Verilənlərin tipləri



Yüklə 153,44 Kb.
tarix31.10.2019
ölçüsü153,44 Kb.
#29479
Mohi - SPS - 6

Verilənlərin tipləri

Verilənlərin tipi anlayışı ikili xarakter daşıyır: yaddaş sahəsinin uzunluğu və sahədə yerləşəcək dəyişənin dəyişmə diapozonu ilə. Verilənlərin ölçüsü baxımından MP cihaz vasitələri səviyyəsində aşağıdakı tip verilənlərlə işləməyə imkan verir.

Bayt - 0-dan 7-yə qədər ardıcıl nömrələnmiş səkkiz bitin ardıcıllığıdır. Burada 0 saylı bit ən kicik qiymətli bit adlanır.

Söz - ardıcıl ünvana malik olan iki ardıcıl baytdır. Sözün ölçüsü -16 bitdir və bitlər 0-dan 15-ə qədər nömrələnir. Sözün tərkibindəki 0 saylı bitin yerləşdiyi bayt kicik bayt, 15 saylı bitin yerləşdiyi bayt isə böyük bayt adlanır. Intel mikroprosessorları mühüm xüsusiyyətə malikdirlər. Belə ki, kicik bayt kicik ünvanda yerləşir və sözün ünvanı isə kicik baytın ünvanından başlayaraq sayılır. Böyük baytın ünvanından isə böyük yarım sözə müraciət etmək üçün istifadə oluna bilər.



-İkiqat söz – ardıcıl ünvanda yerləşən 4 ardıcıl bayta (32 bit) deyilir və bitlər 0-dan 31-ə kimi nömrələnir. Tərkibində 0 saylı bit olan söz kicik söz və 31 saylı bit olan söz isə böyük söz adlanır. İkiqat sözün ünvanı kicik sözün yerləşdiyi ünvandan başlayaraq sayılır. Böyük sözün ünvanından isə böyük sözə müraciət etmək üçün istifadə oluna bilər.

-p-söz - ardıcıl ünvanlarda yerləşən 6 bayt ardıcıllığından ibarətdir. Bitlər 0-dan 47-yə kimi nömrələnir. Tərkibində 0 saylı bit olan hissə kicik hissə, tərkibində 47 saylı bit olan hissə isə böyük hissə adlanır.

Dördqat söz - ardıcıl ünvanlarda yerləşən 8 baytın ardıcıllığından ibarətdir və bitlər 0-dan 63–ə kimi nömrələnir. Tərkibində 0 saylı bit olan ikiqat söz kiçik ikiqat söz və tərkibində 63 saylı bit olan ikiqat söz isə böyük ikiqat söz adlanır. Dördqat sözün ünvanı onun kiçik ikiqat sözünün ünvanından başlayaraq sayılır. Böyük ikiqat sözün ünvanından dördqat sözün böyük ikiqat sözünə müraciət etmək üçün istifadə oluna bilər. Dördqat söz (-264-1)-dən (264-1)-ə qədər qiymətlər ala bilər.

Misal üçün 01234567890ABCDEF (onaltılıq ədədlər) yaddaşda aşağıdakı kimi yerləşir:





- onluq bayt - bu 80 bitlik ədəd olub, böyük ədədi və ya simvolik verilənləri saxlamaq üçün istifadə olunur. Onluq bayta yazılacaq ədəd, -10 18 -dən (+10 18-1) diapazonunda dəyişir.

Verilənlərin yaddaşda yerləşmə sxemi əvvəlki kimidir. Kiçik bayt ardıcıl olaraq kiçik ünvanlı yaddaş xanasından başlayaraq yerləşdirilir. Yəni ən böyük bayt ünvanlar ardıcıllığında ən böyük yaddaş ünvanına yazılır.



- 128 – bitlik yığcam tip verilənlər. Bu tip verilənlər Pentium III mikroprosessorlarında tətbiq olunur və bunlarla işləmək üçün mikroprosessora xüsusi əmrlər daxil edilib.

