Və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə



Yüklə 11,28 Kb.
Pdf görüntüsü
tarix16.03.2017
ölçüsü11,28 Kb.
#11600

“Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması 

haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” 

və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 

qanunlarında dəyişikliklər edilməsi barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



  

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I.  “Məhkəmələr  və  hakimlər  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-

cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, 

№ 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü 

il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, 

maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7, № 8, maddə 686; 2006-cı 

il, № 1, maddə 4, № 12, maddə 1005; 2007-ci il, № 5, maddələr 439, 446, № 7,  maddə 

712,  №  11,  maddə  1078,  №  12,  maddə  1222;  2008-ci  il,  №  3,  maddə  163,  №  7,  maddə 

609)  109-cu  maddəsinin  birinci  hissəsində  və  122-ci  maddəsinin  ikinci  hissəsində 

“yaralandıqda,  kontuziya  olduqda,  xəsarət”  sözləri  “xəsarət  (yaralanma,  travma, 

kontuziya)” sözləri ilə əvəz edilsin. 

II.  “Əhalinin  sağlamlığının  qorunması  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  1997-ci  il,  №  6, 

maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 

11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü 

il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006-

cı il, № 2, maddə 66, № 12, maddə 1028; 2007-ci il, № 6, maddə 560, № 11, maddə 1052, 

№  12,  maddə  1197;  2008-ci  il,  №  7,  maddə  602)  44-cü  maddəsinin  ikinci  hissəsində 

“yaralanmaların,  travmaların”  sözləri  “xəsarət  (yaralanma,  travma,  kontuziya) 

almanın” sözləri ilə əvəz edilsin. 

III.  “Vətən  uğrunda  həlak  olanların  xatirəsinin  əbədiləşdirilməsi  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu,  1998-ci  il,  №  11,  maddə  641)  2-ci  maddəsinin  birinci  hissəsinin  dördüncü 

abzasında “xəsarət, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri 

ilə əvəz edilsin. 

IV.  “Terrorçuluğa  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  1999-cu  il,  №  8, 

maddə  475;  2001-ci  il,  №  11,  maddə  676;  2002-ci  il,  №  5,  maddə  258;  2004-cü  il,  №  3, 

maddə  133;  2005-ci  il  №  10,  maddə  871)  14-cü  maddəsinin  dördüncü  hissəsində 

“zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət” sözləri “xəsarət (yaralanma, 

travma, kontuziya)” sözləri ilə əvəz edilsin. 

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

  

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2008-ci il.



 

№ 741-IIIQD



 

 

Yüklə 11,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin