəciyin
sistolik və diastolik funksiya göstəricilərinin pisləşməsini aşkar etdi [40].
Bəzi müəlliflər sol mədəciyin diastolik funksiya parametrləri ilə şəkərli diabetlə
xəstələnmə müddəti arasında asılılıq məsələsini müzakirə ediblər. Attali və
həmmüəllifləri simptomsuz diabetik kardiomiopatiyanı araşdırıblar [41]. Frati və
həmmüəllifləri isə ŞD zamanı mədəciklərin miokardının funksiyalarının dəyişikliyini
analiz etmişlər [42]. Bu araşdırmalarda sol mədəciyin DD-si ilə ŞD-lə xəstələnmə
müddəti arasında asılılığın olmaması qərarına gəlmişlər. Ədəbiyyatda karbohidrat
mübadiləsi (HgA1C və aclıq qlikemiya səviyyəsi) ilə sol mədəciyin diastolik
funksiyası parametrləri arasında vahid mövqe qeyd edilmir. HgA1C-nin 1% artması
ürək-damar xəstəlikləri riskini 10% artırır [43]. Epidemioloji araşdırmalar ŞD
xəstələrində qənaətbəxş olmayan qlikemik kontrolun ürək çatışmazlığı riskinin
artırmasını təsdiq edir [44]. J.J.Sanchez-Barriga və həmmüllifləri, A.M.Grandi və
həmmüəllifləri öz işlərində ŞD-li xəstələrdə idarə olunmayan hiperqlikemiyanın sol
mədəciyinin DD-na gətirib çıxardığını göstərdilər [45,46].
Klinik tədqiqatların bir qismi ŞD olan xəstələrdə HgA1C-nin səviyyəsi və sol
mədəciyinin DD arasında asılılığın olmadığını təsdir edir. J.Hirai və həmmülliflərinin
tədqiqatında isə hiperqlikimiyanın korreksiyası ilə sol mədəciyin həm sistolik, həm də
diastolik
funksiyasının yaxşılaşması öz əksini tapır [47]. T.Beljic və
həmmüəlliflərinin tədqiqatı isə əksinə bu asılılığı inkar etmişdir. Bir illik adekvat
qlikemik kontrol zamanı diastolik funksiya parametrlərində nəzərə çarpan dəyişikliyin
olmadığı göstərildi [48].
Diastolik funksiyanın dəyərləndirilməsində qızıl standart exokardioqrafiyadır
[49]. Transmitral diastolik axının doppler exokardioqrafik müayinəsi və mitral
annulusun hərəktətinin toxuma doppleri müayinələrinə əsasən sol mədəciyin dolma
xarakterini, hüceyrə relaksasiyası və sol mədəciyin passiv diastolik xüsusiyyətlərini
xarakterizə edən diastolik funksiyası haqqında vacib məlumat almaq olar.
Ürəyin işemik xəstəliyi və şəkərli diabet olan xəstələrdə sol mədəciyin diastolik
disfunksiyasının patogenezinin araşdırılması, diastolik funksiya pozulmalarının erkən
diaqnostikası, profilaktika və müalicənin yaxşılaşdırılmasına səbəb ola bilər.
Ədəbiyyat
1.
Всемирная организация здравоохранения. 10 ведущих причин смерти в мире.
http://www.who.int/mediacentre/factsheets/fs310/ru/
2.
International diabetes federation. DIABETES TAKES CENTRE STAGE ON WORLD
HEALTH DAY 2016. http://www.idf.org/news/diabetes-takes-centre-stage-whd16.
3.
Fox C.S., Sullivan L., D’Agostino R.B., Sr, Wilson P.W. The significant effect of diabetes
duration on coronary heart disease mortality: the Framingham Heart Study. Diabetes Care.
2004; 27: 704–708.
4.
Carlson L.A., Bottiger L.E. Risk factors for ischaemic heart disease men and women. Results of
the 19-year follow-up of the Stockholm Prospective Study. Acta Med. Scand. 1985; 218: 207–
211
5.
Steiner G. Diabetes and atherosclerosis: an overview. Diabetes. 1981; 30 (Suppl. 2): 1–7.
6.
Агеев Ф.Т. Диастолическая дисфункция как проявление ремоделирования сердца.
Сердечная недостаточность /Ф.Т. Агеев, Ф.Г. Овчинников.-2002.-Т. 3, №4.-С. 190-195.
7.
Диастолическая дисфункция левого желудочка и ее роль в развитии хронической
сердечной недостаточности. /С.Н. Терещенко, И.В. Демидова, Л.Г. Александрия,
Ф.Т. Агеев // Сердечная недостаточность. 2000 - Т. 1, №2.-С. 61-65.
8.
Диастолическая функция левого желудочка у больных ишемической болезнью сердца
/В.В. Желнов, И.Ф. Павлова, В.И. Симонов, A.A. Батищев //Кардиология.- 1993.-№ 5.-
С.12-14.
9.
Notomi Y, Thomas J. D. Presto untwisting and legato filling. J Am Coll Cardiol Img
2009;2:717 -719
10.
Cho G, Marwick T.H., Kim H. et al. Global 2-Dimensional strain as a new prognosticator in
patients with heart failure. J Am Coll Cardiol 2009;54:618-624.
11.
Leite-Moreira A.F., Correia-Pinto J., Gillebert T.C. Afterload induced changes in myocardial
relaxation: a mechanism for diastolic dysfunction. Cardiovasc Res 1999;43:344-353.
12.
Maeder M.T., Kaye D.M. Heart failure with normal left ventricular ejection fraction. J Am Coll
Cardiol 2009;53:905-918.
13.
Shaw L.J., Bugiardini R., Merz C.N. B. Women and ischemic heart disease. Evolving
knowledge. J Am Coll Cardiol 2009;54:1561-1575.
14.
Maurer M.S., Spevack D., Burkhoff D., Kronzon I. Diastolic dysfunction can it be diagnosed by
doppler echocardiography? J Am Coll Cardiol 2004;44:1543-1549.
15.
Ommen S.R., Nishimura R.A. А clinical approach to the assessment of left ventricular diastolic
function by Doppler echocardiography: update 2003. Heart 2003;89 (Suppl III); 18-23.
16.
Kazik A, Wilczek K, Poloński L. Management of diastolic heart failure. Cardiol
J. 2010;17:558–565.
17.
Соколов Е.И., Заев А.П., Ольха Р.П. и др. Пора- жения миокарда при сахарном диабете
по данным эхокардиографии. Пробл. эндокринол. 1996; 2: 15–17.
18.
From AM, Scott CG, Chen HH. Changes in diastolic dysfunction in diabetes mellitus over
time. Am J Cardiol. 2009;103:1463–1466.
19.
Lafitte S. Do we need new echocardiographic prognosticators for the management of heart
failure patients? J Am Coll Cardiol 2009;54:625- 627.
20.
Rademakers F.E. Magnetic resonance imaging in cardiology. Lancet 2003; 361:359-360.
21.
Angeja B.G., Grossman W. Evaluation and management of diastolic heart failure. Circulation
2003;107:659-663.
22.
Rajan S., Quinn D., El-Khoury L. et al. Ventricular properties in patients with heart failure and
preserved ejection fraction based non-invasive pressure-volume analysis (abstr). Am J ^natr
Сardiol 2003; 12:137
23.
Zile M.R., Baicu C.F., Gaasch W.H. Diastolic heart failure- abnormalities in active relaxation
and passive stiffness of the left ventricle. N Engl J Med 2004;350:1953-1959.
24.
Maurer M., Burkhoff D., El-Khoury Coffin L., King D.L. Concordance between load-
independent measures of ventricular contractility and end-systolic wall stress-velocity of fiber
shortening relation sing 3D echocardiography (abstr). Circulation 2001;104 Suppl II:II654.
25.
Rajan S., Quinn D., El-Khoury L. et al. Ventricular properties in patients with heart failure and
preserved ejection fraction based non-invasive pressure-volume analysis (abstr). Am J ^natr
Сardiol 2003; 12:137
26.
MirskyI. Assessment of passive elastic stiffness of cardiac muscles: mathematical concepts,
physiologic and clinical consideration, directions of future research. Prog Cardiovasc Dis
1976;18:277-308.
27.
LeWinter M., McKenna W. Heart failure with normal systolic function. Online coverage from
the American College of Cardiology 48 Annual Scientific Sess 1999
28.
Katz L.N. The role played by the ventricular relaxation process in filling the ventricle. Am J
Physiol 1930;95:542-553.
29.
Paulus W.J., Tschope C., SandersonF J.E. et al. How to diagnose diastolic heart failure: a
consensus statement on the diagnosis of heart failure with normal left ventricular ejection
fraction by the Heart Failure and Echocardiography Associations of the European Society of
Cardiology. Eur Heart J 2007;28:2539-2550.
30.
Kasner M., Westermann D., Steendijk P. et al. Utility of Doppler echocardiography and tissue
Doppler imaging in the estimation of diastolic function in heart failure with normal ejection
fraction: a comparative Dopplerconductance catheterization study. Circulation 2007;116:637-
647.
31.
Lang R.M., Bierig M., Devereux R.B. et al. Recommendations for chamber quantification. Eur
J Echo 2006;7:79-108.
32.
Kasner M., Westermann D., Steendijk P. et al. Utility of Doppler echocardiography and tissue
Doppler imaging in the estimation of diastolic function in heart failure with normal ejection
fraction: a comparative Dopplerconductance catheterization study. Circulation 2007;116:637-
647.
33.
Zile M.R., Gaasch W.H., Carroll J.D. et al. Heart failure with a normal ejection fraction: is
measurement of diastolic function necessary to make the diagnosis of diastolic heart failure?
Circulation 2001;104:779-782.
34.
Lang R.M., Bierig M., Devereux R.B. et al. Recommendations for chamber quantification. Eur
J Echo 2006;7:79-108.
35.
Sanderson J.E. Diastolic heart failure and the extracellular matrix. Int J Cardiol 1997;62 Suppl
1:S19-21.
36.
Reusch J. E. B., Bridenstine M., and Regensteiner J. G., “Type 2 diabetes mellitus and exercise
impairment,” Reviews in Endocrine and Metabolic Disorders, vol. 14, no. 1, pp. 77–86, 2013.
37.
Stanley W.C., Marzilli M. Metabolic therapy in the treatment of ischaemic heart disease: the
pharmacology of trimetazidine. Fundam. Clin. Pharmacol. 2003; 17 (2): 133–145.
38.
Pierce G.N., Russell J.S. Regulation of intracellular Ca+ in the heart during diabetes.
Cardiovasc. Res. 1997; 34: 41-47
39.
Avendano G.F., Agarwal R.K., Bashey R.I. et al. Effect glucose intolerance on myocardial
function and collagen-linked glycation. Diabetes. 1999; 48: 1443.
40.
Королева Т.В., Георгадзе З.О., Васильева А.Е., Варгина Т.С., Фомина И.Г.
Диастолическая функция миокарда у больных ишемической болезнью сердца и сахарным
диабетом 2 типа. Кардиоваскулярная терапия и профилактика. 2004; 3 (5): 65–68.
41.
Attali J.R., Sachs R.N., Valensi P., Palsky D., Tellier P., Vulpillat M., Lanfranchi J., Sebaoun J.
Asymptomatic diabetic cardiomyopathy: a noninvasive study. Diabetes Res. Clin. Pract. 1988;
4: 183–190.
42.
Frati A.C., Hurtado R., Ariza C.R., Barjau R., Graef A., Rivera C., de la Riva H., Murrieta A.
Changes in ventricular function in diabetes mellitus. Relation to the duration of the diabetes and
its complications. Arch. Inst. Cardiol. Mex. 1985; 55 (2): 133–139.
43.
Barrett-Connor E.M. Does hyperglycemia really cause coronary heart disease? Diabetes Care.
1997; 20: 1620–23.
44.
Аметов А.С., Сокарева Е.В., Гиляревский С.Р., Дикова Т.Е. Диастолическая дисфункция
лево- го желудочка у больных сахарным диабетом 2 типа. Сахарный диабет. 2008; 1: 40–
44.
45.
Sanchez-Barriga J.J., Rangel A., Castaneda R., Flores D., Frati A.C., Ramos M.A. et al. Left
ventricular diastolic dysfunction secondary to hyperglycemia in patients with type II diabetes.
Arch. Med. Res. 2001. 32 (1): 44–47.
46.
Grandi A.M., Piantanida E., Franzetti I., Bernasconi M., Maresca A., Marnini P. et al. Effect of
glycemic control on the left ventricular diastolic function in type 1 diabetes mellitus. Am. J.
Cardiol. 2006; 97: 17–76.
47.
Hirai J., Ueda K., Takegoshi T., Mabuchi H. Effects of metabolic control on ventricular
function in type 2 diabetic patients. Intern. Med. 1992; 31: 725–730.
48.
Beljic T., Miric M. Improved metabolic control does not reverse left ventricular filling
abnormalities in newly diagnosed non-insulin-dependent diabetes patients. Acta Diabetol. 1994;
31: 47–150.
49.
Sherif F.N., Christopher P.A., Thierry C.G, Otto A.S. etc. Recommendations for the Evaluation
of Left Ventricular Diastolic Function by Echocardiography. European Journal of
Echocardiography (2009) 10, 165–193
РЕЗЮМЕ
ПАТОГЕНЕТИЧЕСКИЕ АСПЕКТЫ ДИАСТОЛИЧЕСКОЙ
ДИСФУНКЦИИ ЛЕВОГО ЖЕЛУДОЧКА У БОЛЬНЫХ С
ИШЕМИЧЕСКОЙ БОЛЕЗНЬЮ СЕРДЦА И САХАРНЫМ ДИАБЕТОМ
Магеррамова Л.И., Гулиев Ф.А.
Азербайджанский Государственный Институт Усовершенствования Врачей
имени А. Алиева, кафедра кардиологии, Баку, Азербайджан
Ишемическая болезнь сердца (ИБС) является одним из наиболее распространенных
заболеваний в экономически развитых странах. Она поражает преимущественно
мужчин активного возраста, приводит к потере трудоспособности и преждевременной
смерти. По данным Всемирной Организации Здравоохранения (ВОЗ) сердечно-сосудистые
заболевания являются основной причиной смерти в мире. В 2012 году от сердечно-
сосудистых заболеваний умерло 17,5 миллиона человек. Из этого числа 7,4 миллионов
приходится на долю ИБС. В большинстве стран мира количество больных с сердечно-
сосудистой патологией не только не снижается, но и постоянно растет. Одной из причин
этого является увеличение числа больных с сахарным диабетом. Одним из ранних признаков
ремоделирования левого желудочка при сердечно-сосудистых заболеваниях является его
диастолическая дисфункция. Она опережает нарушения систолической функции. Изучение
патогенеза диастолической дисфункции левого желудочка, ранняя диагностика нарушений
диастолической функции у больных с ишемической болезнью сердца и сахарным диабетом
могут привести к улучшению профилактики и лечения.
Ключевые слова: ишемическая болезнь сердца, сахарный диабет, диастолическая
дисфункция, патогенез.
SUMMARY
PATHOGENETIC ASPECTS OF DIASTOLIC DYSFUNCTION OF THE
LEFT VENTRICLE IN PATIENTS WITH CORONARY HEART DISEASE
AND DIABETES
Maharramova L.I., Guliyev F.A.
Azerbaijan State Advanced Training Institute for Doctors named after A. Aliyev,
department of cardiology, Baku, Azerbaijan
Coronary heart disease is one of the most common diseases in industrialized countries. It affects
mainly men of working age and leading to disability and premature death. According to the World
Health Organization cardiovascular diseases are the leading cause of death in the world. In 2012,
17.5 million people died from cardiovascular diseases. The number of deaths from coronary heart
disease is 7.4 million. In most countries, the number of patients with cardiovascular disease is not
only not declining, but growing. One reason for this is increasing the number of patients with
diabetes. One of the early signs of remodeling in cardiovascular disease is the left ventricular
diastolic dysfunction. It is ahead the disorders of systolic function. In patients with coronary heart
disease and diabetes to study the pathogenesis of diastolic dysfunction and early diagnosis of
disorders of diastolic function can lead to better prevention and treatment.
Keywords: coronary heart disease, diabetes, diastolic dysfunction, pathogenesis.
Redaksiyaya daxil olub: 05.05.2016
Çapa tövsiyə olunub: 26.05.2016
Rəyçi: t.ü.e.d. Mustafayev İ.İ.
Dostları ilə paylaş: |