- İşarəli tam tiplər – ölçüsü 8, 16 və ya 32 bit olan işarəli ikilik qiymətlərdir. Uyğun olaraq 7, 15 və ya 31-ci mərtəbələr işarə mərtəbələri adlanır. Bu bitdəki sıfır müsbət, vahid isə mənfi ədəd kimi kodlaşıb. Mənfi ədəd tamamlayıcı kodda təsvir olunur. Bu tip verilənlərin qiymətlərinin dəyişmə diapazonu aşağıdakı kimidir:

8-mərtəbəli tam -128-dən 127 –yə qədər;

16 - mərtəbəli tam -32768-dən 32767 –yə qədər;

32- mərtəbəli tam -231-dən 231 –1 –ə qədər.

-İşarəsiz tam tiplər - ölçüsü 8, 16 və ya 32 bit olan işarəsiz ikilik qiymətlərdir. Bu tip verilənlərin qiymətlərinin dəyişmə diapazonu aşağıdakı kimidir:

bayt - 0- dan 255-ə qədər;

söz - 0-dan 65535-ə qədər;

ikiqat söz- 0- dan 232- -1-ə qədər.



-Yaddaş göstəricisi iki tip olur:

a) Yaxın tip - 32 mərtəbəli məntiqi ünvan göstəricisi olub, seqmentin başlanğıcına nəzərən baytlarla nisbi sürüşməni göstərir. Bu göstəricidən həmçinin bütöv (müstəvi) yaddaş modelində də istifadə etmək olar.

b) Uzaq tip - 48 mərtəbəli məntiqi ünvan göstəricisi olub, iki hissədən ibarətdir: 16 mərtəbəli seqment hissəsi - selektor və 32 mərtəbəli sürüşmə.

Sətr tip verilənlər - maksimal uzunluğu 4 Qbayta qədər olan hər hansı kəsilməz baytlar, sözlər və ya ikiqat sözlər yığımıdır.

-Bitlər sahəsi – kəsilməz bitlər ardıcıllığı olub, hər bit özünü asılı olmayan ardıcıl dəyişən kimi aparır. Bitlər sahəsi istənilən baytın istənilən bitindən başlaya bilər və ölçüsü 32 bitə qədərdir.

Qeyri yığcam ikilik - onluq tip – 0-dan 9-a qədər onluq rəqəmlərin bayt təsviridir. Hər bir onluq ədəd yaddaşda bir baytda yerləşir (baytın böyük 4 biti zona sahəsi, kiçik 4 biti isə rəqəm sahəsi adlanır). Qiymətli rəqəm kiçik baytda yerləşir.

-Yığcam ikilik-onluq tip – iki onluq rəqəmi bir baytda yerləşən 0- dan 9- a qədər onluq ədədlərin bayt təsviridir. Hər bir rəqəm üçün yarım bayt ayırılır. 4-7-yə qədər bitlər böyük yarım bayt sayılır.

-Sürüşkən nöqtəli tip verilənlər. Həmprosessor tərəfində emal olunan xüsusi tip verilənlərdir.

MMX-genişlənməli (Pentium MMX/II) tip verilənlər. Bu tip verilənlər Pentium MMX mikroprosessorunda yaradılıb. O müəyyən ölçülü yığcam tam elementlər ardıcıllığı kimi təsvir olunur.

- MMX-genişlənməli (Pentium MMX III) tip verilənlər. Bu tip verilənlər Pentium MMX III mikroprosessorunda yaradılıb. O qeyd olunmuş sayda yığcam sürüşkən nöqtəli elementlər ardıcıllığı kimi gösərilir.

Verilənlərin əsas məntiqi tipləri aşağıdakı şəkildə göstərilmişdir.





Ədəbiyyat

Mühazirədən istifadə olunub.
Yüklə 153,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin